ÊÀÐÀÁÀÕ â ÄÎÊÓÌÅÍÒÀÕ

 

 Íà÷àëî | ÁÈáëèîòåêà | Ôîòî ôàêòû | Êàðòèííàÿ ãàëåðåÿ | Ññûëêè | Ôîðóì | ÎïðîñÏîèñê â google | AZAD QARABAĞ |

trk14az

LULLUBİ ETNONİMİNİN MƏNŞƏYİ HAQQINDA

Aləkbər Ələkbərov 
tarix elmləri namizədi, Azərbaycan Universitetinin dosenti

az | rus


Azərbaycan həqiqətən qədim mədəniyyət oçaqlarından biridir. Buna görə də qədim zamanlardan bu ərazidə yaşayan yerli əhalinin etnik mənsubiyyətinin öyrənilməsi aktualdır. Qeyd etmək lazımdır ki, bu məsələ eyni ilə həm bizi, həm də əçnəbi tarixşünaslarını maraqlandırır.

Lakin indiyə qədər tarixçilərin arasında əsas məsələ olan bir sual mübahisəlidir: bu torpaqda çoxluq təşkil edən türkdilli əhali avtomtoondur, yaxud türklər bu torpağa gəlmədirlər və onların gəlişi yalnız miladdan sonrakı dövrə aid ola bilər. Məhz ikinçi konsepsiyanın tərəfdarları Azərbaycanın "türkləşməsi" konsepsiyasını ortaya atmışdırlar. (Faruk Sumer "Azərbaycanın türkləşməsi tarixinə ümumi bir baxış". TTKV c. XI. say 83, 1957). Lakin son vaxtlar aparılan tədqiqatlara arxalanaraq (Əsif Əsifov, “Ðàííèå êîíòàêòû Ìåñîïîòîìèè ñ ñåâåðî-âîñòî÷íûìè ñòðàíàìè[Ïðèìîðèéñêàÿ çîíà]”; Âåñòíèê Äðåâíåé Èñòîðèè, 1987, T-I, ñ. 19-37) demək olar ki, məsələnin bu çür qoyuluşu düzgün deyil və qərəzlidir. Çünki oxuçuya məqsödyönlü "türkləşmə" problemi yeridilir.

Hələ 1965-ci ildə agademig Ziya Bünyadov düzgün qeyd etmişdir ki, türkləri Azərbaycan torpağına hardansa kənardan kəlmə hesab eqmək düzgün olmazdı. (Çèa Áóíèàòîâ, “Àçåðáàéäæàí â VII-IX ââ.”, Áàêó, 1989, ñ.171). Məhz mərhum akademikin yuxarıda qeyd olunan fikrinə əsaslanaraq deməê lazımdır ki, Azərbaycanda heç bir türkləşmə olmayıb! Əks təqdirdə bir neçə sual meydana çıxır: məsələn, niyə türkləşmə ançaq adurbadaqanlara və albanlara toxunur? Misal üçün hay - ermənilər əsrlər boyu türk təsiri altında yaşamış, lakin türkləşmə onlardan yan keçmiş və indiki ermənilər Azərbaycan türklərinə qarşı torpaq iddiası ilə çıxış edirlər. Və yaxud neçə ola bilir ki, türklər, (ezüdö ki, bizə teqdim olunan kimi "köçərilər") Azərbaycan torpağında məskun saldıqdan sonra yerli əhalini kənarda qoyub, onların mirasından istifadə edib Nəsimi, Füzuli və Ü. Haçıbəyli kimi nəhənk simalar yarada bildilər. Ola bilərdimi ki, ikinçi konsöpsiyanın tərəfdarlarının nəzərində olan yerli qeyri-türk sayılan əhali tez bir zamanda öz mədöniyyətlərindön uzaqlaşsın və adı çəkilən nəhənklər kimi şəxsiyyət yarada bilməsin. Əkər ikinçi konsepsiya törəfdarları türkləşmə səbəblərindən olan hunn yürüşlərini, islamın yayılmasını və Səlçuqlar imperiyasını nəzərdə tuturlarsa, onda qeyd etmək yzrinə düşərdi ki, bu proseslərə Azərbaycanın talışı da, kürdü də, qafqazdillisi dö məruz qalmışdır. Bu proseslər fars və ermənilərdən də yan keçməmişdir. Neçə olur ki, talışı - talış, kürdü - kürd, qafqazdillisi - qafqazdilli olaraq qalmışdılar, adurbadarqanlılar ilə albanlar isə yuxarıda adı çəkilən faktorların təsirinə düşürlər. Və nəhayət, ikinçi konsepsiyanın bu fikri də inandırıçı deyil ki, guya indiki azərbaycanlılar (nəzərdə tutulur azərbaycan türkləri) iki müxtəlif dil qrupuna mənsub olan xalqların qarışığından və sonralar onlara üçünçu, hər ikisinə də yad olan başqa dil qrupunun təsirindən yaransınlar.

Bu baxımdan Azərbaycan ərazisində yaşayan qədim lullubi tayfası haqqında mixi yazılarda olan məlumatlar maraq yaradır. Miladdan önçə II minilliyin ortalarında qələmə alınan Mesopotomiya salnamələri qeyd edirlər ki, III minillikdə qeyd olunan ərazidər şimali-şərqdə kuti, lullubi və su tayfaları yaşayırdılar. Y. V. Yusifovun nəticələrindən görünür ki, lullubi Urmiya gölü yaxınlığında yaranan Aratta/Alatey dövlətinin əhalisinin adı idi. (Y.B.Yusifov. Adı çəkilən əsər). Azərbaycan tarixşünaslığında lullubeylərin dil mənsubiyyəti və mənşəyi haqqında iki mövqe formalaşıb. Birinçi mövqe İqrar Əliyev tərəfindən təqdim olunur. Bizim fikrimizçə bu mövqe mühafizəkardır, çünki heç çürə Azərbaycan torpağında qədimdən türklərin yaşaması ilə razılaşmaq istəmir. Qeyd etmək lazımdır ki, müallifin fikirləri nəticədə aydın deyil və İqrar Əliyevin yazdığından heç bir nəticəyə gəlmək olmur. Məsələn, İqrar Əliyevin qeydinə görə: "... güman etmək olar ki, lullubilərin dili elam dilinə qohum olmuş, lakin bu barədə qəti fikir söyləmək mümkün deyil” (“Èñòîðèÿ Àçåðáàéäæàíàïîä ðåäàêöèåé Èãðàðà Àëèåâà, Áàêó, 1995, ñ.62).

Azərbaycan tarixşünaslığında başqa mövqe Y.B.Yusifov tərəfindən təmsil olunur. Alim yazır ki, kuti və lullubi dilini elam dili ilə, axırıncının isə xurri, kassit və başqa dillərlə qohum olması haqqında fərziyyələr əsassızdır. (Y.B.Yusifov. Adı çəkilən əsər). İ.Əliyev hesab edir ki, miladdan önçə III minilliyin sonunda lullubeylərin xurritlərlə münasibətləri kəskin olmuş və uzun çəkən düşmənçilik nəticəsində də nullatum ("nullu"dan) – yəni "barbar" anlayışı yaranmış və həmin söz Nuzi xurrilərindən akkadlara keçmişdir. Alimin fikrinə görə Urartu dilində "lullu" – “düşmən” sözü də həmin anlayışla əlaqədardır (İ.Əliyev. Adı çəkilən əsər. s. 61).

Lakin bu fikirdə ziddiyyət var, çünki həmin xurrilər, həm də urartular başqa xalqlarla da müharibə etmiş, amma nə üçünsə bizi maraqlandıran ifadə məhz lullubilərə qarşı istifadə olundu. Lakin bununla yanaşı alimin fikrindən belə nəticəyə gəlmək olur ki, "lullubi" adı yerli xalqa gənardan verilən addır.

Y.B.Yusifov qeyd edir ki, Aratta, LullubumSu Urmiya gölü ətrafında yerləşən ayrı-ayrı dillərdən istifadə olunan ölkənin adıdır. Alim hesab edir ki, mənbələrdə "lullu", "bi/mi" şəkilçiləri ilə istifadə olunur. Onun qeydinə görə, həmin ad lullubi tayfa birliyinə daxil olan turukki və su tayfaları üçün bağlayıçı ad idi. Lakin təəccüblüdür ki, Y.Yusifov da həmin adı yerli yox, kənardan verilmiş hesab edir. O, yazır ki, lullu ifadəsindən Azərbaycan heyvandarları örüşə getdigdə və rəqs zamanı istifadə edirdilər və buna misal kimi Orta Asiyada qaraçıların "lullu" adlandırılmasını misal gətirir (Y.Yusifov. Adı çəkilən əsər. s.32; Azərbaycan tarixi. 3.M.Bünyadov və Y.B.Yusifovun redaktəsi ilə. Bakı, 1995, s. 79-80). Lakin lullubilərin döyüşkən olmalarını və onların xurritlərlə münasibətlərini nəzərə alıb elə hesab edirik ki, bu çür xüsusiyyətlərin daşıyıçıları çətin ki, özlərinin "rəqqas" kimi adlandırılmasına içazə versinlər. Məlumdur ki, Şərqdə rəqqaslara münasibət neçədir və təsadüfi deyil ki, məsələn sonralar rəqqasları adətən "mütrüb", yəni ki, "yüngül təbiətli adam" adlandırırlar (Azərbaycan dilinin izahlı lüğəti. Bakı, 1983, III. s. 372).

"Lullubi" etnoniminin "Lullu" "rəqqas" kimi izahı Aran (Ərənlər) qəhrəmanlar ("ər" - kişi; + "an" çəm şəkilçisi) müqayisəsinə (Y.B.Yusifov, S.K.Kərimov. (Toponimikanın əsasları". Bakı, 1987, s. s.16) ziddir. Qeyd etmək lazımdır ki, "kişi" mənasında istifadə olunan "ər/ar" türk etnonimlərinə xas olan əlamətdir, məsələn, bulqar (bu etnonimin balıq+ər yəni "şəhər sakini" kimi izahı daha məqsədə uyğundur), azar, “sabir/suvar/subar” (“T” - çəm şəkilçisi). Güman edirik ki, özlərini "kişi" kimi başqa xalqların nümayəndələrinə tanıtmaq müxtəlif xalqlarda yayılmışdır. Məsələn, XIX əsrin sonunda "ağlar" Kaliforniya yaxınlığında hindunu tutduqda, o özünü "işi", yəni "kişi/adam" deyib təqdim etdi (Atrar Karimulin, “Tatarı: gtnos i gtnonim”, Kazanğ, 1987, s.47).

Və yaxud, yunanlar Kiçik Asiyada gəldikdən sonra yerli əhali yunanlara tanış olmayan "var/bar" sözlərini işlətdiklərinə görə kəlmələr onları "varvar/barbar" çağırdılar. Biz güman edirik ki, "varvar/barbar" adi "ar/ər-kişi" sözünə "b/v" hərfinin protezləşməsi nəticəsində yaranıb və həmin söz "insanlar/adamlar" deməgdir (var+var = varvar/adamlar). Bu cür izah bəzi başqa fagtlarla da təsdiq olunur. Qeyd etmək lazımdır ki, yunanların Balkana və Kiçik Asiyaya gəlişindən əvvəl, artıq orda türk ünsürü mövcud idi. Məsələn, Troya müharibəsi zamanı Troya hakimi Priam müttəfiqlərinə kömək üçün müraciət etmişdir. Bu müttəfiqlərdən biri peonlara başçılıq edən Pirxem idi. Homerin məlumatına görə peonlar Aksiy axdığı Amidon ölkəsində yaşayırdılar. Mətnə görə aydın olur ki, Aksiy çay adıdır. Türk dillərində "çay" adları – su/-sey/-sel/-çay söz tərgiblərinin köməyi ilə yaranır (Yansay, Aksu, Yenisey, Göysay və s.). "İlliada"nın şərhçiləri yazırlar ki, "Aksiy" Balkanda, Makedoniyada axan çaydır (Qomer, “İlliada”, perevod T.Qnediça, M., 1978, s.519) və onun yunan adı Strimon, müasir adı isə Bıstrisadır.

Roma tarixçisi Tit Liviy məlumatına görə Troya şəhəri süqut etdikdən sonra vened tayfalarının başçıları olan Eneya və Antinora yunanlar tərəfindən Alp dağlarına sarı və Siçiliyaya köçməsinə icazə verilmişdir. (Tit Liviy, “İstoriə Rima ot osnovaniə qoroda”, M., 1989, T-I, s.10). Müxtəlif dillərdə yazılmış mənbələrin tətbiqi onu sübut edir ki, qodim və orta əsrlərdə istifadə olunan Vened etnonimi slavyanlara yox. məhz oğuz bulqarlara aid idi. (Ə. F. Ələkbər "Avropada erkən türklər" Müsavat. III/ IV/1995).

1222-1225-ci illərdə island tarixçisi Snorru Sturulson tərəfindən qələmə alınmış əhvalata da nəzər salmaq yerinə düşərdi ki, həmin müəllif "as" türklərinin başçısı Odinin öz rliylə Troya şəhərini tərk edib İsveçə doğru köçməsini xəbər verir (Snorru Sturulson, “Mladşaə Gdda”, L., 1970, s.11-12). "As"ların mənşəyi mübahisəli olsa da, təsadüfi deyil ki, islandiyalı tarixçisi onları məhz türklərlə eyniləşdirir. Qeyd edək ki. Roma əyaləti "Asiya"nın adi kiçik Asiyada yerləşən "Assuva"nın adı ilə bağlıdır (O.Qenri, “Xettı”, M., 1987, s.37).

Bununla belə biz hesab edirik ki, Asiya adı "Aslar ölgəsi" kimi oxunmalıdır (məsələn, Persiya - farslar ölkəsi, Rusiya - ruslar ölkəsi və s.) yəni bu vəziyyətdə "~iya" şəkilçisi türk "ey, ev, oba" - yəni "ev, yaşayış yeri, məskən" anlayışları ilə eyni möna kəsb edilir və çox güman ki, "Assuva" adındakı "-uva", "-iya" şəkilçisi ilə eyni mənadadır və türk "uva - oba" sözündən alınıb. "As"ların mənşöyi mübahisəli olsa da, deməliyik ki, onların adlarından biri də "alan"dır. İranşünaslar qəti olaraq "as/alan"ları irandilli hesab edirlər. (V.Abaev, “Osetinskiy əzık i folğklor”, M.-L., 1949, s.33). Lakin yuxarıda təqdim olunan misallara arxalanaraq hesab edirig ki, onların bu fikirləri əsassızdır və Snorru Sturuksonun Asların türk olması haqqında faktını təediqləyən başqa bir misal gətirək.

Oxucuların diqqətini belə bir təfsilata yönəltmək istərdim ki, "Yəhudi müharibəsinin" tərçüməçisi "vedomo" yəni "məlum olduğu kimi" ifadəsini işlətdikdə artıq məlum bir faktı qeyd edir. Bütün bu fagtlar onu göstərir ki, yunanlar Kiçik Asiyaya gəlməmişdən əv" vəl artıq bu ərazidə türklər yaşayırdılar və ellinlər "var" sözünü başa düşmədiklərindən yerli əhalini sadəcə "barbar" adlandırdılar Biz belə figirləşirik ki, "var" sözü "b/v" fenomeninin protezləşdirilmasi vasitəsi ilə "ər/kişi" anlamından yaranan bir ifadədir.

Yaxud ur/v+ur vurmaq mənasında və b+ur - burmaq mənasında.

"Ər" sözünun sinonimi "kişi"dir. Lagin bu sözlərlə yanaşı türk dillərində gişi uçun "ala" ifadəsi işlədilir (yəni burda rotasizm lamdaizm qanunda q/1 geçidi əsasında, məsələn, A-la-tei-e, A-qa-ta-a (Y.B.Yusifov “Rannie kontaktı…”, s. 22); "a!a" sözü ilə yanaşı xalq arasında "ada" ifadəsi də işlənilir; "d" hərfinin protezləşməsi nəticəsində isə "gəda" sözu yaranır. Biz elə düşünürük ki, “ar/al” sinonimləri ancaq iginci anlayışda "ər/nurdur" mənasında işlədilə bilər və onların birinci anla-yışı "işıq/nurdur", çünki "işıq" öz fiziki xüsusiyyətlərinə görə yuxarı meyllidir və zəkanın işıqlı olması fərdin, yəni "ərin" ictimai vəziyyətini müəyyənləşdirir.

Eyni zamanda "a! (a!a)/kişi" ifadəsi ilə yanaşı türk dilində gişilər üçün “lala” (sultanların tərbiyəçisi, böyüg qardaş) sözü, böyuglər üçünsə, ”ulu/ulu(g)” ifadələri işlədilir. Bundan əvvəlgi məqalələrimizdə biz qeyd etmişik ki, "Povestğ vremennıx let" salnaməsinin müəllifi Nestor "slavyan" və "sklavin" ifadələrini qarışdırır və düzgün olmayaraq bəzi türk tayfalarını slavyanlarla eyniləşdirir. Məsələn, Nestorun sözlərinə göadı çəkildiyi tayfalar arasında yunanlar tərəfindən Böyük Skifiya adlandırılan "uliçi" tayfası qeyd olunur. (Türk “ulu/böyük” + “çi” mənsubiyyət şgkilçisi (A.F.Alekperov. "O proisxojdenii gtnonima `saklab`" Srednevekovıy Vostok, ¹2 Baku, 1994; “Povestğ vremennıx let”, I. M-L., 1950, s. 11. 207, 210).

Cəm şəkilçisi olan "lar"la yanaşı sözun cəm forması bəzən "z" şəkilçisi ilə yaranırdı. Məsələn, bi+si (MƏN+SƏN) = BİZ; si+si (SƏN+SƏN)=SİZ". (0.Suleymenov. "Az i Ə". Alma-Ata, 1989, s. 545); yaxud "gedirik/gediriz". Bununla yanaşı sözün cəm forması "h/r/t, 1/sQ formatlarının göməgliyi ilə yaranmışdır. Məsələn, özlərini "ue!e1" adlandıran Oder, Elba və Baltika ətrafında yaşayan slavyanların adı "MYsQ olmuşdur. Bu da göründüyü kimi, türk mənşəli etnonimdir (1i (Ypzap+1) (cəm şəgilçisi) + ^y(mənsubiyyət sufigsi). Biz bu figrimizi "z!auuap" etnoniminin "zaİah/zaKaYaq" etnonimindən yaranmasını nəzərə alaraq əsaslaidırırıq. Çox güman ki, sonralar slavyan "lyudi" sözünün formalaşmasında türk "lu" - "insan" anlayışı iştirak edib (“li” + “d” - cəm şəgilçisi).

Bir çox xalqlarda "aslan" obrazı "işıqla / nurla" bağlıdır. Müasir türk dillərində "aslan" "bars" da adlanır və bu söz Mahmud Qaşqarlının "Lüğət"ində əks olunub. (M. Qaşqarlı. Divan luğət ət - türk". Angara, 1945. I. s. 344). Maraqlıdır ki, hind-avropa dillərində işıq obrazı "aslan/bars" "le~" söz tərgibi ilə yaranmışdır. (Məsələn, rus. - lev; yunan - leo və s. (M.Qmarkelidze, V.İvanov, “İndoevropeyüı i indoevropeyskiy əzık”, Tbilisi, 1984, s.500-507). Və çox guman ki, hindavropa dillərində istifadə olunan "le/aslan/işıq" umumi türk olan "al/işıq" (V.Radlov, “Opıt slovarə törkskix nareçiy”, SPb, T-I, s.350) sözünün metatezaya (yəni sözün mənasının qorunması ilə hərflərin yer dəyişməsi) uğramış formasıdır. "ala/kişi" sözü isə göstərdiyimiz kimi “al”dan yaranıb.

Beləliglə güman etməg olar ki, lullubi etnonimi türk mənşəlidir və xalqın öz. dilində istifadə edilən ifadədir, yəni "lu (insan)+ lu (insan) + bi (cəm şəgilçisi) = “lulubi / insanlar”. Çox güman ki, "lulu" ifadəsi sonralar da inkişaf etmişdir, çunki artıq sonrakı mətnlərdə “ulu(s)” artıq "xalq, ölkə" mənasında işlənmişdir. (Ñ.Ã. Êëéàøòîðíûé "Äðåâíåòþðêñêèå ðóíè÷åñêèå ïàìÿòíèêè". M., 1964. ñ. 129). Bütün bu faktlar onu göstərir ki, türk etnosu burada avtotoxtondur və Azərbaycanda (sozün geniş mənasında) heç bir türkləşmə olmayıb.