ÊÀÐÀÁÀÕ â ÄÎÊÓÌÅÍÒÀÕ

 

 Íà÷àëî | ÁÈáëèîòåêà | Ôîòî ôàêòû | Êàðòèííàÿ ãàëåðåÿ | Ññûëêè | Ôîðóì | ÎïðîñÏîèñê â google | AZAD QARABAĞ |

ap015

Azərbaycan, Atropaten
professor Firudin Ağasıoğlu


Son iki minildə bu adların etimologiyası haqqında ayrı-ayrı yazarlar müxtəlif yozumlar versə də, “akademik” tarix uzmanları birinci adın ikincidən törəməsi fikrindən ikiəlli yapışmışlar. Bu adlar arasında dolayı əlaqə olmasına baxmayaraq, onlar ayrı-ayrı mənşəli sözlərdir. Birinci ad etnotoponim kimi yaranmış, ikincisi isə titul bildirən “atropat” sözü əsasında formalaşmışdır; birinci adın kökündə azər/asər boyadı, ikincinin kökündə isə “atəş” anlamlı atar/adur sözü durur. Bu fərqi aydın görmək üçün hər iki adın qədim mənbələrdə və sonrakı çağlarda ayrı-ayrı xalqların dilində necə işləndiyini əks etdirən formaları gözdən keçirmək lazım gəlir. Siyasi-coğrafi anlamda Azərbaycan adı öncə Arazboyu əraziləri və Urmu hövzəsini, sonralar isə Dərbənd, Borçalı, İrəvan, Mosul-Kərkük, Həmədandan güney və doğu bölgələri də əhatə etmiş, bu sınırlar bəzi çağlarda böyümüş, bəzi çağlarda daralmış, etnik-coğrafi anlamda isə ölkəadının əvvəllər daha geniş sınırları olmuşdur.

Azərbaycan adının semantikasını açmağa yardım edən formalarını izləmək üçün qədim pəhləvi (part), yunan və ərəb qaynaqlarını gözdən keçirmək lazım gəlir. Sasani sülaləsinin əsasını qoyan I Ardaşir (226-240) haqqında VI əsrdə yazılmış “Êāðíāìàã ī Àðäàõøīð ī Ïàáàãâí”, VI-VII əsr olaylarından bəhs edən yunan tarixçisi Feofilakt Simokattanın 628-638-ci illər arasında yazdığı “‘Ιστορίαι” və XIII əsrdə özündən əvvəl deyilmiş fikirləri şərh edən ərəb yazarı Yaqut əl-Həməvinin “Mu’cəm əl-buldən” (1224) kitablarında uyğun hissələrə baxaq:

Farsca yozumlar:

Türkcə yozumlar:

 

Göründüyü kimi, xoronimə çeşidli praforma və müxtəlif anlamlar verilmişdir. Bunların sırasına şəxs adları ilə verilən yozumları da əlavə etsək, bir daha aydın olar ki, adın etimologiyası çox dolaşıq salınmışdır.Ona görə də Azərbaycan adının etimologiyasını sözün sonundan başlamaq daha münasibdir, çünki həm türk (Azərbiqan), həm də fars deyimi (Atarpatkan) -qan/-kan sonluğu ilə işlənmişdir. Türk dillərində yorğan, alışqan, örkən, yelkən sözlərində olduğu kimi, -qan (-ğan,-kən,-gən) şəkilçisi kurqan, yarğan tipli coğrafi terminlərin yaranmasında da iştirak edir. Bu şəkilçi saqa türklərindən qopub irandilli boylarla qarışan partların dilində (pəhləvi) Hindukan (Hindistan), şahiqan (saray) kimi sözlərdə məkan bildirən çalarını saxlasa da, -iqan/-ikan forması ilə toplu isimlər və -(a)qan/-(a)kan forması ilə isimlərə qoşulub mənsubiyət çaları da yaratmışdır. Məsələn, bu şəkilçi M.Kaşqarinin “olar iki tavar satışqan alışqanlar ol (onların ikisi davar alverçisidir) cümləsində verdiyi “alverçi” (alışqan-satışqan) sözündə olduğu kimi, part dilində də bazar sözünə qoşulub “alverçi” (vazargan) anlamı yarada bilir.

Ərəb istilasından sonra bəzi toponimlərin tərkibindəki bu şəkilçidə –qan Ù -can dəyişməsi baş vermişdir. Belə ki, Fərqanədə keçmiş Andiqan/ Andukan bölgəadı sonralar Andican/Əndican şəklini aldığı kimi, Qurqan > Curcan, Balasağan > Balasacan tipli onlarla yeradı eyni dəyişikliyə uğramışdır. Ərzincan, Dilican, Zəncan, Əndican kimi sonu -can şəkilçili toponimlər Anadolu, Güney Qafqaz, İran və Orta Asiya bölgələrində geniş yayılmışdır. Bu baxımdan, Azərbaycan adındakı -can sonluğunun aydın etimologiyası var, onun qədim türk dilində coğrafi termin və etnotoponim yaradan *-qan şəkilçisi olması şübhə doğurmur.Beləliklə, hər iki adın türkmənşəli -qan şəkilçisini ayıranda xoronimin aşağıdakı hissələri qalır:

1) azərbi, azrəbi, azarbi, azərba, azərbay, adərbi

2) atarpat, atropat, adurbad, aturpat, atrpat

Adın bu hissəsində son heca olan -bi/-ba/-bay-pat/-bad sözcüklərinin etimologiyası üzərində dayanaq. Birinci sıradakı “bi” formantından yuxarıda “bölgəsəl sözlər” bölməsində danışmış, onun “boy” anlamı ilə etnonimlərə qoşulduğunu göstərmişdik. Qədim mixi yazılarda qeyd edilən Lulube/Lullume, Madape, Ellipi yeradlarında lulu-be, mada-be, elli-pi adları türk etnotoponimlərinin yaranmasında iştirak edən -bi şəkilçisini ortaya qoyur. Bu baxımdan, qədim çağlarda işlənmiş bod “boy” sözünün sonrakı şəkilçiləşmiş -be/-bi fonetik variantı ilə düzələn azər-bi boyadı türk mühitində yalqız deyildir. Deməli, azər sözü boyadı olduğu üçün -bi şəkilçisi ona qoşula bilmişdir.

İkinci sıranı təşkil edən “pat” formantı isə iran dillərində qədim fars dilindən üzübəri “-çı” şəkilçisinin qarşılığı kimi işlənib “qoruyan”, “başçı” anlamında titul yaradan sözcükdür. Y.Yusifov atropat sözünün baş kahin vəzifəsini də icra edən hökmdara məxsus dini rütbə bildirdiyini və iran dillərində “od saxlayan” anlamı daşıdığını yazır. Sasani çağında aturpat, sonralar daha çox adurbad şəklində işlənən atarpat sözü yunanca metatezaya uğramış atropat (atrapat) fonetik variantı ilə yazıya alınmışdır. Oda sitayiş çağlarında Azərbaycanda atropat titulunu daşıyan onlarla şəxs olmuşdur ki, bunlardan biri də Makedoniyalı İskəndərə qarşı III Daranın qoşununda bir hissəyə başçılıq edən Kiçik Madanın satrapı və dini başçısı Atropat idi. Görünür, tarxan, qamata kimi titullar Tarxan, Qam-Ata şəxs adına (antroponimə) keçə bildiyi kimi, atrapat titulu da Atropat şəxs adına çevrilmişdir. Bəzi yazarların Kiçik Madaya “Atropatın ölkəsi” deməsi qəribə görünməməlidir, Polibi də Azərbaycanı m.ö.II əsrdə hökmdarın adı ilə “Artabazanın vilayəti” adlandırır. Bu baxımdan, Atropat adına iran, yunan, hay dillərinin məkan və mənsubiyət şəkilçilərinin qoşula bilməsi normal haldır:

Göründüyü kimi, “Azər boylarının ölkəsi” anlamında Azərbiqan adının türk dili deyimindən fərqli olaraq, fars, yunan, hay deyimi “Atropatın ölkəsi” anlamında Atarpatkan adına köklənmişdir. Aşırı iranpərəstlər Azərbaycan adının Atropatın adından yarandığını “isbat” etmək istədikləri kimi, bunun əksini söyləyənlər də olmuşdur. Guy Le Strange yazır ki, farsca Azerbâzegâh adını qreklər (yunanlar) təhrif edib Atropatene şəklinə salmışlar. Bu yozumların ikisi də yanlışdır, çünki orta fars dilində olan Âòóðïāòàêāí/Āäóðáāäàãāí formasından Azərbaycan formasına keçid inandırıcı olmadığı kimi, daha əski Ātarpâtkân forması da türkcə mövcud olan Azərbeqan formasına uyğunlaşıb artıq orta fars dili çağına qədər ortadan qalxmışdı. Həm də nəzərə almaq lazımdır ki, türk deyimi Azərbaycan ilə fars deyimi Atropaten ayrı-ayrı dil zəminində yaranaraq, ayrı-ayrı anlam daşıdığı kimi, onların coğrafi tutumu da fərqlənirdi. Belə ki, I Xosrovun vaxtında Azarbazqanın tərkibinə Ərməniyə, İberiya, Aran, Balasakan, Sisakan, Muğan, Deyləm və sair əyalətlərlə bərabər Atarpatkan da daxil idi. Hələ I Ardaşir çağında bütöv bu əyalətlərin hökmdarı Azarbazqan-şah adlanırdı. Göründüyü kimi, Atropatenanı da içinə alan Azərbaycan daha geniş siyasi-inzibati və etnik-coğrafi anlam daşımışdır.

Öncə tütul kimi yaranan atropat sözünün sonralar antroponim kimi işlənməsi təbiidir. Lakin məsələ burasındadır ki, bu söz də türkmənşəli od sözündən yaranıb, çünki hind-iran və slavyan dillərində “od” anlamlı iki söz vardır; bunlardan biri hindavropamənşəli *oqnis/*eqnis, o biri isə türkmənşəli *ot sözü ilə yaranmış atar/adur sözüdür. Bu söz pəhləvi dilində ataxş “od” formasını alıb, bumeranq söz kimi atəş şəklində azər dilinə qayıtmışdır.

Yuxarıda “azər boyu” anlamı daşıyan azərbi sözünün tərkibində “azər” etnonimi və şəkilçiləşmiş “bi” sözcüyü olduğunu demişdik. İndisə azər etnoniminin etimologiyasını açmaq üçün hansı anlamda işləndiyini, tərkibində hansı sözlər olduğunu, hansı fonetik variantlar üzrə dəyişdiyini m.ö.VIII - m.s.VIII əsrlər arası qədim qaynaqlarda gözdən keçirək:

Örnəklərdən göründüyü kimi, azər adı Göytürk (VI-VIII əsrlər) yazılarına qədər asur və yunan-latın qaynaqlarında yer almışdır. Asur çarı II Sarqona göndərilən raportda Kərkükdən Urmu gölü yaxasına uzanan “Şah yolu”nun təmirindən söhbət gedir və bu yolun Azər şəhərindən keçdiyi bəlli olur ki, bu da öncə Türk (Turuk) bəyliyi olan bölgəyə düşür. Kaspi dənizinə axan Araz çayının Atropatenə qədər Artaksat yaxınlığında (İrəvan çuxurunda) Azar bölgəsinin yanından keçdiyini yazan Strabon həm də Madanın güneyində Azar məbədi olduğunu qeyd etmişdir. Klavdi Ptolemey Kubanla Azaq dənizi arasında AzərAzəroba yaşayış məskənlərindən bəhs etmişdir. Göytürk yazılarında az boyu (az budun), az əri deyimləri aydın göstərir ki, adı çəkilən yeradlarında azər “az” və “ər” sözlərindən yaranmış bir etnonimdir. Deməli, Azərbe/Azərbi adının əsasını azər boyadı təşkil edir, onun da kökündə az boyadı durur. Türk dillərində eyni funksiya daşıyan şəkilçilərin ardıcıl işlənmə olayı vardır. Belə ki, əvvəl qoşulan şəkilçi bir müddətdən sonra qoşulduğu köklə bütöv söz kimi qavranılır və yeni mühitdə sözün leksik mənası yeni şəkilçi ilə təzələnir:

Beləliklə, azərbi (azər-bi) adının son morfoloji tərkibi kaspi (kas-bi) adından fərqlənmədiyi kimi, Azərbican (az-ər-bi-can) sözünün tərkibi də qədim qaynaqlarda adı keçən KambecanArospican (M.Xorenatsi) kimi bölgə adlarının analoji tərkibindən fərqlənmir:

Göründüyü kimi, Atropaten adından fərqli olaraq, Azərbaycan adı etnotoponim kimi yaranmışdır.Lakin buradakı azər sözü ilk yarandığı çağlarda təkcə etnonim yox, həm də teonim anlamı daşımışdır ki, bu da azazər adlarının mənalarını qədim qaynaqlarda gözdən keçirəndə aydınlaşır. Bəlli olur ki, As, Asar, Asaq iyə adlarının kökündə az/as sözü durur.

Qədim qaynaqlarda qeyd olunmuş Az adının İslamdan sonrakı çağlardan günümüzə qədər də az~qaz variantları üzrə Azərbaycanda, həm də Azərbaycan sınırından kənarda türkmənşəli yer-yurd, dağ-təpə, dəniz-çay, boy-şəxs adlarının tərkibində işləndiyini görmək olur.

Bu etnonimin kökündə duran *az sözü çox qədim çağlardan iyə və boyadı olduğundan müxtəlif dialekt deyimləri ilə geniş areala yayılmışdır. Onun fonetik variantları ilkin praformanı larinqal saitlə bərpa etməyə imkan yaradır. Sözün başında larinqal [’a] saiti boğaz tutulması ilə tələffüz olunduğu üçün dialektlər üzrə samitli [qa] və saf [a] deyimi ortaya çıxmış, sözün son samiti isə türk dillərində geniş yayılmış s~z səs paralelliyi ilə işlənmişdir.Dialektlərdə bu sözün fonetik variantlarına etnonim (topluluq) bildirən bəzi şəkilçilərin qoşulmasını əks etdirən nümunələrə baxaq:

*’az~’as

 

 

-aq

-ər

-lar -bi

> as

> az

> qas~kas

> qaz~xaz

asaq

azaq

qasaq

qazaq

asər

azər

kasar

xazər

aslar -

azlar azərbi

kaslar kasbi

- -

 

Boğaz tutulması ilə deyilən aynlı (ع) və həmzəli (ء) ərəb sözləri türk dillərində a~qa şəklində (Abdulla~Qabdulla) fərqləndiyi kimi, “’az” adının da qədim çağlarda ayrı-ayrı dialektlərdə az~qaz (as~ kas) variantları ilə işlənməsi xarakterik olaydır. Türkmən folklorunda Azərbaycan adı XəzərbecanXəzirbeycan kimi verilir. Qazax alimləri qazax adının kökündə as boyadının durduğunu qeyd etmiş, Hazar toponimini tədqiq edən özbək alimləri də xazar/azər paralelliyini mümkün saymışlar.

Teleutların tört as, altayların baylak as tirəsi, qırğızların kuzuquna-azık (asık), börö-azık boyları, başqord-katayların tərkibində as, assı bölməsi və karaçay-balkarların as adlanmasından bəhs edən R.Q.Kuzeyevə görə, az/as köklü etnonimlər Uraldan Altaya qədər yayılmış, Qafqaz və Kırımda əks olunmuşdur. Qıpçaq-Çölü özbəkləri, Quzar yaxınlığında və Səmərqənd-Karşi arasında yerləşən özbək-saray boyları içində caman-as, az-saray kimi çoxsaylı tirələrin as boylarından qalma olduğunu yazan B.X.Karmışeva XVI əsr “Şaybani-namə” kitabında as soyadının durman, naymanquşçu boyları ilə qoşa işləndiyini göstərir, saraykataqan adlı Buxara özbəklərinin as boylarına qovuşmasını əks etdirən şəxs adlarına farsca “Dastur al-mulk” (XVII) əsərindən nümunələr verir:

A.Vamberi özbəklərin 32 əsas boyu sırasında as boyunu da qeyd etmişdir. M.Z.Zəkiyev, L.S.Tolstova, İ.M.Miziyev, F.Cəlilov, C.Cəfərov və başqaları bulqar (tatar), başqord, özbək, qazax, qırğız, altay, qaraçay-balkar, türkmən və azər xalqlarının soykökündə az~as boylarının iştirak etdiyini göstərən qaynaqlardan yüzlərlə örnək vermişlər. Orta Yenisey yaxasında Askiz (as-kişi) və başqa arxeoloji abidələri tədqiq edən E.B.Vadetskaya abidələrin bulunduğu əski yeradının dəyişdirildiyini qeyd etmişdir: Toqıs-As ulusu (Yefremkino), As-oçak ulusu (Beltır). Azərbaycanda az/as boyadı ilə yaranan etnotoponimlər hay-erməni qaynaqlarında geniş yer tutur.

Göründüyü kimi, tört-as, ceti-as (yeddi-as), toqıs-as, caman-as, kızıl-as, kataqan-as, baylak-as, kenqer-as, as-saray, as-alan, as-quşçu və sair boy, boybirliyi içində yayılmış asların qədim türk soylarından olması heç bir şübhə doğurmur. Başqord, bulqar (tatar), qaraçay-balkar, altay, qazax, qırğız, özbək, türkmən və azər xalqlarının soykökündə iştirak edən as boyunun birbaşa kas-bi (kaspi), az-aq (qazax), az-kişi, az-ər (azər/xəzər) etnonimlərinin kökündə durması və bu etnonimlərin çox geniş areala yayılması bir daha göstərir ki, as/az boyadı prototürk çağında yaranmışdır.

Yuxarıda deyilənlərdən aydın olur ki, Atropaten adı “od-ər” (atar) modelində düzəlib “atəş qoruyan” (atar-pat) anlamlı titul əsasında pəhləvi-fars dillərində yaranıb daha çox yunan-hay qaynaqlarında əks olunmuşdur. Azərbaycan adı isə “azər boyu” (az/xəz-ər) və “azər boyları” (azər-bi) etnonimi əsasında yaranmış və müxtəlif dilli qaynaqlarda əks olunmuşdur:

Beləliklə, Azərbaycan adı irandilli mühitdə yaranıb yalnız Urmu hövzəsini əhatə edən “Atropatın yurdu” anlamlı Atropaten adından fərqli olaraq, türk mənşəli etnotoponimdir və “Azər boylarının yurdu” anlamı ilə daha geniş etnik coğrafiya bildirir. Siyasi-coğrafi anlamda isə ayrı-ayrı çağlarda Azərbaycan adının müxtəlif sınırları olmuşdur.

Mənbə və qeydlər

1. “Karnamaq”, X. 2.

2. Feofilakt Simokatta, 98, 206 (qeyd 8).

3. Əliyeva 1999, 123-124.

4. Yunan-Bizans yazısında - Ατροπατηνη (Strabon, XI, 13, 1); ’Αδραβιγάνων ~ ’Αδαρβιγάνα (Simokatta, IV.III.13; IV.IX.1); ’Αδουρβαδηνη; suriya dilində - Àäàðáèãàíà, Àäåðáàèãàí; orta və yeni fars dilində - ’twrp’tkn (Âòóðïāòàêāí, Aturpatakan), Aturpatakan (I Şapurun yazısı), Âòàðïāòàêāí, Âòàðáàðåãāí; part dilində - Âòðîïāòàêāí, Âäóðáāäàãāí; ərəb dilində - Àżðàáèãàí, Àżàðáåãàí, Ààðáàéêàí, Àżàðáèjàí, Àżåðáeèjâí; əski və yeni erməni (hay) dilində - Atırpatakan, Adirbecan; əski gürcü dilində - Adarbadaqani, Adrabadaqan; rus dilində - Aderbedjan (XIX əsr), Azerbedjan (XX əsr); talış dilində - Azırboycon ~ Azərbaycan; türkmən dilində -Xəzirbican; özbək dilində - Ozarboycan; Bu ad azər dialektlərində də Azərbican, Azarbacan, Həzərbecan, Əzirbican və sair deyimlərdə işlənir. Azərbaycan ölkəadı Mahmud Kaşqarinin lüğətinə əlavə olunmuş xəritədə Àäÿðàáàäêàí, İbn Havqəlin verdiyi xəritədə isə Azərbican) formasında yazılmışdır.

5. Bu xoronimi şəxs adına bağlamaq gələnəyi Strabonla başlanmışdır. O, Atropatena adının Kiçik Mada ölkəsinin başçısı sərkərdə Atropat (΄Ατροπατησ) adından yarandığını yazmışdır (Strabon XI.13.1). Bu yozumu sonralar bir çox yazarlar təkrar etmişlər (Geniş məlumat üçün bax: Àçåðëó, Ìóñåâè, ßìïîëüñêèé 1974); Yaqut əl-Həməvi isə qeyd edir ki, İbn əl-Müqəffə’a Azərbican adının Azərbad ibn İran (və ya ibn Beyvarasif) ibn əl-Əsvad ibn Sam ibn Nuh Əleyhissəlamın adı ilə bağlı ortaya çıxdığını yazmışdır (Əliyeva 1999, 124); A.Bakıxanov da Babəkin adı ilə bağlamaq istədiyi Azərbaycan xoronimini Azərbabaqan şəklində bərpa edib, “Babəkin odu” anlamı daşıdığını güman etmişdir (Bakıxanov, 59).

6. Azər xalqı, 2000, 15.

7. Ə.Dəmirçizadə adın ilk hissəsini N.Y.Marr kimi A-tar şəklində bölsə də, onun *An-tar praformasını verib, mənasını “atəş allahı” kimi izah edir (Dəmirçizadə 1968, 18-19).

8. M.Azərli, T.Musəvi və Z.Yampolskinin birgə yazdıqları “Azərbaycan adı haqqında” məqalədə atarpat (büt) sözləri qoşa teonim (atar-büt) sayılmış, -qan sonluğu isə türk dillərində işlənən şəkilçi kimi verilmişdir (Azerlu, Musevi, Əmpolğskiy, 83).

9. M.Baharlı müxtəlif dillərdəki atar, azər, adar, atr, atro, atra hissəsini “od”, badaqan, badqan, abadqan, bayqan, patakan hissəsini isə “parıltı, şəfəq” anlamında vermiş, bu adı *Azrbağqan (azr-bağ-qan) “od allahının məbədi” kimi də izah etmişdir (Baharlı, 3-4).

10. Fəzlulah Rəşidəddin yazır ki, Güney Azərbaycanda Oğuz xanın göstərişi ilə ordu torpaq yığıb kurqan düzəldir, türkcə ucaya “azər” böyüklərin yerinə “bayqan” deyildiyi üçün bu yer Azərbayqan adlanır (Rəşidəddin, 22).

11. Y.Yusifov m.ö.VIII-VII əsrlərdə asur qaynaqlarında adı AndirpatianuAndarpatian şəklində çəkilən Qızıl-üzən çayının güney-batı axarlarındakı bölgəni nəzərdə tutub, onu *a(n)dir-pati şəklində bərpa edir (AT,1944, 134). Bu yozum fonetik baxımdan mümkündür, lakin semantik baxımdan adirpat ilə atarpat “od saxlayan” arasında fərq yoxdur, ona görə də, burada türkcə “dağlıq yer” anlamlı adır sözü axtarmaq düzgün deyil.

12. M.Seyidov bu ölkəadını az, azər, bay və qan hissələrinə ayırmış və uyğun hissələri az “uğurlu”, azər “yaxşıistər Günəş” və bayqan/becan “varlı ata” şəklində izah etmişdir (Seyidov 1989, 16-19). Burada azər sözünün yozumu həqiqətə yaxınlaşsa da, sondakı bayqan (becan) hissəsinin yozumu praformaya söhkənmədiyi üçün inandırıcı deyil, ona görə də xoronimin semantikası əlaqəsiz söz yığımı ilə verilmişdir.

13. R.Qurban “Azəri, Atropaten, Azərbaycan sözləri haqqında” adlı cox dəyərli və gerçək yozumlu məqaləsində boyadını “azər” deyil, “az əri” şəklində bərpa edir (Qurban 1968). Lakin məqalənin Atropaten və Azərbaycan adlarından bəhs edən ikinci hissəsi ilə tanış ola bilmədim, görünür, onun çapına senzura icazə verməmişdir.

14. M.Seyidov və R.Qurbandan fərqli olaraq, Azərbaycan adındakı bay sözünü qədim boy (bod) sözünün variantı kimi boy adlarına qoşulan -bi formantı ilə izah etmişdim (Azər xalqı, 2000, 17).

15. MK I, 519; OİƏ, 1981, 70.

16. İbn Xordadbeh və başqa yazarlar Anadolu və Güney Azərbaycanda Aslacan, Arracan, Bazancan, Basuracan, Burcan, Bustacan, Mallacan, Dibancan, Kuzucan, Tercan və sair bu kimi adlar qeyd etmişlər. M.Xorenatsi (V əsr) Araz yaxasında Arospican adını çəkir.

17. Krımda Karabi-Yayla, Tatarbi-Çokrak etnotoponimləri kara-bi, tatar-bi boylarını əks etdirir (Lezina, 152, 159); Qədim və orta çağ türklərinə aid tras-pi,tata-bi, ki’pi (kir-pi), syan-bi, bara-bi boyadı olduğu kimi, m.ö. Azərbaycanda lulu-bi, kas-pi, suv-bi, elli-pi boyadları vardı.

18. Fonetik variantlar müxtəlif adlarda bud/but/boy/bay/ba/bi/be/me/pe/pi formaları almışdır.Bu şəkilçi etnik göstərici kimi ləzgi dilinə də keçmişdir: awar-wi (avar-bi) “avar”.

19. Qədim farsca vispati “ev yiyəsi”, Avestada àēçðà-ïàòè(dini) məktəb başçısı”, orta fars dilində ñïāhïàò/ñïāháåäordubaşı”, äàðīýáåädarğa” və sair bu kimi sözlərdə pati/ pat/bed sözcüyünə rast gəlmək olur (ÎÈß, 1981, 73).

20. AT, 1994, 137; Bu adın müxtəlif dilli qaynaqlarda çeşidli fonetik variantları sırasında səsdüşümü (trpat) və səsartımı (hatarpat) olayını əks etdirən variantlar da vardır: Trpat (hay), Hatarbada (elam). H.Hübşman bu adın Τροπατηνή (Ïëèíè) və haydilli qaynaqlarda Atrapatakan, Atrpatunik, Trpatunik şəklində işləndiyini və Sargis Trpatuni kimi şəxs adlarında göründüyünü qeyd etmişdir (Hübschmann, 343).

21. Ola bilsin ki, Atropatın özəl adı Arsaq imiş, çünki Kiçik Mada bölgəsinə öncə fars Oksidarı canişin təyin edən İskəndər sonra onu Arsaqla əvəz edir və bu çağda (m.ö.328-də) həmin vəzifədə Atropatın adı çəkilir və bir neçə əsr sonra Strabon hakimiyətdə hələ də Atropatın vərəsələri olduğunu qeyd edir, bu çağlarda isə Arsaq sülaləsi hakimiyətdə idi.

22. Strabondan üzübəri Azərbaycan xoroniminin etimologiyasından danışan yazarlar bu adın “Atropata məxsus olan (torpaq)” anlamı daşıdığını söyləyərkən, əslində Azərbaycan adının deyil, Atropatkan adının etimoloji yozumunu vermişlər (AT, 1999, 269-270).

23. Strange, XI bölmə,159.

24. ÀÑÅ, I. 1970, 110; İbn Xordadbex, 61, 106.

25. Azər Beqdelinin (XVIII) Tehranda nəşr olunan “Ateşkede-e Azər” əsərində Azərbaycanın əski və Ərməni də içinə alan sonrakı hüdudları daha geniş verilmişdir (İQA, 120).

26. Birinci “od” anlamlı söz əksər hindavropa dillərində işlənmişdir: het aqnis, latın iqnis, qədim hind àãííş, əski slavyan oqni, latış uqnus (Fasmer, III, 1971, 118);

İkinci isə otaq, ocaq (otcaq), odun sözlərinin kökündə duran və monqol dilində “od şahzadəsi, odu saxlayan sonbeşik, kiçik oğul” anlamında işlənən *odçiqin (od tiqin) və odqan (od xan) deyimlərində görünən türkmənşəli od (ot) sözüdür (ÝÑÒß, I, 483-484).

Göründüyü kimi, özbək dialektində “ocaq qalamaq” anlamında adır şəklində qalan və fars-pəhləvi yazılarında âäór “od”, Aduran şah “od şahı” (“Karnamaq”, XI, 20-21), âòàð “od” (“Avesta”), qədim hind dilində Atharva “od kahini”, “atəşpərəst maq”, slavyan dillərində vatra “od” sözlərinin kökündə duran ot/od sözü yalnız türk boyları ilə sıx təmasda olmuş hindiran və monqol dillərində işlənir.Ola bilsin ki, şumercə Günəş tanrısı dUtu da türklərlə təmasın nəticəsidir.A.R.Zifeldt-Simumyaqinin atar sözünü “od” yox, “kişi(lər) xalqı” anlamında etnonim (at-er) sayması maraqlı fikir olsa da, onun atarpat tərkibində etimoloji yozumu gerçəkliyi əks etdirmir (Çèôåëüäò-Ñèìóìÿãèí 1928, 125).

27. Azərbaycan adının sinonimi kimi, Azərabadqan, Azərqoşesp, Azər yurdu ifadələrini Firdovsi “Şahnamə” əsərində bu misralarda işlətmişdir: “Üarğ mçitsə s drujinoy v Azerabadqan”, “Mol, k Azerqoşespu üarğ dvinulsə v putğ”, “Lişğ tolğko Bexram v kray Azera uşel” (Firdousi. “Şaxname”, V.13068, 13071, 13073). Firdovsi Zərdüşti təqvimində od şərəfinə olan Adur ayını da Azer şəklində verir (V.10147). Görünür, fars dilində ateş ilə yanaşı işlənən atar/adur sözü sonralar azər ilə əvəzlənmişdir.

28. SAA, vol.V.166, r.1-9:

1. TA* ŠÁ-bi URU. ša-re-[e]

2. a-di URU.BAD-a-ta-na-t[e]

3. ana-ku ú-pa-sa-ak

4. TA* URU.BÁD-a-ta-na-t[e]

5. a-di URU.BÁD-ta-li-ti

6. URU. arrap!-ha-a-a ú-pa-su-ku

7. TA* URU.BÁD-ta-li-ti

8. a-di ŠÁ-bi URU. a-za-ri

9. [a-na-ku-m]a! ú-pa-sa-ak…

“I remove […] from Sare to Dur-Atanate, the Arraphaeans remove […] from Dur-Atanate to Dur-Taliti, [I] remove [the…] again Dur-Taliti to Azari…”

(Mən yenidən Sare şəhərindən Dur-Atanate şəhərinə çıxıram. Araphalılar Dur-Atanatedən Dur-Taliti şəhərinə hərəkət edirlər.(Mən) yenidən Dur-Talitidən Azari şəhərinə yönəlirəm…)

29. Azər xalqı (“Turuk boyları” bölməsi), 34-38.

30. Strabonun bəzi tərcüməçiləri Azar bölgəadını yanlış olaraq, Erməni şəhəri kimi verir.

31. AİOSK, 147-149.

32. Tuva türklərinin mifologiyasında “Azarlar yurdu” deyimi tanrıların, daha doğrusu, iyələrin bulunduğu yeri bildirir. Kurbustuda olan bu tanrı məskənində ayı iyəsi Hayırkan “Burkan” da vardır (Monquş B. Kenin-Lapsan, 465).

Yunan miflərində tanrıların yaşadığı yer Olimp adlandığı kimi, türk boylarının ayağı dəyən yerlərdə Baqa-yeri (Baqastan, Qarabağ), Azar/Asar-yurdu, Tanrı-dağı adları tanrı məskəni anlamında işlənmişdir.Əgər Azərbaycandan doğuya gedən prototürk boylarından Azar (Altay), Asar (Tibet) adlarının “tanrı yurdu” anlamı yadigar qalmışsa, batıya gedib german boylarına qarışan prototürk boyu da Skandinaviyada Asar adının “tanrı yurdu” anlamında işlənməsinə səbəb olmuşdur. Bibliyada Asur Nuhun nəvəsi kimi verilir və İkiçayarasında doğulduğu qeyd olunur (Tekvin,10.22). Skandinaviya qaynağı Nuhun bu nəvəsini Part (Parfiya) ölkəsində yerləşdirir (DQS, 137). Asar tanrı tapınağı yerləşən şəhərin (Barsil?) sonralar Asur/Aşşur, bura yerləşən samilərin asur adlanması da bəllidir.

Qədim Azərbaycanda Asar teonimi ilə bağlı akkad-asur qaynaqlarında işlənən dAssar, dAşşur pers qaynaqlarında Ahura teonimləri, Azər ilə Xızır adlarının əlaqəsi və As teonimi haqqında IV Bitikdə mifologiya bölməsində geniş məlumat veriləcəkdir.

33.

Azaq - ??? (MK, I. 66) “oğuz bəyi”

Azaq - Azov dənizinin türkcə adı

Azıq - azoq uruğu bölgəsində mağara

Ażıq - ???(MK, I. 63), Kaşqarda kənd

Azık - qırğız boyu (Kuzeev 1974, 229)

Azbulaxi “az bulağı” (Gürcüstan)

Az/Aza ölkəsi (TU,32) “İrəvan çuxuru”

Aza kəndi (Naxçıvan)

Azman “böyük gövdəli adam”

Az-kişi - doğu və batı türklərdə boyadı

Ażgiş - ???? (MK, I, 96) yeradı

Azlar təpə (OU,198-200), Özbək eli

Azlar-arik “azlar arxı”, “----” “----”

Azar-tepe “azər təpəsi”, “----” “----”

Azar-türkman oymağı (Anadolu)

Azeru-çay (Gürcüstan)

Azeru-kənd (Astara)

Azəri “Bəzz şəhərinin əhalisi” (Yəqubi)

Azər-məsçid aşırımı (Zəngəzur)

Asar yeradı (Kuzeev 1974, 229), Qırğız eli

Qazax - bəlli boy və bölgə adları

Kazaq - boy və bölgə adları

Kasax - İrəvan bölgəsində qədim çayadı

Kaspi - qədim boyadı (Güney Qafqaz)

Kaspi - bölgə, şəhər və kənd adları

Kasbi (Nafasov 1988, 92) özbək qışlağı

Kaspan (Lezina, 148), Krımda yeradı

Kas-abad (Qarabağ) XVIII əsrdə kənd

Qas dağ (Balakən)

Qazlıq dağı (KDQ)

Xazarlu/Xəzərli kəndləri (Xoy, Xaçmaz)

Xozar - ????? (MK, I. 411) türk yurdu

Xazor bağ toponimi (Özbək eli)

Xazora kışlağı (Səmərqənd)

Xəzər yurdu (Naxçıvan)

Xəzərli dərə (Gürcüstan)

Bas Xəzər kəndi (Kutaisi quberniyası)

Xazar sirma (Çuvaş eli), irmaq

Xazari (Lezina, 154), Krımda yeradı

Xasav-yurd (Qafqaz). Və sair.

34. Cəlilov 1975; 1986; 1988, 122-124; Azər xalqı, 2000, 10-14, 169-172;

35. Azər xalqı, 2000, 33.

36. Kaydarov-Koyçubaev 1971, 47; Doniyorov-Yıldoşev 1989, 31-32.

37. As, Ass, Aşa, Oş, Asa, Ası, Assa, Talas (tala-as), Asar, Asnas, Yası, Assı, Asılı, Assı-Corakçi, Temes-Ass, Biyuk-Ass (Kuzeev, 1974, 228-230).

38. OSA, 1978, 20; Buradakı ad-titul-soyadı düzümü bu şəxslərin as boyundan olduğunu aydın göstərir. Kökündə az/as etnonimi olan Az, Aza, Azay, Azaq, Azər, Xəzər adlarının qədim çağlardan antroponim kimi işləndiyini də görmək olur: Àçà (Ìàíàäà), Àñ-ïàðóê, Àñ-òàðêàí, Àçÿð (İbrahim peyğəmbərin atası), Xasar (Cingiz xanın qardaşı), Azər ibn Nəbih ibn Məhacir (X əsrdə Şəki hakimi), Aydınoğlu bəyliyində I Umur öz qızlarına Azər-mələk, Gürcü-xatun adları qoymuşdu.

39. Vamberi , 1874, 302.

40. Zakiev 1995; Zəkiev 1998; Tolstova 1971; Miziev 1986; 1990; Cəlilov 1988 a; 1988 b; Azər xalqı, 2000; Cəfərov 1999.

Azərbaycanda qədim as boyunun doğu və quzey ölkələrə, özəlliklə quzey-batı yöndə miqrasiyası, orada german boylarına qarışıb əriməsi, Norveç konunqlarının as soyundan törəyən kralları və bu soyun Asar/Azar (Azərbaycan) ölkəsindən getmə tarixi haqqında məşhur səyyah-alim Thur-Heyerdalın fikirlərini sonrakı bölmədə verəcəyik.

41. Âàäåöêàÿ 1986, 176.

Ümumiyətlə, As, Asar/Azər, Xəzər adlı qədim toponimlərin yeni adlarla dəyişdirilməsi faktları çoxdur. Son əsrlərdə təkcə Anadoluda onlarla Xəzər adı yeni adlarla əvəz olunmuşdur (Azər xalqı, 2000, 31). Aral gölünün doğusunda III-IV əsrlərdə dağıdılmş Cedi-Asar, Unqırlı-Asar, Altın-Asar, Baybolat-Asar şəhərləri vardı (GİASA, 95-96).

42. Az, Aziar (azər), Azax, Azaklar, Azmana, Aza, Azalı/Azalu, Azanlı, Aşağı Aza, Verin (yuxarı) Aza, Azərəhmədli, Azbuğa/Asbuğa, Az-kala, Az-pinar (az bulağı), Asilar, Aslı, Askara, Asman, Asnı, Aspakan, Aspek, Azai-şen (az yurdu), Asiatspor (as çuxuru), Asiatsor (as dərəsi), Aştarak və sairə (Xorenatsi 1858, 335-339; ETL,1986).

43. Ola bilsin ki, Asiya/Aziya qitəsinin adı bu etnonimlə bağlıdır, çünki qədim Az (Azzi) ölkəsini het qaynaqları Doğu Anadoluda, Strabonun Azər bölgəsi kimi qeyd etdidiyi Aza ölkəsini urartu qaynaqları Ağrı vadisində (İrəvan çuxuru) verir. Skandinav tarixi-coğrafi qaynağına görə də, Asia ölkəsi (Asia-land) Ərmən ilə Kapadokia qonşuluğunda yerləşir: Hia Armenia er Capadocia, þar nest Asia land (DQS, 1986, 61).