ÊÀÐÀÁÀÕ â ÄÎÊÓÌÅÍÒÀÕ

 

 Íà÷àëî | ÁÈáëèîòåêà | Ôîòî ôàêòû | Êàðòèííàÿ ãàëåðåÿ | Ññûëêè | Ôîðóì | ÎïðîñÏîèñê â google | AZAD QARABAĞ |

Erix Fayql. KƏSKİN DÖNÜŞ! ERMƏNİ MİFOMANİYASI VƏ HƏQİQƏT

KƏSKİN DÖNÜŞ!
ERMƏNİ MİFOMANİYASI VƏ HƏQİQƏT

SƏNƏDLƏR

© Erix Fayql
prof.erich.feiql@chello.at
www.monarchie.at

“Bu günə nəzarət edən keçmişi də nəzarətdə saxlayır.
Gələcək keçmişə nəzarət edənindir”.

Corc Oruel, “1984”

Kitabın tam PDF formatı: | eng | fr | de |

Kitabdan çıxarılışlar və illyustrasiyalar PDF formatında: | az | ru | eng | fr | de | sp | fa | arb | jp | chi | ko |

Mifomaniya - patoloji baxımdan yalançılıqla üzvü surətdə bağlı olan psixi xəstəlikdir. Erməni böhtanları bir əsrdən artıq müddətdə yayıldığından və onların “türklərin erməni xalqına qarşı törətdikləri soyqırım” adlandırdıqları uydurma əfsanənin də yaşı artıq 90 ilə çatdığından, bu kinli cəfəngiyyatın qarşısının təkzibedilməz sənədlər və əyani materiallar əsasında cəsarətlə alınmasının vaxtı gəlib çatmışdır. Onlar aşağıdakı sənədə istinad edərək “müharibə aparan millət” olduqlarını iddia edirlər:

«Cənab Nazir,

Erməni Milli Nümayəndə Heyəti adından aşağıdakıları xatırladan Bəyanatı Zati-alilərinizin nəzərinə çatdırmağı özümə şərəf bilirəm: yaxşı bildiyiniz kimi, müharibənin əvvəlindən ermənilər defakto vuruşan tərəf olmuşlar, Siz özünüz etiraf etmişdiniz ki, ermənilər Antanta işinə yenilməz sədaqətlərinə görə ağır itkilər vermiş və əzablar çəkmişlər, onlar bütün cəbhələrdə Alyans tərəfində vuruşmuşlar:

  • Fransada onlar ilk günlərdən Xarici Legiona könüllü qismində daxil olaraq fransız bayrağı altında şöhrət qazanmışlar;

  • Fələstində və Suriyada Respublika hökumətinin xahişi ilə Milli Nümayəndə Heyəti tərəfindən səfərbər edilmiş erməni könüllüləri fransız qoşun kontingentinin böyük hissəsini təşkil edərək general Allenbinin qazandığı qələbələrdə mühüm rol oynamışlar və bu haqda sonuncu və onların fransalı komandirləri rəsmi bəyanat vermişlər;

  • Qafqazda Rus İmperiyası Ordusunun tərkibində vuruşan 150.000 ermənidən əlavə, 40.000 nəfər könüllü erməni vilayətlərinin bir qisminin azad olunmasında iştirak etmişlər və yalnız onlar bütün Qafqaz xalqları arasında öz komandirləri Andronikin və Nəzərbəyovun başçılığı altında bolşeviklərin geriyə çəkilməsindən başlayaraq sülh müqaviləsinin imzalanmasına qədər Türk ordularına müqavimət göstərmişlər.»

 

Zati-aliləri cənab S. Pişona
Xarici İşlər Naziri Cənab Nazir,
Sizə yüksək ehtiramımı bir daha ifadə etməyə icazə verin.
Sədr: Boqoş Nübar

Artıq bir əsr yarımdır ki, erməni fanatları dünyanı terrora məruz qoyurlar.

Bu terror Osmanlı imperiyasında azğınlıq edən və dünya ictimaiyyətini yanlış məlumatlandıran protestant və qriqorian iğtişaşçıları, həmçinin erməni siyasi təşkilatlarının (daşnaklar, qnçakistlər) üzvləri tərəfindən başlanmışdır. Erməni terroru xofundan adamlar yalnız nadir hallarda həqiqəti danışmağa cəsarət edir və belə vəziyyət bu günədək davam etməkdədir. Həmin dövrdə “DAR UL İSLAM” adlı şah əsərini yazmış Mark Sayks erməni fırıldaqlarının ifşaçısı olmuş, həmçinin “LE PETİT JOURNAL” jurnalı real vəziyyət haqqında yazmağa cəsarət tapmışdı.

1914-cü ildə müharibənin başlaması ilə vəziyyət daha dramatik hal aldı.

Osmanlı İmperiyasında yaşayan ermənilər məqsədyönlü şəkildə türklərin arxa cəbhəsi boyunca sabotajlar törətməyə çalışırdılar. Fransada, Rusiyada və bir sıra digər ölkələrdə, həmin dövrdə Beşlər Cəbhəsi Müharibəsinə cəlb edilmiş Türkiyənin əleyhinə çıxış edən erməni könüllülərinin güclü ittifaqları yaradıldı ki, «DE-FAKTO MÜHARİBƏ APARAN MİLLƏT» qismində təqribən minillik bir müddət ərzində özlərinin yaşadıqları və yalnız faydalandıqları torpağa qarşı məkrli, qəddar mübarizəyə başladılar. Ermənilərin rəhbəri olmuş Boqoş Nübarın 1918-ci ildə Parisdə Fransa Xarici İşlər Nazirliyinə ünvanladığı məktub (yuxarıda göstərilmiş sənəd) həqiqi vəziyyətin inkarolunmaz dəlilidir.

Onlar müharibə aparırdılar!

Şəkildəki təsvirdə (1915-ci ilin baharı) rusların Vanı ələ keçirməsini asanlaşdırmaq üçün osmanlıların mövqelərinin arxasında ikinci cəbhə açmış və ruslar tərəfindən artilleriya ilə təchiz olunmuş silahlı erməni partizanları göstərilmişdir.

“Underwood & Underwood” öz dövründə ABŞ-ın ən nüfuzlu mətbuat agentliyi idi. Onun şəkilləri bütün dünyada yayımlanır və tam mötəbər mənbə sayılırdı. Erməni qiyamları 1915-ci ilin fevral-mart aylarında başladı. Amerika və Britaniya mətbuatında yayılan çoxsaylı fotoşəkillər osmanlıların cəbhə xəttinin arxasından Vana hücum və «QİSASA HAZIRIQ: QAFQAZDA ERMƏNİ KONTİNGENTİ» şüarı altında erməni könüllü birləşmələrinin nümayişi haqqında həqiqətləri əks etdirirdi. Sual olunur: “Nəyin qisası?” Osmanlı ermənilərinin ən mühüm dövlət vəzifələrini tutduqlarına, bütün tikinti və maliyyə işlərinin, həmçinin iqtisadi idxalın onların əllərində cəmləşdiyinə və ya onların azad dini etiqada malik olmalarına, ən yüksək ödənişli məktəbləri idarə etdiklərinə və çoxsaylı imtiyazlardan bəhrələndiklərinə görəmi?

20 iyul 1915-ci il tarixli “Yeniyetmə Ermənistan”dan götürülmüş şəkildə qnçak könüllüləri dəstəsi təsvir olunmuşdur.

Van yaxınlığındakı Sevdə abidə. Daş sütun arxasındakı torpaq çuxurunda paramilitarist ermənilərin zorakı idarəçiliyinin mövcud olduğu qısa müddətdə öldürülmüş 6.000 müsəlman, türk və kürd qurbanları uyuyur. Türkiyənin bütün şərqində faciəvi 1915-ci ilin baharında ermənilər tərəfindən öldürülmüş əliyalın, müdafiəsiz insanların xatirəsinə ucaldılmış abidələr olmayan yer çətin tapılar.

“Ermənilərin soyqırımı məhkəmə qarşısında. Tələt Paşanın prosesi” kitabı oxucunu gerçəklikdən yayındıran, təhrikçilərin emalatxanasında ustalıqla uydurulmuş tipik yalandır.

Kitabın üz qabığı üzərində erməni terrorçusu tərəfindən Berlində qətlə yetirilmiş Tələt Paşa və qeyri-iradi olaraq 1915-ci il hadisələrinin qurbanları haqqında təsəvvür yaradan kəllə sümükləri yığını təsvir olunmuşdur. Əvvəldən qarşıya məqsəd qoyulduğu kimi yalan və saxtakarlıq baş tutmuşdur. Əsl həqiqətdə isə söhbət Prussiya ilə Fransa arasındakı müharibəyə həsr olunmuş və 1871-ci ildə (!!) Vasiliy Vereşagin tərəfindən çəkilmiş “Müharibənin apofeozu” (Tretyakov Qalereyası, Moskva) rəsm əsərindən gedir.

FAKTLARI TAMAMİLƏ YANLIŞ VƏ TƏHRİF OLUNMUŞ TƏRZDƏ ƏKS ETDİRƏN “MUSA DAĞININ QIRX GÜNÜ” ROMANI ARTIQ ÇOXDAN ÖZÜNÜN BÜTÜN PLANET BOYU ZƏFƏR YÜRÜŞÜNƏ BAŞLAMIŞ VƏ “MƏNFUR TÜRKLƏRİN” PORTRETİNİ FORMALAŞDIRMIŞDIR. LAKİN, BURADA ROMANIN MÜƏLLİFİ OLAN AVSTRİYANIN BÖYÜK ŞAİRİ FRANS VERFELİN HEÇ BİR GÜNAHI YOXDUR. O, YALNIZ SAXTA SƏNƏDLƏRİ ONA TƏQDİM ETMİŞ KƏLƏKBAZ VƏ ŞARLATAN ERMƏNİ BANDASININ QURBANI OLMUŞDUR. BU GÜN DƏ DAVAM EDƏN DÜNYA MİQYASLI BU SAXTAKAR-

LIĞIN VƏ YALANIN PƏRDƏARXASI RƏHBƏRLƏRİ – BÜTÜN KİTABI GUYA Kİ, GƏNC TÜRKLƏR TƏRƏFİNDƏN VERİLMİŞ UYDURMA QƏTL ƏMRLƏRİLƏ HƏDDƏN ARTIQ BOYAYAN ARAM ANDONYAN, FIRILDAQLARININ ÜSTÜ YALNIZ BU YAXINLARDA AÇILMIŞ HİYLƏGƏR VƏ SAXTAKAR PASTOR YOHANNES LEPSİUS, ELƏCƏ DƏ

ABŞ-ın SABİQ SƏFİRİ MORGENTAUDUR. ERMƏNİ MİLLƏTİNDƏN OLAN HƏMKARLARI VƏ ETİBARLI ŞƏXSLƏR İLƏ TAM ƏHATƏ OLUNMUŞ MORGENTAU KOR-KORANƏ ONLARIN PIÇILTILARINA İNANIRDI, ÜMİDVARIQ Kİ, KOR-KORANƏ İNANIRDI, ƏKS HALDA O, ERMƏNİ TERRORUNUN ƏSAS GÜNAHKARLARINDAN BİRİ OLARDI. VERFELİN ROMANI NƏ QƏDƏR ƏZƏMƏTLİ GÖRÜNSƏ BELƏ, ONUN HƏQİQƏTLƏ HEÇ BİR ƏLAQƏSİ YOXDUR!

“Gerçək və cəlbedici novella?” Bəli, “cəlbedicidir”, lakin “gerçək” deyil! Hazırda “40 gün” ABŞ-da və ingilisdilli məkanda erotik və kriminal detektiv kimi geniş tirajla satılır və hər yerdə öz oxucusunu tapır. Lakin, oxuculara çətin məlum olsun ki, Verfelin kitabdakı səhvlərini aydın sənədləşdirmiş bütün mühüm məqamlar gizlicə silinib kitabdan çıxarılır, misal üçün Van üsyanı barədə epizod ki, fransız dilində çıxan nəşrə də aiddir. Kitabın yeni nəşrlərində edilən manipulyasiyaların arxasında durmuş mafiya bu işi hansı məqsədlə yerinə yetirdiyini yaxşı bilir. Kitabın üz qabığındakı zahiri effekt üçün nəzərdə tutulmuş səhvləri düzəltmək bir o qədər də çətin deyildir:

  1. Musa Dağı vulkanik törəmə deyildir, o, daha çox sakit, düz yamaclı dağ landşaftını xatırladır. Nə orada, nə də Osmanlı İmperiyasının hər hansı digər yerində heç kim köçkünləri qırmanclamamışdır. Belə hərəkətlər türk qanunvericiliyi ilə ciddi cəzalandırılırdı. Qiyamçıların sahildə guya ki, ağ mələfələrlə köməyə çağırmaları haqqında əhvalat da gülməlidir («Xristianlar fəlakətdə»). «Qiymətli yükü» təhlükəsiz yerə çatdırmaq üçün fransız donanma birləşmələrinin zirehli kreyser və nəqliyyat gəmiləri çoxdan sahildən ayrılmışdılar, çünki söhbət Süveyş cəbhəsi uçün lazımlı minlərlə fanatik və potensial mübarizlərdən gedirdi!

  2. Daha sonra hadisələr belə cərəyan etmişdir: Musa Dağının «qəhrəmanları» britaniyalıların və fransızların Kipr və Misirdəki düşərgələrində hərbi hazırlıq keçmiş, döyüşlərdə iştirak etmək üçün qısa müddətə Suriyaya gəlmişlər. Lakin, Antanta dövlətlərinin verdiyi səlahiyyətlərdən dözülməz dərəcədə suiistifadə etdikləri səbəbindən, onlar tezliklə cəbhə xəttindən çıxarılmışlar. Buna bənzər vəziyyət rus cəbhəsində də baş vermiş və buna görə də çar komandanlığı get-gedə onlardan uzaqlaşmışdır.

Parisin Tarix Muzeyində (Musee d’Histoire Contemporaine) Musa Dağı “qurbanlarına” fransızların və britaniyalıların cəbhə döyüşlərinə cəlb edilməsi məqsədilə hərbi təlim verdikləri əks olunmuş fotoşəkillər vardır. Bu şəkillər sistematik surətdə arxivləri “arzuolunmaz” sənədlərdən “təmizləmiş” saxtakar erməni nümayəndələrinin nəzərindən qaçmışdır.

Fotoşəkildəki DESAİX zirehli gəmisi o dövrdə Osmanlı İmperiyasının ən zəif yeri olan Anadolu ilə Suriya arasındakı ərazidə keşik çəkən donanmanın flaqman gəmisi olmuşdur. Burada ermənilərin məqsədi (Vandakı kimi) Antanta ordularının hücumunu asanlaşdırmaq üçün arxadan türk cəbhəsini yarmaq idi.

Burada gəmiləri heç də ağ mələfələrlə deyil, o dövrün ən müasir radiocihazları ilə çağırırdılar.

Müharibə bitdikdən sonra erməni saxtakarları Corc Oruellin «Həqiqət Nazirliyi» əks olunmuş «1984»nə valeh olaraq tarixin təhrif edilməsinə başladılar. Heç vaxt mövcud olmamış “qətl əmrlərini” uydurmuş Aram Andonyanın saxtakalığı o dövr üçün xarakterikdir. Bu saxtakarlıqları Sinasi Orel və Sureyye Yuca özlərinin «Tələt Paşanın teleqramları». kitabında ifşa edə bildilər. «Saxtalaşdırılmışdır»!

Aram Andonyanın saxtalaşdırdığı 18 fevral 1331-ci il (2 mart 1916-cı il) tarixli məktublarından birini nəzərdən keçirək. Məktub heç bir müsəlmanın yazmadığı üslubda yazılmış “Bismillah” ifadəsi ilə başlayır. Lakin, Aram Andonyan məktubun tarixini saxtalaşdırarkən öz iradəsindən asılı olmayan digər labüd səhvə yol vermişdir. Belə ki, tarixlərin Rumi Osmanlı təqvimi üzrə hesablanma qaydalarından məlumatsız olan Andonyan Rumi və xristian təqvimləri arasındakı 13 günlük fərqin aradan qaldırılması (fevral 1917) qaydasını bilmədiyindən, məktubda bir il gec tarix, yəni 1330-cu il (1916-cı il) əvəzinə 1331-ci il tarixini göstərmişdir. Baxmayaraq ki, məktubun məzmunu ermənilərin əvvəlcədən planlaşdırılmış köçürülməsi aksiyasını “sübut” etməyə hesablanmış tərzdə tərtib olunmuşdur…lakin, hər halda mənbə doqquz ay (!) hadisənin tarixini saxtalaşdırmışdır.

12 oktyabr 1915-ci il tarixili 537 saylı daha bir sənəd. A.Andonyan Daxili İşlər naziri Tələtə məruzə edir: “Bizə məlum olmuşdur ki, bəzi adamlar, o cümlədən məmurlar erməni qızları ilə evlənirlər. Biz bunu qəti qadağan edirik və təkidlə tövsiyə edirik ki, bu adamlar müəyyənləşdirilib səhraya sürgün olunsunlar”.

Bəs ölənlərin həqiqi sayı? Parisdə qaçqınların işləri üzrə erməni nümayəndəliyinin həmin dövrdəki başçısı Boqoş Nübar tərəfindən tərtib olunmuş təkzibedilməz sənəd mövcuddur:

Əziz Nazir,

İstəyinizi bildirdiyinizə görə, təcili köməyə ehtiyacları olan Türkiyədən gəlmiş erməni qaçqınları və köçkünlərinin təqribi sayı barədə məlumatları Sizə yazmağı özümə şərəf bilirəm.

Onların yerləşdikləri ərazilərdə təqribi sayı aşağıdakılardır:

250 000 Qafqazda,

40 000    Persiyada,

80 000    Suriya və Fələstində,

20 000    Mosulda və Bağdadda

Cəmi:     390 000

Deportasiya olunmuşların ümumi sayı 600-700 min nəfər civarında dəyərləndirilir. Mənim Sizə yazdığım rəqəmlər hazırda Alyansın fəth etdiyi yeni ərazilərdə yaşayan sağ qalmış ermənilərin sayını əks etdirir. Qalanları isə səhralıq torpaqlara yayıldıqlarından, biz onlar haqqında dəqiq məlumat verə bilmirik. Əziz Nazir, mənim ən xoş arzularımı qəbul edin.

Cənab Quva
Səlahiyyətli Nazir
Xarici İşlər Nazirliyi

 Məktub Xarici İşlər Nazirliyinə ermənilərin Fransadakı nümayəndəsi Boqoş Nübar tərəfindən göndərilmişdir. (Fransa Xarici İşlər Nazirliyinin Arxivi, Yaxın Şərq Bölməsi, «Ermənistan», cild 2, səh.47).

Bu sənəddə birmənalı şəkildə göstərilir ki, köçürülmüş ermənilər arasında ölənlər 300.000 nəfər olduğu halda, həmin Vətəndaş müharibəsi dövründə müsəlmanların (türklər, kürdlər, çərkəzlər) insan tələfatı 500.000 nəfər olmuşdur. Belə göstəricilər sadəcə olaraq unudulur, bu haqda heç kim yazmır və danışmır. Belə ki, bir erməni yepiskopunun dediyi kimi onlar yalnız “heç nəyə yararsız türklərdir”.


FAKTLAR

Dünyanın ən məşhur demoqraflarından biri, Luisvill Universitetinin (ABŞ) professoru Castin MakKarti “Müsəlmanlar və milli azlıqlar Osmanlı Anadolusunun əhalisi və imperiyanın süqutu” adlı təkzibolunmaz nəşrini dərc etmiş, sonradan öz tədqiqatlarının nəticələrini cədvəllər şəklində tərtib etmişdir. Bu göstəricilər fonunda erməni fanatlarının və onların ABŞ-dakı protestant təhrikçilərinin protestant erməni dövlətini HARADA və NECƏ qurmaq istədikləri sualı öz-özlüyündə əhəmiyyətini dərhal itirir.

Cədvəl 2. Osmanlı İmperiyasının erməni əhalisi, 1912-ci il

 

Erməni əhalisi

Ümumi əhali

Ermənilər %-lə

Avropa

 

 

 

İstanbul

162 132

1 032 839

8,8

Ədirnə

33 650

1 426 632

2,4

Soloniki

87

1 347 915

*

Yanya

0

560 835

*

Monastır

9

1 064 789

*

İskodra

0

349 455

*

Kosovo

0

1 602 949

*

Əlcəzair

140

359 474

*

Qərbi Anadolu

 

 

 

Xudavəndigar

97 616

1 919 789

5,1

Aydın

25 059

2 194 419

1,1

İzmit

69 225

389 490

17,8

Biqa

2 805

183 077

1,5

Şimali Anadolu

 

 

 

Kastamonu

13 702

1 350 390

1,0

Trabzon

68 326

1 505 490

4,5

Mərkəzi Anadolu

 

 

 

Sivas

182 912

1 472 838

12,4

Ankara

125 616

1 444 139

8,7

Konya

24 856

1 690 388

1,5

Cənubi Anadolu

 

 

 

Adana

74 930

666 578

11,2

Xaleb

123 129

1 189 678

10,3

Şərqi Anadolu

 

 

 

Bitlis

191 156

611 391

31,3

Məmurətuləziz

111 043

680 241

16,3

Diyarbakır

89 131

754 451

11,8

Van

130 500

509 797

15,6

Ərzurum

163 218

974 196

16,8

Suriya

 

 

 

Suriya

1 768

1 017 322

2

Beyrut

4 010

979 702

4

Cəbəlilübnan

6

235 169

*

Qüdsişərif

2 340

352 813

7

Zor

283

83 120

3

İraq

 

 

 

Mosul

100

850 000

*

Bağdad

500

1 400 000

*

Bəsrə

50

1 200 000

*

Ərəbistan

 

 

 

Hicaz

0

2 500 000

*

Yəmən

0

5 000 000

*

İmperiya

1 698 301

38 899 366

4,4

Anadolu əhalisinin dini mənsubiyyətlərinə uyğun olaraq faizlə göstərildiyi Osmanlı İmperiyasının xəritəsi əlavə edilir. Osmanlı İmperiyasında “milli” və yaxud hətta “irqi” ayrı-seçkilik aparılmırdı.

Osmanlı İmperiyasının xristian əhalisi, əsasən yunanlardan və ermənilərdən ibarət idi ki, MakKarti tərəfindən bu xəritədə Tukay Ataovun (Anqara, 2001) “Ermənilər sonrakı Ottoman dövründə” əsərindən götürülmüş rəqəmlərlə qrafik surətdə əks olunmuşdur.

Bir çox hallarda “Altı vilayət” adı ilə (altı inzibati vahid – Osmanlı İmperiyasının şərq əyalətləri) qeyd olunan Anadolu xəritəsi birmənalı təsdiq edir ki, “protestant” erməni dövlətinin yaradılması əlçatmaz xülya olmuşdur, baxmayaraq ki, bütün müsəlman əhalisinin köçürülməsi əvvəlcədən planlaşdırılmışdı. Bizim günlərdə ölkənin qərbində azərbaycanlıların öz torpaqlarından qovulması zamanı bu siyasət dramatik miqyasda həyata keçirilmişdir.

Guya ki, əsasən ermənilərin məskunlaşdığı “Altı vilayət” ifadəsi çaxnaşmalarda, terrorda və müharibədə maraqlı olan dairələrin uydurduqları standart ifadələrdəndir. C.MakKarti, həmçinin hazırda təşəkkül tapmış həqiqi məqamları üzə çıxararaq bildirir ki, “Ermənistan” və “erməni” sözlərinin anlayışında böyük yanlışlıq vardır: Ermənistan – məsələn, Amerika kimi coğrafi anlayışdır: braziliyalılar, mayya və eskimoslar ABŞ vətəndaşları kimi amerikalılardır. Bu eynilə türklər, kürdlər, gürcülər və digər kiçik etnik qruplar, o cümlədən “hayklar” yaşayan Ermənistana da aiddir (ermənilər özlərini «hayk», Anadolunun şərqində yerləşən respublikanı “Hayastan” adlandırırlar).