ÊÀÐÀÁÀÕ â ÄÎÊÓÌÅÍÒÀÕ

 

 Íà÷àëî | ÁÈáëèîòåêà | Ôîòî ôàêòû | Êàðòèííàÿ ãàëåðåÿ | Ññûëêè | Ôîðóì | ÎïðîñÏîèñê â google | AZAD QARABAĞ |

ERMƏNİSTAN terrorçu "xristian" ölkənin gizlinləri

ERMƏNİSTAN

terrorçu "xristian" ölkənin gizlinləri

Samuel Uimz

Ñòð.| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |


ALTINCI FƏSİL:
AMERİKA ADMİRALI ERMƏNİ İDDİALARINI "TAMAMİLƏ SAXTA" ADLANDIRIR
MADDİ ZİYANLAR HAQQINDA ERMƏNİLƏRİN TƏLƏBİNİ DİNLƏYƏN SÜLH KONFRANSI ONLARA HEÇ NƏ VERMƏDİ

Paris Sülh Konfransı 28 iyun 1919-cu ildə öz işini başa çatdırdı. Konfransm materialları Versal Müqaviləsi kimi tanındı. Orada Avropa məsələləri müzakirə olundu və Millətlər Birliyi yarandı. Müqavilə Osmanlı İmperiyasına münasibət bildirmədi. Bu məsələ sonralar çözələnəsi idi.

Konfransda bərabərhüquqlu yer almasına imtina olunmuş ermənilər konfransın gedişinə hər vəchlə müdaxilə etməyə çalışır, onları dinləmək istəyən hər kəsdən dilənçi payı almağa cəhd göstərirdilər. Aşağıdakı spesifik məsələlərdə Müttəfiqlərin onların tələblərinə məhəl qoymaması ermənilərin ciddi narazılığınasəbəb oldu: "(1) Ermənistan Respublikasını tanımaq, (2) Türkiyə Ermənistanınıdakı yaşayış məntəqələrindən müsəlmanların çıxarılması və oraya erməni qaçqınlarının yerləşdirilməsi, (3) Türkiyə Ermənistanını hərbi müdaxilə vasitəsilə işğal etmək və (4) Ermənistan üçün dərhal mandatlı millət statusu yaratmaq. Hər bir məsələ üzrə Parisin cavabı ya ne-qativ, ya da tərəddüdlü oldu» (1). Bütün bu müddət ərzində isə erməni agentləri xristian dünyasından sədəqə almaq üçün etdikləri xahişə tərəfdar axtarırdılar.

Böyük Britaniya, Fransa, İtaliya, İsveçrə, Danimarka və xüsusilə Birləşmiş Ştatlardakı ermənipərəst cəmiyyətlər Ermənistanın bu sifarişini müdafiə edirdilər. Ermənistanın Müstəqilliyi Uğrunda Amerika Komitəsi İrəvandakı hökumətin de fakto tanınınası haqqında minlərlə adamın xahişini toplamışdı. Sülh Konfransı öz işinə başlayan kimi isə yüzlərlə Amerika keşişinin fərdi xahişi əsasında Ermənistanın "öz tarixi sərhədlərində" yenidən qurulmasına iyirmi beş qubernatorun ümid bəsləməsi ictimaiyyətin diqqətinə çatdınldı. 1919-cu ilin apreli üçün Parisdəki Amerika nümayəndə heyətinin bir neçə məsləhətçisi Ermənistana 20 milyon dollar həcmində kredit venrilməsi təklifini irəli sürdü (s. 293).

Bu, Amerika xristianlarının ürək telləri ilə məharətlə oynayan ermənilərin heç nə vermədən hər şeyi alması haqqında gözəl nümunədir! Din xadiminin oğlu olan prezident Uilson bu nağılların təsiri altına düşmüşdü. Erməni agentlərinin Uilsona münasibətdə çox uğurlu işi haqqında Hovanissyan lovğalıqla söz açır. O, qeyd edir ki, prezident "heç şübhəsiz, ona müraciət etmiş otuz ştat qubernatorunun xahışindən təsirlənmişdi. Erməni hökumətinin de fakto tanınınası və məsələləri müzakirə edilərkən cəsur erməni xristian milləti nümayəndələrinin Sülh Konfransında tərəf kimi iştirakına icazə alınınası ondan xahiş olunmuşdu» (s. 294)

Bu da Hovanissyanın yarım-həqiqətlərə necə münasibət bəsləməsi haqqında başqa bir nümunədir. Əsas həqiqət isə budur ki, 8 yanvar 1918-ci ildə prezident Uilson Vaşinqton şəhərində Konqresin birgə sessiyasında çıxış edərək I Dünya Müharibəsindən sonrakı mərhələdə Birləşmiş Ştatların sülh axtarışları ilə bağlı olaraq öz məqsəd və vəzifələrinin şərhini verdi. O, kömək ediləsi bir neçə spesifik millətin adını çəkdi: Rusiya, Belçika, Fransa, İtaliya, Avstriya, Macarıstan, Rummiya, Serbiya və Polşa. Prezident bir dəfə də Ermənistanın adını çəkmədi.

Sülh ilə bağlı olaraq prezident bunları söylədi:

Ona görə də, bu müharibədən tələb etdiklərimiz qətiyyən özümüzə aid deyildir. Bizim istədiyimiz dünyadakı əminamanlıqdır ki, orada bizim kimi yaşamaq mümkün olsun, hərə öz ömrünü başa vura bilsin, öz dövlətini qura bilsin, güc və qəsbkarlıq əleyhinə özlərini qoruya bilib ədalət və qanunçuluqla təmin olunsun.

Yer üzünün bütün xalqları bu məsələdə effektli tərəfdaşdır və öz tərəfimizdən biz tamamilə aydın görürük ki, əgər başqalarında ədalət bərqərar olmursa, bizdə də olmaz. Ona görə də dünyanın sülh proqramı bizim proqramdır; və həmin proqram, yeganə mümkün olan proqram kimi gördüyümüz bu işdir» (2).

Sonra prezident Uilson Konqresə Dünya Sülhünün 14 maddəsi kimi tanınan təklifini təqdim etdi. 12-ci maddədə prezident Osmanlı İmperiyasına münasibətini bildirdi: "Müasir Osmanlı İmperiyasının türk hissələrində möhkəm suverenlik təmin olunmalıdır, lakin türk nəzarətində olan digər millətlərə də şübhəsiz həyat təhlükəsizliyi və hüquqlarına tamam müdaxilə edilməyən muxtariyyyət inkişafı verilməli, Dardanel boğazı isə beynəlxalq təminat altında bütün millətlərin gəmilərinin azad keçidi və ticarəti üçün dərhal açılmalıdır» (3).

Bu bəyanatlar ermənilərin Uilsonun vədi haqqında iddialarından və onların almaq istədiklərindən tamamilə fərqlidir. Ermənilər və müstəqillik istəyən digər millətlərin istəyincə Uilson yalnız bunu demişdi: "Həyat təhlükəsizliyi və hüquqlarına tamam müdaxilə edilməyən muxtar inkişaf». Ermənistan belə bir imkan qazandı. Prezident yalnız Osmanlı İmpenriyasının tərkibində olan "digər millətlərə" "hüquqlarına tamam müdaxilə edilməyən muxtar inkişaf" vəd etmişdi, vəssalam. Ermənilər onu və daha artığını qazandı, lakin Gürcüstana və Azərbaycana edilmiş eyni vədlərin inkarına çalışmasına da ara vermədi.

Xristian rəsmiləri daha çox humanitar yardım istədi və onu aldı (4) Amerikalıların Ermənistana xeyriyyə köməyi bütün il boyu davam etdi. Əslində, özəl xeyriyyəçilər bu cırtdan ölkəni pul selinə saldılar. Həmin ilin payızı girməmiş təkcə Amerika İctimai İdarəsi Ermənistana 50,000 tondan artıq ərzaq çatdırmışdı. Nəzərə alın ki, bu cür geniş miqyaslı humanitar yardım bir yana, daha çox insan həyatı və əmlak itirərək daha dəhşətli əzablara düçar olmuş müsəlmanlar heç xatırlanmır da.

Verilən hər mümkün növ yardımı qamarlamaq məqsədi ilə bir erməni rəsmisi hətta "Avropadakı Amerika Ekspedisiya Qüvvələri tərəfindən göndərilən müxtəlif yardım və ləvazimatı ələ keçirməyə" cəhd göstərmiş, "lakin beynəlxalq tanımanın və xarici kreditin azlığmdan Ermənistan həmin hüququ qazana bilməmişdi» (s. 294)

Hovanissyan məlumat verir ki, "Zaqafqaziyada yarım milyon qaçqın toplanmışdı» (s. 295) Digər yerlərdə isə o, dəfələrlə bəyan edir ki, ərəb torpaqlarında da çoxminlik erməni qaçqını vardı. Öz kitabının əwəllərində isə Hovanissyan demişdi ki, Türkiyənin döyüş zonasında təxminən 1 milyon erməni xristianı var idi və onlar köçürülmüşdü. Çox sadə riyazi hesablama bu faktın absurdluğunu ortaya qoyur: ermənılərin təsəvvür imkanlarını kənara qoyaq, sadəcə erməni lobbisinin bu gün iddia etdiyi kimi, türklər öz erməni əhalisinin 1.5 milyon nəfərini necə soyqırım edə bilərdi?

Hovanissyan irəli gedərək daha bir səbəbi əlavə edir ki, bu da 1915-ci ildə türklərin çoxsaylı erməni öldürməsinin mümkün olmadığını təsdiq edir. "Osmanlı İmperiyasının çox-çox əvvəllər məğlub olmasına baxmayaraq, Türkiyə Ermənistanı hələ də cəlladın əli altında inləyir, qaçqın dəstələrinin öz kəndlərinə qayıtmaq hüququ yoxdur, onlar bütün sərhədlər boyunca aclıq və xəstəlikdən ölüb gedirlər, saysız-hesabsız xristian qadın və uşağı hələ də hərəmxanalarda əsir saxlanılır» (s. 295)

Bu ambisiyalı tarixçi "hələ də cəlladın əli altında inləyir" kimi sözləri nece işlədir? Aydmdır ki, belə təyinlər işlətməklə Hovanissyan tarixin yeni və əyri təfsirini verməyə cəhd göstərir ki, öz doğma Ermənistanım ədalətə calayaraq təmizə çıxarsın.

Bu barədə heç bir söhbət ola bilməz: minlərlə və yenə də minlərlə erməni "aclıq və xəstəlikdən" ölmüşdür. Lakin nə üçün? Tarixi həqiqət belədir ki, bu adamların çoxu öz fərsiz diktator liderlərinin arxasınca bu qupquru torpaqlara qaçmış və bu onlara baha başa gəlmişdi. Osmanlı vətəndaşları olan digərləri (məsələn kürdlər) öz ölkələrınə sadiq qalmış və ermənilərin taleyini yaşamamışdır. Türkləri "cəllad" adlandırmaq sadəcə cəfəngiyyatdır. "Hələ də cəlladın əli altında inləyir" deyiminin əvəzində "hələ də müştəbeh erməni diktator liderlərinin əli altında inləyir" deyilsəydi daha düzgün olardı.

Hovanissyan çığırbağır salır ki, "saysız-hesabsız xristian qadın və uşaqları hərəmxanalarda dustaq qaldı". Bu, yenə də tamam-kamal cəfəngiyyatdır. Hovanissyan öz dörd cildlik seriyasının heç bir yerində adi bir "hərəmxananın" belə adını çəkmir. Nə ad var, nə ünvan, heç nə. O, heç birinin adını çəkə bilmir, çünki beləsi yerlidibli olmamışdır!

1919-cu il iyulun ortalarında Birləşmiş Ştatlar Donanmasının arxa qüvvələr admiralı Mark Bristol Aralıq dənizinin şərq regionu üzrə Birləşmiş Ştatların hərbıdəniz qüvvələrinin komandanı təyin edildi. Onun qərargahı İstanbulda yerləşirdi. Feldmarşal ser Henri Hyuciz Uilson Versal Sülh Müqaviləsi tərəfindən təsis edilmiş Baş Müharibə Şurasının Britaniya daimi nümayəndəliyinə rəhbərlik edirdi. 1918-ci ilin əvvəllərində o, İmperial Heyətin başçısı oldu.

Bu hər iki neytral hərbi komandan ermənilərin heç nə ödəmədən torpaqlara sahib çıxmaq istəyi haqqında öz tənqidi mövqelərini bəyan etdi. Başqa hökumətlər həmin torpaqlar üçün pul ödəməyə hazır idi. Səhifənin izahmda Hovanissyan Henri P. Biərzin 1943-cü ildə çapdan çıxmış Birləşmiş Ştatların Hərbi Dəriz Donanması türk sularında, 1914-1924 adlı kitabından sitat gətirir. Həmin sitat belədir: "Bristol erməni niyyətlərinin iç üzünü açan və Amerikanın erməni mandatının toruna düşməsini istəməyən ən məşhur tənqidçi idi. O, teleqramları və şəxsi məktubları vasitəsilə Ölkə Departamentinin və Konqresin ən ali rütbəli adamlarına Yaxın Şərqdə fəaliyyət göstərən Amerika rəsmilərinin hər birindən daha çox təsir göstərir, erməni maraqlarının əsassız olduğunu sübut edirdi. Bristol həm də Türkiyə-Amerika münasibətlərinin davam etdirilməsi və iki ölkə arasında diplomatik və iqtisadi əlaqələrin normallaşdırılması məsələsində də ardıcıl fəaliyyət göstərirdi. Bu gün Türkiyədə bir neçə küçə, meydan, məktəb və digər müəssisələr onun adını daşıyır» (s. 298) Bu kitabın müəllifi İstanbulda onun şərəfinə Bristol Xəstəxanası adlanan müəssisəni şəxsən tanıyır. Ora həm də Amerika Xəstəxanası kimi tanınır.

Birləşmiş Ştatların arxivlərindən tapılmış Bristol sənədlərindən aşağıdakı sitat verilmişdir:

Bristol ermənilərə onların layiq olmadığı diqqət yetirən "nəzəriyyəçiləri və sentimentalistləri" tez-tez tənqid atəşinə tutur. O, erməniləri "özlərini və ya hər hansı başqasını idarə edə bilməyən və keçmişi olmayan" xalq adlandınr. Dərhal köçürülmə haqqında erməni vayhəşirinin çılpaq siyasi manevrdən başqa bir şey olmaması haqqında onun dedikləri aşağıdakı faktlar vasitəsilə təsdiq olunur:

Ermənistan Respublikasının prezidenti vəzifəsini icra edənin (Xatissyan) yanında keçirilmiş uzun müşavirədə bir sıra faktlar aşkara çıxdı. Onlardan biri budur ki, Rusiya erməniləri Türkiyə erməniləri ilə birtəşmək istəyir. Türkiyə erməniləri indi öz ölkələrində qaçqına çevrilmişdir və əgər onlar birləşməsələr, ermənilər Türkiyə Ermənistanı adlandırdıqları əraziyə nəzarəti itirmiş olacaqlar. Həm də aydın görünür ki, Ermənistan prezidenti əlahiddə hal kimi düşünməsə də, prinsipial hal kimi insanların məşəqqətindən və aclığından daha çox siyasi vəziyyət haqqında düşünür. Bu həm Rusiya ermənilərinə, həm də Türkiyə ermənilərinə aiddir. Verilmiş su-ala cavab olaraq o, aydın şəkildə bildirdi ki, əgər məsələ təkcə Türkiyə ermənilərinin zorla köçürülməsindən asılı olsaydı nə vardı ki! Əsas məsələ ermənilərin siyasi niyyətləridir (s. 299).

Başqa sözlə desək, əgər ermənilər köçürülmə prosesində ölüb getsəydilər, qoy öləydilər, çünki ermənilərin "siyasi və coğrafi nəhəng arzuları" ermənilərin "həyatmdan" daha vacibdir. Əlbəttə, Birləşmiş Ştatlar qoşunlarının köməyi altında ermənilərin zorla türklərin üzərinə aparılması özü-özünü vəzifəyə təyin etmiş Ermənistan prezidentinin səlahiyyətlərini icra edən adamın vecinə deyildi. Hər şey bir yana, axı ermənilər iddia edərdilər ki, əsas məsuliyyət digər xarici dövlətin üzərindədir.

Bu, doğrudan da xəcalət gətirən haldır, çünki erməni diktator lideri Müttəfiqlərə deyir ki, "bu erməniləri götürün və onları Osmanlı torpaqlarına köçürün və əgər onlardan bəzisi öldürülsə, qoy öldürülsün, siz vecinizə almayın».

Admira! Bristol erməni iddialarını "təhqiredici" adlandırmışdır. Amerika Komissiyasına göndərdiyi rəsmi hesabatlarında sülh məsələlərinə toxunan "Bristol qətiyyətlə erməni iddalarının əleyhitnə çıxır və milli özünüdərk tarixində "Ermənistan" adlı məfhumun heç vaxt olmadığmda israr edirdi. Erməni liderlərinin öz maraqlarına görə qaçqın problemini siyasi məqsədə yönəltmələrini xüsusilə vurğulayan admiral, Osmanlı səlahiyyət sahiblərinin fikrinə məhəl qoymadan Türkiyə ermənilərini köçürməyə cəhd edənlərin çirkin planlarının üstünü açdı. Admiral belə bir inam ifadə edirdi ki, Türkiyənin nəzarəti ələ alması üçün yeganə alternativ yol söhbət gedən ərazinin Müttəfiqlər tərəfindən hərbi işğalıdır. Bu hər bir təsadüfiliyin qarşısını almış olardı» (s. 299).

Admiral Mark Ləmbert Bristol 1919-cu ildən 1927-ci ilə kimi Türkiyə sularında Birləşmiş Ştatlar Donanması Birləşməsinin ko-mandanı və Türkiyədə Birləşmiş Ştatların xüsusi səlahiyyətli nümayəndəsi işləmişdir. Onun hesabatları Konqrens Kitabxanasının əlyazmalar fondunda saxlanılır. Bristolun Amerika sərhəd komissarlığının xarici məsələlər üzrə katibi Doktor Ceyms L. Bartona yazdığı 28 mart 1921-ci il tarixli məktubundan bir hissəyə nəzər salaq: Konqres Kitabxanasının əlyazmalar fondunda saxlanan bu məktuba Hovanissyanın dörd cildlik tarix kitabında istinad edilməmişdir.

Belə görürəm ki, guya türklərin Qafqazda minlərlə ermənini qırması haqqında hesabatlarBirləşmiş Ştatlarda azad surətdə dolaşır. Belə hesabatlar o qədər çox təkrar olunur ki, mənim damarlarımda qanım quruyur. Yaxın Şərq Regionunda Yərrounun hesabatları vardır və erməni hesabatlannın tamamilə saxta olduğunu bizim öz amerikalı adamlarımız aydın göstəririər. Birləşmiş Ştatlarda isə heç bir düzəliş verilmədən belə saxta hesabatların dolaşması qanunun zorakılıqla pozulmasıdır və heç şübhəsiz, ermənilərə yaxşılıqdan daha çox pislik edir. Mən düşünürəm ki, biz erməniləri bu cür işlərdən çəkindirməliyik, təkcə ona görə yoxki, bu, səhvyoldur, həm də ona görə ki, onlar özləri özlərinə ziyan vururlar. Qarsda və Aleksandropolda olmuş Amerika region əməkdaşlanmızın və Yərrou kimi adamların hesabatlanna əlavə olaraq mənim öz kəşfiyyat zabitimdən aldığım hesabatlara əsasən bilirəm ki, erməni hesabatları düz deyil. Orada elə bir imkan varmı ki, siz və Yaxın Şərq Komitəsi be-lə saxta hesabatların müxtəlif instansiyalarda dolaşmasına son qoya biləsiniz? (5).

31 oktyabr 1918-ci ildə Mudras Armistis qüvvəyə mindi. Bu sə-nəd Türkiyəyə aid idi. Orada "daxili Asiya əyalətlərində Müttəfiqlərin effektli tədbirlər görmədiyi üçün Osmanlı ordusunun genişmiqyaslı səfərbərliyi" nəzərdə tutulurdu. "Türkiyə Ermənistanmdan Rusiyaya çıxan su yolları yox idi. Mudras Armistisdəki bu fundamental zəiflikdən Ermənistanın müdafiəçiləri dərhal bəhrələndi. Parlament üzvləri Türkiyə Ermənistanmda dərhal və genişmiqyaslı səfərbərlik haqqında qaraqışqırıq saldılar. Bu məqsədə çatmaq üçün hətta əraziyə hərbi müdaxilə də vacib sayıldı» (6).

Yəqin o, başa düşməmişdi ki, Müttəfiqlərin bütün əhalisi erməni dilənçiləri üçün sədəqə deyil, vergi ödəyir. Müharibənin tezliklə başa çatmasını, qoşunların sağ-salamat vətənə qayıtmasını və hərbi xərclərin azaldılmasını istəmək üçün onların hər cür əsası vardır. Bu gün də daxil olmaqla ermənilər Müttəfiqlərin həmin mövqeyini tənqid etməkdə israrlıdırlar. Ermənilər öz xalqını yaratmaq üçün Müttəfiqlərin vergi ödənclərinin 100 faizinin hamısına yiyə durmaq və tələb etdikləri hər şeyin onlara verilməsini istəyirlər, hələ bu azmış kimi, onların günah işlərini yoluna qoymaq üçün gərək Müttəfiqlər öz oğüllarını həmin əraziyə döyüşməyə göndərsinlər.

Yaxın Şərqdə fəaliyyət göstərən Müttəfiq qüwələr arasında ən güclüsü Böyük Britaniya qoşunları idi. Lakin bu qoşunların da sayı az idi və heyət yorulmuşdu. İmperiya Baş Qərargahının rəisi ser Henri Üilson öz qoşunlarını vətənə qaytarmaq istiqamətində iş aparırdı. Britaniya, Fransa və Amerikanın döyüş gəmiləri Smirna ərazisi sularına göndərilmişdi, orada "İtaliyanın donanma eskadronu zəiflədiyindən yunan hərbi ekspedisiyası Smirna yaxmlığmda sahilə çıxmaq və yerli xristian əhalisini yenidən formalaşan türk zülmündən müdafiə etmək istəyirdi» (s. 308).

Məsələ burasındadır ki, Osmanlı torpaqları haqqında yunanların da öz planları var idi və onlar Türkiyəni işğal etməyə haqq qazandırmaq üçün "xristian müdafiəsi" kartmdan istifadə etmək istəyirdilər. İtalyanlar da Osmanlı İmperiyasının süqutundan sui-istifadə edərək özləri üçün torpaq qamarlamaq fikrində idi.

Ermənilərin söylədiyi yeganə uğurlu söhbət onların xristian ölkələrində muzdlu agentlərinin olması haqqında idi. Ermənilərin xüsusi maraq qruplarının hazırldadığı iddialı sənədlər sel kimi Britaniya hökumətinin üstünə axırdı. İngiltərə Kilsəsinin başçılarına göndərilmiş belə iddialardan birində deyilirdi: "Ən yüksək dəhşət içində belə bir müdhiş dediqodu qulağımıza çatır ki, zavallı Ermənistan üzərində türk despot hakimiyyətinin davam etmək imkanı vardır. Sizin yüksək aliliyinizdən xahiş edirik ki, bu mislibərabəri olmayan cinayətin tək-rar edilməsinin qarşısmı almaq üçün İngiltərə kilsələri əlindən gələ-ni etsinlər. Bizim kilsələrin şərəfi və Müttəfiqlərin demokratikliyi Ermənistanın Türkiyə üsul-idarəsindən qeyd-şərtsiz azad edilməsini və öz xalqını formalaşdırmasını tələb edir» (s. 309)

Birləşmiş Ştatlarda erməni agentlərinin fəaliyyəti də eyni dərəcədə uğurlu idi. "Ermənistanın Müstəqilliyi Uğrunda Amerika Komitəsinin təşəbbüsü ilə bir kardinal, 85 bişop, 20,000 keşiş, 40 ştat qubernatoru və 250 kollec və universitet prezidenti Uilsona (ABŞ prezidentinə) iddia ilə müraciət etmişdir ki, Qara və Aralıq dənizləri arasında müstəqil Ermənistan yaradılmasına yardım göstərsin, İrəvan hökumətini de fakto tanısın və mümkün olan bütün üsullarla Ermənistanı müdafiə etsin» (s. 309-310).

Adi dillə desək, bu, Birləşmiş Ştatların içərisində Amerikanın xarici siyasətinə təsir etmək üçün xarici dövlətin (Ermənistanın) apardığı təşkil edilmiş və fəal kampaniya idi. Bu gün də Birləşmiş Ştatla-,'in içində Ermənistan öz yaxşı təşkil olunmuş və məharətlə dirijorluq edilən işini aparır. Bunun üğürlü olmasına sübut kimi belə bir faktı göstərmək olar ki, Birləşmiş Ştatlar, adambaşma götürülərsə, Ermənistana yer üzünün digər millətlərindən daha çox xarici yardım göstərir. Amerikada Ermənistanı müdafiə edən qrupların hər biri üçün rəsmi təhqiqat işi aparılmalıdır ki, bu təşkilatların Ermənistandan nə qədər maddi vəsait aldığını və Birləşmiş Ştatların xarici siyasətinə təsir göstərmək üçün bu cırtdan ölkədən hansı təlimatların verildiyini öyrənsinlər. Bizim ölkəmizdə hər hansı bir xarici dövlətin xüsusi maraq qrupları təşkil etməsi və onları maliyyələşdirməsi düzgün deyil və bu cür əməllərə son qoyulmalıdır.

1919-cu ilin mayındı "İtalyan qoşunları Kiçik Asiyanın cənub sahillərindən hücuma başladığı vaxt Parisdə kiçik, lakin diqqətəlayiq rəsmi fikir Türkiyə ilə münasibətlərin yumşaldılmasına başlanmasına meylləndi» (s. 321). Müttəfiqlərin Sülh Konfransı ermənilərin iddia etdikləri torpaqlara mandat istəməsi tələbini rədd etdi. Üstəlik, Sülh Konfransının rəsmiləri Birləşmiş Ştatların nümayəndəsi polkovnik U.N.Haskelli Ermənistan üzrə baş komissar təyin etdilər.

Polkovnik Haskell Rummiyada mühasirəni yarmaq üzrə Herbert Huverin əməliyyatlarına başçılıq etmişdi. Hovanissyan bu təyinata özünün və ermənilərin reaksiyasını belə ifadə etmişdir: "Beləliklə, Ermənistana mandatlı hakimiyyət, müəyyən edilmiş sərhədlər və təminatlı gələcək vermək əvəzinə Sülh Konfransı ona nəzarət edən, məsləhət və təskinlik verən komissar göndərdi» (s. 339)

Ermənilərin etiraz iddialarını əsaslandırmaq üçün Hovanissyan davam edir:

….Onlar Ermənistanın ən gözəl imkanının əldən verilməsini köməksizcəsinə müşahidə etdilər. Müttəfiq dövlətlərin rəhbərləri bir də adi bir rəsmi orqan kimi birləşməyəcək, erməni nümayəndələri onların səylərini bir nöqtədə birləşdirə bilməyəcəkdi. Bu azmış ki ermənilər dünya lideriərini dağlarm, kanalların və okeanların arxasından izləməli olacaqdılar. Erməni yalvanşlarına münasibətdə Müttəfiqlər daşürəklilik nümayiş etdirdilər. Döyüşən ölkə olmasına baxmayaraq, Ermənistan nə de fakto dövlət kimi, nə də hökumət kimi tanınınadı. Ona Paris Sülh Konfransında formal yer verilməsindən də imtina olundu. Dünyanın əsas dövlətləri Türkiyə Ermənistanını işğal etməyə meyl göstərmədi və ya heç olmazsa bu işi görmək üçün erməni ordusunu tələb olunan kadr və silah-sursatla təmin etmədi (s. 339).

Başqa sözlə desək, Paris Sülh Konfransında və sonrakı digər konfranslarda Müttəfiqlər erməni tələblərini öyrənir və əsası olmadığını aydınlaşdıraraq onların heç birini qəbul etmirdi. Ermənilər iddia edirlər ki, onlar iyirminci əsrin itk soyqırımının qurbanları olmuşdur. Əslində isə qeyd olunmalıdır ki, bu, iyirminci əsrin ilk "böyük firıldaq əməlidir".

1948-ci ildən başlayaraq ictimai fikrin tələsi kimi irəli verilmiş "soyqırım" planına əsasən 1915-ci ildə onlara dəymiş ziyanla əlaqədar olaraq ermənilərin iddialarını Müttəfiqlər bir də nəzərdən keçirmişlər. Müttəfiqlər bir də təhqiqat işləri aparmış və bu cür iddiaları əsassız saymışdır. Dünyanın ermənilər yaşayan ərazisində nə üçün sülhün olmamasının əsas səbəbi də ermənilərin ardıcıl surətdə odla oynamasıdır. Ermənistan hələ də aclıq çəkən, torpaqsız, cırtdan, sədəqə diləyən terrorçu ölkə olmaqda davam edir. Ermənistan əsasən antitürk və antimüsəlman təbliğatından istifadə edərək xristianlardan kömək təminatmı qazanan nifrətəlayiq işğalçıdır. O, dilənərək yığ-dığı sədəqələri müsəlmanların etnik təmizlənməsi kampaniyalarına yönəldir (bəzən bu təmizlənmələr hətta digər xristianlara qarşı da yönəlir, məsələn qonşu Gürcüstana münasibətdə olduğu kimi).


Ñòð.| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |