ÊÀÐÀÁÀÕ â ÄÎÊÓÌÅÍÒÀÕ

 

 Íà÷àëî | ÁÈáëèîòåêà | Ôîòî ôàêòû | Êàðòèííàÿ ãàëåðåÿ | Ññûëêè | Ôîðóì | ÎïðîñÏîèñê â google | AZAD QARABAĞ |

ERMƏNİSTAN terrorçu "xristian" ölkənin gizlinləri

ERMƏNİSTAN

terrorçu "xristian" ölkənin gizlinləri

Samuel Uimz

Ñòð.| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |


BEŞİNCİ FƏSİL:
ERMƏNİSTAN GÜRCÜSTANDAKI ƏDALƏTSIZ MÜHARİBƏDƏ MƏĞLUB OLUR
ERMƏNİLƏR XRİSTİAN DÜNYASINDAN DİLƏNÇİ PAYI UMUR

14 dekabr 1918-ci ildə torpaq ələ keçirmək üçün Erəmnistan öz qonşusu Gürcüstana qəflətən hücum etdi. 17 dekabr 1918-ci ildə «Erməni qəsbkarlığı" uğurla davam edəndə…». Gürcüstanın Baş naziri Jordaniya öz xalqına müraciət etdi:

Baş verməməli olan birhadisə baş vermişdir Təəssüfki, ermənilər əwəlcə üsyana qalxmış, sonra isə nizami ordusunu hərəkətə gətirmişdir. Bu cürxəcalətli konfliktə rəvac verən indiki Ermənistan hökuməti əvvəllər heç vaxt baş verməmiş bir işə başlamışdır -Gürcüstan və Ermənistan arasında müharibəyə. Əgər bir-iki kənddə olan hadisələr nəzərə alınınazsa, bu iki tərəf müharibə haqqında heç vaxt heç nə eşitməmişdi. Əsl izah Kaçaznuni hökumətinin xarakterində tapıla bilər; canavarkimi dananı ona görə yeyirki, bu onun xistlətidir. O hökumət sülh şəraitində yaşaya bilmədi və bu və ya digər qonşusu ilə döyüşə atıldı, çünki əsl canavar kimi hər şeyi qamarlayıb udmaq istəyir. Ermənilərheç olmazsa onu anlamırlarki, müsəlmanlara olan düşmənçilik münasibətlərinə görə heç olmazsa gürcülərə dözümlülük nümayiş etdirməlidirlər?Lakin bunun əvəzinə indi onlar bu körpünü də yandırdılar.

Ermənistanda», Jordaniya davam edirdi, "biri dinc yanaşı yaşamağa, digəri isə millətçilik hisslərini alovlandırmağa çalışan iki siyasi axın var idi. Güman ki, son nəticədə ikinci ekstremistlər qalib gəlmişdir. Lakin bu mauzerist quldurlarla döyüş üçün Gürcüstan ayağa qalxacaqdır (1)

Gürcülər Ermənistan hökumətinin vacib sənədlərini ələ keçirib çap etdilər. Ermənilərin özlərindən gələn sübuta əsasən onlar "Xram çayına qədər ərazini ələ keçirmək üçün hərtərəfli plan hazırlamışlar və erməni hərbi fəaliyyəti həmin sənədlərin düzgün olduğunu təsdiq edirdi" (s. 111).

Əslində bu müharibə cəmi iki həftə çəkdi - Britaniya qüvvələri əraziyə daxil olduğundan hər iki ölkə ermənilərin qəfil hücumundan əvvəlki mövqeyinə qayıtdı. Britaniya iki ölkə arasındakı "neytral zona"nı tutdu. Kiçik bir hərbi hücumla əlaqədar olaraq gürcülərin Gürcüstanda yaşayan ermənilərə qarşı kəskin münasibətini Hovanissyan təəccüblə qarşılayır. O yazır:

Müharibənin əsas zərbəsi döyüşçülərin və hətta Lori kəndlərinin deyil, Tiflisdəki və onun ətrafmdakı birliklərdə yaşayan bütün ermənilərə dəydi. Jordaniya hökumətinin erməni militahst qruplaşması kimi təsvir olunan erməni xalqı ilə razılıq əldə olunduğunu dəfələrlə bəyan etməsinə baxmayaraq, ümumilikdə bütün erməni əhalisinə qarşı kəskin ölçülər götürülürdü. 24 dekabr 1918-ci ildə parlament dövləti xəyanətin ölümlə və əmlakmın müsadirə edilməsi ilə cəzalandırılması haqqında qanun qəbul etdi. İki gün sonra isə Tiflis quberniyasının başçısı erməniləri müharibənin faktiki dustaqlan elan etdi. Düşmən işğalı altında olan kəndəlrin doğma sakinləri olan ermənilərinə təklif olunurdu ki, ya iyirmi dörd saat ərzində qeydiyyatdan keçsinlər, ya da onlar satqınlıq haqqında qanuna müvafiq olaraq cəzalandırılacaqdır. Bu elan saysız-hesabsız həbslərlə müşaiyət olundu. (s.122)

Hovanssyan davam edir:

Tiflisdəki erməni və rus təşkilatlarının etirazlarına məhəl qoyulmadı. Gürcüstandakı Ermənilərin Milli Şurasının qapıları möhürləndi və şuranın üzvləri ev dustağına çevrildilər. Gürcüstandakı erməni qəzetləri də bağlandı. Döyüşlər qurtarandan bir neçə həftə sonra Gürcüstan yüzlərlə insanı həbs edərək sürgünə göndərdi. Sonralar Gürcüstandakı Erməni Şurasına fəaliyyət göstərmək icazəsi veriləndə o, Gürcüstan hökumətinin ədalətsizliyi və kobud münasibəti haqqında öz kəskin etirazını bildirdi. Onun etiirazının birhissəsi be-lə idi: "Bu milli təqibin yalnız bəzi fərdi adamların fəaliyyəti olduğu kimi başa düşülməsini izah edən daxili işlər nazirinin mövqeyi erməni ictimaiyyətinə birmənalı surətdə iyrənc təsir bağışlayır. Xüsusilə, axır zamanlar ümumi hala çevrilmiş əhvalatlar baş verəndən sonra izahat gəlir - erməni millətinə gözlənilən ehtiram haqqında vəd, mənliyi ən kəskin surətdə alçaldan və məşəqqətli vəziyyətdə yaşayan insanların heysiyyatmı yaralayan vəd» (s. 123)

Bütün Gürcüstanın reaksiyası dərhal və birmənalı oldu. Hovanissyan yazır: "Bu müddətdə kənd yerlərindəki qanundankənar bandalar və Xalq (Qırmızı) Qvardiyasının təşkil etdiyi birləşmələr qanuna tabe olmayan və satqın sakinləri cəzalandırmaq üçün erməni kəndlərini viran qoyur və intiqam məqsədi ilə terror yayırdı» (s. 124). Bir daha təkrar edirəm ki, öz liderlərinin başqasının torpağını silahlı yolla ələ keçirmək cəhdlərindən adi ermənilər zülm çəkdilər.

Ermənilərə inanmamaq üçün gürcülərin xeyli səbəbi var idi. Tif-lisdəki iş yerlərində gülləyə tutulmuş çoxlu günahsız erməni də ziyan çəkdi. Hakimiyyət yeni seçkilərə başladı (Ermənistan isə bircə seçki də keçirməmişdi). "Gürcüstandakı ermənilər bunu qanun pozuntusu hesab edərək öz hədsiz etirazlarını bildirdilər ki, bu yolla Gürcüstan hər bir seçicıni öz vətəndaşı kimi "qeydiyyatdan keçirəcəkdir". Minlərlə rus kimi, Tiflisdəki erməni icması da qəzəbini, qorxusunu və alçaldılmasını seçki qutularına yaxın düşməməklə ifadə etdi. Beləcə, ermənilər Gürcüstan subyekti olmağı qəbul etmədiklərini göstərdilər. Beləliklə, Tiflis gürcülərin idarə etdiyi gürcü şəhərinə çevrildi. Əvvəllər Qafqazın bu möhtəşəm paytaxtından başqa bir yerin sakini olmağı ağıllarına belə gətirməyən ermənilərin baxışları yavaş-yavaş İrəvana dikilməyə başladı» (s. 124)

Hər hansı bir fərd səs verməzdən qabaq bütün demokratik respublikalar ona vətəndaşlıq təklif edir. Lakin ermənilər bəyan edir ki, onlar hər yerdə "ermənistanlı" olmaqla yanaşı, həm də başqa respublikaların vətəndaşlığını qəbul etmədən tamhüquqlu vətəndaş kimi seçki hüququna malik olmalıdır. Başqa bir millətin tarixində bu sayaq hər hansı bir nümunəyə rast gəlmisinizmi? İki həftə çəkən müharibədən Gürcüstan üstün nəticələrlə çıxdı.

Onların ordusu sınağa çəkildi və həlledici məqamda möhkəm dayandı. Ermənilərin müharibə ərzində ələ keçirdiyi bütün torpaqlara iddialı olmalarına baxmayaraq, Gürcüstan Axalkalaki torpaqlarını geri qaytarmağa nail oldu. Bu azmış kimi, bütün qərbi Zaqafqaziyaya nəzarət edən Britaniya komandanlığının baş qərargahı Tiflis şəhərində yerləşdiyi və Qafqazm digərpaytaxtlarına nisbətən Avropaya daha çox meylləndiyi üçün Gürcüstan həm öz problemlərini təqdim etməyə, həm də Müttəfiqlərin nümayəndələri ilə birbaşa danışıqlar aparmağa müvəffəq oldu. Bu isə Ermənistan üzərində həlledici üstünlük demək idi. Jordaniyanın hökuməti ümid edirdi ki, Ermənistan monopoliyasınaAvropa rəğbəti dağılmağa başlamışdır və Parisdə öz işinə başlayan ümumdünya sülh konfransında Gürcüstan Respublikasının hüquqlarına hörmət ifadə olunacaqdır (s. 125)

Ermənistan öz yaralarını yalamağa və daha kiminsə torpaqlarını qamarlamaq cəhdi olaraq növbəti qurban kimi Azərbaycana tərəf baxmağa başladı. Birinci qış xüsusilə ağır idi. Erməni xalqı ağır əzablara düçar oldu. Hovanissyan yazır: "Ermənistandakı xaotik vəziyyət təxminən 500,000 nəfər qaçqının ucbatmdan daha da pisləşdi» (s. 126) Amerika və Britaniya rəsmiləri, habelə ictimai əməkdaşlar da bu rəqəmi təsdiq edir.

Hovanissyan davam edir: "Zəngəzur və Qarabağda, Gürcüstanda, şimali Qafqazda və Rusiyanın düzənlik torpaqlarında müvəqqəti sığınacaq tapmış əlavə minlərlə adam bu rəqəmə aid deyildi» (s. 127) Əlavə olaraq, Ərəb dünyasına səpələnmiş soxminlik erməni qaçqını da bu rəqəmə aid deyildi. Bir daha, ermənilərin sayı şişib çoxalmırdı. Əgər Osmanlı döyüş zonalarından 1 milyon erməni köçürülmüşdüsə, və onların 500,000 nəfəri Ermənistana getmişdisə, əgər digər yerlərdə də çoxminlik erməni qaçqınları var idisə, əgər minlərlə erməni qadını müsəlman evlərində kənizliyə məcbur olunmuşdusa, onda ermənilər sadəcə olaraq necə iddia edə bilərlər ki, guya 1.5 milyon erməni soyqırıma məruz qalmışdır? Professor Riçard G.Hovanissyanın erməni tarixinə əsaslanan rəqəmləri, 1.5 milyon erməninin soyqırımı haqqında iddiası sadəcə olaraq baş verə bilməzdi.

Faktlar çılpaqlıqla sübut edir ki, erməni xalqı ağlagəlməz dəhşətlərdən keçmişdir, lakin həmin əzablar başlanğıcda onların özündən müştəbeh liderlərinin səhv qərarlarının nəticəsində baş vermişdir: Osmanlı İmperiyasında vətəndaş müharibəsi; Gürcüstanda vətəndaş müharibəsinə başlamaq cəhdi; və Azərbaycanda vətəndaş müharibəsinə başlamaq cəhdi! Erməni xalqının yaşadığı terror haqqında Hovanissyan məlumat verir:

1918-19-cu illərin qışı İrəvanın tarixində ən uzun və ən kəskin qışlardan biri olmuşdur. Ərzaq, geyim və davadərman axtaran ev-eşiksizkütlələrfırtmalı vəziyyətdə cəhənnəm əzablı aylardan keçdilər. Ac-yalavac adamlar arabir ərzaq tələbi ilə nümayişə çıxır və ya qiyam qaldırır, lakin bu təsadüfi hadisələrin heç bir xeyri olmurdu. Dövlətin xəzinəsi boş idi. Müttəfiqlərin İrəvana gəlmiş nümayəndələri xaricdən gələsi yardımlardan xeyli qabaq özləri ilə ümid gətirmişdilər. O vaxta kimi millət dözməli idi. Lakin tezliklə bu ümid də puça çıxdı. Bu dəhşətdən riqqətə gəlmiş biramerikalı şahidyazmışdı: "Dəhşətli əhali. Qeyd-şərtsiz çirkli və cır-cmdır içində batmış kütlə; burdan vurub ordan çıxan, sifətlərinə ölüm çökmüş ev-eşiksiz kütlələr; hündürdən ağlaşan uşaqlar; acı hıçqırtılarla hönkürən qadınlar; tamamilə ümidsiz, zəiflikdən valay vuran, çirk içində olan sifətləri ilə aşağı yuvarlanan göz yaşlarına məhəl qoymayan kişilər. Ermənistanda ermənilərin halının təsviri üçün tez-tez rast gəlinən bu mənzərələrə bundan artıq heç nə deyə bilmədiyimdən başqa başıpozuq dəstələrə üz tuturam: oradaburada gözə dəyən insan dəstələri, gözləri bərəlmiş, hövsələsiz, canavar caynağı kimi irəli uzanaraq dilənən əllər; təbəssümün nə otduğunu çoxdan bəri dadmayan açıq dişlərin dəhşətli istehzası - heydən düşmüş, dərisi dartılmış, sərrast və nəzarət olunmayan istehza.

Zavallı kütlə qar içində, bəzi hissələri dağıdılmış binalarda, kilsələrin pilfeləri üzərində nə etitraz etməyə, nə də dilənməyə taqəti olmadan yıxılıb qalmışdı. Onlarölümə sürükləyən torpaqda yaşayırdılar; sallaq sifətləh və şişkin qannları ölüm mələyinin yolunu gözləyirdi. Və ölüm gəlir, minlərlə qaçqını və qaçqınabənzər yerli sakini bu zülındən qurtarırdı.

Bu çətinliyə tab gətirən adamların çoxunu isə çarəsiz xəstəliklər yaxalayır və yoluxucu xəstəliklər daha çox kimsəsiz kütləni əhatə edirdi. Tif xəstəliyi əsas qatil idi, o, hər bir kənddə və hər bir yaş qrupundan olan adamları, daha çox isə uşaqları birdəfəlik yıxırdı. Ağla gələn və gəlməyən hər yerdən ölüm fenomeni hücum çəkirdi. Hər həftə küçələrdən yüzlərlə meyit yığılır və əksər hallarda dua oxunmadan və son ayinlər yehnə yetirilmədən kütləvi qəbirlərdə basdınlırdı. Həmin il təkcə paytaxtda təxminən 19,000 adam xəstəliyə tutulmuş və dərəbəylik, aclıq və epidemiya adlı üçbaşlı əjdaha təxminən 10,000 adamı öldürmüşdü (s. 127-128).

Bu, erməni xalqının əsl soyqırımı idi və onu onların öz diktator liderləri törətmişdi. Onlar öz-özlərini lider təyin etmiş erməni liderləri idi - onların Osmanlı İmperiyası hüdudlarında başladığı qiyam gətirib bu dəhşətli və qorxunc vəziyyətə çıxarmışdı. "İqtisadi burulğan yaratmaq üçün bir neçə yüz minlik eveşiksiz və işsiz qaçqının özü bəs edirdi. Hətta ən normal vaxtlarda belə torpaq erməni hökumətinin tabeliyində olanda əhalinin tələbləri yerinə yetirilə bilmirdi. Araz vadisinin münbit torpaqları və Türkiyə Ermənistanının nə vaxtsa əkilib-becərilən torpaq sahələri indi müsəlman nəzarətindədir» (s. 130).

Hovanissyan dünyanı inandırmaq istəyir ki, müsəlmanlar həmin torpaqları guya ermənilərin əlindən alaraq onları aclığa düçar etmişdir. Erməni üsyanları başlanmazdan əvvəl müsəlman türklər beş yüz ildən artıq müddətdə bu torpaqlara sahiblik etmişdir. Bütün bu müddət ərzində xristian ermənilər öz qonşuları olan müsəlmanlarla əminamanlıq şəraitində yaşamışdır. İndi isə iki cüt bir tək erməni müharibə bossu üsyan qaldıraraq Osmanlı Imperiyasını yıxmağa cəhd göstərir. Əsas məsələ isə odur ki, bu erməni müharibə bossları uduzmuşdur və onların xalqı böyük itkilər vermişdir. Türk xalqı da! Ermənilərin dəhşətli vəziyyətini nümayiş etdirmək üçün Hovanissyan aşağıdakı rəqəmləri çap etmişdir: "1919-cu ildə hər 1000 nəfər erməniyə 8.7 doğum və 204.2 ölüm düşürdü; 195.5 adam itirilirdi. Bura sözün həqiqi mənasında ölüm torpağı idi» (s. 133) Türklər də eyni dəhşətlərin girdabmdan çıxmışdır, lakin professor Hovanissyan onların itkilərindən qətiyyən söz açmır. Bu azmış kimi, o, xristianları aldatmaq üçün xristian Bibliyasından kəlmələr işlədir. Xristianların "kod" sözlərini işiətməsi ermənilərin müdafiəsi üçün Hovanissyanın cəhdlərinə əlavə nümunədir. O, hadisələrin yarısmı danışsa da dəxli yoxdur. Əgər o, həqiqi tarixçi olsaydı, "xristian" ermənilərdə olduğu kimi, müsəlmanların da doğum və ölüm nisbətlərindən söz açardı. Hər şey bir yana, axı müsəlmanlar da Allah bəndəsidir. Xristianların əzablarının yasını saxlamaq, müsəlman əzablarını isə qulaqardma vurmaq xristiana yaraşan sifət deyildir.

Rusların köynəyindən çıxaraq yaranmış yeni Ermənistan fermer təsərrüfatma əsaslanırdı. Səniyenin hər hansı bir növü çox az yayıl mışdı. Camaat şərab çəkir, evlərdə kustar üsulla mebel və toxucu-luq malları, alətlər və s. düzəldirdi, vəssalam. Kənd təsərrüfatı məhsullarının müharibə illərində başlamış kəskin tənəzzülü erməni faciəsinə ciddi təsir göstərdi. 1914-cü ilin qıt məhsulunun ardınca minlərlə kəndlinin orduya səfərbərliyi gəldi, sonra bütün Rusiya İmperiyasını bürümüş inqilabi çevrilişlər və vətəndaş qarşıdurması, Zaqafqaziyaya türk hərbi müdaxiləsi və təxminən yarım milyon qaçqının axışıb gəlməsi ermənilərin dövlət qurmaq səylərini puça çıxaran vəziyyət yaratmışdı.

Hovanissyanın soruşmadığı sual belədir ki, əgər erməni xalqının liderləri Osmanlıların döyüş xətlərinin arxasında üsyana cəhdlər göstərməsəydilər və gənc fermerlər erməni hərbiçiləri sıralarına cəlb …olunmasaydı, bütün bunlar baş verərdimi?

Orada başqa problemlər də var idi: "Dərin inflasiya bu böyük itkilərin nəticəsində yaranmışdı. Ərzağın və digər vacib əşyaların qiymətinin günbəgün və dəfələrlə artması nəticəsində müxtəlif məbləğli kağız pullar heç nəyə yaramırdı. Diribaş erməni manipulyatorları və möhtəkirləri onsuz da qıt olan ərzaq ehtiyatlarını gizlədir, başını itirmiş camaatın son varyoxunu da əlindən alaraq onlara tula payı verirdilər. Hökumət özünün yaratmadığı, lakin hesabat verməyə məcbur edildiyi fəlakətli vəziyyətlə üz-üzə qalmışdı. Problemləri çözmək üçün onun çox az imkanı vardı, aclıq çəkən kütlələrin qarnını isə nə qanunun gücü ilə, nə də fərmanlarla doydurmaq olmazdı» (s. 133).

Bu, yarım-həqiqətin daha bir nümunəsidir.

"Kağız pullar" demək olar ki, kara gəlmirdi: arxasında nə qızıl, nə gümüş, nə də digər bir təminatı olmasa da, erməni hökuməti kağız pulları elə hey çapdan buraxırdı. Heç təəccüblənməyə dəyərmi ki, onların bir qara qəpiklik də qiyməti yox idi?

Tarix sübut etmişdir ki, arxasında heç bir təminat dayanmadan xeyli miqdarda pulun çap edilərək tədavülə buraxılması Ermənistanda olduğu kimi öz arxasınca inflasiya gətirir. Ona görə də, "ərzağın və digər vacib əşyaların qiyməti günbəgün və dəfələrlə artırdı". Ermənilərin özlərini lider təyin etmiş başçılarının öz xalqını pis günə qoymasının bir nümunəsi də budur. Qonşu həyatlarının, torpaqlarının və ehtiyatlarının bahasına "böyük Ermənistan" yaratmaq və onu^ xristian dünyasının dilənçi payı hesabma yaşatmaq haqqında tüstülənən xəyallar bumeranq kimi geri qayıdaraq öz xalqlarını yandıran alova çevrildi.

Erməni liderləri bilirdi ki, "diribaş erməni manipulyatorları və möhtəkirləri onsuz da qıt olan ərzaq ehtiyatlarını gizlədir, başını itirmiş camaatın son var-yoxunu da əlindən alaraq əvəzində onlara tula payı verirdi". Nə üçün erməni hökuməti bu fəaliyyəti cinayət kimi qiymətləndirmədi? Onlar nə üçün öz xalqının başına belə dəhşətli oyun açan fərdləri həbsə almadı? Erməni hökumət rəsmiləri bu gəlir gətirən əməliyyatlara ortaq idilərmi?

Hovanissyan göstərir: "Hökumət özünün yaratmadığı, lakin hesabat verməyə məcbur edildiyi fəlakətli vəziyyətlə üz-üzə qalmışdı». Bu, boş çərənləmədir! Aydmdır ki, sonralar boğularaq öz xalqını dəhşətli vəziyyətə salmış inqilaba məhz erməni diktator liderləri başlamışdır. Onlar heç kimə lazım olmayan pul çap edirdilər və onu çap edəndə bilirdilər ki, bu heç kimə lazım olmayacaq. Bu hökumət başqa cür düşünür və gizlətməyə də, qaz vurub qazan doldurmağa da icazə verirdi. Əgər Amerika onları xilas etməyə gəlməsəydi Ermənistan adlandırılan bu ölkə parçalanıb itəcəkdi. Hovanissyan bunu aşağıdakı kimi ifadə edir: "Erməni xalqının tarixindəki həmin çətin məqamda Amerika Birləşmiş Ştatları həyat nəfəsi verərək, yeni ümidlər oyadaraq və yeni üfüqlər açaraq onları xilas etməyə gəldi» (s. 133)

Ermənilərin muzdlu agentləri Birləşmiş Ştatlara gedərək xristianlara müsəlman irqi-etnik kartı haqqında ağlaşma qurduqları və hüsn-rəğbət qazanmaq naminə olmamış soyqırım haqqında əhvalatlar uydurduqları üçün amerikanlar erməniləri xilas etməyə gəldilər. Müsəlmanlar həmin əhvalatları inkar etmədiyi üçün ermənilərin bu qurğusu işləməyə başladı. Erməni qaraqışqmğının qarşısına çıxmaq üçün müsəlmanların debat mexanizmi yox idi. Hər şey bir tərəfə, axı xristian ermənilər yalan danışa bilməzdilər, elə deyilmi? Ermənilərin hap-gopla dolu nağılları xristian dünyası tərəfindən tələ, xətt və yağlı kökə kimi alındı. Ermənilərin muzdlu agentləri xristianların xoş məramını və gözəl arzularını başayaq işlədərək təhqir etdilər.

Zavallı erməniləri təmin etmək üçün Amerikada özəl xeyriyyə cəmiyyətləri yarandı:

Missionerlər, hamilər, sənayeçilər və təhsil işçiləri Amerika Kömək Komitəsini yaratdılar. Həmin komitə Konstantinopol və Suriyadakı erməni rəsmiləri vasitəsilə vəsaitlər alınınası üçün az müddət içində 100,000 dollarpul topladı. Erməni faciəsinin böyüklüyü aşkar olunduğu üçün həmin komitə öz fəaliyyəi əməliyyatlarını genişləndirərək 1915-ci ilin sonunda Süriya və İrandakı kömək qruplarını ermənilərin və Suriyanın ixtiyarına verdi. Sonrakı iki il ərzində Yaxın Şərqdə xristian qaçqınları üçün pul və vəsaitlərin sabit axını erməni və Suriya kömək qruplarına çatırdı. Bu vəsaitlər xüsusilə susuz ərəb çöllərindəki əyalətlərə köçürülmüş erməni qaçqınlar üçün nəzərdə tutulmuşdu (s. 133-134).

I Dünya Müharibəsi başa çatandan sonra erməni ictimaiyyəti "ermənilərin və Suriyanın kömək əməliyyatlarını təzələməyə nail olaraq, artıq Yaxın Şərqə Kömək üçün Amerika Komitəsi (ACRNE) adı altında fəaliyyət göstərirdi. Bu komitə 30 milyon dollarlıq kampaniyaya başladı və şəxsi adamların xeyriyyə vəsaitləri hesabma 1919-cu ilin axırı üçün təxminən 20 milyon toplaya bildi. Bu tarixdə misili olmayan hadisə idi» (s. 137).

Ermənilər amerikalıların açıq qəlbi haqqında hər şeyi öyrənmişdilər. 1991-ci ildən 2001-ci ilədək Birləşmiş Ştatlar hökuməti Ermənistana 1.4 milyard dollar həcmində xarici vəsait vermişdir! Adambaşına illik kapital hesabı ilə bu, güman ki, yer üzünün hər bir millətindən artıq göstəricidir. Ermənistana verilmiş Amerika vergi ödəyənlərinin bu böyük məbləği təsadüfi deyildi. Bu hədiyyə Birləşmiş Ştatlar hökumətində erməni lobbisinin bapbalaca, lakin çox nüfuzlu olmasının nəticəsi idi.

Həmin o 1.4 milyard dollar pul görəsən neçə dəfə yenidən Birləşmiş Ştatlara qayıtmışdır ki, erməni muzdlu agentlərinin xidmətləri satın alınsın? Və onlar daha həvəslə işləyərək öz cırtdan ölkələri üçün Amerikadan daha çox vergi pulu çırpışdırsınlar? 1919-cu ildə Birləşmiş Ştatlardan aldığı kreditlərə görə Ermənistan bir qara qəpik də ödəməkdən im-tina edir. Görünür, ermənilər əl açıb dilənməyin texnikasına yaxşı yiyələnmişlər, çünki Ermənistanda sənaye yaratmağa səy göstərməkdənsə, Birləşmiş Ştatlardan pul xahiş eləmək daha asandır.

"1918-ci ildə Almaniya ilə atəşkəsə nail olandan dərhal sonra Birləşmiş Ştatların Ərzaq Nazirliyi birbirinin dalınca Avropa sahillərinə yük gəmiləri göndərməyə başladı və Amerika agentliklərinin müharibədən sonrakı kömək əməliyyatlarına rəhbərlik etmək üçün Herbert Huver Fransaya gəldi» (s. 137). 1919-cu ilin fevralında Birləşmiş Ştatların Konqresi 100 milyon dollarlıq fond qanunu qəbul etdi. Bu pullar "ermənilərin, suriyalılarm, yunanların və indi və ya əvvəllər Türkiyənin subyekti olmuş Kiçik Asiyadakı Amerika ilə düşmən olmayan digər xristian və yəhudi əhalisinə" kömək üçün nəzərdə tutulmuşdu» (s. 138).

Antitürk, antimüsəlman lobbi Konqreslə öz işini yaxşı qurmuşdu. Türklərin əlindən əzab çəkmiş ermənidənsə, ermənilərin əlindən daha çox türkün əzab çəkməsi faktına baxmayaraq, həmin münasibət bu gün də davam edir. Bu faciəli müharibənin hər iki tərəfi heç vaxt Birləşmiş Ştatların əhalisinə təqdim edilməmişdir. Səbəb isə sadə idi - Ermənistan xristian millətidir, Türkiyə isə yox. Ermənilərin Osmanlı hökumətini yıxmaq niyyəti ilə özlərini bu əzaba düçar etməsini isə amerikanlara demək vacib sayılmır.

1919-cu ilin son rübünə kimi dövlət tərəfindən maliyyələşdirilən və özəl amerikan kömək təşkilatları erməni xalqına 20 milyon dollardan artıq qiymətləndirilən ərzaq və pul yardımı etmişdi. Bu məbləğin yarısından çoxu, xüsusilə birbaşa Ermənistan Respublikasına verilən hissə Amerika Kömək İdarəsi vasitəsilə maliyyə yardımı aldı. İdarənin baş direktoru Herbert HuverARA və ACRNE təşkilatlarının fəaliyyətini tənzimləyirdi. ARAnın hər gəmisi üçün erməni hökuməti Birləşmiş Ştatların Xəzinəsinə ödənməli olan xüsusi vəd sə-nədi yayırdı, ACRNEnin bütün köməkliyi isə Amerika xalqının erməni xalqına birbaşa hədiyyəsi idi (s. 12).

Hər bir ölkə üçün öz borclarını ödəmək milli şərəf hesab edilir. Borcunu ödəməli olan ölkə bunun öhdəsindən gəlmirsə həmin ölkə "ölümcül-vurulmuş" kimi tanınır. Ermənistan şərəfsiz ölkələr sinfinə aid edilməlildir, çünki son səksən iki ildən artıq müddət ərzində Birləşmiş Ştatlara verməli olduğu puldan bir qara qəpik də qaytarmamışdır. 2001-ci ilin axırlarında Birləşmiş Ştatlar Konqresinin nəzdindəki I komissiya evi Ermənistana Amerika vergi ödəyənlərinin hesabından daha bir yığın pul ayrılmasına səs verdi - dəqiq desək, 90 milyon dollar! Amerika siyasətçiləri bu balaca ölkəyə nə üçün bu qədər böyük məbləğdə pul verir? Cavab tapmağın və özünü Ermənistan Respublikası adlandıran bu qatillər bandasına böyük məbləğlərin ödənməsini saxlamağın vaxtı keçmişdir. Hər şey bir yana, onlar "etnik təmizləmə"ni (Azərbaycandakı və Gürcüstandakı müsəlmanlardan) "etnik prinsip" adlandırırlar, elə deyilmi?

1919-cu ildə ermənilər dənizdən dənizə azad torpaqların iddiası ilə lobbiçilik edirdilər. Görün ermənilər nə istəyirdi:

.Təklif olunurduki, oaddamüstəqilölkəyaradılsın vəhəminölkə Millətlər Birliyinin nəzarəti altına keçsin. Yeni ölkənin sərhədləri "təbiət tərəfindən" aydınca müəyyənləşdirilmişdir; qərbdə Antitaurus dağları və cənubda Taurus dağları - "birinci dərəcəli topoqrafik əlamətləri olan" ərazi. Ermənistan Adana da daxil olmaqla Kilikiya ərazisini və Aralıq dənizi çıxıntısmı, Qara dəniz sahilləri ilə birgə Trebizond torpaqlarını və Taurusun cənubundakı və Antitaurusun qərbindəki əraziləri çıxmaq şərtilə Türkiyə Ermənistanının altı vilayətində yerləşəcəkdir. Rusiya Ermənistanının Qars və İrəvan əyalətləri və Axaltisix (Ermənistan Respublikası tərəfindən rəsmi bəyan edilməmişdir) və Axalkalaki knyazlıqlan da bu torpaqlara əlavə olunacaqdır. Qəbul edildiyi kimi, yaşadıqları ərazilərin hamı-sında ermənilər azlıqda qaldığı və əhalinin 30 və ya 35 faizindən artıq olmadığı üçün erməni problemi həmişə "sadəcə çətin" olmuşdur. Buna münasib olaraq şəxsi qətiyyətin liberal şərhi münasib sayılır (s. 265)

Başa düşmək olmur: ermənilər guya əhalisinin əksəriyyət təşkil etdiyi Gürcüstan və Azərbaycan torpaqlarını necə tələb edə bilərdi? Sonra isə əhalisinin cəmi 30-35 faizini təşkil etdikləri Türkiyə torpaqlarına necə iddia edə bilərdi? Ermənilərin Birləşmiş Ştatlar kimi güclü dövlətə ehtiyacı var idi ki, o öz pulunun və qoşunlarının həyatları bahasına ərazidə ermənidən 65-70 faiz çox olan başqa xalqların üzərində nəzarəti bu qatillərə və başkəsənlərə həvalə edəydi!

Ermənilər özlərinə belə haqq qazandırırdılar ki, beş yüz il ərzində azlıqda olmalarına baxmayaraq, sülh şəraitində yaşadıqları Osmanlılara tabe olmaq istəmir və azadlıq arzulayırlar. Bir baxın, I Dünya Müharibəsi başa çatandan sonra ermənilər özlərindən qat-qat çox olan müsəlmanlar üzərində tam nəzarəti istəyirdilər.

Oxucu xatırlayır ki, Osmanlı döyüş xətlərinin arxasında satqınlıqla məşğul olduqları ucbatından ermənilər həmin yerlərdən köçürüləndə bunu soyqırım kimi "damğalamışdılar". İndi isə həmin müharibə qurtarandan sonra ermənilərin Qarabağ haqqında planlarına nəzər salın. Hovanissyan erməni düşüncəsinin bir xəttini izah edir: "Tarixi nöqteyınəzərdən o (Qarabağ), Ermənistana qatılmalıdır, lakin oradakı əhalinin tərkibində güclü Azərbaycan elementi vardır. Erməniləri azərbaycanlılardan ayırmağın ən düzgün həlli Qarabağ ermənilərini İrəvan ərazisinə, İrəvan azərbaycanlılarını isə Qarabağa köçürməkdir» (s. 267).

Bütün azərbaycanlıların öz doğma torpaqlarından süpürülüb atılmasını və bütün ermənilərin İrəvan ətrafında, başqa birisinin torpaqlarında bir yerə yığılmasını həyasızcasına istəyən Hovanissyanın məntiqi hansı qəbildəndir? Burada Hovanissyan növlərin "soyqırımını" təklif etmirmi? Bu cəhdlər Adolf Hitlerin yaddan çıxarmadığımız taktikasına və irqçi hərəkətlərinə bənzəyir.

1919-cu ilin yanvarmda Müttəfiqlərin Sülh Konfrası açıldı. Ermənistanın həmin konfransda bərabər hüquqlu yer tələb etməsinə baxmayaraq, onlara etiraz edildi və deyildi ki, "yalnız formalaşmış ölkələr iştirakçı ola bilər" (s. 276). Ermənilərin bərabər hüquqlu yeri ilə bağlı bir problem də var idi. "Ümumilikdə Müttəfiqlər və xüsusilə Fransa "demokratik Rusiyanın" yenidən qurulmasında maraqlı idilər və bütövlükdə Rusiyanın məsələsi həll olunmadan Ermənistana münasibəti formalaşdırmaq çətin olardı» (s. 276) Axı, Türkiyə, Gürcüstan və Azərbaycan torpaqlarına əlavə olaraq Ermənistan Rusiya torpaqlarına da iddialı idi. Torpaq iddialarına digər baxış isə belədir - əslində ermənilər adi gözüboşlar idilər.

Ermənilər mübahisə edirdilər ki, "Diri və ölü olan bütün ermənilərin səsi eşidilməlidir. Hərbi kampaniyalar və onun nəticəsində yaranmış epidemiya və aclıq yerli müsəlman əhalisinin də axırına çıxmışdır, ona görə də köçürülmüş və digər ölkələrə emiqrasiya etmiş ermənilər, xüsusilə Rusiya erməniləri əyalətləri ilə birgə burada yeni müstəqil millət kimi erməni əksəriyyətini təşkil edəcəkdir" (s. 278)

Gəlin elə buradan başlayaq: Ermənilər həm ölüləri, həm də diriləri saymaq istəyirdi. Onlar həm də hesab edirdilər ki, saysız-hesabsız "köçkün və emiqrant" Osmanlı torpaqlarına qayıdacaqdır. Əlavə olaraq, onlar deyirdi ki, əgər Rusiya erməniləri də hesaba alınsa, əhalinin əksəri ermənilərdən ibarət olcaqdır. Bəs türklərin soyqırımı vaxtı ermənilər qırılıb qurtarmamışdı? İndi ermənilər çoxluq qazanmaq üçün necə xəyallara dala bilərdi? Əgər ermənilər türklər tərəfindən sistematik surətdə və böyüklü-kiçikli öldürülmüşdüsə, onda bu köçkünlər və emiqrantlar haradan pırtlayıb çıxmışdı? Başqa sözlə desək, əgər soyqırım olmuşdusa, onda köçkünlər, emiqrantlar, yenıdən yaradılmış erməni çoxluğu və sair və ilaxır haqqında danışmaq olmazdı! Onlar Amerikanın xristian kilsələrindən şəfqət (və dollarlar) axtaranda pis türk və dəhşətli soyqırım haqqında danışırlar; lakin Avropanın konfrans stolları arxasında "dənizdən dənizə" torpaq axtaranda onlar köçkünlər, emiqrantlar və yeni formalaşmış ermənilərin çoxluğundan söz açırlar. Yaxşı, bunlardan hansıdır? Soyqırımdır ya köçürülmə?

Belə bir cəhəti qeyd etmək də maraqlıdır ki, ermənilər müharibə ərzində müsəlmanların da böyük itkilər verdiyini etiraf etməyə məcburdur (əslində öz itkilərinin daha çoxsaylı olduğunu göstərmək naminə) (Əlbəttə, ermənilər heç vaxt işarə vurmurlar ki, müsəlmanların əksərini onlar öldürmüşdür.)

Hovanissyanın bəyan etdiyi kimi, Paris Sülh Konfransının zallarında addımlayan erməni agentləri onların ölkəsinə "dənizdən dənizə" torpaq verilməsi üçün yalvarırdılar. Onlar həm də yalvarırdılar ki, onları müdafiə etmək üçün əsas məsələ "mülki əhalini tərksilah etmək, erməni-iddialı torpaqlardan türk rəsmilərini qovmaq, qırğınlarda təhrikçiləri və iştirakçıları cəzalandırmaq, ərazidə narahatlıq yaradan köçəri tayfaları süpürüb atmaq, son vaxtlarda regionda məskunlaşmış müsəlman immiqrantlarını geriyə göndərmək və müsəlman evlərində saxlanılan xristian qadırılarını və uşaqlarını geri almaqdır. Bu azmış kimi, Sülh Konfransı vurulmuş ziyanın əvəzində təzminat ödəməyi, erməni millətinə vurulmuş bütün növlərdən olan zərərləri aradan qaldırmağı Osmanlı hökumətinə təkiif etməlidir» (s. 280)

Ermənilər bir elə də çox istəmirdilər, elə deyilmi? Baxın görün onlar nə istəyirdilər:

1. Mülki əhalini tərksilah etmək: Əlbəttə ki, ermənilər istəyirdi ki, kimsə başqası əhalinin erməni olmayan 65-70 faiz çoxluğundan bütün silahları yığsın. Hər kəs başa düşə bilər ki, ermənilər hakimiyyətə gələndən sonra istəməzdilər ki, əhalinin böyük əksəriyyəti özünü müdafiə edə bilsin. Axı, Osmanlı döyüş xətlərinin arxasında ermənilərin silahı olmuşduvə onlar 1915-ci ilin təcrübəsinə əsasən bilirdilər ki, xalq hökumətinayağının altını qazmağa qadirdir.

2. Ermənistan güclü birdövlətin beş yüz ildən artıq bu torpaqlara sahiblik etmiş türk rəsmi dövlətini qovmasını istəyirdi ki, həmin yerləri ələ keçirsin.

3. Ermənistan güclü birdövlətin "erməni-iddialı qırğınlarda təhrikçiləri və iştirakçıları cəzalandırmasını" istəyirdi.

Osmanlılar üçün cəza axtarmalarında ermənilər öz arsuna çatdı. Böyük Britaniya bir neçə nəfəri həbsə aldı və məhkəmə prosesləri başlandı. Maraqlıdır ki, hər iki tərəf öz şahid-sübutunu təqdim edəndən sonra dəhşətli cinayətlər ittihamı ilə məhkəməyə çəkilmiş Osmanlıların çoxu günahsız hesab edilərək bəraət aldı. Yalnız bəzi fərdlər "qırğııY'da günahkar hesab edildi. Bundan sonrakı fəsildə spesifik məqamlara aid çox yazılacaqdır. Deməyə ehtiyac yoxdur ki, müsəlmanları soyqırım etdiyinə görə bircə nəfər də xristian erməni-si istintaqa cəlb edilməmişdir. Tarix isə sübut edir ki, Ermənistan ağlagəlməz sayda müsəlmanı qanına qəltan etmişdir!

Yeri gəlmişkən, madam ki, Ermənistan güclü dövlətdən "qırğınlarda" günahı olanları tapıb cəzalandırmağı xahtş edir, onda belə bir sual yarana bilər ki, nə üçün milyonlarla yox, cəmi bir neçə günahkar tapıldı? Və ya yüz minlərlə və ya minlərlə? Və ya heç olmazsa yüzlərlə günahkar tapılmadı? Ermənilərin bu gün iddia etdiyi kimi bir neçə nəfərlik Osmanlı günahkarı 1.5 milyon adamı necə qırıb-çatmışdı?

Erməni xristianları tərəfindən neçə Osmanlı müsəlmanının soyqırıma düçar edilməsini ermənilər təhqiq etmək istəmir; onlar heç ümumi sayla da marqlanmır.

4. Ermənilər güclü dövlətin "narahatlıq doğuran köçəri tayfaları süpürüb atmasını" istəyirdilər. Başqa sözlə desək, ermənilər güclü dövlətdən Osmanlı dövlətinə sadiq olan kürdləri köçürməyi istəyirdilər. Sonrakı fəsildə ermənilərin və kürdlərin verdiyi itkilər haqqında müqayisə aparılacaqdır. Belə bir cəhəti qeyd etmək maraqlıdır ki, kürdlər ermənilər qədər əzab çəkməmişdi. Bax, sadiqliyin və satqınlığın fərqi budur! Həm də qeyd etmək lazımdır ki, düşmənin tərəfini saxladıqları üçün Osmanlıların döyüş xətti arxasından köçürülmələrinə ermənilər etiraz etmişdilər. İndi isə ermənilər arzu etdikləri torpaqların kürdlərdən təmizlənməsini güclü dövlətdən istəyirdilər.

5. Müsəlman immiqrantları geri göndərmək: Bu yenə də ikili standart və onların nifrət dolu etnik diskrinimasiyasına nümunədir, elə deyilmi? "Xristian" ermənilər "müsəlmanlara" (türklər və kürdlər) dözə bilmir. Maskaları yırtılır, elə deyilmi? Bu növlü "xristian olmayan" ideyaları və dəyərləndirməni "xristian" ermənilər harada öyrənibiər? Əgər Hovanissyanın açıqca bəyan etdiyi kimi ermənilər belə dözümsüzdürsə, onda nə üçün onlarözlərini xristian adlandırmaqda israrlıdır? Ermənilər "dözümsüzlüyü" "xristianlıq" ilə necə uyuşdururlar?

6. Xristian qadınlarını və uşaqlarını müsəlman evlərindən geri almaq. Ermənilər zaman-zaman bu harayhəşiri qaldırır, lakin heç vaxt nə say, nə ad, nə də ünvan göstərmirlər. Müsəlmanlar dəhşətli iqtisadi zamanlarla üzləşmişlər, lakin ermənilərin əksinə olaraq onlarda ümumi məfkurə belədir ki, bu barədə dünyaya car çəkmək olmaz (heç vaxt da danışmayıblar).

7. Ermənilər istəyirdi ki, güclü dövlət I Dünya Müharibəsində vurduğu hər növ ziyana görə "Osmanlı hökumətini təzminat ödəməyə" məcbur etməlidir. Sülh Konfransı onlara heç nə vermədi. Bunu da qeyd etmək maraqlıdır ki, Paris Sülh Konfransında "Mərkəzi Asiya" adlanan torpağa İran da istək iddiası irəli sürmüşdü. Düzünə qalsa, bu qədim dövlət "Persiya Türkiyəsi" və ya "Persiya Rusiyası" və ya "Persiya Yaylası" adlandıra biləcəyi torpaqlara görə iddia qaldıra bilərdi. Hər şey bir yana, bu torpaqlara tarixi iddia üçün onların Ermənistandan daha çox hüququ var idi. Deməyə ehtiyac yoxdur ki, ermənilər onların iddiasına etiraz etdilər.

Ermənilərin satqınlığını və xainliyini sübut edən və bu mübahi-səyə qatılmasına ehtiyac duyulan mənbə Poğos Nubaryan tərəfindən yazılmış məktubdur. O, Paris Sülh Konfransında erməni milli nümayəndə heyətinin başçısı idi. Onun yazdığı və Londonda çıxan Tayms qəzetinin 30 yanvar 1919-cu il tarixli nömrəsində dərc olunmuş məktubunda göstərilir ki, müharibə başlanandan bəri ermənilər de-fakto döyüşən tərəf olmuşdur. Onlar bütün cəbhə xətləri boyunca, habelə Fələstində və Suriyada Müttəfiqlərin sıralarında döyüşmüşlər. Fransız hökumətinin xahişinə əsasən Erməni Milli Nümayəndəliyi tərəfindən toplanmış erməni könüllüləri əslində fransız kontingentinin yarıdan çoxunu təşkil edirdi. Heç yerdə qeyd olunmasa da, Qafqazda döyüşən Rus İmperiya Ordusunun tərkibinə 150,000 erməni qatılmışdı və o könüllülərin 40,000 nəfərdən çoxu Türkiyə qoşunlarına müqavimət göstərirdi.

Hovanissyanın kitabı kimi bu məktub da kimin işğalçı olduğunu aydın göstərir: ermənilər! Bəzisi fransız hərbi geyimində, digərləri rus qiyafəsində, bir başqaları Osmanlı libasında, yerdə qalanları isə geyimsiz-zadsız. Müxtəlif hərbi qiyafədə olsalar da eyni kinküdurət: türkləri məhv etmək! Budur, erməni lideri qalib Müttəfiqlərə deyir: "Türklərə arxadan zərbə vurmaqla biz sizə kömək etdik - bəs mükafatımız hanı?"

Fikir verin ki, orada soyqırım haqqında bircə işarə də yoxdur (1948-ci ilədək həmin termin hələ qəlibdən çıxmamışdı). Soyqırım kimi anlaşıla bilən təsvirlər də yox idi. Əgər ermənilər doğrudan da soyqırıma məruz qalmışdısa, onda nə üçün onların "nümayəndə heyətinin başçısı" Müttəfiqlərə ünvanladığı məktubunda bunu qeyd etməyi unutmuşdur? Yox, əgər Müttəfiqlər erməni iddialarına o vaxt məhəl qoymamışdısa, onda nə üçün həmin iddiaları indi qəbul etməlidirlər?


Ñòð.| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |