ÊÀÐÀÁÀÕ â ÄÎÊÓÌÅÍÒÀÕ

 

 Íà÷àëî | ÁÈáëèîòåêà | Ôîòî ôàêòû | Êàðòèííàÿ ãàëåðåÿ | Ññûëêè | Ôîðóì | ÎïðîñÏîèñê â google | AZAD QARABAĞ |

ERMƏNİSTAN terrorçu "xristian" ölkənin gizlinləri

ERMƏNİSTAN

terrorçu "xristian" ölkənin gizlinləri

Samuel Uimz

Ñòð.| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |


DÖRDÜNCÜ FƏSİL:
ERMƏNİ OYUNLARI VƏ ONLARIN İKİ KİTAB TOPLUSUNDAN İSTİFADƏSİ

Gürcüstan, Azərbaycan və Ermənistan bir vaxtlar Rusiyadan aldıqları iqtisadi dəstəkdən daha bəhrələnməyəcəkdir. "Bu azmış kimi, yeni yaranmış respublikaların hər biri nəzarət etdiyi ərazidə öz siyasi və iqtisadi təhlükəsizliyini dərhal ölçüb-biçərək imkan dairəsində makismum torpaq qazanmaq yolları arayır. Ermənistan, Gürcüstan və Azərbaycan arasında baş verən ərazi mübahisələri normal münasibətlər yolunda böyük əngələ çevrilmişdir» (1).

Ermənistan öz torpaq-çırpışdırmaq iddiaları ilə həm Gürcüstanı, həm də Azərbaycanı işğal edərdi. Məsələ belədir ki, 1992-ci ildə, Sovet İttifaqı dağılandan az sonra Ermənistan ərazi iddiaları ilə qon-şu Azərbaycana hücum etmişdir və hərbi işğalçılıq bu gün də davam edir. Rusiyadan bir milyard dollarlıq hərbi yardım alan Ermənistan xristianlara kömək bəhanəsi ilə hücum edərək Azərbaycan torpaqlarının 20 faizini ələ keçirdi və bu ərazinin onların "tarixi vətəni" olduğunu bəyan edərək 1 milyondan artıq müsəlmanı doğma ocaqlarından qovdu.

Məsələnin əsl mahiyyəti isə orasındadır ki, Ermənistan öz dəhşətli iqtisadiyyatını dirçəltmək üçün əlavə torpaqlar istəyirdi. On ildən artıq müddətdir ki, 1 milyondan çox Azərbaycan qaçqını respublikanın hər tərəfinə səpələnmiş çadır şəhərciklərində ümumi aclıq içində yaşayır. I Dünya Müharibəsi ərzində ermənilər dilənçi kökündə yaşayarkən dünyadan dilənçi payı yalvarırdılar. Bu gün isə Birləşmiş Ştatlarındakı erməni lobbisi Azərbaycan qaçqınlarına yardım verən Amerikaya etirazını bildirir. Bu həm qəribə, həm də ədalətsiz deyilmi? Baxın, özünü ilk xristian millət "elan edən" Ermənistan evlərindən qovub çıxardığı zavallı qonşusuna kömək göstərilməsini belə istəmir. Bu, xristian düşüncə tərzi deyildir!

Hovanissyan xatırlayır ki, "ermənilər və gürcülər dinc qonşular kimi iki min ildən artıq müddətdə yaşamışdır. Onlar xristian xalqları kimi keçmiş dinastiya ailələri daxil olmaqla çoxlu adətlərini bölüşmüşlər». Ermənilər gürcülər üzərinə hücumuna haqq qazandırmaq üçün guya gürcülərin almanlar tərəfindən müdafiə olunması haqqında işbirliyi qurması və "erməniləri türk quldurlarının ümidinə buraxması" ilə əsaslandırırlar» (s. 66) Bu, qəribə mühakimədir, çünki hadisələrin baş verdiyi dövrlərdə nə Ermənistanda, nə də Gürcüstanda dövlətçilik olmamışdır.

Hovanissyan xatırlayır ki, "ermənilərin əksəriyyət təşkil etdiyi şəhər sonralar Gürcüstanın paytaxtma çevrildi» (s. 66) Öz kitabının növbəti səhifəsindəcə o, "Cədvəl 1 - 1916-cı ildə Zaqafqaziya əyalətlərinin əhalisi"ni vermişdir. Onun təqdim etdiyi mənbə "Amerika Birləşmiş Ştatları, milli arxivlər, 256-cı məlumatlar qrupu, 867 B/10" adlanır. Hovanissyanın istinad etdiyi mənbə göstərir ki, Tiflis əhalisinin ümumi sayı 1,473,000 olmuşdur. Həmin sayın 580,000 nəfəri gürcü, 411,000 nəfəri isə erməni olmuşdur. Başqa sözlə desək, öz paytaxtlarında gürcülərin sayı ermənilərdən 169,000 nəfər çox idi. Nəticə isə belədir ki, "Tiflisdə erməni əksəriyyəti" bəyan edən Hovanissyan yalan danışır. Bu, onun dörd cildlik kitabında birbirinin ardınca dediyi yalanlardan biridir. Baxmayaraq ki, onun əsəri Ermənistandakı başdanbaşa millətçi olan qardaşlarını məmnun edə bilər, lakin bu çox zavallı alimlikdir.

Həmin o 1-ci Cədvəl daha maraqlı faktların üstünü açır: Zaqafqaziyada Ermənistan, Gürcüstan və Azərbaycanın ümumi əhalisi 1916-cı ildə 6,670,000 nəfər olmuşdur. Bu, əksəriyyət haqqında rəqəmlərə işıq salır, çünki həmin dövrdə ərazidə müsəlmanların sayı digər qruplardan çox idi - 2,503,000. Bu, sayı 1,758,999 nəfər erməni və 1,663,400 nəfər gürcünün fövqündə dayanır. Digər qruplar əhalinin yerdə qalanını təşkil edirdi. Ötən fəsillərdə Hovanissyanın erməni xalqının və torpaqlarının Ermənistana verilməsi haqqında mövqeyini oxucu yəqin ki, xatırlayır. Qeyd etmək maraqlıdır ki, əhalinin əksəri müsəlmanlardan ibarət idi, lakin Hovanissyan onları bəşər övladı hesab etməyi yaxın buraxmır.

Ermənilər iddia edir ki, 1915-ci ildə müsəlman türkləri onların 1.5 milyonunu öldürmüşdür. Birləşmiş Ştatların 1916-cı il hesablamalarına görə bu regionda 1,758,000 nəfər, üstə gəl bir milyondan xeyli artıq erməni Osmanlı İmperiyası daxilində yaşayırdı. Əlavə olaraq, Suriya, İraq, İran və digər ölkələrdə yüz minlərlə erməni yaşayırdı. 1916-cı ildə sadəcə olaraq xeyli erməni sağ idi; 1915-ci ildə onların 1.5 milyonu öldürülsəydi belə olmazdı.

Hovanissyan gileylənir ki, "türk ordusunun qovduğu qaçqınların qarşısını gürcü hökumətinin yaratdığı qüwələr kəsmişdi. Axalkalakidən olan təxminən 80,000 erməniyə sığınacaq verilməmişdi. Bərk ehtiyac içində olan bu kütlə Dünya Müharibəsinin axırına kimi qayalı Bakussiani yüksəkliyində daldalandı və onların 30,000 nəfəri öldü» (s. 68).

Rus ordusunun qabağma salıb qovduğu yüz minlərlə müsəlmana ermənilərin köməyi və ya yardımı haqqında Hovanissyanın deməyə sözü yoxdur. "Gürcülər hər cür ittihamı qəzəblə rədd edir və özünü xilas etmək istəyən millət günahlandırıla bilməz deyirlər. Onlara görə, vəziyyət imkan verərsə, ermənilər də eyni cür davranardılar. Bu azmış kimi, Gürcüstanda sığınacaq tapan ermənilər bir neçə onillikdən sonra ölkədə hakimimütləqliyi ələ keçirmək məqsədi ilə gürcü xalqının xeyirxah münasibətinə qorxu və vahimə toxumları səpməklə məşğuldur» (s. 68).

Osmanlılar 1915-ci ildə öz ölkələrinin xilasına çalışarkən ermənilər dübbədüz belə satqın hərəkətlər etmiş və köçürülməyə məruz qalmışdılar. O cür vəziyyətə salınınış hər bir ölkə həmin vaxt məhz o cür hərəkət edərdi. Ruslarla birləşərək Osmanlıları yıxmaq istəyən və öz ölkəsini müdafiə etmək istəyən Osmanlıların cavab reaksiyasından sonra ermənilərin soyqırım hay-küyü! Ermənilər Gürcüstanda da eyni əməli həyata keçirmək istəyəndə gürcülər öz ölkələrini müdafiə üçün reaksiya verdilər. Ədalət gürcülərin tərəfində idi. Gürcülərin guya onları "soyqırım" etməsi haqqında heç bir erməni uydurması yoxdur. İki qonşu ölkə ilə ermənilərin eyni gərginlik və sat-qınlığı; hər iki ölkənin ermənilərə eyni cür münasibəti və ermənilər onun birinə "soyqırım", digərinə isə "üzrxahlıq" adı yapışdırır.

"Əslində Gürcüstan minlərlə qaçqına yiyə durmuşdu, bu isə onun iqtisadi durumunu təhlükəli hala salmışdı. Bu adamlar heç bir qanuna tabe olmayan quldur dəstələri kimi ölkəni dolaşır, çalıb-çapır, soyğunçuluq edir və yoluxucu xəstəliklər yayırdı. Öz vətəndaşlarını qorumaq istəyən Gürcüstan üçün sərhədlərini bağlı saxlamaq çox vacib idi» (s. 68) Bu cür bəyanatın verilməsinin məntiqi səbəbi aydın olmur; öz vətəndaşlarını qorumaq istəyən Osmanlı hökuməti nə üçün sərhədlərini bağlamamalı idi? Lakin bu, soyqırım haqqında erməni hay-küyünü inkar edər və onun həqiqiliyinin üstünə kölgə salardı.

Bu, erməni diktator hökumətinin Osmanlı (1), Gürcüstan (2) və Azərbaycan (3) torpaqları üçün təşnə olduğu vaxtlar idi. Ermənilər Osmanlıların əleyhinə olan tərəfi tutdular və nəticədə o xalq böyük qurbanlar verdi. İndi isə, müharibədən sonra erməni liderləri hər bir qonşusundan əvəzsiz torpaq qoparmağın sxemini çəkmişdir. Türk milli hərəkatı başlananda da erməni xalqı böyük itkilər vermişdi. Ermənilərin Gürcüstan və Azərbaycandan torpaq qamarlamaq cəhdləri də eyni cür qurtaracaqdır.

Uzun illər ərzində erməni liderləri xristian və müsəlmanlar arasında dini düşmənçilik alovunu üfürürlər. İşin əsas motivi isə kimdənsə əvəz vermədən torpaq qamarlamaqdır. Bu, xristian olmayanlara qarşı dözümsüzlükdən başqa bir şey deyildir və bu gün də davam edir - Xristin əməli uğrunda döyüşdüyünü bəyan edən Ermənistan həmin siyasəti bu gün də davam etdirir və qonşu Azərbaycan ərazi-sinin 20 faizini ələ keçirərək həmin torpaqlardakı 1 milyondan artıq müsəlmanı qaçqına çevirmişdir. 1918-ci ildə bu torpağa ermənilərin münasibətini yoxlamaq pis olmazdı. 1916-cı il üçün rus statistikasına nəzər salmaq da yerinə düşərdi - orada göstərilir ki, bu quberniyada müsəlmanların sayı ermənilərinkindən iki dəfə çoxdur. Quberniyanın uyezdləri dağlıq ərazidən düzənliyə uzanaraq yaradılırdı və yalnız Şuşa (Şuşi) uyezdində ermənilər çoxluq təşkil edirdi.

Hovanissyan xaincəsinə hücumlara aşağıdakı kimi haqq qazandırır:

Qarabağ erməni yaylasının şərq komponentini formalaşdırırdı və dəniz səviyyəsindən bir neçə min metr yüksəkliyə qalxdığı üçün uzaq aşağılardakı Azərbaycanın səhra torpaqları ilə kontrast yaradırdı. Filiz yataqları, meşələr, alp çəmənlikləriotlaqları ilə zəngin olan, öz balı, mumu, ipəyi və göndəri məmulatlan ilə şöhrət qazanmış bu ərazi Ermənistan üçün təbii sərhəd rolunu oynayır və Araz vadisindəki yolların və Ararat düzənliyinin keşiyini çəkirdi. Qarabağsız Ermənistanın fiziki birliyi dağılardı və Azərbaycan müsəlmanları və Osmanlı İmpehyasındakı türklərlə arada olan əsas maneə aradan götürülərdi (s. 80)

On birinci əsrdə məhv olmuş "krallıq" olmamışdır. Bu balaca ölkə haqqında ən yaxşı halda onu söyləmək olar ki, hətta on birinci əsrdə də o, vassal ölkədən savay heç nə olmamışdır. Hovanissyan xatırladır ki, hətta on birinci əsrdə Ermənistanın mövcudluğuna son qoyulandan sonra da erməni ənənəsinin prinsi-piallığı davam etmişdir. O, bəyan edir ki, həmin prinsipiallıq dağlarda yaşayırdı, xristianlar müsəlmanların əlindən yalnız dağlara qaça bilərdi. Çoxlu tarixçi onun bəyanatı ilə razılaşmasa da, Hovanissyan həmin yerin Qarabağ olduğunu iddia edir.

On yeddinci əsr ərzində Qarabağda erməni azadlıq mübarizəsi başladı, qapiqapı gəzənlərRusiya və digərAvropa monarxlarını dilə tutaraq böyük yaylanı azad etmək üçün onları səlib yürüşünə səsləyirdilər. Bu ərazidə ilk rus hərbi qüvvələri on səkkizinci əsrdə göründü, müsəlmanların üzərinə çoxsaylı qəfil hücumlardan sonra Qarabağ Romanovİmperiyasına ilhaq olundu…. Rusiya üsul-idarəsinin ilk mərhələsi erməni arzularına düz gəlmirdi. Muxtariyyət yaratmaq əvəzinə buranı daha geniş inzibati vahidlərə qoşurdular. (s. 81).

Hovanissyan onu da etiraf edir ki, Azərbaycanın da bu torpaqlara qanuni iddiaları vardır.

Azərbaycanın Qarabağa münasibəti cəlbedici deyil. Sadəcə, erməni mübahisələrinin əks tərəfidir. Keçmişdə ermənilər muxtariyyət dərəcəsi qazansa da, buna baxmayaraq, ərazi Gəncə və Qarabağ müsəlman xanlıqlanna daxil edilirdi. Rusların işğalından əwəl bir neçə əsr ərzində müsəlmanlar bütün Zaqafqaziyada üstünlük təşkil edirdi və rusların xristianlara verdiyi üstünlüyün əksinə olaraq, müsəlmanlarhərbirxristiana nisbətən daha çoxüstünlüyə malik idi. Yelizavetpol quberniyasındakı səkkiz uyezddən yeddisində əhalinin əksərini müsəlmanlar təşkil edirdi. Hətta Qarabağın dağlıq hissəsində kifayət qədər azərbaycanlı və kürd yaşayırdı. Azərbaycan Respublikası ittiham edir ki, ermənilər siyasi sonluğu onlarüçün münasib olan kəndləri Yelizavetpoldan doğrayıb qoparmış, lakin bunu etməklə bütün regionun coğrafi, iqtisadi və siyasi birliyini təhlükə altında qoymuşlar. Xristian yönlü adamlar yaşayan kiçik ərazilərin bu üsulla Erəmnistana əlavə olunması ədalətsiz və məntiqdənkənar, həm də bütün tərəflər üçün ziyanlı olardı.

Yelizavetpolun nə düzənlik, nə də dağlıq hissəsinin Azərbaycan üçün fərqli cəhəti yox idi; əksinə, orada yaşayanlar sadə bir birliyin tamamlayıcı komponetləri kimi müsəlman heyvandarlıq iqtisadiyyatına tam uyğun gəlirdi. Əgər düzənlik və dağlıq hissələr ayrılsaydı, onda yaylaqlardan mərhum edilmiş saysız-hesabsız müsəlman hey-vandarı faktiki tənəzzüllə üzləşəcəkdi….Azərbaycan inanırdı ki, Ermənistan üçün olduğu kimi, Qarabağ Azərbaycan üçün də strateji baxımdan həyati əhəmiyyət kəsb edir. Bu, qala kimi sipər olan təbii sərhəd idi, əgər o, digər dövlətin nəzarətinə keçsəydi, Azərbaycanın əbədi yaralı yerinə çevrilərdi. Yelizavetpol quberniyasının Azərbaycana bağlılığını açıqca sübut edən faktlardan biri də oradan keçən bütün yolların qərb istiqamıtində İrəvana deyil, şərq istiaqmətində Bakıya tərəf uzanmasıdır. Qarabağ erməniləri yardımlarının əksər hissəsi üçün Bakıdan asılı idi, minləriə erməni ya müvəqqəti iş üçün, ya da neft mədənlərində və idarələrində daimi iş üçün Xəzər dənizi üzərində sürətlə böyüyən bu şəhərə üz tuturdu (s. 82)

Hovanisyan belə birfaktı qəbul edir ki, I Dünya Müharibəsi yaxınlaşdıqca Azərbaycan, Ermənistan və Gürcüstan arasında "beynəl-irqi" müharibə qızışırdı. Əslində isə beynəl-irqi müharibəni ermənilər başlamışdı. Hər halda, türk ordusu regiondan çıxan kimi ermənilər dağlarda nəzarəti ələ keçirmək üçün hər cür cəhdlərini işə saldılar. "Ərazisi 2,744 kvadrat mil olan Zəngəzur uyezdi…. Zaqafqaziya ilə Irəvan quberniyası arasında strateji keçid sayılırdı. Qarabağ kimi Zəngəzur əhalisi də qarışıq idi, 1916-cı ildə orada 101,000 erməni və 120,000 müsəlman yaşayırdı» (s. 86)

1918-ci ilin baharında Ermnistan o əraziyə qoşun yeritməyə cəsarət etmədi, çünki türk hərbi qüvvələri onların paytaxtının bir neçə milliyində düşərgə salmışdı. Lakin qarmaqarışıqlıq toxumu səpmək üçün həmin əraziyə erməni "xristian" agentləri göndərilmişdi. Nəticədə, Zəngəzurda beynəl-irqi müharibə alovlandı. Erməni hökumətinin siyasətinin mayası ilə şirin-şirin axan əsas həyati əhəmiyyətli fakt belə idi: nəyin bahasına olursa-olsun, ya erməni xristianlarının, ya da Azərbaycan müsəlmanlarının neçə-neçə fərdi həyatının bahasına olursa-olsun "Ermənistan Azərbaycan ilə Türkiyə arasında ümumi sərhəd olmasına imkan verməyəcəkdir» (s. 92).

Erməni diktator rəhbərliyi iki islam xalqının ümumi sərhəddini ağıllarına sığışdıra bilmirdilər. Təxminən beş yüz il ərzində xristian və müsəlmanların dinc əminamanlıq içərisində yaşamasına baxmayaraq, indiki kimi onda da ermənilərdə xristan olmayanlara qarşı qorxu sindromu var idi. Bu təzə erməni diktatorçu müharibə lordları öz arzuları naminə öz xalqlarını qurban verdilər ki, silahların gücünə özləri üçün bapbalaca bir dövlət yaratsmlar. Elə bir dövlət ki, Birləşmiş Ştatlardan və dünyanın hər yerindəki başqa xristian millətlədən hədiyyələr, yardım və sədəqə almadan heç vaxt yaşamağa qadir olmasın.

1918-ci ildən bu günə kimi Ermənistanın iki əsas ixracı olmuşdur: öz "tarixi vətərY'lərindən xaricə axışan öz milləti və terrorizm! 1918-ci ildən bu günə kimi Ermənistanın bir əsas idxalı olmuşdur və olmaqda davam edir: başqa xalqlardan alınan xarici yardım!


Ñòð.| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |