ÊÀÐÀÁÀÕ â ÄÎÊÓÌÅÍÒÀÕ

 

 Íà÷àëî | ÁÈáëèîòåêà | Ôîòî ôàêòû | Êàðòèííàÿ ãàëåðåÿ | Ññûëêè | Ôîðóì | ÎïðîñÏîèñê â google | AZAD QARABAĞ |

ERMƏNİSTAN terrorçu "xristian" ölkənin gizlinləri

ERMƏNİSTAN

terrorçu "xristian" ölkənin gizlinləri

Samuel Uimz

Ñòð.| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |


ÜÇÜNCÜ FƏSİL:
ERMƏNİSTAN DİKTATOR ÖLKƏ KİMİ YARADILMIŞDIR
.

ERMƏNİSTAN XALQ SƏSVERMƏSİ ƏSASINDA RESPUBLİKA OLMAMIŞDIR

I Dünya Müharibəsinin buludları çəkilməyə başlayanda ermənilərin azsaylı bir qrupu Rusiyanın dağlıq ərazisinin kiçik bir hissəsində özünü "respublika" elan etdi. Əslində müxtəlif fərdlərdən ibarət olan bu balaca banda diktatordan başqa bir şey deyildi. Hovanissyanın bəyan etdiyi kimi: "Qanunsuzluğun və əzabların arasında, əwəllər olmamış idarəçilik və ənənələrdən qətiyyən bəhrələnmədən onlar dövlət yaratmaq qərarına gəldilər» (1) Hovanissyan həm də yazırdı ki, "ölkənin daxilində nə 'sənaye', nə də 'ticarət' mərkəzi var idi" (s. 39).

Hovanissyanın müşahidələrinə görə, "ölkə Türkiyə Ermənistanmdan asılı olmayan inqilabçı cəmiyyət kimi yaranaraq nə strukturu, nə də heç bir qanuni orqanı olmayan qurum idi». O, sözünə davam edərək yazırdı ki, "idarəçiliyin yeganə görüntüsü 1915-ci il Van üsyanının qəhrəmanı Aram Manukyanın rəhbərlik etdiyi İrəvan ətrafmdakı kəndlərdə və 1918-ci ilin mayında tanmmış partizan komandiri Dro (Dresdomat Kanayanın qısa deyilişi) tərəfindən idarə olunan İrəvanda qalmışdı» (s.40) "Tanmmış partizan komandiri" Dro? Dro silahsız və müdafiəsiz kəndlərə uğurlu basqınlarına görə daha çox tanınınışdı! Tarixi faktlar şəhadət verir ki, əsl əsgərlərə rast gələndə Dro dabanmatüpürüb qaçırdı.

Yenu diktatorluğun ilk günündən ermənilərin öz qonşuları Türkiyə, Gürcüstan və Azərbaycanla problemlər yaratdılar. Ermənilər iddia edirdilər ki, onların təxminən 1 milyon nəfəri Gürcüstan və Azərbaycanın ərazisində yaşayır - öz millətinin yaşadığı ərazilərə və beş əsrdən tutmuş səkkiz əsrə qədər yaşamış olduğu torpaqlara təşnə olan ermənilər həmin torpaqları geri tələb edirdilər. Osmanlı torpaqlarında ermənilərin sayının azlığınabaxmayaraq, onlar o torpaqlar üçün də böyük haqq-hesab iddiası ilə çıxış edirdilər.

Həm Azərbaycanda, həm də Gürcüstanda ermənilərin sıx yaşadığı kiçik ərazilər vardır. Erməni məntiqinə görə, həmin ərazilərdə yaşayan ermənilər səsvermə hüququ əsasında hər bir ölkədən ayrılıb Ermənistana birləşə bilər. Bu taktikaya əsaslansalar, onda gərək Birləşmiş Ştatlarda yaşayan yerli amerikanlar səsvermə keçirərək yaşadıqları torpaqları da götürərək Meksikaya birləşsinlər. Gürcüstana münasibətdə ermənilər ardıcıl olaraq öz millətinin ayrılmaq hüququ olması haqqında hay-küy qoparır. Birləşmiş Ştatlar bir dəfə bu cür müharibə ilə üzləşmişdi - vətəndaş müharibəsi ilə - onda cənub ştatları bütün xalqdan ayrılmaq cəhdləri göstərirdi. Onda hər iki tərəf dəhşətli itkilər vermişdi.

Ermənistan xalqın səsverməsi yolu ilə respublika olmamışdır. Hovanissyan yeni dövlətin başlanğıcı haqqında danışır: "Əvvəlki "amorf xaos"un ortasında Ermənistan qanuni yaranmanın əsasını qoydu. O vaxt seçkilər haqqında söhbət ola bilməzdi, dörd siyasi partiya müştərək Milli Şura yaratmaq və onu qanuni hökumət formasına salmaq razılığınagəldi» (s.42)

Hovanissyan məlumat verir: "Respublikanın kiçik ölçülərə malik olmasına, öz gözəl torpaqlarından məhrum olmasına və bütün vətəndaşlarını əhatə etməməsinə baxmayaraq, Ermənistanın sərhədləri heç də həmişəlik dəyişməz qalmayacaqdı». Liderlərdən biri ol- . muş Anetik Sahakyanın bəyanatından Hovanissyan sitat gətirir: "Mən inanıram ki, bizim işğal edilmiş torpaqlar (türk) uğrunda ədalət və qeyd-şərtsiz hüquqlarımızın müdafiəsi nəticəsində həyatın dəmir qüvvəsi ilə sərhədlərimiz genişlənəcəkdir» (s.42) Aşğıdakılara nəzər salın:

1. Hovanissyan Ermənistanı "respublika" adlandırır, sonra isə deyir ki, "seçkilər haqqında söhbət ola bilməzdi". Əsl həqiqətdə isə hökumət "əvvəl mövcud olmuş diktator erməni dövlətinin" aktual törəməsi idi. 2. Ermənilər doğrudan da başqasının müftəmüsəlləm torpaqlarına iddialı idi.

3. Əvvəlcə erməni liderləri "bizim işğal edilmiş torpaqlar (türk) uğrunda ədalət və qeyd-şərtsiz hüquqlarımız" çağırışları səsləndirirdi. Bu yalandır, çünki tarix boyu daha geniş torpaqlara iddialı olan iyirmi doqquz digər sivilizasiya olmuşdur. Erməni məntiqi qonşunun torpağını qamarlamaqdan başqa bir şey olmamışdır və indi də deyil. Tarix bu məqamda çox aydmdır: Hovanissyanın dünyanı inandırmağa çalışdığının əksinə olaraq türklərin ermənilərdən qopartdığı torpaq oimamışdır. Osmanlı türkləri təxminən səkkiz yüz il ərzində həmin tprpaqların sahibi olmuşdur. Ondan qabaq bu torpaqlar Bizans İmperiyasına, ondan qabaq isə Romanlara mənsub idi. Təxminən üç min il ərzindəki uzun tarixi dönəm müddətində orada heç bir "erməni torpağı" olmamışdır. Ermənilər "qədim" vətən iddiasında olduqları torpaqlarda heç vaxt əksəriyyət təşkil etməmişdir. Məsələ burasındadır ki, Hovanissyanın öz iddialarında bulunduğu indiki balaca dövlətin ərazisində ermənilər təxminən yetmiş beşcə il bundan əvvəl məskunlaşmışdır. Bir neçə erməni millətçisinin dövlət qurmaq istəyinə baxmayaraq, uğursuzluğa düçar olmaq üçün də əsaslı problemlər mövcud idi. Öz liderlərinin siyasi korluğu sayəsində erməni xalqı dəhşətli qurbanlar vermişdir (və verməkdə davam edir).

"Dövlətin əsas məqsədi öz xalqını anarxiyanın caynaqlarından qurtararaq əminamanlığa çıxarmaq, əhalinin mülkiyyət sahibliyini təmin etmək, kommunikasiya əlaqələrini bərpa etmək və qaçqınlar problemini çözməkdir» (s.43) Orta erməni adamı üçün bu, heç vaxt baş verməmişdir. Həm o vaxt, həm də indi ermənilər öz qonşularının hesabına yaşamağa üstünlük vermişdir; kimin necə qəbul etməsindən asılı olmayaraq, xəstəlik resepti! Zor gücünə həyata keçiriləcək bu növ ideyalara meyllilik Azərbaycana qarşı Ermənistanın indiki hücumunun izahını da verə bilər.

Xarici işlərə qalınca, ermənilər "….türkləri respublikanın ələ keçirilmiş torpaq hissələrindən qovmaq və qaçqınları öz doğma kəndlərinə göndərmək" istiqamətində iş aparırlar (s.43). Bu bəyanatın əsas problemi odur ki, Ermənistan "respublika" deyil, diktator ölkəsi idi. Zor gücünə yaradılmış və zor gücünə idarə olunan qəribə varlıq! Ermənilər guya onların olduğunu iddia etdikləri və türklərin "işğal etdiyi" torpaqlara heç vaxt sahiblik etməmişdir. Ermənilər deyirdilər ki, onlar "qaçqınların öz doğma kəndlərinə qayıtmasını" istəyir. Bu necə ola bilər ki, bu gün ermənilər 1915-ci ildə "doğma kəndlərində" türklər tərəfindən 1.5 milyon soydaşmm öldürülməsini iddia edirlər? Hər şeydən əvvəl, iddia edilən 1.5 rəqəmi o vaxt orada yaşamış ermənilərin ümumi saymdan da çoxdur. Orada doğrudan da yüz minlərlə qaçqın olmuşdur, bu cür az sayın arasından ermənilərin bu gün iddia iddia etdikləri 1.5 milyön adamı tapıb qətlə yetirmək olmazdı.

Məsələnin ən dramatik cəhəti isə budur ki, bu açıqlama türklərin soyqırıma yol verməsi haqqında erməni harayhəşirini erməninin öz sifətinə çırpır. Axı, öz əcdadının sistematik surətdə, ifrat vəhşiliklə məhv edildiyi yerlərə qayıtmağı kim arzulayar? Məgər yəhudilər Osvensimə qayıtmaq arzusuna düşər? Məgər İsrail yəhudilərin "təhlükəsizliyinin təmin edilərək" Osvensimə qayıdışı üçün planlar cızarmı? Məgər o, suiqəsd olmaz? Məsələnin ağlabatan yeganə izahı budur ki, əslində bu, satqın ermənilərin başladığı silahlı konflikt olmuş və I Dünya Müharibəsi ərzində onların zorla köçürülməsi ilə nəticələnmişdir.

"Bütün demokratik ölkələrdə yeganə mümkün ölçü hesab olunan erməni sərhədləri ilə Gürcüstan və Azərbaycan sərhədlərinin etnik prinsiplər əsasında müəyyənləşdirilməsi" ermənilərin digər məqsədi idi (s.43) Sadə dillə desək, ermənilər həm Gürcüstandan, həm də Azərbaycandan torpaq qoparmaq istəyirdi. Əlavə olaraq, Hovanissyanın öz kitabı boyu təkrar-təkrar təsdiq etdiyi kimi, Ermənistan heç də "demokratik ölkə" deyil. Həqiqət olanı budur ki, insanların bu balaca dəstəsi hakimiyyət və bir başqasının torpağını istəyirdi və onlar hər ikisinə nail olmaq üçün hər şey danışası və edəsidirlər. Sonrakı fəsillərdə bu ölkələr arasındakı müharibə vəziyyəti haqqında məlumatlar olacaq - həmişə Ermənistan kimdənsə torpaq tələb edir və həmişə Ermənistan başqa ölkəni işğal edir.

Gürcüstan və Azərbaycana münasibətdə ermənilər bu ölkələrin müəyyən hissəsində öz millətinin olduğunu iddia edir - beləliklə, "etnik prinsiplər" iddiası! Lakin Türkiyəyə münasibətdə isə iqtisadi cəhətdən inkisaf etmək ücün ermənilər dənizdən dənizə torpaq tələb edirlər. Bu torpaqla bağlı olaraq ermənilərin dəyişən əhvalmı qeyd etmək maraqlıdır, çünki onlar ümumən əhalinin içində azlıqda qalacaqdır. Onların "etnik prinsiplər" iddiası Osmanlı torpaqlarına şamil oluna bilməz, belə ki, harada yaşamasından asılı olmayaraq ermənilər azlıqda qalmışdır. Onlar sadəcə olaraq yeni və yeni torpaqlar tələb etməkdə israrlı olmuş və məqsədə çatmaq üçün hər şeyə əl atmışlar. Qonşu torpaqlarına sahib çıxmaq iddiasında Qərbin köməyıni təmin etmək üçün ermənilər təbliğatdan istifadə etmişlər.

Erməni hökumətinin üzləşdiyi digər problem yeni dövlət qurucu-luğunda siyasətçilərin cəhdlərinin müxtəlifliyidir. Biri şikayətlənir ki, dövlətfəaliyyətinin geniş birsahəsi diqqətdən kənarda qalmışdır. Digərtərəf gileylənir ki, əməyin təşkilində hakimiyyət iflasa uğramışdır. Hakimiyyət rəhbərliyinin "nifrətəlayiq çar naziri Stolıpin kimi "əvvəl sülh, sonra islahatlar" deyərək kütlələri aldatmağa cəhd göstərməsi"ni sosialdemokratların sədri müqayisə kimi gətirmişdir (s.43)

Ermənistan çoxlu problemin girdabına düşmüşdü. Hovanissyanın izah etdiyi kimi, "1918-ci ilin axırı üçün vəba xəstəliyi epidemiya həddinə çatdı. Onsuz da az olan tibbi və dezinfeksiya vasitələri tükənmişdi və xaricdən göndəriləsi gəmi yükü haqqında heç bir ümid yox idi. Kütlə arasında anti-sanitar vəziyyətdə yaşayan infeksiyalı xəstələr üçün qarantin vacib idi. Ərzaq axtarışı ilə ölkənin küncbucağma baş vuran qaçqın kütlələri xəstəliyi bütün ərazi boyu yayırdı» (s.44)

ERMƏNİSTANIN YARADILMASININ HƏQİQƏTLƏRİ

1918-ci ildə Ermənistanda cinayətkarlıq ölümdirim problemi idi. "Hökumət quldur dəstələrinin dağıdıcı hərəkətlərindən təngə gəlmişdi; onlar günün günorta çağı quldurluq edir və öldürürdülər. Hökumət qanunqayda yarada bilməmişdi və əslində hakimiyyətə sahib deyildi. Ta geniş əhali kütlələrinin tərksilah olunması və intizama tabe edilməsinə qədər məhz belə oldu. Hakimiyyətin qənaətinə görə, silahlı əhali vacib hərbi balans yaradırdı; əslində isə bu yalnız anarxiyaya səbəb olurdu» (s. 45)

Kiçik, lakin hay-küylü bir qrup hakimiyyətin "vətəndaşların tərksilah edilməsi" təklifini rədd etdi. Vətəndaşlar anarxiyanın tanmmadığı çoxlu ölkədən silah əldə edirdilər. Onların dediyinə görə, həllinə ehtiyac olan əsas problem torpağı korrupsiyaçı rəsmilərdən təmizləməkdir; elələri hökumət direktivlərini vecinə almır və pozur, ərazidə çaşqınlıq yaradırlar» (s. 45) Rəsmi korrupsiyada Ermənistan çox məşhurdur.

Diktatorçu hakimiyyət yeni bir təklif qəbul etdi. Hər halda bu, yeni dekret vasitəsilə həll olunmaqdan çox-çox fərqli idi. "Hökumətin müdafiəsini arzulamayan və ya ondan asılı olmaq istəməyən Ermənistan sakinləri - xristian və ya müsəknan olmasından asılı olmadan - öz silahlarına sarıldılar" (s.46). Orada "Erməni Kilsəsinin təhsildə ənənəvi rolunu məhdudlaşdırmaq" cəhdi də olmuşdur. "Kilsəni dövlətdən ayırmaq" səsləri də eşıdilmiş, lakin həmin cəhd uğurlu alınınamışdır (s.47). Hətta bu gün də Erməni Kilsəsi dövlətin idarə olunmasında vacib rol oynayır. Əlbət-tə, azad və demokratik ölkələrin heç birində nə kilsəyə, nə də hər hansı bir dinə dövlət işlərinə qarışmağa icazə verilmir. Yalnız "xristian" Ermənitstanında belə deyil.

Türkiyə və Ermənistan arasındakı fərqi müqayisə edin. Türkiyə əhalisinin 98 faizi müsəlman olsa da, dinə heç bir halda dövlət işlərinə qarışmağa icazə verilmir. Bu gün Türkiyədə həqiqi demokratiya vardır, həm də məscid və ya kilsə və dövlət arasında əsl ayrılıq mövcuddur. Xristian dövləti olan Ermənistan haqqında bunu demək olmaz. 1918-ci ildə Ermənistanın digər problemləri də var idi. "İrəvan quberniyasındakı evsiz-eşiksiz, xəstəliyin əldən saldığı kütlələr hökumətin dərd yükünə çevrilmişdi. Təxminən 300,000 qaçqın torpağı bar verməyən respublikanın nəfəsini kəsəkəsə ölkənin boynundan asılmışdı» (s.48)

"Qaçqınları yedirtmək üçün daxili işlər nazirliyi müharibənin xarabaya çevirmədiyi bir neçə kənd üzərinə qanuni ərzaq payı qoydu. Bu qeyri-qanuni tədbirlər həmin kəndlərin və Qarabağdakı məntəqələrin kəskin etirazma səbəb oldu. Əbədi diktatorluq qaydalarına nəzarət Aram Manukyana həvalə olundu. İnsanların daha kəskin etirazları səslənməyə başlandı - hərbi geyimdə olan adamlar kəndliləri vahimə içərisində saxlayır və Ermənistan hökuməti adından onların var-yoxunu əllərindən alırdı» (s.48)

Ermənilər öz ölkələrini yaratdıqları iki il yarım ərzində kəskin maliyyə böhranı ilə üz-üzə gəldilər. "Taxılın alqı-satqısı üzərində hökumət monopoliya yaratmışdı» (s.48) İnzibati saxtakarlığa yol verildiyi üçün bu sistem ciddi narazılıqlar yaratdı. Ölkənin çox az müddətli tarixində rəsmi korrupsiya ayaq tutub yeriyirdi. Özlərinin al-ver fərasətlərini nümayiş etdirən populistlər iddia edirdilər ki, monopoliya bilərəkdən ərzaq qıtlığı yaradır. Hökumətin qoyduğu qiymətin taxılın real qiymətindən xeyli aşağı olduğunu yax-şı başa düşən kəndlilər məhsulu gizlətməyə və qanundankənar satmağa üstünlük verdilər. Populistlər izah edirdi ki, əgər monopoliya azad iqtisadiyyata yol açarsa, çoxlu taxıl camaata çatar və aclıq aradan qalxardı» (s. 48) Deməyə ehtiyac yoxdur ki, azad iqtisadiyyat yaratmaq təklifi diktatorlar tərəfindən rədd edildi. Xalq yenə dəhşətli zülm içində idi, çünki siyasi hakimiyyətdə olan fərdlər azadlıq ideallarından korluq çəkirdi.

Erməni diktator hökuməti başa düşdü ki, əgər o, mövcud olmaq istəyirsə, inkişaf etmiş ölkələrdən kömək almalıdır. Avropanın əsas ölkələrinə, habelə Ukrayna və Sovet Rusiyasına çoxlu erməni agenti göndərildi. "I Dünya Müharibəsi başa çatandan sonra beş ay ərzində onlar yeganə vasitələri kimi yalvarışlar, hesablamalar və məntiqli cəhdlər göstərir, vəziyyəti daha da gərginləşdirirdilər» (s. 49) Baş-qa sözlə desək, yaranmış dövlətlərə əvəz təklif etmək üçün ermənilərin heç nəyi yox idi. Ermənilər dilənçi payı axtarırdı. Hovanissyanın təbircə desək, həmin yaranmış ölkələr onlarla sırtıq dilənçi kimi münasibət bəsləyirdi.

1918-ci ilin sentyabrı üçün "erməni diplomatik zəhməti…. hədər getmişdi. Rişxəndli paradoks olsa da, Ermənistan Osmanlı İmperiyasına üz tutdu» (s.51). Əgər ermənilərin iddia etdiyi kimi, Osmanlı İmperiyası 1915-ci ildən 1919-cu ilədək ermənilərə qarşı soyqırım törətmişdisə, onda yenicə təsis olunmuş Ermənistan nə üçün 1918, 1919 və ya 1920-ci illərdə təzədən Osmanlı İmperiyasının ətəyindən yapışırdı?

Konfrans başlanmda ermənilər "Ermənistan Respublikasının yaranmasına dözümlü münasibət bəslədiyi üçün Osmanlı İmperiyasına minnətdarlıq bildirməyi özlərinə rəva gördülər". Danışıqlar zamanı türk rəsmisi qeyd etdi ki, erməni problemləri "kürdlər, hərbi dairələr və məsuliyyətsiz yerli rəhbərlər, habelə ermənilərin Osmanlı vətənlərinə satqınlığı" nəticəsində yaranmışdır» (s.52)

Əlbəttə ki, ermənilər beş yüz ildən artıq birlikdə yaşadıqları Osmanlıları satmışdı. Osmanlıların düşmənlərinə kömək məqsədi ilə ermənilərin inqilabi fəaliyyətindən Hovanissyan bəhs edir, lakin erməni hücumlarının Osmanlı döyüş xətlərinin arxasından başlandığına qətiyyən işarə vurmur. Məhz ermənilərin bu fəaliyyəti Osmanlı rəsmilərini erməni əhalisini müharibə zonasından köçürməyə vadar etmişdi. Öz qoşunlarını düşməndən qorumaq istəyən hər bir xalq nə lazımdırsa, onu etməlidir. Özlərinin basqınları ilə ermənilər Osmanlıların düşməni oiduqlarını dönə-dönə sübut etmişlər. Məhz bu səbəbdən imperiyanın qərbində yaşayan və Osmanlıların müharibə əməliyyatları üçün təhlükə törətməyən İstanbul, İzmir və Ədirnə ermənilərini çıxmaq şərti ilə lazımi ərazidəki bütün erməni əhalisi köçürüldü. Həmin vəziyyətə düşmüş hər bir millət məhz bu cür hərəkət edərdi. Sonralar ermənilər öz satqınlıqları üçün üzr istəməyə cəhd göstərdilər, lakin onlar Osmanlıları öldürməyə başladıqları faktı yaxın buraxmadılar. Ermənilərsoyqırım qurbanları olduqlarını iddia edərək öz bəd əməllərini pərdələməyə çalışırdılar ki, onları döyüş xətlərinin arxasından guya nahaq yerə köçürmüşlər.

Əgər Osmanlılar bütün erməni əhalisini süpürüb atmaq siyasəti yeridirdisə, onda nə üçün İstanbul, İzmir və Ədirnədə və döyüş xətlərindər aralı digər ərazilərdə yaşayan ermənilərə toxunmamışdı? Döyüş xətlərindən uzaqda yaşayarı ermənilərə qaşın altında gözün var deyən olmamışdı. "soyqırım" sözünün mənası isə heç bir istisna olmadan millətin məhv edilməsidir.

Müharibə ərzində çoxminli erməni öldü, onlardan da daha çox türk! Osmanı İmperiyası öz həyatının son mərhələsini yaşayırdı. Öz balaca krallığını yaratmaq istəyən ermənilərin müştəbeş tamahı ucbatından minlərlə günahsız adam öz həyatmı itirdi. Məsələnin həqiqi olan tərəfi isə budur ki, ermənilərin ruslarla birləşdiyi yerlərdə türklər dəhşətli soyqırıma məruz qalmışdır. Hovanissyan hələ də sağ olan və dəhşətli erməni vəhşiliyinin məşəqqətlərinə düçar olmuş çoxlu türk şahidinə məhəl qoymur. Əgər obyektiv olsaydı, Hovanissyan yəqin ki, müharibə dəhşətiərinin qurbanı olmuş yüz minlərlə günahsız türkün hesabatlarını da kitabına salardı. Müsəlmanların xüsusilə də türklərin əzablara düçar edilməsi haqqında faktlara qətiyyən fikir verməməsi Hovanissyanın əqidəsini və soyqırım haqqında erməni uydurmasına əsaslandığını sübut edir.

Ermənistan Osmanlı hökuməti ilə İstanbulda görüşdüyü müddətdə həm də Avropanın güclü dövlətlərinin köməyini təmin etməyə səy göstərirdi. "Erməni missiyası diaqramlar cızmış, xəritələr və statistik məlumatlar hazırlamışdı ki, Ermənistan üçün ayrılmış balaca qayalıq ərazidə dövlətin mövcudluğu üçün nələr edilməlidir» (s. 53) Bunu da qeyd etmək lazımdır ki, avropalılara təsir göstərmək üçün ermənilər faktların və statistik göstəricilərin erməni versiyasını hazırlamışdılar. Erməni istəyinin ən əsas xətti isə onların Osmanlılardan, Gürcüstan və ya Azərbaycandan əlavə torpaq iddiası idi. O iddia indi də qüvvədə qalır.

11 noyabr 1918-ci ildə I Dünya Müharibəsi başa çatdı. Hovanissyan yazır: "İndi Müttəfiqlər məğlub edilmiş Türkiyədən erməni ədaləti və intiqammı yerinə yetirmək tələbini ön plana çəkməli idi. Lakin onlar qaydaları diqqətlə oxuyub…. atəşin dayandırılmasının kiməsə nəsə verməsi ilə bağlı heç bir vəd etmədiklərini gördülər. Bu, ermənilərə münasibətdə tamamilə yüngül və biganə mövqe idi» (s. 55) Burada Hovanissyan yenidən müasir Türkiyəyə olan çəpəki münasibətini göstərir. 1918-ci ildə müharibəni uduzan Türkiyə idi. Öz müstəqilliyi uğrunda 1919-cu ildən 1923-cü ilədək keçirdiyi uzun və ağır döyüşlərdən sonra 1923-cü ilədək Türkiyə əslində heç möv-cud deyildi.

Gərək belə bir fakt diqqətdən yayınınasın ki, Osmanlı hökuməti monarxiya idi və türklərin qurduğu əsl demokratik respublika isə bu gün də yaşayır. Ermənistan haqqında bunu demək olmaz. Hovanissyanın şərhlərində adamı narahat edən və məəttəl qoyan odur ki, ilk növbədə 1918-ci ildə ermənilərqalib gəlmiş Müttəfiqlərdən nəyi isə "tələb etmək" üçün ya çox az etmişdi, ya da heç nə etməmişdi. Ermənilərin istədiyi özlərinin müəyyən etdiyi "ədalət" və "intiqam" idi, başqa sözlə desək, heç nəyin əvəzinə nəsə almaq! Məhz buna görə də Paris Sülh Konfransının sülh stolu ətrafında oturmuş Müttəfiqlər ermənilər üçün heç nə etmədilər.

"Atəşkəsin Türkiyə Ermənistanı üzərində Osmanlı suverenliyini təsdiq etməsi erməni liderlərini qorxuya saldı. Onlar həmiri əyalətlərdə qarmarışıqlıqlar nəticəsində ermənilərin ayağa qalxacağı, xristian əhalinin köçürülməsi, soyqırım və ya sürgün edilməsi haqqında aciacı suallar verirdilər» (57).

O, yenə də davam edir. Erməni professoru yerinə düşməyən termini (özü də dönə-dönə) işlədir: "Türkiyə Ermənistam". Bu termin heç də tarixi faktı əks etdirmir, lakin onun partizancasına işlədilməsi düşünülmüş informasiya səhvi yaradır. Aydımdır ki, Müttəfiqlər həmin iddiaya "xristianlar köçürülmüşdür, soyqırım edilmişdir və ya sürgünə göndərilmişdir" qədər məhəl qoymurlar.

Hovanissyan təsdiq edir ki, "güclü müttəfiqlər olan Fransa, Böyük Britaniya və Birləşmiş Ştatlar dəfələrlə bəyan etmişdir ki, ermənilərin təhlükəsizliyi təmin olunacaq və onlar bir daha "türk tiraniyasının zülmünə" məruz qalmayacaq. Müttəfiqlər vəd etmişlər ki, erməni məsələsi "humanızın və ədalətin ali qanunları əsasında" həll olunacaqdır» (s. 60).

Bu çox dəhşətli çaşdırıcı bəyanatdır. Əvvələn, indiyə kimi nə Fransa, nə Böyük Britaniya, nə də Birləşmiş Ştatlar Ermənistanla "ermənilərin təhlükəsizliyi təmin olunacaq və onlar bir daha "türk tiraniyasının zülmünə" məruz qalmayacaq haqda heç vaxt razılığa gəlməmişdir". Əslində, Birləşmiş Ştatlar heç vaxt Osmanlılara müharibə elan etməmişdir. Əgər Amerika bu ölkə ilə heç vaxt müharibə aparmamışdırsa, onda ermənilərin təhlükəsizliyinin təmin olunacağı haqqında necə "iddia" qaldıra bilər?

Hovanissyan yalnız erməni maraqlarını güdən az qism adamın dediklərini yada salır. Ermənilər bəzi adamların şüurunu zəhərləmişdir və onlar guya xristianların müsəlmanlar tərəfindən incidilməsi haqqında dəhşətli bəyanatlar vermişdir. Bu fərdi bəyanatlar ermənilərin xristian kartı ilə oynayaraq yaratdığı dini-irqi hay-küyünə müvafiq olaraq verilmişdir. Bu sözlər qabaqcadan səhv düşünülmüş fərdi izahlardan başqa bir şey deyildir. Məhz buna görə də rəsmi razılaşmalarda və müqavilə şərtlərində ermənilərə heç vaxt belə zəmanət və ya rəsmi təminat verilməmişdir. Ermənilərin vəhşi bəyanatlarının fərqinə varan rəsmi tədqiqatlar başa çatandan sonra Müttəfiqlər öz bəyanatlarını geri götürdülər. Bu barədə daha geniş söhbət isə sonrakı fəsillərdə aparılacaqdır.


Ñòð.| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |