ÊÀÐÀÁÀÕ â ÄÎÊÓÌÅÍÒÀÕ

 

 Íà÷àëî | ÁÈáëèîòåêà | Ôîòî ôàêòû | Êàðòèííàÿ ãàëåðåÿ | Ññûëêè | Ôîðóì | ÎïðîñÏîèñê â google | AZAD QARABAĞ |

ERMƏNİSTAN terrorçu "xristian" ölkənin gizlinləri

ERMƏNİSTAN

terrorçu "xristian" ölkənin gizlinləri

Samuel Uimz

Ñòð.| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |


İKİNCİ FƏSİL:
BAŞLANĞICLAR
ermənistan necə, nə üçün və nə vaxt terrorçu ölkəyə çevrildi?

Xristianların yürütdüyü mühakiməyə görə, keçmişdə insanların dininə və irqinə əsasən onların haqqında hökm verilirdi. Bizim əksərimiz ağ atın belində çapan "xristian" cəngavərlər haqqında çox oxumuşuq. O cəngavərlər müqəddəs torpağacan at çapıb xristian inancını müsəlmanların zorakılıq əməllərindən xilas etmiş və müsəlmanlardan daha çox adam öldürmüşlər. Əsl xristian hekayəti heç də yaxşı deyil.

1880-cü illərdə indiki Qafqaz adlanan o vaxtkı cənubi Rusiyada və Balkanlarda yaşayan əhalinin əksəri müsəlman idi. 1923-cü ilədək bütün bünlar dəyişdi və əksər müsəlman bu yerləri tərk etdi. 1820-ci ildən 1923-cü il arasında milyonlarla müsəlman öz ev-eşiyindən və torpaqlarından didərgin salındı. 5.5 milyondan artıq adam ya müharibələrdə öldürüldü, ya didərginlikdə, ya da sonralar aclıq və xəstəlikdən dünyasını dəyişdi.

Bu regionlardakı xristian faciəsi və ölümləri haqqında dünyanın xristian millətlərinə çox geniş məlumat verilmişdir. Lakin nədənsə xristian ölkələrində buradakı müsəlmanların məşəqqətləri haqqında çox bəsit informasiya vardır. Əgər kimsə xəritədə dünyanın Balkan, Anadolu və Qafqaz regionlarındakı ölkələrə yaxmdan baxsa, aydınca görər ki, bu gün orada olan dövlətlər əhalinin təkmillətli tərkibinə əsasən qurulmuşdur. Bu ölkələr müharibələrin və inqilabların nəticəsində müasir tarixi mərhələdə yaradılmışdır. Onlar bir vaxtlar Osmanlı İmperiyası olmuş ərazinin parçalarında yaradılmışdır. Bu etnik və dini özünəməxsusluq və əhalinin təkmillətli tərkibi etnik təmizləmə əsasında əmələ gəlmişdir. Sadə dillə desək, onlar müsəlmanların məşəqqətləri üzərində əmələ gəlmişdir.

Həqiqəti bilməyin və anlamağın vacibliyinə baxmayaraq, Qərb dərsliklərində bu saysız-hesabsız müsəlman itkiləri haqqında heç bir tarixi məlumat yoxdur. Məsələn, Birləşmiş Ştatlardakı Xristian erməni-amerikalılar son illərdə şəhərlərin, ştatların və milli dövlət idarələrinin üzərinə kampaniya başlamışlar. Onlar 1915-ci ildə müsəlman Türkiyəsinin hansısa 1.5 milyon xristian ermənisini qətlə yetirməsini iddia edir və ABŞ səviyyəsində Türkiyəni günahlandıran qərar çıxarılmasına çalışırlar. Əlavə olaraq, erməni-amerika xristianlarının lobbisi bir neçə ştatın təhsil nazirliklərini uğurla ələ alaraq həmin hadisələri uşaqların dərsliklərinə saldırmağa nail olmuşdur. İndi orada uşaqlara olmayan soyqırım haqqında danışırlar.

BEŞ MİN İLLİK DİNC BİRGƏ YAŞAYIŞDAN SONRA ERMƏNİ TERRORİZMİ BAŞLAYIR

Osmanlı İmperiyası geniş idi. O, Avropada Makedoniyadan tutmuş Albaniyaya, Asiya Türkiyəsini, sonra isə Yaxın Şərqdən uzanaraq Şimali Afrikaya qədər ərazilərdə yerləşirdi. Osmanlı dövləti iyirmi iki müxtəlif millətə nəzarət edirdi. O millətlərdən heç biri müasir Türkiyəyə ermənilər qədər nifrət, qəzəb və intiqam hissi bəsləmir. Millətçilik Osmanlı İmperiyasına Qərbi Avropadan gəlmişdir. Osmanlı İmperiyasının hüdudları daxilində milli azlıqda qalan birliklər arasında kilsənin millətçilik toxumu səpməsinin əsas səbəblərindən biri Osmanlı hökumətinin onlara dini azadlıq verməsində idi. Hər bir dini birliyə böyük muxtariyyət verilmişdi. Müsəlmanlar digər dinə etiqad edənləri müsəlmançılığa cəlb etmək üçün heç bir cəhd göstərmirdilər. Bəzi dərsliklərin və lobbi qruplarının dediklərinin əksinə olaraq, xristianların zorla müsəlmançılığa qəbul etdirilməsi haqqında heç bir konsepsiya olmamışdır.

Osmanlılar haqqında tarixin əsas hissəsi xristian xalqlarına deyilməmişdir. Deyilməmişdir ki, Osmanlılar dözümlü olmuş, digər xalqların dininə ehtiramla yanaşmışlar. Həqiqət budur ki, Osmanlı dövləti imperiyadakı insanlara heç bir kənar müdaxilə olmadan ibadət azadlığı vermişdir. Özlərini "xristian" adlandıran fərdlər bu azadlıqdan istifadə edərək öz adamları arasında antiosmanlı millətçi hisslər və əhval formalaşdırırdı.

Millətçi hərəkat isə əsl həqiqətdə on doqquzuncu əsr ərzində başlamışdır. Xristianların çoxu öz iqtisadi vəziyyətini düzəltmişdi və indi siyasi hakimiyyətə can atırdı. İmperiya daxilində belə dövlət ola bilməzdi.

Osmanlıların inancı xristianlardan fərqləndiyi üçün Osmanlı Müsəlmanlarının Allaha əks getməsi haqqında mübahisə açmaq asan addım idi. Məhz kimin dəqiq düşmən olmasını isə bu dini millətçilik asan yolla başa salırdı. On doqquzuncu və iyirminci əsrlər ərzində milyonlarla müsəlmanın Balkanlardan, Cənubi Rusiyadan və Rusiyanın yeni ələ keçirdiyi torpaqlar olan Qafqazdan qovulmasının əsas səbəbini dini müxtəliflikdə axtarmaq lazımdır.

Regionda inqilaba birinci başlayanlar yunanlar oldular; onlar müsəlmanları kütləvi surətdə qırır və ya qovurdutar. Bu, Osmanlı İm-periyasında başqalarının da millətçi etirazları üçün bir nümunəyə çevrildi. "Yunan arxiepiskopu Germanosun inqilaba millətçi çağırışında deyilirdi ki, "Xristianlara sülh! Konsullara ehtiram! Türkə ölüm!" (1) İnqilab geniş yayılır və get-gedə daha çox müsəlman ya qırılır, ya da canı çıxana qədər işkəncəyə məruz qahrdı. Yunanlar ruslardan kömək gözləyirdilər, lakin həmin kömək gəlmədiyindən, Osmanlılar nəzarəti yenidən ələ keçirdilər. Qadırıları və uşaqları kütləvi surətdə qırmaq da geniş yayılmışdı. Bir neçə şəhərdəki bütün türk sakinlərini bir yerə toplayıb kütləvi qətlə yetirmişdilər. Tripolitzanın qeydlərinə nəzər salın:

Üç gün ərzində vəhşilik bütün qəddarlığı ilə zavallı sakinlərə [Türklərə] göstərildi. Nə cinsə fərq qoyulurdu, nə yaşa. Öldürülməz-dən qabaq qadın və uşaqlara işkəncə vehlirdi. Qətllərin sayı o qədər çox idi ki, partizan hərəkatının başçısı Kolokotrones özü deyir ki, qalanın qapısı tərəfdən şəhərə daxil olandan sonra onun atının nallan bir dəfə də yerə toxunmayıb. İki gündən sonra hər iki cinsdən olan, əksərinin qadın və uşaqlardan ibarət olduğu zavallı müsəlmanların meyitlərini əşya kimi yığaraq yaxınlıqdakı dağların uçurumlarına tulladılar (2).

Yunanlar keçmişdəki kimi Yunanıstan yarada bilməmələrinin səbəbini bütün türklərdə görürdülər. Müsəlmanların soyuqqanlılıqla qətlə yetirilməsi əslində xəcalət çəkilmədən din pərdəsi altında ədalət donu geyindirilən siyasi hərəkətdən başqa bir şey deyildi. Osmanlıların yenidən qaydaqanun yaratmasına qədər iyirmi beş mindən çox türkün öldürülməsi təsdiq olunmuşdur. Buna baxmayaraq, bu məğlub olmuş yunan inqilabı sonralar Osmanlı İmperiyasında baş verəcək gələcək inqilablar üçün ilkin mərhələ rolunu oynadı. İşin şəkli həmişə eyni cür olacaqdı. Yeni millətçi xristian birliyi yaratmaq məqsədi ilə regionda yaşayan türk müsəlmanlarını açıq-aşkar doğramaq siyasəti yeridiləcəkdi. Dinlər arasındakı fərqi qabartmaq elə asan idi ki, hər şeyin əzəlini onunla bağlayırdılar.

Yunan din xadimləri qiyamın önündə idi. Hadisələrə tez-tez bışoplar və keşişlər rəhbərlik edirdi. Əgər iş xalqa qalsaydı, inqilabın haçansa başlayacağı şübhə doğurardı. Yunan Ortodoks Kilsəsi keçmiş Xristian Bizans İmperiyasını yenidən qurmaq və Böyük Yünanıstanın sərhədlərini Konstantinopol (İstanbul) şəhərinə qədər uzatmaq xəyalı ilə yaşayırdı.

Ermənilər, bulqarlar və ruslar qiyam və üsyanlarda öz yolları ilə gedəcəkdi. Osmanlı İmperiyası uzun müddətli dağılma prosesi yaşayırdı və bu, müxtəlif xalqlara müvəffəqiyyət qazanmaq imkanı verirdi. Keçmişə nəzər salanda görmək olur ki, əgər Osmanlılar imperiya daxilində yaşayan xalqlara bir çox əsrlər ərzində şəxsiyyət, din, dil və adət-ənənə azadlığı verməsəydi, onda on doqquzuncu əsrdəki üsyanlar yerlıdibli baş verməyə bilərdi. Məhz buna görə də demək olar ki, Osmanlı İmperiyası özü müəyyən mənada başqalarına qarşı öz dini hörmətinin və dözümlülüyünün qurbanma çevrilmişdir.

Rusiya İmperyası on dördüncü əsrdən başlayaraq qərb tərəfə genişlənməyə başladı. Böyük Pyotrun dövrü ərəfəsində (1689-1725) müsəlmanların təsiri xeyli azalmışdı. Ruslar torpaqlar hesabına genişləndikcə Osmanlıların eyni səhvini təkrar etimədilər. Onlar zəbt etdikləri yeni ərazilərdəki xalqların xristian inanclarından fərqlənən dininə qarşı dözümlülük göstərmirdilər. Ruslar müsəlmanlardan aldıqları torpaqları təmizləyir və sadəcə həmin ərazilərə müxtəlif yerlərdən gətirilmiş erməni xristianlarını yerləşdirirdilər. Ermənilərin sonralar "tarixi vətən" adlandıracağı həmin yerlərə gəlişi on səkkizinci əsrdən başlayır. Həmin ərazilərdə isə erməni xristianlardan çox-çox əvvəl müsəlmanlar yaşayırdılar.

Yerindən dərbədər salınınış ilk çoxsaylı müsəlmanlar qrupu Krım tatarları oldu. Bu xalq əcdadı etibarı ilə türklərə söykənirdi. Bu əraziyə türk tayfaları eramızın 1000-1300-cü illəri ərzində müxtəlif fəthlər vaxtı gəlmişdi. 1774-cü il ərəfəsində Osmanlılar rusların Krımı nəzarətə götürdüyünü anladılar. Xristianlar yenidən bu torpaqlarda məskunlaşmağa başladı.

Bu, rusların qərbə genişləndiyi prosesdə müsəlmanları ərazidən təmizləməsinin yalnız başlanğıcı idi. Zorakılıqla qovmaq Rusiyanın rəsmi siyasətinə çevrildi. Əgər müsəlmanlar öz arzuları ilə ərazilərdən çıxıb getmirdisə, onları qovmaq üçün hərbi qüvvələr hərəkətə gətirilirdi. Qərbdə belə "müharibələr"in biri 1821-ci Idə yunan üsyanı və digəri 1828-1829-cu illərdə baş vermiş Rusiya-Osmanlı müharibəsi idi. Onların arxasmca daha bir neçə müharibə gələcəkdi və bu gün yaranmış çoxlu problemlərin başında da Osmanlı müsəlmanlarını rusların qovması dayanır.

Hər dəfə ruslar qərbə tərəf hərəkət edərək ilıq sulu ümanlar axtaranda müsəlmanları doğma torpaqlarından zorakılıqla uzaqlaşdırıblar və əgər onlar müqavimət göstərirdisə, onda rus siyasətinin qaydalarına əsasən soyqırıma düçar edilirdilər. On doqquzuncu əsr Balkanlarda, Qafqazda və Anadoluda yaşayan müsəlmanlar üçün terror dövrü olmuşdur. Basqınlar və etnik təmizləmələr nəticəsində əsrin əvvəllərində həmin torpaqlarda yaşayan müsəlmanlar əsrin sonunda öz əhalisinin əsas hissəsini itirmişdilər. Anadolu üçün iyirminci əsr bəd gətirmişdir. Orada çoxsaylı soyqırımlar və zorakılıqla torpaqdan köçürülmələr baş vermişdir. Xristian dünyasının hər tərəfində yunanlarm, ermənilərin və bulqarların ölümləri haqqında çox tez-tez danışılır. Deyilməyən yeganə şey müsəlmanların başına gətirilənlərdir.

Müsəlmanların mərhumiyyətləri isə bütün xristian itkilərindən qat-qat çox olmuşdur! Ermənistan ölkəsinin yaradılmasını düzgün başa düşmək üçün on doqquzuncu və erkən iyirminci əsrlərin bu regiondakı tarixini hər kəs yaxşı anlamalıdır. Tarixi gerçəklik məhz onunla izah edilməlidir ki, terrorçu Ermənistan dövləti əslində necə yaranmışdır. Tanınınış tarixçi və yazıçı Castin MakKarti aşağıdakı sözləri ilə vəziyyəti qiymətləndirmişdir.

On doqquzuncu və erkən iyirminci əsrlərdə Qafqazın və şərqi Anadolunun tarixi adlanan tarixi əslində etnik qrupların regiona nəzarəti öz əllərinə keçirmək istəyindən irəli gələn təbliğat olmuşdur. Öz qruplarının verdikləri itkilərin sayını qəsdən şişirdən belə tarixçilər sanki xəbərtutmayıblarki, onların düşməni olan qruplarda itkilər vermişdir. Bu isə adi döyüşlərin soyqırım və "soyqırım" müharibəsi adlandırılması meylini yaratmışdır. Əslində isə etiraf olunmalıdır ki, hər iki tərəf atəş açmış və hər iki tərəfdən qırılanlar olmuşdur (3).

Hələ erkən 1700-cü illərdə ruslarla əlaqəyə girən ermənilər olmuşdur. Erməni Kilsəsi rusların Qafqazı işğal etməsini rəsmi surətdə bəyənmiş və müdafiə etmişdir. 1790-cı illərdə Erməni Kilsəsinin arxiyepiskopu Arqutinskıdolqorukov açıq bəyanat verərək ümid etdiyini bildirmişdir ki, ruslar "erməniləri müsəlman buxovundan azad edəcəkdir" (4). On doqquzuncu əsrin əvvəllərində Anadoluda, Balkanlarda, Qafqazda və cənubi Rusiyadakı əhalinin böyük əksəriyyəti müsəlmanlar idi. 1923-cü il ərəfəsində isə yalnız Anadolu, şərqi Treys və cənub-şərqi Qafqazın bir hissəsi müsəlman ərazisi kimi qalmışdı. Yüz illik bir dövrdə milyonlarla müsəlman məhv edilmişdi! On doqquzuncu əsrdəki Anadolu, Qafqaz və Balkanları tam başa düşmək üçün müsəlmanların tarixi vətənləri və oradan dərbədər salınınalarını hər bir şəxs anlamalı və nəticə çıxarmalıdır. Rus imperializmi və erməni millətçiliyi məhz buna əsaslanır.

Yazılmış tarixin ən kədərldi cəhəti odur ki, o, müsəlmanların xid-məti və itkiləri haqqında əsas faktları tullayaraq qələmə alınınışdır. Castin MakKarti bunu aşağıdakı sözlərlə izah edir: "Müsəlmanların itkilər verməsi haqqında tarixi həqiqətə baxmayaraq, dərsliklərin heç birində ona rast gəlməzsiniz. Bulqarların, ermənilərin və yunanların soyqırımmı təsvir edən dərsliklərdə və digər tarix kitablarında müvafiq olaraq türklərin qırılması haqqında işarə də yoxdur…. Balkanların, Qafqazm və Anadolunun tarixi əsas iştirakçı olmuş müsəlman əhalisi haqqında heç bir qeyd edilmədən yazılmışdır» (5)

Tarix qeyd edir ki, bəzi ermənilər erkən 1700-cü illərdə rus ordusunu müdafiə edirdi. Həmin maraq nöqtəsindən çıxış edən erməni xalqı və onun kilsəsi bu gün də rusların Qafqazı işğal etməsini dəstəkləyir. Müsəlman Osmanlılarına qarşı hər bir hərbi kamaniya vaxtı xristian erməniləri rusların görən gözü və eşidən qu-lağı idi.

Rusiya-Osmanlı müharibələrinin hər birində Osmanlı erməniləri adi qaydalar əsasında döyüş xətlərini keçir və xəbərçilk edərək düşmənə - ruslara hərbi məlumat çatdırırdılar. Məhz ruslara fəal kömək göstrməyin ucbatmdan, ruslar geri çəkilərkən müsəlmanların təbii münasibətindən qorxuya düşən minlərlə erməni Anadolunu tərk edirdi. Ta I Dünya Müharibəsi dövründə, 1915-ci ildə işğalçı rus ordusuna fəal köməyinə görə nəhayət Osmanlılar erməniləri şərqi Anadoludan köçürənə kimi bu davranış davam etmişdir. Müsəlman Osmanlı dövlətini devirmək məqsədi ilə ermənilər 1890-cı ildə inqilabçı siyasi təşkilat yaratdılar. Bu erməni inqilabçılarını silah-sursat və köməklə Rusiya təmin edirdi.

Bu inqilabçıların fəaliyyəti Erməni Kilsəsi ilə sıx əlaqədə qurulurdu. Mərkəzlərindən birinin İstanbulda, digərinin rus Ermənistanındakı Eçmiadzində olmasına baxmayaraq, Erməni Kilsəsi bir vahid kimi Osmanlı-Rusiya sərhədini aşmışdı və dini missionerlər, bişoplar və ideyalar sərbəst surətdə bu iki dini mərkəzə gedib-gəlirdilər. Kilsənin əmlakından istifadə edən inqilabçı din missionerləri cənubi Qafqazdakı, Anadoludakı və rus dövlətindəki inqilabçılar arasında asanlıqla əlaqə qururdular. Erməni inqilabi hərəkatının sıralarında dindarların və bişopların olması erməni mənliyinin iki qanadını birləşdirdi - kilsə və müasir millətçilik. Bu, həm də ifrat millətçiliyə dinin xeyirduasını və erməni millətçiliyinə şərqi Anadoludakı erməni kəndlərində asan başa düşülən dini məna verdi. Bu azmış kimi, kilsə rəsmiləri həm də inqilaba praktiki köməklik göstərirdi. Məsələn, Osmanlı-İran sərhədinin İran tərəfində yerləşən Derik monastrı onun inqilabçı abbatı (Baqrat Vardapet Tavaklin və ya 'Akki') tərəfindən silah anbarına və Osmanlı İmperiyasında fəaliyyət göstərən erməni inqilabçıları üçün seçim məntəqəsinə çevrilmişdi (6).

Bir başqasının azad torpaqlarını ələ keçirmək üçün təşkilatlanmaq istiqamətində ermənilər uzun müddətdən bəri təcrübə toplamışdır. Erməni təşkilatlanmaq üsulu öz əsasını 1860-cı ildən götürür. O vaxt İstanbulda "Kilikiyanın bərpası" adlandırılan Benevolent İttifaqı yaradılmışdı. 1878-ci ildə inqilabçı təşkilatlar yaradıldı. Vanda Qara Ox təşkilatı təsis olundu. Bu qrup Birləşmiş Ştatlardakı Ku-Klusklan təşkilatı ilə müqayisə edilmişdir. 1881-ci ildə Ərzrumda Vətən Müdafiəçiləri təşkilatı zühur etdi. Bu kitabın on birinci fəslində rusların dəqiq hərbi hesabatı vardır. Orada bir daha sübut olunur ki, Osmanlı torpaqlarının bu regionundakı ermənilər terrorstdən başqa şey deyildilər. Erməni Partiyası inqilabçı siyasi partiya kimi təsis olunmuşdur.

1885-ci ildə Fransada vanlı keçmiş müəllim Mkrtıç Portağalyan tərəfindən Erməni Qəzeti çap edilməyə başladı. Onun arxasınca daha bir neçə erməni qəzeti yaranacaqdı. Əlavə olaraq, Portağalyanın saysız-hesabsız keçmiş şagirdi inqilabçıya çevrildi. Varlı-karlı erməni ailələri tərəfindən Fransaya, Parisə təhsil almağa göndərilmiş gənclər orada İnqilabçı Hunçak Partiyası yaratdılar. Bu gənclərin bir neçəsi rəhbərlik üçün marksist nəzəriyyəsini seçmişdi. Təşkilatın yaranma missiyasını və xaricdə çap olunacaq yeni qəzetin açılmasını altı tələbə öz üzərinə götürmüşdü. Onlar Vyanadakı Mexitarist Kilsəsinə kömək üçün məraciət etdilər və Monastr həmin köməyi əsirgəmədi.

ERMƏNİ TERRORİZMİNİN RƏSMİ BAŞLANĞICI

Hunçakın fəaliyyətə başlamaq çağırışı və ya onların "manifesti" URAS kitabının 432-439-cu səhifələrində verilmişdir. Bu, 1887-ci ildə Londonda çapdan çıxmış dərslikdən tərcümə edilmişdir (Bax: Ermənilər Uras, Esat tarixində və erməni məsələsi, 1976.) Tələbələr öz partiya manifestini 1888-ci ilin oktyabrnoyabr aylarında Ermənistanda çap etdirdikləri qəzetdə vermişdilər. Belə bir maraqlı cəhəti qeyd etməyə dəyər ki, həm Türkiyədə, həm də Rusiyada yaşayan orta və yüksək sinfə mənsub ermənilər tələbələrin bu işini müdafiə etmirdi. Hunçak təşkilatı atılması vacib olan addımlar seriyasını çap etdi:

1. Müasir üsul-idarə inqilab vasitəsilə devrilməli və yeni cəmiyyətlə əvəzlənməlidir.

2. Partiyanın ilkin məqsədi siyasi və milli cəhətdən müstəqil olan Türkiyə Ermənistanı yaradılmasına nail olmaqdır (Ermənilərin ümumi sayı əhalinin üçdə birindən də az idi.)

3. Təbliğat, fitnəkarlıq, terror, təşkilatlanma və fəhləkəndli hərəkatı əsas məqsədə çatmaq üçün üsullardır. Təbliğatımız əsas məqsədləri və dövlət əleyhinə başlanacaq üsyanın münasib tarixini xalqa izah etməkdən ibarət olacaqdır. Fitnəkarlıq və terror xalqın cəsarətini artırmaq üçün çox vacibdir. Fitnəkarlığın əsas üsulları dövlət əleyhinə nümayişlər keçirmək, vergi ödəməmək, islahatlara qarşı çıxmaq və zadəgan sinfinə qarşı nifrət oyatmaqdan ibarət olacaqdır. Terror xalqı qorumaq üsulu kimi onların Hunçak proqramına inamına səbəb olacaqdır. Partiyanın məqsədi terroru Osmanlı dövlətinə qarşı işlətməkdir, lakin dövlət yeganə nişangahımız olmayacaqdır. Qorxulu türklərə və dövlət idarələrində işləyən ermənilərə, casuslara və xəbərçilərə qarşı da terrora əl atılacaqdır.

4. Bu terrorçu fəaliyyəti təşkil etmək üçün xüsusi bölmə yaradılacaqdır.

5. Partiya mərkəzi komitə yaradacaqdır. Fəhlə və kəndlilərdən ibarət iki böyük inqilabçı qrupu yaradılacaqdır. Bu qruplara əlavə olaraq partizan bandaları da təşkil olunacaqdır.

6. İnqilabın başlanğıcı üçün ən münasib vaxt Türkiyə müharibəyə qoşulanda yetişəcəkdir.

7. Türkiyədə müstəqil Ermənistan yaradılandan sonra inqilab Ftusiya və İran Ermənistanına yayılacaq və Federativ Ermənistan qurulacaqdır.

Bu "inqilabi proqram" Rusiya inqilabçılarının baxışlarını qəbul etmişdi. Erməni tələbələri 1887-ci ilin avqustunda Cenevrə şəhərində özlərinin "fəhlə və kəndlilərin" Hunçak Partiyasını təsis etdilər. Bu tələbə "inqilabi" partiyası 1890-cı ildə adını dəyişərək İnqilabçı Hunçak Partiyasına çevirdı. Çünki artıq bu ad altında öz qəzetlərini buraxırdılar. Tələbə liderlər İstanbulda öz qərargahlarını yaratdılar və Barfa, Merzifon, Amasiya, Tobat, Yozqat, Arapkir və Trabzonda partiya dayaq məntəqələrini yaratmaq üçün nümayəndələr göndərdilər. Bu cavanlar Rusiya və İranda da öz fəaliyyətlərini genişləndirdilər.

İnqilabçı Erməni Federasiyası və ya Ermənistanda Daşnaksutyun kimi tanınan təşkilat 1890-cı ildə Rusiyada təsis edildi. Əvvəlcə onun rəhbərləri indiki Gürcüstanın Tiflis şəhərində yaşayırdı. Bu qrupun rəsmi "proqramı" 1892-ci ildə keçirilmiş Ümumi Qurultayda qəbul edildi. İnqilabçı Hünçak Partiyası kimi bu təşkilat da qəzet buraxmağa başladı - Droşak qəzeti.

Partiyanın rəsmi manifestində bəyan edilirdi ki, öz məqsədlərinə çatmaq üçün inqilabçı qruplar yaradacaq və üsyanlara rəvac verəcəkdir. İnqilabçı qrupların yaradılmasını vacib sayan məqamlar rəsmi manifestdə çap olunmuşdu:

1. Döyüşən bandalar yaratmaq.

2. Xalqın inqilabi fəaliyyətini və ruhunu oyatmaq məqsədi ilə həm söz, həm də işdə bütün vasitələrdən istifadə etmək.

3. Xalqı silahlandırmaq üçün bütün vasitələrdən istifadə etmək.

4. İnqilabçı komitələr təşkil etmək və onların arasında sabit əlaqələr yaratmaq.

5. Döyüş görüntüsü yaratmaq və dövlət rəsmilərini, xəbərçiləri, satqınları, sələmçiləri və hər cür istismarçıları qorxuya salmaq.

6. Adamları və silah-sursatı daşımaq üçün nəqliyyat əlaqəsi yaratmaq.

7. Dövlət müəssisələrini talamaq və alt-üst etmək (Bax: Luis Nalbandyan. Erməni İnqilabi Hərəkatı. 7963, s.168)

İnqilabçı Erməni Federasiyası yarandığı ilk gündən terrorçu təşkilat olmuşdur. Bu, I Dünya Müharibəsindən sonra Ermənistana nəzarəti ələ keçirmiş təşkilat idi; onlar dövlətin himayəsi altında terrorizmi bu gün də davam etdirirlər. Birinci fəsildə qeyd olunduğu kimi, lap başlanğıcından Erməni Kilsəsi erməni terrorizminin himayəçisi olmuşdur. Fikir verin: 1882-ci ilin dekabrmda Ərzrumda yetmiş altı erəmni həbs edilmişdi. Həbs olunan həmin adamlar Vətəni Müdafiə Cəmiyyətinin üzvləri idi.

Osmanlı dövləti həmin yetmiş altı müdafiəçinin qırx nəfərini təq-sirkar bildi. Terrorçu fəaliyyətlərinə görə onlara beş ildən on beş ilə qədər həbs cəzası verildi. Buna baxmayaraq, müdafiəçilərin əksəri patriarx Nerses və bişop Ormanyanın xahişi əsasında növbəti il sul-tan tərəfindən əfv edildi. Həbsdə saxlanılanlar isə 1886-cı ildə əfv olundular.

1895-ci ildən başlayaraq ermənilərln ardıcıl terrorçuluq seriyasına rəvac verildi. Osmanlı dövləti məlumat verir ki, terrorlar nəticəsində 1828 müsəlman kişi, qadın və uşağı öldürülmüş, 1433 nəfərdən çox adam yaralanmışdı; 8828 müsəlman olmayan kişi, qadın və uşaq məhv edilmiş, 2238 nəfər yaralanmışdı (Bax: Hazineyi Evarak, Karton 302,#111, iş 6, # 74.)

1895-ci ildən başlayaraq bütün şərqi Anadoluda ardıcıl surətdə erməni üsyanları və ya üsyana cəhdlər olmuşdur. 6 sentyabr 1914-cü ildə I Dünya Müharibəsi başlayanda Osmanlı hökuməti Anadoludakı əyalətlərə məktub göndərərək rəsmilərə erməni liderlərə ciddi nəzarət etməyi tapşırdı. O vaxt artıq Osmanlılar Rusiya ilə müharibə aparırdı.

Ermənilərin çoxu ordudan fərarilik etdiyi üçün 25 fevral 1915-ci ildə Osmanlı Baş Hərbi Komandanlığı onlara aid əmrlər verdi. Başqa əmrlər ermənilərin üsyana qalxmağa hazırlaşması ilə bağlı xəbərdarlıq xarakteri daşıyırdı. Bir gün əvvəl isə daxili işlər nazirliyi erməni komitə mərkəzlərinin bağlanması, sənədlərinin götürülməsi və liderlərinin həbs olunması haqqında direktiv vermişdi.

30 may 1915-ci ildə Osmanlı Nazirlər Kabineti erməniləri ordunun döyüş xəttinin arxasından köçürmək haqqında qərarı bəyəndi. Fərman aşağıdakı kimi idi: "Bu ziyanverici fəaliyyətə son qoymaq üçün onu effektli əməliyyatlarla məhv etmək vacibliyi yaranmışdır. Müharibə əməliyyatlarına pis təsir etdiyinə və dövlətin təhlükəsizliyıni və mövcudluğunu qorumaq üçün bu addımlar atılmalıdır". Ermənilərin köçürülməsi haqqında detallar bütün incəlikləri ilə növbəti fəsildə veriləcəkdir. Osmanlılar onları köçürərkən yalnız öz ordularına olan real təhlükədən çıxış edirdilər və ermənilərin köçürülməsinin yeganə səbəbi bu idi. Bunun əksini təsdiq edən heç bir fakt yoxdur. Ar-tıq qeyd etmişdik ki, bu məsələni digər cür sübut etməyə cəhd üçün ermənilər saxta sənədlər yaratmışlar. Xristian dünyasından pul dilənən ermənilərin "soyqırım sənayesi"nin bir parçası bundan ibarətdir.

Daxili işlər nazirliyinin 7 dekabr 1916-cı il tarixli məlumatında be-lə bir fakt vardır ki, "702,900 erməni köçürülmüş və bu məqsədlə 1915-ci ildə 25 milyon quruş pul xərclənmişdir; 1916-cı il oktyabrın axırına kimi daha 86 milyon quruş sərf edilmişdir; bu ilin sonuna kimi isə əlavə olaraq 150 milyon quruş xərclənəcəkdir» (Bax: Genelkurnay, KLS361, mənbə 1445, s.15-22.)

Əgər türklər erməniləri soyqırıma məruz qoymaq istəsəydilər, onda nə üçün sadəcə bunu etməmiş və ermənilərin köçürülməsinə 261 milyon quruş pul sərf etmişdi? Osmanlı hökuməti dəhşətli maliyyə vəziyyətində idi və bu qədər pulu çöldən tapmamışdı. Heç ağlabatan deyil ki, erməniləri köçürməyə başlayaraq yol boyu onlara qarşı soyqırım törədilmişdir. Bir neçə Amerika və Britaniya vətəndaşı ermənilərin ölkəni tərk etməsinin şahidi olmuşdur (bu barədə daha geniş növbəti fəsillərdə). Kimə inanasan? Erməni terrorçularına, ya Amerika və Britaniya rəsmilərinə?

Kilsə isə silahlı qiyama öz dini xeyirduasını vermişdi. Osmanlı Müsəlman dövlətini devirmək üçün edilən cəhdlərə kilsənin birbaşa yardımı və köməyini sübut edən çoxlu faktlar vardır. 1827-ci ildən 1923-cü ilə kimi ərazidə xristian erməniləri ilə müsəlman Osmanlıları arasında zorakı qarşıdurmanın gərgin dövrləri vardır. Bizə elə gəlir ki, hadisələrin tarixi hələ tamamlanmayıb, çünki ermənilərin müsəlmanlara hücumu haqqında heç nə çap olunmamışdır. Müsəlmanların ermənilərə hücumundan bəhs edən məlumatlar isə həmişə məqsədli surətdə şişirdilir. Orada xristianlara heç bir səbəb olmadan hücum edən türklər günahlandırılır.

Əsl həqiqət olanı isə budur ki, ermənilər türklərə türklərin ermənilərə olan hücumundan daha intensiv hücumlar etmişdir. Həm xristianlar, həm də müsəlmanlar bilirdi ki, hər iki tərəfdən ölənlərin sayı hər il artır. Onlar həm də bilirdilər ki, cəbhə xətti irəligeri dəyişdikcə, öz həyatlarını xilas etmək üçün insanlar da köçməyə məcbur olacaqlar. Hər iki tərəf ilk öncə anlayırdı ki, müharibədə hansı tərəf qələbə çalsa, digər tərəf məhv ediləcəkdir. Xristian ermənilərlə müsəlman türkləri arasında düşmənçilik rusların Qafqazdakı hərbi işğalları vaxtı başlanmışdır. O vaxtlar ermənilər cənubi Qafqaz və şərqi Ermənistan ərazilərində geniş səpələnmişdilər. 1800-cü ildə ermənilər yaşadıqları heç bir ərazidə əhalinin əksərini təşkil etmirdi. Hətta müasir Ermənistanın ərazisində də müsəlmanlar böyük əksəriyyət təşkil edirdilər. Ermənilər başa düşdülər ki, Rusiyanın köməyi olmadan onlar sonralar "qədim" vətən adlandıracaqları ərazidə heç vaxt müstəqil ölkə qura bilməyəcəkdilər. Maraqlıdır ki, özündən müştəbeh ermənilərin bu gün "qədim" vətən adlandırdıqları ərazidə 1800-cü ildə müsəlmanların sayı onlardan qat-qat artıq idi.

1800-cü illərin başlanğıcında ruslar hərbi işğal məqsədi ilə daha çox qərb torpaqlarını tutmağa cəhdlər göstərirdi. Onlar Osmanlı müsəlmanlarının torpaqlarını tutanda həmişə iki nəticə olurdu: neçə-neçə nəsillərinin bu torpaqlarda yaşamasına məhəl qoymadan ruslar müsəlmanları zor gücünə öz atababa torpaqlarından dərbədər salırdı və sonra çıxıb getmiş müsəlmanların boşaldılmış torpaqlarına xristian ermənilərini yerləşdirirdi.

1827-1829-cu illər rustürk müharibəsindən sonra Rusiya və Osmanlılar arasında müharibə vəziyyəti az qala yüz il davam etmişdir. Həmin müharibədə və ondan sonra gələcək müharibələrdə məqsəd eyni idi. Ruslar öz hücuma keçən ordularını Osmanlı torpaqlarına yeridirdi. Osmanlı ərazisində yaşayan ermənilər isə həmişə hücum edən rusları dəstəkləyirdi. Ruslar həmin torpaqları zor gücünə ələ keçirir və yerli müsəlman əhalisinə heç bir ödəniş vermədən ev-eşiyindən qovurdular. Sonra isə ruslar həmin müsəlman torpaqlarını onların arxasmca dabandabana gələn ermənilərə əta edirdilər.

1827-1829-cu illər müharibəsində Qafqazın İrəvan qəzasında müsəlman və xristianlar arasında xeyli əhali dəyişdirilməsi aparılmışdı. 1855-1856 və 1877-1878-ci illərdəki rustürk müharibələrində xeyli xristian ermənisi Osmanlı İmperiyasından hərəkətə gələrək indi Ermənistan adlanan ərazidə məskunlaşdı. Beləliklə, onların "qədim" vətən adlandırdığı ölkənin tarixi 1850-ci illərin ortalarından başlayır. 1864-cü il ərəfəsində ruslar Qafqaza nəzarəti ələ keçirmişdi. Bu dövrdən sonra onlar yerdə qalan müsəlmanların da zorla köçürülməsi proqramını həyata keçirməyə başladılar. Onların əsas məqsədi Rusiya kilsəsinə itaət edən xristianlardan ibarət ərazi yaratmaq idi.

"Ruslar elə bir hücum və repressiya sistemi düzəltmişdi ki, müsəlmanların öz atababa yerlərində qalması mümkün deyildi. Kəndlər əvvəlcə talan edilir, sonra dağıdılırdı. Malqara və yaşamaq üçün vacib olan hər şey onların əlindən alınırdı. Rusların üsulu zorla miqrasiyanın klassik sistemi idi və sonralar dəfələrlə Qafqazda və Balkanlarda təkrar ediləcəkdi - evləri və əkinləri xaraba qoy və çıxıb getməkdən və acından ölməkdən savay heç bir imkan vermə" (7). Müasir Azərbaycanın işğalında ermənilər həmin vəhşi sxemi davam etdirirlər!

1867-ci ildə Britaniya konsulu Qrifford Palqreyv Qafqazın Abxaziya ərazisindən at ilə keçirdi. O, məlumat vermişdir: "Rus olmadıqları üçün cinayətkar sayılan millətin ölüb getməsinə şahidlik etmək çox ağrılıdır" (8).

Ruslar müsəlman türklərini öz ev-eşiyindən və torpaqlarından qovandan sonra zavallı adamlara digər düşmənlər hücum çəkdi - xəstəlik və ərzaq çatışmazlığı. Xristian Rusiya işğalçıları öz qədim vətənlərini tərk edən müsəlmanlara heç bir kömək göstərmirdi. Ona görə də, təəccüblü deyildir ki, bərk ehtiyac içində olanların əksəri Osmanlı İm-periyasında əmin-amanlığa çatmamış yollarda tələf olurdu.

1915-ci ildə Osmanlılar üsyanlara başladığınavə türkləri öldürdüklərinə görə erməniləri ölkədən qovanda ermənilər harayhəşir qaldırdılar ki, onlara normal münasibət bəslənməyib, yardım və kömək edilməyib. Əslində isə, müsəlmanlar heç bir yardım və ərzaq almadan zorla qovulanda və həmin torpaqlar ermənilərə peşkəş veriləndə heç bir erməni onlara kömək üçün barmağını da tərpətməmişdi. Çox ikili standartdır.

Erməni diktator siyasi təşkilatları inanırdı ki, madam ki, onlar Osmanlıları məğlub etməkdə ruslara yardımçı olublar, onda ruslar onlara Rusiyanın içərisində müstəqil dövlət yaratmağa icazə verəcəkdir. Britaniyanın səfiri Layard bu vəziyyəti çox düzgün şərh etmişdir. O, başa düşürdü ki, xristian erməni inqilabçıları özlərini aldadırlar. Səfir anlayırdı ki, əgər Rusiya Osmanlıları məğlub etmişdisə, deməli, rus ayısı erməniləri iştahla içəri ötürəcəkdi (9).

Xəstə düşüncənin nəticəsi olan inanca görə on doqquzuncu əsrin son iyirmi ili ərzində şərqi Anadoluda yaşayan xristianların üsyanları olur və Osmanlı erməniləri ilə Osmanlı müsəlmanları arasında qanlı toqquşmalar baş verirdi. Erməni quldurları Osmanlı kəndlərini qırıb-çatır, müsəlmanlar cavab verəndə isə öz növbəsində ermənilər qırılırdı.

Bu vətəndaş müharibəsində hər iki tərəfdən neçə adamın öldürülməsini bilmək üçün yol yoxdur. Buna baxmayaraq, buradakı xristianlar və müsəlmanlar arasındakı nifrətin dərəcəsini öyrənmək üçün soyqirım və əkssoyqırımın saysız-hesabsız olduğu qeyd edilməlidir. Osmanlı hökumətini erməniləri döyüş xətlərindən köçürmək qərarına gətirən müharibə 2 noyabr 1914-cü ildə başlandı. Həmin gün rus qoşunları Osmanlıların sərhəd ərazilərini işğal etdilər. Növbəti yaz ağzı rus hücumunun qarşısında Osmanlıların cüzi qüvvələri dayanmışdı.

Rusların Osmanlı torpaqlarına hücumu davam etdikcə onlarla birlikdə müştərək cəhdlər göstərən erməni üsyançıları şərqi Anadolunun hər yerində qarmaqarışıqlıq salırdılar. Aprelin 13-də bir erməni quldur dəstəsi Osmanlı şəhəri Van üzərində nəzarəti ələ keçirdi və ta 31 may 1915-ci ildə ruslar bu şəhərə girənə kimi əhalinin demək olar ki, hamısmı məhv etdi! Avqustun 4-də Osmanlılar rusları və erməniləri qovmaq üçün Van şəhərinə kifayət qədər qoşun dəstələri göndərə bildilər. Van şəhərinin zəbt edilərək ruslara təslim olunmasında ermənilər fəal iştirak etdikləri üçün bütün erməni əhalisi şəhərdən çıxan və geri çəkilən rus ordusunun arxasmca düşdü. Osmanlılar Vana daxil olanda yandırılıb külə dönmüş şəhər gördülər!

Van şəhərindəki üsyan ermənilərin yeganə uğuru idi. Digər üsyanlar ərzində onlar hücum etdikləri heç bir Osmanlı şəhərini tuta bilməmiş, lakin xeyli türk öldürmüşdülər. Ermənilərin bu hərəkətləri Osmanlıların müharibə fəaliyyətlərinə ciddi zərbə vurmuşdu.

Osmanlılar rus və erməni qüvvələrini geri oturdandan sonra da şərqi Anadoluda türklərin arasında yaşamaqda davam edən ermənilər yenə də ruslara kömək üçün cəhdlər göstərir, Osmanlıların döyüş xətlərinin arxasında çox tez basqınlar keçirirdilər. Bu hərəkət ermənilərin döyüş xətləri yaxınlığından ölkənin içərilərinə köçürülməsi haqqında Osmanlı hökumətinin qərar verməsində həlledici oldu. Məgər özünü müdafiə etmək istəyən hər hansı bir xalq eyni cür hərəkət etməzdimi?

Qeyd etmək lazımdır ki, I Dünya Müharibəsinin başlanması daxildəki ermənilərin və türklərin müharibəsinin son fazasının da başlanğıcı oldu - bu müharibə vəziyyəti ilk olaraq 1820-ci illərdə başlanmışdı. Yüz il ərzində Qafqazdakı və şərqi Anadoludakı ermənilər və türklər arasında dəhşətlərin bütün növləri baş vermişdi. I Dünya Müharibəsi ərzində ermənilərin təcavüzkar davranışı nəticəsində Osmanlı dövləti həmin zorakılığın qarşısmı almaq üçün çox az iş görə bildi.

Tarixçi Castin MakKarti ermənilərin vəhşi hücumundan sağ çıxmış müsəlmanların sözlərinə əsaslanaraq qeyd edir ki, uzun müddətli nifrət at oynadırdı. Hər yerdə vəhşicəsinə zorlama və işkəncə baş alıb gedirdi, ölüm adi hal idi. 1877-1878-ci illərdə Avropadakı rustürk müharibəsində və Balkan müharibələrində müsəlmanlara qarşı törədilmiş vəhşiliklərdən də betərli olaraq I Dünya Müharibəsi ərzində ermənilərin şərqdə yaşayan müsəlmanlara olan hücumları döyüşməkdən daha çox öldürməyə yönəlmişdi.

Erməni üsyançıları yaxşı təşkil olunmuş və rus silahları ilə təchiz edilmişdi. 1915-ci ilin martı üçün erməni silahlı qüvvələri Osmanlı İmperiyasında inqilaba başlamağa hazır dayanmışdı. Lazımi işarə veriləndə Vandakı ermənilər polis məntəqələrini və müsəlman evlərini atəşə tutdu. Ermənilər öz silah-sursatını məxfi halda şəhərə gətirdikləri üçün onların hücumu kütləvi təəccübə səbəb oldu. Ermənilər dərhal Van şəhəri üzərində nəzarəti ələ keçirib müsəlman məhəllələrini yandırmağa və əsir tutduqları müsəlmanları öldürməyə başladılar. Bütün şərqi Anadolu ərazisində hücuma keçən ermənilər eyni taktikadan istifadə edirdilər.

Bu hücumlar da xristianların Balkanlardakı hücumları kimi eyni üsulla aparılırdı - ilk növbədə müxalifət yarada biləcək fərdləri öldürmək! Müsəlmanlara aid olan hər şey məhv edilirdi. Bütün məscidlər yandırılırdı. Hər şəhərin geniş müsəlman məhəllələri yandırılıb külə çevrilirdi. Yalnız yararlibahalt binalara əl vurmurdular. Kiçik müsəlman kəndlərinə də hücum edilirdi. Müsəlmanlar apara biləcəkləri əşyaları götürüb qaçmağa məcbur edilirdi. Kəndlərdən kənarda yollarda isə onları soymaq, öldürmək, qadınları isə zorlamaq üçün digər ermənilər gözləyirdilər. Diri qalanlar canlarını xristian ermənilərdən qurtarmaq üçün ac-yalavac və münasib əyinbaşı belə olmadan qaçıb xilas yolları axtarırdılar. Bu zamanlar kəndlərdə çox az sayda cavan oğlanlar qalmışdı - cavanların çoxu Osmanlı ordusıına çağırılmışdı.

Osmanlıların cavabı çox çəkmədi. Dövlət rəsmiləri başa düşdülər ki, erməni quldurları ruslara xidmət göstərir. Yerli erməni əhalisi də həmin quldurlan dəstəkləyirdi. Şərqi Anadoluda yaxşı planlaşdırılmış və əlaqəli hücumlar nəticəsində Osmanlı hökuməti itaətsizlik göstərən insanlarla problemi tez həll etdi. 26 may 1915-ci ildə erməniləri döyüş zonasından uzaqlaşdırmaq haqqında ilk fərmanlar verildi.

Osmanlı dövlətinin fərmanlarına nəzər saldıqda onların nə etmək istədiyi aydın görünür - erməniləri dinc üsullarla köçürərək yeni torpaqlarda məskunlaşdırmaq. Bu gün ermənilər "damğalayırlar" ki, erməniləri qırıb-çatmaq haqqında guya digər məxfi fərmanlar olmuşdur. Tarix sübut edir ki, bu yalançı bir hay-küydür və ermənilərə kömək edilməsi üçün dünyanın xristian xalqlarından daha çox pul və yardım qoparmaq məqsədilə uydurulmuş əhvalatdan başqa bir şey deyildir.

Əsl həqiqətdə, əsas problem o idi ki, Osmanlı hökuməti elə zəif düşmüşdü ki, erməniləri köçürmək üçün canlı qüvvəsi çatmırdı. Ermənilərin hərəkəti və müdafiəsinin məsuliyyəti yerli rəsmi nümayəndələrin üzərinə qoyulmuşdu ki, onların da öz növbəsində qoşun və təchizat problemləri var idi. Erməni quldurlarının partizan mübarizəsinin və cəbhədə rusların atəşinin əhatəsində olan yerli hökumət dairələri çoxsaylı insanların nəhəng köçürülmə əməliyyatını yerinə yetirməli idi. Yerli rəsmilərin əlinin altında isə "daimi polis nəfərləri" adlandırıla bilən azsaylı adamlardan savay heç nə yox idi.

Yerli rəsmilər seçim qarşısında qalmışdılar. Onlar ermənilərin böyük qruplarını güclü mühafizə altında köçürərək onların şəhər və kəndlərini erməni quldur dəstələrinin qarşısında müdafiəsiz qoya bilər, ya da köçməyən yerli əhalinin mühafizəsini həyata keçirə bilərdilər. Yerli rəsmilər ən düzgün yolu seçdilər. Onlar öz kiçik polis qüvvələrini dövləti cinayət işlətdiklərinə görə köçürülən erməniləri müşaiyət etmək üçün göndərməyərək, həmin qüvvələri sonralar erməni quldurlarının hücum edəcəkləri Osmanlı şəhər və kəndlərinin müdafiəsində saxladılar.

Ermənilərin müdafiəsinin bütün məsuliyyətini Osmanlı hökuməti daşıyırdı. Lakin tərslikdən hökumətin özünün də yerli rəsmilər kimi eyni problemi vardı. Özləri öz başlarına problem açmış satqın vətəndaşlarını qorumaq üçün onların çox az sayda əsgərə gücü çatırdı. Heç şübhə ola bilməz ki, ermənilər Osmanlı döyüş xətlərinin arxasında təchizat xətlərini dağıdırdılar. Hücuma keçən rus ordusunun qarşısmı almaq üçün hər bir Osmanlı əsgərinə ehtiyac vardı. Osmanlı qoşunları üçün daha vacib olan qüvvələrin satqın erməniləri qorumaq üçün göndərilməsi mümkün deyildi. Rusiya ilə apardığı təxminən yüz illik müharibələr dövrünə əsaslanan Osmanlı hökuməti yaxşı başa düşürdü ki, əgər bu müharibədə məğlub olsa, nələr baş verə bilər. Müsəlmanlar yenidən ölkədən zor gücünə çıxarılacaq və onları heç bir rus qoşunu qorumayacaqdı. Bu, sağ qalmaq uğrunda müharibə idi.

Təhlükəsizlik tədbirlərinin azlığı satqın ermənilərin bəd əməlləri üçün qapılar açdı və illər ərzində rusların müsəlmanları zorakılıqla ev-eşiklərindən qovmasına bənzər hadisələr baş verdi. Yerli Osmanlı rəsmilərinin ermənilərdən oğurluq etməsi haqqında yazılı məlumatlar vardır. Yerli müsəlmanların əksəri bu imkana köhnə haqq-hesabları çürütmək və köçmüş ermənilərin əmlakı hesabma varlanmaq girəvəsi kimi baxırdı. Hesab hesabdır; vaxtilə ruslar əraziyə so-xulub müsəlmanları zor gücünə qovanda xristianlar da eynilə belə etmişdi.

Ermənilərin üzləşdiyi ilk ən böyük təhlükəni konvoylara tez-tez hücum çəkən köçəri kürd tayfaları yaratdı. Köçən erməni qruplarına qoşuldulmuş az saylı yerli polis nəfərləri həmin hücumları dəf edə bilmirdi. Bir qayda olaraq, çoxlu ölüm hadisəsi olsa da, qadınlar oğurlansa da və adamların var-yoxu əlindən alınsa da, kürdlər erməniləri kütləvi surətdə qırmırdılar. Kürdlər ermənilərin onsuz da az olan ərzağını onların əlindən alırdı. Bundan sonra baş verən ölüm halları aclıqdan və xəstəlikdən olurdu.

Professor MakKarti müharibədən sonra Osmanlı hökuməti Britaniyanın nəzarəti altında olarkən sənədləşdirilmiş 1397 cinayət hadi-səsini təqdim edir. Bu ittihamlar guya ermənilərin əleyhinə törədilmiş cinayətlər haqqında hay-küy qaldıraraq türklərə qarşı yönəldilmişdir. Öz cinayətlərinə görə bəzi şəxslər ölüm cəzasına məhkum edilərək edam olunmuşdu (10).

Bu Osmanlı ədaləti ilə hər hansı bir rus və ya erməni faktını müqayisə edin. Baxın görün onlar müsəlmanlara qarşı törətdikləri rəsmi müharibə cinayətlərinə görə hansı ermənini və ya rusu ittiham etmiş, məhkəməyə çəkmiş, cəzalandırmışlar? Əsl həqiqət isə belədir ki, müsəlmanlara qarşı daha geniş miqyaslı cinayətlər törədilmişdir. Tarixin müəyyən kəsiyində müsəlmanların verdiyi itkilər ermənilərinkindən dörd dəfə çox olmuşdur! Müdafiəsiz müsəlmanlara qarşı törədilmiş dəhşətli cinayət hadisələrinə görə isə heç bir rus və ya erməni heç vaxt cəzalandırılmamışdır.

Osmanlı hökuməti kəskin hərbi qərar qəbul edərək erməniləri döyüş zonalarından uzaqlaşdırmağa baştadı və ermənilər köçüb gedəndən sonra döyüş xəttinin arxasındakı erməni hücumlarının arası kəsildi. Yerli ermənilərin müdafiəsini Osmanlılar kəsən kimi erməni quldurları əməliyyat apara bilmədilər. Erməni liderlərinin Osmanlı dövlətinə tabe olmamaq və zəif müdafiə olunan nöqtələrdən Osmanlılara hücum edərək ruslarla əməkdaşlıq haqqında qərarı nəticəsində minlərlə erməni vətəndaşı qurban getdi.

Bu bir həqiqətdir ki, Osmanlı dövləti öz mülki vətəndaşlarını müdafiə etmək üçün cəhd göstərirdi. Lakin rusların və ermənilərin hücumları ucbatmdan onlar sadəcə bu iş üçün canlı qüvvə tapa bilmirdilər. Osmanlı İmperiyasını rusların və ermənilərin əlindən alan yeganə şey 1917-ci ildəki rus inqilabı oldu. Öz vətənlərində inqilab başlandığını görən əksər rus qoşunu fərarilik edərək geri döndü. Ruslar gedəndən sonra hakimiyyəti ermənilər və onların quldur dəstələri ələ keçirdi. Ruslar çıxıb gedəndən sonra erməniləri müsəlman torpaqlarında heç nə saxlamırdı. Bu barədə tarixi məlumat aydındır.

MakKarti yazır: "Ermənilərin qısa rəhbərlik etdiyi ilk dövrdə hadi-sələr o vaxt üçün tez-tez rast gəlinən məcrada davam etdi - silahsız müsəlman kəndlilərinin qətli, sonralar heç vaxt gözə görünməyəcək kəndlilərin oğurlanması, müsəlman bazarlarının, qonşuluqlarının və kəndlərinin alt-üst edilməsi, hər yanda baş alıb gedən soyğünçuluq və zorlama!" (11)

MakKartinin istinad etdiyi mənbələr xristian ermənilərinin müsəlmanlara qarşı geniş surətdə həyata keçirdiyi iyrənc siyasətin üstünü açır. Ermənilər rus silahları və avadanlığı ilə yaxşı təmin olsalar da, onlar rusları izləyən Osmanlı qoşunlarına bərabər deyildi. Erməni qüvvələrinə Osmanlı əsgərlərinin ilk hücumunda ermənilər dərhal geri çəkilməyə başladı. Sonrakı illərdə erməni qüvvələrinin dönədö-nə təkrar edəcəyi məsələ budur. Onlar ilk dəfə olaraq qarşılarında həqiqi qoşunları görən kimi silahlarını atıb pərən-pərən düşməyə başladılar.

Geri çəkilən ermənilər dərhal başa düşdülər ki, onların oxu daşa dəyib və nə onlar, nə də Rusiya şərqi Anadolunu işğal edə bilməyəcəkdir. İndi ermənilər müsəlmanlara işğal və istifadə üçün imkan daxilində az yer vermək fikrindəydi. Nəticədə ermənilər şərqi Anadoluda qoyub getdikləri yerlərdə öldürür, talayır, zorlayır və hər şeyi alt-üst edirdilər.

Osmanlı İmperiyasını tərk edərkən ermənilərin həyata keçirdiyi terrorun bariz nümunələrindən biri Ərzincandır: "Ərzincan faciə mənzərəsidir. Quyular müsəlman cəsədləri ilə doludur. Müxtəlif orqanları kəsilmiş bədənlər, əllər, ayaqlar, başlar evlərin yanmdakı bağların hər tərəfinə səpələnib. Əsgərlər üç yüz iyirmi basdırılmamış meyit tapmışdı, 606 meyit quyu və xəndəklərə doldurulmuşdu; və, əlbəttə, bundan qat-qat çox adam öldürülmüşdü. Guya yol inşası üçün şəhərdən aparılmış 650 nəfər müsəlmanın taleyi məlum deyil" (12).

Öz liderlərinin dəhşətli qərarlarının nəticəsində ermənilər I Dünya Müharibəsi ərzində və müharibədən sonra xeyli əzaba düçar olmuşdur. Aclıq və xəstəlik geniş yayılmışdı və ölənlərin sayı çox idi. Heç şübhəsiz, ölümün birbaşa səbəbi ermənilərin ölkədən köçməsi və Osmanlı ordularının qarşısından qaçması idi. Bu ölümlər ermənilərin bəyan etdiyi kimi "soyqırım" və ya "soyqırım" adlandırıla bilməz.

Əgər tarixə düzgün xidmət etmək və obyektiv olmaq istəyiriksə, erməni ölənlərinin sayı kimi müsəlman ölənlərinin də hesabı aparılmalıdır. O adamların xristian deyil, müsəlman olması ucbatmdan onların böyük vəhşəti haqqında çox az həqiqət söylənmişdir. Tarixi reallıq isə belədir ki, öz rus xristian müttəfiqlərinin arxasmca qaçmaz-dan qabaq ermənilər on minlərlə müsəlmanı kütləvi qətlə yetirmişlər. Onlar bunu intiqam hissi ilə, regionu müsəlmanlardan təmizləmək ümidi ilə edir, günlərin birində şərqi Anadoluya qayıdacaqları vaxt əhalinin əksərinin ermənilərdən ibarət olduğunu bəyan etmək məq-sədini güdürdülər. Həqiqət belədir ki, öldürülən müsəlmanların sayı ermənilərdən dörd dəfədən artıq çox idi!

"Hətta erməni məsələsinə dövləti maraq göstərən və erməni dövlətinin yaranmasına cəhd edən Britaniya belə formal olsa da, ermənilərin 'həm Ermənistanda', həm də Bakıda türkləri qırmasına görə onlara xəbərdarlıq etmişdi. Onlar ermənilərə demişdilər ki, əgər bu cür soyqırımlar davam edərsə, onlar bütün dünyanın rəğbətini itirəcəklər" (13). Britaniya polkovniki A.Roulinson ermənilərin müsəlmanlara qarşı dəhşətli münasibətini müşahidə etmişdi. Polkovnik yazırdı:

Mən bu yaxmlarda erməni silahlılarının Qars düzənliyində törətdikləri vəhşiliklər haqqında dəhşətli məlumat almışam. Onların mə-nə bağlı dəstələrə olan münasibətini də aydınlaşdıra biləndən sonra Zivindən Tiflisə teleqrəm göndərdim ki, insanlığın marağı xatirinə ermənilərə müsəlman əhali üzərində müstəqil rəhbərlik hüququ verilməməlidir. Onların qoşunları heç bir intizama tabe olmadığından və effektli nəzarət altında olmadığından ardıcıl surətdə vəhşiliklər törədirlər. Bütün bunlara görə, ədalət naminə biz də mənəvi məsu-liyyət daşıyırıq (14).

Osmanlı İmperiyasında Amerika qüvvələrinin komandanı admiral Mark Bristol öz gündəliyində yazırdı: "Mən general Dro ilə birlikdə xidmət etmiş öz zabitlərimin məlumatlarına əsasən bilirəm ki, müdafiəsiz kəndlər əvvəlcə bombalanır, sonra zəbt edilir, qaçıb gedə bilməmiş sakinlər vəhşiliklə öldürülür, kənd talan edilir, bütün malqara aparılır və sonra isə kənd yandırılırdı. Müsəlmanlardan yaxa qurtarmaq üçün bütün bunlar sistematik şəkildə həyata keçirilirdi" (15).

Tarixin əsl həqiqi faktları təsdiq edir ki, Osmanlı torpaqlarının etnik təmizlənməsi prosesinə Rusiya çarları başlamışdır. Bundan sonra müsəlmanlar və xristianlar arasında nifrət artmağa başlamış dır, çünki təxminən yüz il ərzində zaman-zaman ruslar müsəlman yaşayış məntəqələrini və torpaqlarını tutmuş və həmin torpaqları xristian ermənilərə vermişdir.

Əgər hər hansı bir adam müsəlman olsaydı və bu vəziyyətə salınsaydı onun hiss və həyəcaniarı necə olardı?

Bu fəsildə və sonrakı fəsillərdə doktor Riçard G.Hovanissyanın münasibəti, habelə onun Ermənistan Respublikası adlı iki və bir yarımil tarixi əhatə edən dörd cildlik kitabından fikirlər olacaqdır. Bütün əsəri boyu adam bu erməni professorun tarixi təhrif edən mövqeyinin şahidi olur. I cildin giriş hissəsində o, qeyd edir: "Məni bu işə ardlıcıl olaraq həvəsləndirən atam Kaspar Hovanissyan olmuşdur. Böyük bir ailənin üzvü olsa da, 1915-ci il soyqırımının yeganə sağ qalmış nümayəndəsi olan atam Birləşmiş Ştatlarda öz yeni həyatma başlasa da, həmin həyat tarixi vətənin mənəvi dünyası ilə güclü təmasda olmuşdur».

III cildin giriş hissəsində Hovanissyan yazır: "Ermənistan Respublikasının tarixçisi kimi 1990-cı ildə Ermənistan Milli Elmlər Akademiyasına üzv seçilmək şərəfinə nail olanda həmin hadisədən aldığım məmnunluq çox dərin idi». Bu məmnunluq nə dərəcədə dərin olsa da, öz ailə təcrübəsinə əsasən bu gün Ermənistan adlandırdığı ərazi ilə bağlı dediklərində qətiyyən obyektiv deyil. Belə bir cəhəti də qeyd etmək lazımdır ki, Hovanissyanın dörd cildlik tarix kitabına diktator Ermənistan dövləti deyil, Kaliforniyanın vergi ödəyən vətəndaşları maya qoymuşdur.

Osmanlı İmperiyasına millətçilik Qərbi Avropadan gəlmişdir. Osmanlı İmperiyasındakı milli azlıqlar arasına kilsənin girməsi və millətçilik toxumu səpməsinin bir səbəbi Osmanlı dövlətinin hamıya din azadlığı verməsidir. Orada hər bir dini birliyə geniş muxtariyyət səlahiyyəti verilmişdi. Müsəlmanlar digər dinə tapmanların müsəlmançilığı qəbul etməsi üçün heç bir xüsusi cəhd göstərməmişdir. Bəzi Kitabların və lobbi qruplarının iddia etdiyi kimi guya insanlara "zorla" İslamın qəbul etdirilməsi konsepstyasının heç bir əsası yoxdur.

Professor Hovanissyan I Dünya Müharibəsinin ərəfəsində Osmanlı İmperiyasından və Rusiyadakı Ermənistan Yaylası adlandırdığı məkandan söz açır. Həmin torpaqları təsvir edən müəllif onun Fərat çayının qərb sahilindən başlayaraq Qafqaz dağlarına və Qarabağ yüksəkliklərinə qədər yayıldığını söyləyir. Səkkiz yüz ildən ar-tıq bir dövrdə o yerlərdə ermənilərin heç bir dövlət qurumu olmasa da, guya həmin yerlər erməni yerləridir. Hətta səkkiz yüz il əwəl orada olmuş kiçik erməni krallığı Bizans İmperiyasının, ondan qabaq isə Romanların vassalı idi. Güman ki, üç min il ərzində ermənilərin heç bir həqiqi krallığı olmamışdır. Bu tarixi faktın əksinə olaraq Hovanissyan etiraf edir ki, ermənilər onun Türk Ermənistanı adlandırdığı ərazidə heç vaxt əksəriyyət təşkil etməmişdir (16)

I Dünya Müharibəsinin tufanlı buludları qaralanda ermənilərin özlərinin üfürərək icad etdikləri Türk Ermənistanını azad etmək üçün siyasi təşkilatlar yaratdığını Hovanissyan etiraf edir. Əgər səkkiz yüz ildən artıq olan bir dövrdə Osmanlı İmperiyasının ən kiçik parçasında belə ermənilər əhalinin əksəriyyətini təşkil etməmişdisə, onda görəsən onların azad etmək istədikləri nə idi?

O, sözünə davam edərək yazır ki, ermənilər bütün səylərini şərqi Anadolunun azad edilməsinə yönəltdi. Məhz müstəqil dövlət yaratmaq istədikləri həmin torpaqların onların tarixi beşiyi olduğunu iddia etməyə başlamışdılar. Ermənilər Ermənistan İnqilabi Federasiyası adlandırdıqları siyasi təşkilat yaratdılar. Onlar açıq şəkildə etiraf edirdilər ki, Osmanlı İmperiyasını yıxmaq və ermənilərin Türk Ermənistanı adlandırdığı ərazidə dövlət yaratmaq istəyirlər. Ermənilər düşünürdü ki, bu torpaqlar onların dövlətinin mərkəzi hissəsi olacaqdır. Hələ 1890-cı ildə Erməni İnqilabi Federasiyası bəyan etmişdi ki, öz məqsəd və məramlarına yetişmək üçün terrordan istifadəyə üstünlük verəcəkdir. Həmin terrorçu bandalar bu gün də öz terrorçu siyasətini yeridir.

Hovanissyanın erməni tarixi belə adlana bilərdi: Terror kampaniyaları - erməni yalanı. Erməni professorunun gətirdiyi faktlar göstərir ki, Ermənistan öz terror kampaniyasını davam etdirir və həm Birləşmiş Ştatları, həm də büıtün dünyanı aldadır. Aydmdır ki, ermənilər özlərini beş yüz ildən artıq dinc şəraitdə yaşadıqları Osmanlılar əleyhinə müharibəyə hazırlamışdır. Ermənilərin əsas üstünlüyü orasında idi ki, onlar Osmanlıların döyüş xətlərinin arxasında yaşayır, dost və qonşu kimi qəbul olunurdu. Ermənilər bu inamdan xaincəsinə istifadə edərək, öz ölkələrini rus hücumundan qoruyan Osmanlı qoşunlarının arxasına xəncər saplayırdı.

O, "Tiflisdə yaradılsa da, Erməni İnqiabi Federasiyası özünü Türkiyə ermənilərinin azadlığınasərf etməlidir" bəyanatmı verərək öz oxucularını aldadır. Aşağıdakı nümunə sübut edir ki, Hovanissyanın Erməni İnqilabi Federasiyası terrorçu təşkilatdan başqa bir şey deyildi.

Erməni İnqilabi Federasiyası haqqında K.S.Papazyan yazmışdı: "E.İ.Federasiyasının (Daşnak) yaradılmasının səbəbi üsyanlar vasitəsi ilə Türkiyə Ermənistanında siyasi və iqtisadi azadlığa nail olmaq idi». Qafqazdakı Daşnak Komitəsi tərəfindən bəyənilmiş ilkin vasitə terrorızın idi; bu, məqsədə çatmaq siyasəti və ya üsulu kimi qəbul olunmuşdu. 1892-ci ildə qəbul edilmiş proqramm "vasitələr" başlığının altında yazılmışdır: "Öz məqsədinə üsyanlar vasitəsi ilə çatmaq istəyən Erməni İnqilabi Federasiyası (Daşnak) inqilabçı qruplar yaradır». 8 saylı üsul belədir: "Döyüş aparmaq, dövlət rəsmilərini və tacirləri terrorizm obyektinə çevirmək». 11 saylı üsul belədir: "Dövlət qurumlarını dağıntı və talanlara məruz qoymaq».

Daşnak siyasi təşkilatının banisi doktor Cin Loris Melikoff yazırdı: "Həqiqi olanı budur ki, partiya (Daşnak Komitəsi) oliqarxiya tərəfindən idarə olunurdu və onlar üçün partiya maraqları xalqın və milləitin maraqlarından üstün idi. Onlar (Daşnakçılar) burjuaziya və böyük tacirlər arasında seçim aparırdılar. Nəhayət, bu vasitələr tükənəndə rus inqilabçılarının sonluq vasitələrinə ədalət donu geyindmək təlimini öyrənəndən sonra onlar terrora əl atdılar».

Erməni terrorçularının öz millətini terror etməsi haqqında şahid ifadələri vardır. Osmanlıda yəhudi vətəndaşı Albert C. Amateau tərəfindən imzalanmış yazılı izahata nəzər salın. Bu adam öz yazılı bəyanatını 11 oktyabr 1989-cu ildə Kaliforniyanın Sonorma Kaunti şəhərindəki notariat dinləməsində and içərək imzalamışdır. Mister Amateau bəyan etmişdir ki, 1906-cı ildə bir qrup varlı erməni İzmir şəhərində qətlə yetirilmişdir. Mister Hayik Balqosyan və onun dostu mister Artin Balokyan İzmirin varlı məhəlləsi olan Karataşda Balqosyanın iqamətgahı qarşısında iki kişi tərəfindən güllələnmişdir. Bir neçə gün sonra isə İzmir Bazarının mərkəzində ev əşyaları və ərzaq məhsulları satılan geniş Sivri-Ssaryan binası partladılmışdır. Nəticədə mister Akop Sivrisaryan və çoxlu erməni fəhləsi qətlə yetirilmişdir. Sonra isə cinayətkarlar erməni dilində çap edilmiş məxfi məktublarını bir sıra erməni taciri, həkimi, hüquqçusu və memarma göndərərək onları hədələmişlər ki, əgər onlar məxfi cəmiyyətlərin liderlərınin təyin etdiyi məbləğləri "ödəməsələr", onları da Balqosyan və Sivri-Ssaryanın taleyi gözləyir.

Bitlis və Vanda rus konsulu general Mayevski idi. O, 1912-ci ildə Moskvaya aşağıdakı məlumatı verdi: 1895 və 1896-cı illərdə erməni inqilabçı komitələri buradakı ermənilərin və yerli əhalinin arasında elə şübhə yaratmışdır ki, indi bu rayonlarda hər hansı bir istilahlar aparmaq mümkün deyil. Erməni keşişlər dini təhsilə məhəl qoymamış, onun əvəzində millətçi ideyalar yaymışdır, bu isə monastrların divarlarına hopmuş və orada dini ayinlərin yerinə yetirilməsi əvəzinə müsəlmanlar əleyhinə xristian düşmənçiliyi qızışdırılır. 1895 və 1896-cı illərdə Türkiyənin əksər əyalətində baş vermiş üsyanlara səbəb nə erməni kəndlərindəki aclıq, nə də müsəlmanların onlara hücumu olmuşdur. Doğrusu, bu kəndlər öz qonşularına nisbətən nəzərə çarpacaq dərəcədə varlı idi. Əslində, erməni üsyanları üç səbəbdən yaranmışdı:

1. Siyasi cəhətdən onların artmaqda olan dünyagörüşü;

2. Erməni birliyi arasında millətçilik, azadlıq və müstəqillik ideyalarının yayılması;

3. Bu ideyanın qərb dövlətləri tərəfindən dəstəklənməsi və erməni keşişləri tərəfindən onların cəhdlərinin bəyənilməsi.

Aydınca görünür ki, erməni üsyanlarının əsasında nə aclıq, nə zülm, nə də yenidənqurma arzuları dayanmamışdır. Bu işin mayasında daha çox erməni inqilabi komitələrinin və Erməni Kilsəsinin Qərb dövlətləri və Rusiya ilə əl-ələ verərək Osmanlı İmperyasının əsaslı çökümünü təmin etmək istəyi dayanmışdır. Dövlətlər tərəfindən maliyyələşdirilən missionerlər və erməni inqilabi komitələri xristianların müsəlmanlar tərəfindən qeyri-adi dərəcədə soyqırıma məruz qalması haqqında Avropada əhvalatlar uydurur və yayırdılar. Deyilənlərin tamamilə əksi baş versə də, bu əhvalatlar mətbuatda da həqiqət kimi çap edilirdi.

Ermənilər özlərinin "tarixi Ermənistan" adlandırdığı ərazilərdə əhalinin çox kiçik azlığını təşkil edirdi. 1910-cu ildə çapdan çıxmış Encyclopedia Britannica məlumat verir ki, ermənilər iddia etdikləri ərazidəki əhalinin yalnız 15 faizini təşkil edirdi. Əgər güclü xarici köməklik göstərilərək türk çoxluğu o ərzilərdən köçürüləndən sonra ermənilərlə əvəz olunmazsa, Osmanlı İmperiyasının heç bir hissəsində onların müstəqillik qazanacağı mümkün deyil.

Ermənistanın həsrətini çəkdiyi bütün torpaqları professor Hovanissyan dönə-dönə Erməni Türkiyəsi, Erməni Rusiyası, Erməni yaylası və s. və i. a. adlandırır. Bu, Hovanissyanın öz kitabında etdiyi "zahiri yalan" bəyanatlarından biridir. "Erməni torpağı" iddiaları Amerikanı və bütün dünyanı aldatmaq üçün 1890-cı illərdən işlədilməyə başlanmışdır. Hovanissyanın iddiaları həqiqətə, faktlara və ya müasir sivilizasiyanın inki