КАРАБАХ в ДОКУМЕНТАХ

 

 Начало | БИблиотека | Фото факты | Картинная галерея | Ссылки | Форум | ОпросПоиск в google | AZAD QARABAĞ |

ERMƏNİSTAN terrorçu "xristian" ölkənin gizlinləri

ERMƏNİSTAN

terrorçu "xristian" ölkənin gizlinləri

Samuel Uimz

Стр.| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |


İYİRMİ BİRİNCİ FƏSİL:
ERMƏNISTAN MUASIR DUNYADA
O, HƏLƏ DƏ TERRORÇU ÖLKƏDİR

1918-ci ildən başlayaraq Amerika ermənilərinin fəaliyyətinin saf-çürük edilməsi aydın nümayiş etdirir ki, bu insanlar qrupu terrorizmi yedirdən və bəsləyən erməni siyasətini dəstəkləmək üçün yorulmaq bilmədən iş aparmışdır. Hər şeydən əvvəl, onlar get-gedə Birləşmiş Ştatların vergi ödəyənlərinin daha çox pulunu qamarlamaq üçün incə işləmişlər. Həmin pullar Birləşmiş Ştatların hökuməti tərəfindən yığılmış və böyük bir rəqəmə çevrilərək Ermənistana verilmişdir (1991 və 2001-ci illər arasında 1.4 milyard dollar!). Bu erməni koloniyaları həm də məsələn, adsız çoxsaylı kilsələr qrupundan və onların xeyriyyəçi institutlarına aid olan müxtəlif xristian fərdlərindən dəstək və maliyyə yardımı almaq üçün iş aparmışlar və indi də aparırlar.

11 sentyabr 2001-ci ildə Birləşmiş Ştatlar öz xalqının tarixi ərzində ən böyük terrorçu hücumun qurbanı oldu. Minlərlə şəxs öz həyatını itirdi. İlk altmış gündə amerikanlara edilmiş yardımın qiymətinə sadəcə heyrətlənmək qalır:

• Qəza ilə əlaqədar xərcləmək üçün Nyu-York şəhərinə 40 milyard dollarlıq kömək

• Hava uçuş xətlərinin bərpası üçün 15 milyard

• İqtisadiyyatın bərpasına kömək üçün 90 milyard dollar

• Hava uçuşlarının təhlükəsizliyini təmin etmək üçün 9 milyard dollar

• Sığorta sahəsinə kömək üçün 20 milyard dollar

• Bioterrorizmlə mübarizə üçün 10 milyard dollar

• Poçt xidmətinə kömək üçün 5 milyard dollar

• Birləşmiş Ştatların iqtisadiyyatı 200 milyard dollar itirdi.

Bu 389 milyard dollar on doqquz terrorçunun üç təyyarəni Nyu-York şəhərindəki Dünya Ticarət Mərkəzinin əkiz binalarına və Vaşinqton şəhərində Pentaqonun binasına çırpmasından sonrakı ilk altmış gündə Amerikanın itirdiyidir. 389 milyard dollarlıq məbləğ yalnız federal itkiləri göstərir. Buna əlavə olaraq ştatların hər biri çox iri məbləğdə pul xərcləmişdir:

• İctimai asayişi qoruyanlara əlavə iş vaxtı üçün ödəniş

• Risqli material avadanlığı

• Yeni işçilərin cəlb edilməsi və təlimləri

• Kəşfiyyat qruplarının artırılması

• Həyəcan hazırlığı planlarının yoxlanması

• Hədələrə və fırıldaqlara cavablar

Və terrorizmin qiyməti hələ də qalxmaqda davam edir.

Prezident Corc U. Buş bütün dünya miqyasında birlik koalisiyası yaratmaq, terrorizmə qarşı müharibədə səyləri Birləşmiş Ştatlarla birləşdirmək istiqamətində iş aparmışdır. Üç təyyarəni işlədərək terrorçu hücumu təşkil edən on doqquz adam müsəlman ekstremisti idi. Terrorızın əleyhinə mübarizədə həlledici dəstək və kömək üçün prezident Buş çoxlu müsəlman xalqının da təminatını aldı. O, Birləşmiş Ştatların və beynəlxalq koalisiyanın bu mübarizəsini "müharibə" adlandırdı.

Müsəlman milləti olan Türkiyə Birləşmiş Ştatların sadiq dostu və müttəfiqidir. Üçüncü təyyarə Vaşinqton şəhərində öz son hədəfinə çırpılandan otuz dəqiqə keçməmiş Türkiyənin prezidenti cənab Sezər milli televiziyaya gedərək türk hərbi qüwələrini ən yüksək döyüş həyəcanı ilə hazır vəziyyətdə saxladığını öz vətəndaşlarına bəyan etdi. O, həmçinin elan etdi ki, on beş dəqiqə əvvəl Birləşmiş Ştatların prezidentinə telefon açaraq demişdir ki, əgər Amerika müharibəyə gedəcəksə onda öz tərəfində türklərin dəstəyinə də bel bağlaya bilər.

İlk altmış gün ərzində türklərin yüksək təlim görmüş "qəhvəyi beret" kommandosları Əfqanıstanda əməliyyatlar aparırdı. Belə hərəkət edən ilk müsəlman ölkəsi Türkiyə idi; dünyanın əksər münaqişələri vaxtı olduğu kimi Türkiyə yenə də Birləşmiş Ştatlarla çiyin-çiyinə dayanmışdı. Birləşmiş Ştatların köməyə ehtiyacı olan belə vaxtlarda Ermənistanı heç yerdən tapmaq olmurdu. Əfqanıstanda yeni və dostcasına bir rejim taliban terrorçularının yerini tutanda türklərin bu jestinin vacibliyi ABŞ-Türkiyə dostluğunu yeni səviyyəyə qaldıracaq, nəticə.də Amerika müsəlman dünyasının içində etibarlı dost məkanı tapacaqdır - bütün bunlar isə Amerikanın qanı axan yaralarını sarıyan müttəfiqi Türkiyə Respublikasının düzgün mövqeyinin nəticəsidir.

Belə bir cəhət də heç vaxt yaddan çıxarılmamalıdır ki, İraq əleyhinə 1991-ci ildə aparılmış körfəz müharibəsində də Türkiyə Amerikanın uğurunun dayağı olmuşdur. 1991-ci ilin hərbi kampaniyasında İraqı məğlub etmək üçün Türkiyə Birləşmiş Ştattarla birləşmiş, öz bazalarını hava əməliyyatları aparan Amerika təyyarələrinin istifadəsinə vermişdi. Bu gün İraqın uçuş qadağasına aid edilmiş zonasına nəzarəti həyata keçirən Amerika hava qüwələri türk bazalarından istifadə edir. Bir anlığa fikir verin ki, müsəlman ölkəsi olan Türkiyə qonşu müsəlman ölkəsinə qarşı hərbi kampaniyada belə fəal rol oy-nayır. Bu, Türkiyə və Birləşmiş Ştatların smaqdan çıxmış əsl dostluğudur!

Müsəlman xalqı olan Pakistan 11 sentyabr 2001-ci ildən sonra Birləşmiş Ştatlarla dostluğunu ehtiyatlı təməl üzərinə keçirmişdir. Pakistan Əfqanıstanın qulağının dibində yerləşir. Pakistan prezidenti Pərviz Müşərrəfin düzgün jestinə cavab olaraq prezident Buş bu müsəlman ölkəsinə əl uzatdı və əməkdaşhq yarandı. Prezident Buş öz dostluq əlini Əfqanıstanın həndəvərində olan digər müsəlman ölkəsi Azərbaycana da uzatdı. Prezident tezliklə başa düşdü ki, 1992-ci ildə bu ölkəyə tətbiq edilmiş Azadlığı Müdafiə Aktının 907-ci maddəsi adlanan qanunun ləğvi istiqamətində iş aparmalıdır. Bu ədaləsiz qanun erməni müdafiəçilərinin ucbatından qüvvəyə minmişdi və Birləşmiş Ştatlar hökumətinin Azərbaycana köməyinə mane olurdu.

Qafqazın son tarixinə qısa baxış göstərir ki, 1992-ci ildə "xristian" Ermənistan xaincəsinə öz qonşusu Azərbaycana hücum etmişdir. Ermənilərin xüsusi qüvvələri ətraf təpəliklərdən qəflətən Azərbaycan kəndlərinə səssəmirsiz soxularaq şirin yuxuda olan beş min nəfərdən çox kişi, qadın və uşağın boğazmı kəsmişdir. Ermənistanın qon-şu Azərbaycana olan bu hücumu Amerika mediasında böyük həyəcan yaratmadı. Bu, birqədərəvvəl yaponların Perl Harbora hücumuna bənzəyən bir şey idi. İslamçı qrupların belə bir terrorçu hərəkəti bu il Nyu-York və Vaşinqton şəhərlərində baş verəcəkdi. Erməni təşkilatlarının tədbirli qurğusu və yerinə yetirmə cəhdlərinin kamilliyi nəticəsində son vaxtlara qədər dünya ictimaiyyəti Ermənistanın Azərbaycana təcavüzündən xəbər tutmamışdır.

Bu "xristian" ermənilər bir milyondan çox zavallı müsəlmanı eveşiyindən didərgin salmışdır. Müsəlman azərilərdən qamarlanmış torpaqların və mülkiyyətin əvəzində bu günə kimi onlara bir qara qəpik də əvəz ödənməmişdir. Öz Xəzər dənizi limanlarının hamısını Ermənistanın üzünə bağlayan Azərbaycan mübarizəyə başlamışdır. Beləliklə, onlar öz çoxillik düşmənlərini blokadaya almağa nail olmuşlar. Öz nəqliyyat xətlərindən Ermənistanın istifadəsindən də Azərbaycan imtina etmişdir. Başqa sözlə desək, Azərbaycan Ermənistanın hərbi və digər hər hansı yardım almaq üçün ən yaxın yolunu kəsmişdir.

Amerikanın erməni kolonistləri isə Azərbaycana xarici yardımı kəsmək üçün Birləşmiş Ştatların Konqresində iş aparmağa başlamışdır. Birləşmiş Ştatlarda amerikaliazərbaycanlı lobbisi yoxdur, ona görə də Azərbaycanın Ermənistanı "qanunsuz blokadada" sax-ladığını elan edərək federal qanun qəbul edilməsi ermənilər üçün asan məsələ oldu. Bu amerikan-erməni kolonist qanunvericiliyinə əsasən Amerikanın Azərbaycana xarici yardımının qarşısına sədd çəkiləcək və nə qədər ki, Azərbaycan hökuməti öz limanlarını ermənilərin üzünə bağlamışdır və onlar öz hərbi yardımlarını alaraq Azərbaycan əleyhinə müharibə apara bilmirlər, həmin qadağa davam edəcəkdir.

Azərbaycanla əməkdaşlıq yaratmaq qərarma gəlmiş prezident Buş 1992-ci ildə erməni qəyyumluğu ilə qəbul edilmiş Azadlığı Müdafiə Aktının 907-ci maddəsini ləğv etməyi Konqresdən xahiş etdi. Prezident belə bir qərara gəlmişdi ki, Azərbaycana kömək edilməsi amerikalıların ən böyük marağıdır. Prezident müəyyən etmişdi ki, terrorizmlə müharibədə müsəlman Azərbaycanmın vacib müttəfiq kimi Amerikanın tərəfində olması geosiyasi vəziyyətlə əlaqədar təxminən Pakistanla tən gəlir.

Soruşula bilər ki, bəs Əfqanıstana Azərbaycan kimi yaxın olan Ermənistan terrorizmlə mübarizə istiqamətində nə etmişdir? Cavab "heç nə"dir! Ermənistanın qoşunlara, silah-sursata ehtiyacı vardır ki, 1992-ci ildə öz müsəlman qonşusu Azərbaycandan qanunsuz yolla zor gücünə qamarladığı torpaqları əldə saxlaya bilsin. Bu vaxt ərzində amerikan-erməni kolonistləri Birləşmiş Ştatlarda xeyli iş görmüşdür. Nyu-Yorkda fəaliyyət göstərən amerikan-erməni hüquqşünası Van Qriqoryan Amerikanın Erməni Assembleyasına başçılıq edir. Mister Qriqoryan bəyan etmişdir ki, onun təşküatı "onların" 1992-ci ildə qəbul edilmiş Azadlıq Aktının 907-ci maddəsi adlı federal qanunun ləğvinə etiraz edir, belə ki, Birləşmiş Ştatlar-Azərbaycan əməkdaşlığından qorxmaq üçün Ermənistanın ciddi əsasları olacaqdır; bu, onların iki yüz yaşı olan "qədim" vətənlərinə ziyan vuracaqdır.

Nyu-Yorklu amerikan-erməni (Qriqoryan - Z.A.) 1993-cü ildə Ermənistanla müharibəyə kömək üçün Üsamə bin Ladenin adamlarının bir neçə qrupunu dəvət etdiyinə görə Azərbaycan hökumətini ittiham edir. Əslində isə bin Ladenin öz pulunun çoxunu Ermənistanda saxlaması haqqında ABC agentliyi xəbər yaymışdır. Nəticədə amerikan-erməni kolonistləri həmin şəbəkəyə saysız-hesabsız məktublar və elektron poçt məktubları göndərərək, habelə çoxlu telefon zəngləri edərək həmin faktın bəyan edilməsinə öz etirazlarını bildirmişdir.

Həqiqət ermənilər üçün vacib element deyiidi. Onlar üçün ən vacibi o idi ki, televiziya ekranlarında həmin əhvalat Ermənistanın üzərinə pis kölgə salmışdı. Terrorizmlə müharibə haqqında danışarkən bu amerikan-erməni hüquqşünası aşağıdakı bəyanatı vermişdi: "Dünya terrorizminin kökünü kəsmək istəyən Birləşmiş Ştatlar Administrasiyasının istəyini biz başa düşürük. Buna baxmayaraq, Ermənistan da ön cəbhə ölkəsidir. Biz terrorizmlə əlaqədar Birləşmiş Ştatların apardığı müharibə cəhdlərinin Azərbaycana qarşı da yönəlməsini görmək istəyirik. Azərbaycana vəd edilən köməyin hər bir forması Ermənistana qarşı yonəıəcək, nəm Ermənistana, həm də Dağlıq Qarabağa qarşı hədələrin və risqlərin artmasına səbəb olacaqdır".

Tamamilə aydındır ki, müsbət müttəfiqlərin axtarılması işində digər üzvlərlə birlikdə mümkün qədər çox müsəlman ölkəsinin koali-siyaya cəlb edilməsi Birləşmiş Ştatların ən əsas maraqlarındandır. Amerikan-erməni assembleyasının sədri də bü mübarizəyə öz payını verməlidir. Bunun əvəzində isə onun təşkilatı kütləvi telefon zəngləri və məktub yazmaq kampaniyası ilə Birləşmiş Ştatların Konqres üzvlərinə hücuma keçərək 1992-ci ildə qəbul edilmiş 907-ci qanun bəndinin ləğvinə aid prezidentin xahişini rədd etməyə onların razılığını almağa cəhd göstərir. Bu özündən müştəbeh amerikan-erməni kolonistləri Birləşmiş Ştatların Azərbaycanla hər hansı dostluq münasibəti qurmasını istəmirlər. Onlar Birləşmiş Ştatlar hökumətinin ermənilər haqqında həqiqəti üzə çıxaracağından və 1992-ci ildə onların qonşularından qamarladığı torpaqların geri qaytarılmasmada Azərbaycana köməklik göstərəcəyindən qorxurlar. Bu erməni-amerika kolonistləri Birləşmiş Ştatların lerrorizmlə müharibəni udmasından daha çox öz çırpışdırdıqları torpaqları əldə saxlamağın daha vacib olduğuna inanırlar.

1918-ci ildən başlayaraq Birləşmiş Ştatlardan maliyyə və mənəvi dəstəyi qazanmaqda bu erməni-amerika kolonistləri çox uğurlar əldə etmişlər. 1991-2001-ci illər arasında onlar Amerika federal hökumətindən Ermənistan üçün 1.4 milyard dollardan artıq pul almışdır. Yer üzünün hər hansı bir millətində adambaşma illik gəlir güman ki, bundan yüksək ola bilməz. Yada salanda ki, eyni müddət ərzində Rusiya Ermənistana bir milyard dollarlıqdan çox hərbi yardım və silah vermişdir, adam az qala havalanır. Ermənistan öz üzdəniraq müstəqil respublikasında hərbi bazalar tikməyə və onları təmin etməyə rusları dəvət etmiş, üzü Türkiyəyə baxan ərazidə onların bazalarının müftəmüsəlləm yerləşməsinə imkan vermiş və əlbəttə ki, əvəzində ruslar ermənilərə öz sevinclərini izhar etmişdir.

Amerikanlar üçün neft faktoru da vardır. 11 sentyabr hadisələri son onillikdə neftin qiymətinin sabit surətdə qalxmasını bir daha təs-diq edərək prezident Buşun dünyada yanacaq ehtiyatları ilə zəngin olan ölkələrlə, o cümlədən müsəlman ölkələri ilə dostluq yaratmaq cəhdlərinin düzgünlüyünü sübut etdi. Bütün müsəlman millətləri ilə əsl dostluq qurmağa cəhd göstərən ABŞ prezidenti düzgün siyasət yürüdür. Lap bu yaxınlara kimi Sovet Ermənistam adlanan bu ölkəyə, Qafqazdakı müttəfiqimizə peşkəş kimi verilən Birləşmiş Ştatların vergi ödəyənlərinin çətinliklə qazandıqları puldan başqa heç nə istəməyən erməni kolonistlərinin amerikalıya yaraşmayan özündən müştəbeh davranışı nəticəsində Amerikada həm vaxt, həm də hamının səbri tamamilə tükənmişdir. Hətta bu gün də ermənilər özlərini elə aparırlar ki, sanki onların ölkəsi hələ də Vladimir Putinin Rusiyasının peykidir. Birləşmiş Ştatların erməni kolonistləri isə Ermənistandakı müttəfiq həmvətənlərini ABŞ dollarları ilə mükafatlandırır.

Son illər ərzində Ermənistanda baş vermiş hadisələr haqqında öyrəndiklərini bir neçə humanitar hüquq təşkilatı çap etmişdir. Bu təşkilatlararasında Birləşmiş MillətlərTəşkilatının İşkəncələrƏleyhınə Komitəsi, Beynəlxalq Amnistiya, Dünya Mətbuat Xülasəsi və Dünya İnsan Haqlarına Nəzarət Hesabatı da vardır.

Bu təşkilatlar öyrənmişdir ki, Ermənistanda insanların siyasi və şəxsi azadlığının geniş miqyaslı pozulması vardır. Siyasi partiyaların fəaliyyəti qadağan olunmuşdur və namizədlərə ictimai idarə açmağa icazə verilmir. Məşhur yerli diktator rəsmilərinə isə ölkə rəhbərliyi üçün "farağat dur" namizədləri hazırlamaq icazəsi verilmişdir. Seçkilər başa çatanda və yerli "farağat dur" seçiləndə kimin öz arzu-ladığı "farağat dur" namizədinisə vəzifəyə təyin edirlər.

Erməni qanunverici orqanlarında bu sui-istifadə dolu proses qaydalarına nəzər salın:

• Axtarış üçün icazəsi olmayan ölkə polisi vətəndaşın evini axtara və əmlakmı götürə bilər.

• Cinayət işlərində müdafiə olunanlara əksər hallarda şəxsi seçimi ilə vəkil tutmağa icazə verilmir.

• Ölkə polisi tez-tez vəkillərə təzyiq göstərir.

• Vəkillərə həbsdə yatan müştəriləri ilə birbaşa əlaqə saxlamaqdan imtina edilir.

• İş məhkəməyə getməzdən qabaq vəkillərə bütün şahid ifadələrini yoxlamaq imkanı verilmir.

• Vəkillərin ailə üzvlərinə təzyiqlərə yol verilir. Günahlarını boynuna almaq üçün ölkə polisi müdafiə olunanlara tez-tez işkəncə verir. Üstəlik, əgər ittiham edilən şəxsin sübutu varsa, onun günahsız olduğunu sübut etmək vəkilin boynuna düşür.

Ermənistanda azad mətbuat adlana bilən çox az şey vardır. Faktiki olaraq çap və daşınına işlərini ölkə hökuməti yerinə yetirir. Hökumətə sərf etməyən yazıların dərcindən sonra bəzi qəzetlər bağlanmışdır. Qəzet müxbirləri həbs edilmiş, hətta qətlə yetirilmişdir. Tele-viziya stansiyaları dövlət nəzarəti altında olduğu üçün müxalifət liderləri haqqında informasiya hətta yarıda kəsilir.

Kilsənin fəaliyyəti dünya xristianlığı haqqında şübhə doğursa da, Ermənistan iddia edir ki, o, dünyanın ən qədim xristian ölkəsidir. Bəlkə buna görədir ki, Ermənistanda dövlət dininə qarşı belə geniş miqyaslı biganəlik vardır. Hər şey bir yana, axı bütün praktik səbəblərdən ermənilər ölkənin rəsmi kilsəsinə gedir və ya digər xristian inanclarına icazə verilmədiyi üçün, heç bir kilsəyə getmirlər. Bütün Ermənistanda kilsələrə gəliş zəifdir və təmirə ehtiyacı olan kilsə bınalarının çoxunun durumu pisdir.

Ermənistanda rəsmi dövlət kilsəsindən savayı hərhansı xristian inancı cəhdində bulunan, öz dininə tapmmaq istəyən müsəqil fərdlər narahatlıq və zorakılıq obyetinə çevrilirlər. Ölkənin konstitusiyası bütün erməniləri xristianlığın bu möhürünə tapmdırmaq üçün öz "rəsmi" kilsəsinə bütün səlahiyyətləri vermişdir və orada Xristə başqa cür ibadət üçün çox az nəfəslik vardır.

Siyasi motivlərə görə qətllər bu günkü Ermənistanda adi haldır. Ölkənin paytaxtı İrəvan şəhərinin meri dövlət idarələrindəki korrup-siya haqqında şikayətlənmiş və öldürülmüşdür. Etiraz etməyə cəhd göstərmiş çoxlu şəxs hakimiyyət dairələrinin sui-istifadə hallarından danışmış və qətlə yetirilmişdir. Baş nazir Vazgen Sarkisyan və Ermənistan Parlametinin daha yeddi üzvü paytaxtın ortasındakı qanunvericilik binası olan parlamentin iclas salonundaca güllələnərək qətlə yetirilmişdir.

Ölkə prokuroru, müdafiə nazirinin müavini və daxili işlər naziri öldürülmüşdür.

"Seçki prosesi" çat verir, dövlət rəsmilərinin sui-istifadəsi və qanundankənar hərəkətləri haqqında faktlar vardır. Bəlkə buna görədir ki, bu cür korrupsiyaya uğramış seçki sistemində səs vermək üçün çox az erməni özünü əziyyətə salır.

Müxalif siyasi partiyaların nümayişləri tez-tez polis tərəfindən dağıdılır, onların liderləri tutularaq uzun müddətə həbsxanalara salınır. Müxalif partiyaların nümayəndələrinin adları tez-tez sadəcə olaraq rəsmi seçki bülletenlərindən çıxarılır. Siyasi müxalifətin zorakılıq və qorxu yolu ilə susdurulması baş alıb gedir. Ölkənin son seçkilərindən birindən əvvəl beynəlxalq müşahidəçilər 1.019 şikayət almışdır. Seçkilər keçirilərkən bütün Ermənistanın məntəqələrində 1.770 nəfər müşahidəçi var idi. Belə bir yekun vuruldu ki, səsvermə məntəqələrində "tamamilə ağlasığmaz xaos" olmuşdur. İctimaiyyətlə seçki rəsmiləri arasında bir neçə qarşıdurma baş vermişdir. Seçki məntəqəsinə girməzdən qabaq və hətta birbaşa səsvermə kabinəsində necə səs verməli olduqları haqqında insanlara təzyiq hallarına yol verilmişdir.

Hökumət üçün bütün seçki məntəqələrinin içərisində və çölündə nəzarətçi zabitlərin yerləşdirilməsi adi hal olmuşdur. "Müşahidəçilərə" təsir göstərmək üçün seçki məntəqələrində həm də dövlət rəsmiləri var idi. Rəsmi hökumət siyahısında seçicilərin faktiki sayı haqqında da ciddi problem vardır. Əhalinin 25 faizi Ermənistandan köçüb getsə də, "səsvermə hüquqlu" seçici siyahısı uzanmaqda davam edir.

Erməni qanununa görə bütün seçicilər adları və anadan olduqları tarix əsasında qeydiyyatdan keçirilir. Siyahıda peyda olmuş yeni adların çoxunda doğulduğu tarix göstərilmədən şəxslərin adları dövlətin rəsmi seçki siyahısına salınınışdı. Hökumət izah edir ki, bu şəxslər inqilabdan qabaq doğulmuşdur və kimin haçan anadan olması haqqında sənəd-sübutu yoxdur. Əlbəttə ki, belə xəyali seçicilərlə şübhəli bülletenləri qutuya ataraq seçkilər "keçirmək" adi məsələdir.

Hökumət tərəfindən təsdiq edilmiş qanuna əsasən namizədlərin siyasi afişaları həm seçki məntəqəsinin çöl, həm də içəri divarmdan asılmalıdır. Əgər diktatorlar namizədi bəyənmirsə, onda səs verilən ərazidə həmin adamın şəklini asmağa vətəndaşların ümumiyyətlə hüququ yoxdur. Bülletenlər sayılarkən müxalifət nümayəndələrinin və ya onların tərəfdarlarının iştirakına yol verilməməsi də adi haldır. Qeydə alınmış seçicilərin dəqiq sayını bilmək, onlardan neçəsinin səsvermədə iştirak etdiyini və ya hər namizədə neçə səs verildiyini öyrənmək də çətindir.

DAĞLIQ QARABAĞ

Qarabağın tarixi kökləri dövrə gedib çıxır. Bu, Azərbaycanın tarixi əyalətlərindən biridir. Bu region Azərbaycanın vacib siyasi, mədəni və mənəvi mərkəzidir (və ya bəlkə də "formalaşmışdır" deyilsə daha yaxşıdır). 1918-ci ildə Ermənistan cırtdan respublika kimi peyda olar-olmaz öz qonşularına - Gürcüstan, Osmanlı İmperiyası və Azərbaycana saxta torpaq iddiaları irəli sürdü. Bədnam "Qarabağ problemi" ermənilər tərəfindən saxta iddialar əsasında yaradılmışdır.

Eramızdan qabaq dördüncü əsrdən eramızın səkkizinci əsrinə kimi Azərbaycanın indiki Dağlıq Qarabağ ərazisi Şimali Azərbaycanın ən qədim dövləti olmuş Qafqaz Albaniyasının əyalətlərindən biri idi. 1992-ci ildə ermənilər oranı vəhşicəsinə işğal edənə kimi Qarabağ heç vaxt Ermənistanın bir hissəsi olmamışdır! Ermənilər özlərinin Bibliya patriarxı Nuhun neçənci nəvəsisə olmuş Haykın törəməsi olduqlarını iddia etməyi sevirlər. Nuhun gəmisinin Ararat dağına yan alaraq istirahət etdiyi güman olunduğu üçün, ermənilər belə bir nəticə çıxarırlar ki, şərqi Anadolu ermənilərin əsl qədim vətəni olmalıdır. Bu vəhşi iddia yalanlardan başqa heç nəyə əsaslanmır, ortada nə elmi, nə də arxaeloji dəlilsübut yoxdur. Tarix-çi Avqustin Kərrier bu iddianı qətiyyətlə rədd edir.

Əsl həqiqət isə burasındadır ki, hətta 1800-cü illərdə bütün Qafqaz regionunda çox az erməni var idi. Xristian erməniləri erkən və orta 1800-cü illərdən başlayaraq ruslar tərəfindən Qafqaza gətirilmiş və onlara torpaq verilmişdir - həmin torpaqları ruslar silah gücünə ərazidən dərbədər saldıqları müsəlmanlardan almışdı. Rusiya 1826-cı ildən Qafqazı ilhaq etməyə başladı. Bu dövrə aid olan rus sənədlərinə əsasən Qarabağda doxsan min adam yaşayırdı. Orada 1 böyük şəhər və 600 kənd var idi, onlardan yalnız 150-si erməni kəndi idi. On doqquzuncu əsrin sonları üçün və müsəlmanların zorla köçürülməsindən sonra ermənilər əhalinin çoxluğuna çevrildi. 1828 və 1830-cu illər arasında 130,000 ermənini rusların bura gətirərək onlara müsəlman torpaqlarını və evlərini peşkəş etməsinin səbəbi bu idi ki, müsəlmanlardan fərqli olaraq ermənilər rus xristian kilsəsini müdafiə edəcəkdi.

1907 və 1912-ci illər arasında ruslar daha 500,000-dən çox erməninin İrandan və Osmanlı İmperiyasının torpaqlarından əhalisinin əksəri azərbaycanlı müsəlman olan Qars, İrəvan və Yelizavetpol (Gəncə - Z.A.) əyalətlərinə köçməsinə yardımçı oldu. Ərazidə etnik gərginlik yaradan bu hərəkətin planı ruslar tərəfindən cızılmışdı, onlar bu yolla regionda öz hegemonluğunu gücləndirmək istəyirdi. Başqa sözlə, Rusiya öz geosiyasi maraqlarından çıxış edərək zor gücünə ərazinin demoqrafiyasını dəyişirdi. Bu prosesdə azərbaycanlılar və digər müsəlmanlar qurban verilir, bu qurbanların torpaqlarına və əmlaklarına sahib çıxan ermənilər isə xoşbəxt harmlara çevrilirdi.

1890-cı ildə ermənilər siyasi təşkilat yaratdılar - Daşnaksütyun. İran və Türkiyədən gələn erməni miqrantların ərazilərini birləşdirmək məqsədinə çatmaq üçün bu təşkilat terrorızın və silahlı qiyamlardan istifadə edirdi. 28 may 1918-ci ildə müsəlman dünyasında ilk demokratik ölkə olan Azərbaycan Demokratik Respublikası yarandı. Gənc respublikanın atdığı ilk addımlardan biri öz qonşuları ilə normal münasibətlər yaratmaq cəhdi oldu. Mövcudluğunun ikinci günü Azərbaycan İrəvan şəhərini Ermənistan Respublikasına verdi; axı, müsəqilliyini elan etsə də, Ermənistanın siyasi mərkəzi yox idi. Yeni ölkə olan Ermənistan cəmi 400,000 nəfər sakini ilə yalnız İrəvan və Eçmiadzin rayonlarından ibarət idi. Azərbaycan əməkdaşlıq və sülh istiqamətində iş aparanda Ermənistan öz cırtdan ölkəsi üçün terror yolu ilə daha çox torpaq qamarlamaq istiqamətində vurnuxurdu.

Ermənilər Gürcüstana müharibəni uduzandan sonra ikinci hücum üçün Azərbaycanı seçdilər. Bu müharibə ərzində xristian ermənilər 115 Azərbaycan kəndini xaraba qoydular, 7.000 nəfərdən çox adamı öldürdülər və 50,000-dən çox müsəlmanı ev-eşiyini ataraq qaçmağa məcbur etdilər. Lakin azərbaycanlılar döyüşə atılan kimi ermənilər qaçıb getdilər.

Hətta Azərbaycandan kənara atdırılandan sonra da 1920-ci ildə erməni liderləri Qarabağ, Naxçıvan və Zəngəzurda partizan-cəza hücumları vasitəsi ilə Azərbaycandan torpaq qamarlamaq cəhdlərıni davam etdirirdilər. Məhz həmin il rus bolşevikləri Azərbaycanı işğal etdi, bir qədər sonra isə bircə atəş də açmadan Ermənistanı götürdü.

Hətta rus kommunistləri razılaşırdı ki, Qarabağ Azərbaycanın hissəsidir. Ruslar çox ağlabatan qərar qəbul etmişdi. Qarabağa gedən yeganə yol Azərbaycanın paytaxtı Bakıdan keçirdi. Qarabağdan Ermənistana heç bir yol yox idi. 1980-ci illərin axırlarında Sovet İttifaqı çatlar verəndə ermənilər müsəlman Azərbaycanmm Qarabağdakı xristianlara ayrı-seçkilik etməsi iddiasını qaldırmağa başladılar. Bu, sadəcə olaraq doğru deyil. Əsl səbəb o idi ki, ermənilər öz cırtdan ölkəsini böyütmək istəyirdi.

Qarabağda yaşayan ermənilər öz Ermənistan ölkəsindən olan dostlarının fitvası ilə müsəlmanları ev-eşiklərindən bir daha qovdu və heç kim tərəfindən tanınınamış de-fakto Dağlıq Qarabağ Respublikası yaratdı. Erməni liderləri bu regionun daxilində baş vermiş qiyamın onlara qətiyyən dəxli olmadığını bəyan etdilər. Öz etnik tənizləmə hərəkətlərinə münasibətdə dünya ictimaiyyətini aldatmaq stəyən ermənilərin daha bir uydurma nağılı!

Bu zavallı ermənilərin inandığı kədərli fakt belədir ki, guya müdafiəsiz müsəlman azərbaycanlılarını ev-eşiklərindən qovmaqla onlar türklərin əleyhinə apardıqları müharibəni udduqlarına inanırlar. Bu çaşmış erməni düşüncəsinə görə müsəlman azırbaycanlılarla müsəlman türklər eynidir. Ermənilər deyir ki, "biz allaha inanan millətik və həmişə türklərlə döyüşmüşük". Bu da o qədər həqiqət deyil, çünki ermənilər həmişə türklərlə döyüşməmişdir. 1890-cı illərdə diktatorların balaca quldur dəstəsi müsəlman torpaqlarını qamarlamaq iştahına düşənədək ermənilər müsəlman türkləri ilə beş yüz il əmin-amanlıq şəraitində yaşamışdır. Hətta ondan sonra da ermənilər heç vaxt türklərlə təkbətək döyüşməmişdir - ruslar həmişə ermənilərə kömək etmişdir.

Ermənilər iddia edirlər ki, onlar Qafqazda sonuncu əsl xristian ölkəsidir və düşmənlərlə əhatə olunmuşdur. Onlar Gürcüstanın da xristian ölkəsi olduğunu və Ermənistanın bu qonşu xristian ölkəsi ilə də müharibəyə başladığını yada salmırlar.

Keçən illər ərzində Qarabağa olan vəhşi iddialarını heç kəsin müdafiə etməməsinə başlıca səbəbinin onların arasında yolun olmamasından ermənilər dərs almışlar. Bu gün Ermənistanın ən yax-şı yolu erməni paytaxtı İrəvandan de-fakto Dağlıq Qarabağ Respublikasına olan yoldur. Əgər Ermənistan Qarabağın yeni ölkə olmasına kömək etməmişdisə, onda nə üçün onlara gözəl yol çəkmişdir? Həmin təzə yol ilə Qarabağa gedərkən çoxlu atılmış və xaraba qalmış müsəlman kəndi görərsən. Bu torpaq birbirinin ardınca müsəlman kəndlərindən "təmizlənir". Müşahidəçilərdən biri kədər içində dedi: "Təmizlənmiş kəndlərin parçalanmış divarlarına baxar-kən məni ürək bulanması çuğlamışdı".

Erməni liderləri iddia edirlər ki, Qarabağın "təsdiq edilmiş" qonaqları hər yerə gedə və hər şeyin şəklini çəkə bilərlər. Həqiqət isə be-lədir ki, "təsdiq edilmiş" qonaqlar daim müşaiyət olunur və onlara nə hərəkət azadlığı, nə də şəkil çəkmək azadlığı verilmir. Ermənilərin total dağıdıcılığınaçoxlu nümunələrdən biri Azərbaycanın Ağdam şəhəridir. On il qabaq orada çoxsaylı Azərbaycan müsəlmanı yaşayırdı. İndi isə ora tamamilə dağıdılmışdır və kimsəsizdir. Yalnız talançılığın xarabalıqları qalmışdır. Bu, Qarabağdakı hər bir müsəlman azərbaycanlı şəhəri və kəndi üçün tipık mənzərədir.

I Dünya Müharibəsi başa çatandan sonra Ermənistan Müttəfiqlərin Sülh Konfransından tələb edirdi ki, Osmanlı İmperiyası onlara dəyən ziyanın əvəzində təzminat ödəməlidir. Müttəfiqlər erməniləri dinlədi və onlara heç nə vermədi. Ermənilərin bu günkü nəsilləri də indi tələb edir ki, I Dünya Müharibəsindəki ziyana görə Türkiyə onlara təzminat verməlidir. Ermənilər belə bir təklif irəli sürmüşdür ki, üzvləri türklərdən və ermənilərdən olan barışıq komissiyası yaradılmalıdır.

Ermənilər on doqquzuncu əsrdə rusların tətbiq etdiyi, sınaqdan çıxmış taktikanı həyata keçirməyə cəhd göstərirlər - müsəlmanları evlərindən və torpaqlarından zorla köçürmək, onlara heç nə ödəməmək, sonra isə həmin torpaqlarda xristian ermənilərini yerləşdirmək. Madam ki, Ermənistan Azərbaycan torpaqlarını ələ keçirmişdir, indi ermənilər oraları soyub-talayıb oğurlayana, daşmmalı hər şeyi daşıyana qədər, bir sözlə, ölənə kimi həmin məsələ haqqında danışıqlar aparmaq istəyir. Eyni zamanda, Türkiyə müsəlmanlarını vahiməyə sala bilməyəcəklərini anlayan ermənilər barışıq komissiyaları vasitəsi ilə onlarla da danışıqlara getmək istəyirlər.

Türk-erməni komissiyasının yaradılması Ermənistanın "heç nə vermədən nəsə qazanmaq" mənasında danışıqlar vasitəsilə yol ax-tarmasına daha bir nümunədir. Cırtdan Ermənistanın Azərbaycanın başına açdığı oyunları Türkiyənin də başına açması üçün yolu yoxdur. 1970-ci və 1980-ci illərdə erməni qatilləri bütün dünyanı dolaşaraq çoxlu türk diplomatını qətlə yetirdi, qətllərin bir neçəsi burada, Birləşmiş Ştatlarda baş vermişdi.

70 il ərzində Sovet ittifaqmm bir parçası olmuş Ermənistan yenıdən müstəqillik qazanaraq 1992-ci ildə ruslardan bir milyard dollarlıqdan artıq silah-sursat və avadanlıq peşkəş alaraq qonşu Azərbaycan üzərinə daha bir əsassız hücuma keçdi. Bu erməni xristianları silah gücünə bir milyondan çox zavallı müsəlmanı ev-eşiyindən qovaraq qonşu torpaqlarının 20 faizini Lşğal etdi. Keçən bu on il ərzində həmin ermənilər Amerika hökumətinə fırıldaq gələrək 1.4 milyard dollarlıq "xarici yardım" aldı - güman ki, bütün dünyanın hər hansı ölkəsində adambaşma düşən illik gəlirdən daha çox! Hələ İsa Peyğəmbər adından bu terrorçu ölkəyə axıdılan Amerika xristian qruplarının topladığı milyonlarla dollar pul bura aid deyil.

Bu gün ermənilər öz xainliklərinin Osmanlılarla müzakirəsi üçün Türkiyə ilə "barışıq" adlandırdıqları komissiyada işləmək istəyirlər. Əsl erməni ənənəsindən xəbərdar olan türklər isə nə danışıqlara gedəcək, nə də ermənilərin bəd əməllərinə imkan verəcəkdir. Türklər belə bir faktı qəbul etməli və inanmalıdır ki, dünyada dolaşan bütün saxta nağıllar yalnız və yalnız erməni faktlarının variantıdır (heç vaxt həqiqətə əsaslanmayan) və onları müzakirə etməyə dəyməz.

"Barışıq komissiyası" haqqında əsas xəbər Turkish Times qəze-tinin 8 avqust 2001-ci il tarixli sayında dərc edilmişdi. Komissiya üzvləri adından birgə bəyanatda onlar elan etmişdi ki, "Biz hamımız belə bir fikirlə razılaşırıq ki, soyqırımın olub-olmamasına münasibət haqqında bu komissiya iş aparmır. Beynəlxalq birlik və biz artıq o məsələyə müzakirə obyekti olmayan fakt kimi baxırıq və bu fakt bizim müzakirələrin əsasıdır". Bu, qeyri-adi mövqedir. Barışıq komissiyasının nəzərə alması üçün ermənilərin təklif etdiyi gündəlik belədir: bu üzdəniraq komissiya heç kim tərəfindən rəsmi təsdiq edilməmiş özünütəyin qrupudur:

1. Ermənistanın Türkiyəni 100 faiz günahkar hesab etdiyi 1915-ci il soyqırımının Birləşmiş Ştatlar hökuməti tərəfindən tanmmasına nail olmaq. İlkin istinad nöqtəsi birbaşa ziddiyyətdir. Komissiya türk qəzetində bu yaxınlarda müsahibə vermişdir ki, soyqırım müzakirə obyekti olmayan faktdır; yaxşı, əgər belədirsə, onda Ermənistan nə üçün Amerikanı bu məsələyə qoşmaqda davam edir? Üstəlik, ermənilər türk qəzetindəki müsahibədə yenicə demişlər ki, soyqırım dünyanın bütün beynəlmiləl birliyi tərəfindən qəbul edilmiş faktdır. Əgər bu, həqiqi bəyanatdırsa, onda ermənilər Birləşmiş Ştatların təsdiqini nə üçün istəyir? Belə çıxır ki, son on ildə Amerikadan 1.4 milyard dollar pul yardımı dilənib alan Ermənistan Birləşmiş Ştatları beynəlxalq birliyin xalqı hesab etmir.

2. Türkiyədən ermənilərin köçürülməsinə görə Ermənistanın iddialarını müdafiə istiqamətində Birləşmiş Ştatların Dövlət Departamenti ilə iş aparmaq. Ümumiyyətlə, nə üçün Birləşmiş Ştatlar bu məsələyə müdaxilə etməli idi?

3. Türkiyənin mülki cəmiyyətinin liderlərini ermənilərin iddia etdiyi soyqırımın baş verməsinə inanmağa vadar etmək.

4. soyqırımın qəbul edilməsinin türklərin marağına cavab verdiyınə Türkiyə elitasını inandırmaq.

5. Türkiyədə geniş xalq kütlələrini ermənilərin iddia etdiyi soyqırımın baş verdiyinə öyrətmək.

6. Türk məktəblilərini ümumi əsaslarla yoxlamadan keçirərək babalarının 1915-ci ildə iyirminci əsrin ilk soyqırımı törətməsinə uşaqları inandırmaq.

7. Əgərtürklər komissiyanın yuxarıda diktə etdiyi direktivlərin hər hansı birini yerinə yetirməzsə, türk hökumətinin və xalqının "müasir mədəni millətlərin normalarına əsasən davranmaq üçün hazır olmadığı" təsəvvürünü yaratmaq.

Komissiyanın türk üzvü Ozdəm Sanberk bəyan edir ki, "bu istək həqiqətin tapılması üçün deyil, gələcəyin yeni üfüqlərini açmaq və qarşılıqlı anlaşmanı inkişaf etdirmək üçündür". Komissiyanın digər türk üzvü İltər Türkmən deyir ki, "tarixi ədalətin açılması komissiyanın vəzifəsi deyil".

Lakin bu amerikalı müşahidəçinin (Hovanissyanın - Z.A.) gördüyü tamamilə fərqlidir. Hər şeydən qabaq, bu müəllif hətta başa düşmür ki, nə üçün türklər yalnız erməni gündəliyinə əsasən tərtib edilmiş bu məsələni oturub müzakirə etməyə razılıq vermişdir. "Barışıq" iki tərəfin bir məcraya gəlməsi mənasını verir. Tamamilə aydındır ki, uzunmüddətli barışıq iclasları üçün ermənilər öz tələblərini yaxşı bəyan etmişdilər. indi isə "barışıq" üçün ermənilərin nə etməli olduğunu türklər deməli idi. Erməni tələbləri qarşısına türklərin qoya biləcəyi təkliflər bunlardır:

1. Madam ki, ermənilər yer üzünün ilk xristian milləti olduğundan fəxarət keçirirlər, onda qoy onlar sülhə tərəf ilk addım atmaqla öz inancını sübut etsinlər. Onlar üçün yaxşı başlanğıc babalarının beş yüz ildən artıq əminamanlıqda yaşadıqları Osmanlı İmperiyasını otuz il ərzində silah gücünə yıxmağa çalışdığını etiraf etmələri olardı.

2. Ermənilər etiraf etməlidir ki, onlar Osmanlı ərazisini nəzarətə almaq istəyən ruslarla birləşməklə Osmanlılara xəyanət etmişlər. Beləliklə, əhalinin əksəri olmasalar da, ermənilər müsəlman torpaqlarını müftəmüsəlləm ələ keçirmək istəyirdilər.

3. Ermənilər etiraf etməlidir ki, Osmanlıların özünü müdafiə etməyə və əksər erməninin rus hərbi əməliyyatlarında iştirakma görə bütün erməniləri döyüş xətlərinin arxasından köçürməyə qanuni hüququ olmuşdur. Bu, II Dünya Müharibəsi başlayanda Birləşmiş Ştatların amerikaliyaponları qərb sahillərindən köçürməsi kimi eyni hüquqdur.

4. Ermənilər etiraf etməlidir kr onlar 1915-ci il ərəfəsində və ondan sonra döyüş zonasının rus tərəfində türklərin qırılmasında iştirak etmişdir. Aydındır ki, həm ermənilər, həm də türklər öz həyatları hesabına dəhşətli itki vermişdir. Bu heç də ermənilərin iddia etdiyi kimi birtərəfli müharibə olmamışdır.

5. Ermənilər etiraf etməlidir ki, Ermənistanın diktatorhökuməti 1918-ci ildə boşa çıxmış torpaq qamarlamaq cəhdi ilə öz qonşuları Gürcüstan və Azərbaycanla əsassız və xaincəsinə müharibələr aparmışdır.

6. Ermənilər etiraf etməlidir ki, müasir Türkiyə bütün dinlərin üzünə açıqdır və keçən yeddi əsrdə bütün xalqlara Osmanlı İmperiyasının ən gözəl ənənləri əsasında tam dini azadlıq verilmişdir; bu günkü Ermənistanda isə dünyəvi dini azadlıq yoxdur. Ermənistanda bir dənə də işlək müsəlman məscidinin olmaması (heç birinin ümumi əsaslarla işləməsinə icazə verilmir) və bu günkü Türkiyədə çoxsaylı xristian kilsələrinin fəaliyyət göstərməsi faktının müqayisəsini aparın. Aydmdır ki, ermənilər öz torpaqlarında digər dinlərə qarşı çox dözümsüzdür. Onlar hətta digər xristian inanclılarının onların torpağına gəlib İsa Peyğəmbərə olan məhəbbətini bölüşməsinə belə icazə vermirlər. Ermənistanın dövlət tərəfindən bəyənilmiş bircə rəsmi kilsəsi vardır və bu, onların konstitusiyasında təsbit olunmuşdur. Bu gün Türkiyədə erməni kilsələrinin sayı Ermənistanın özündəkilərdən çoxdur.

7. Azsaylı xalqların hüquqlarının qorunması, onlara hörmət bəslənməsi və müdafiə olunmasının Ermənistan hökuməti tərəfindən təmin edilməsi üçün ermənilər iş aparmalıdır ki, müsəlmanlar da xristian erməniləri kimi eyni hüquqa malik olsunlar. Bu günün müasir dünyasındakı mədəni dövlətlər etnik təmizləməni qəbul etmir. Ermənilərdən fərqli inancına görə müsəlmanlardan yaxa qurtarmaq təcrübəsindən Ermənistan imtina etməlidir.

8. Ermənilər etiraf etməlidir ki, onlar 1800-cü illərin ortalarından başlayaraq müsəlmanları təqib etmişlər və müsəlmanların təqibi və onlara qarşı terrorızın bu gün də davam edir.

9. Ermənilər təminat verməlidir ki, komissiya üzvlərinin heç biri nə indi, nə də gələcəkdə konfliktdə maraqlı olmayacaqdır. Nəzərə alın: komissiya üzvlərindən biri olan Van Qriqoryan "maraq konflikti" məfhumunu işlətmişdi. O, bəyan edir ki, nə türklərlə, nə də Türkiyə ilə iş birliyi yoxdur. İxtisasca hüquqşünasvəkil olan Qriqoryan həm də təminat verəcəkmi ki, o, gələcəkdə Türkiyədən qovulduqları üçün Osmanlılardan və digərlərindən "ödənc" almaq istəyən erməni müştərilərinin maraqlarını müdafiə etməyəcək? Bir sual da soruşulmalıdır: Amerikalı hüquqşünas görəsən bu komissiyada nə edir?

10. Ermənilər həm hökumətlərinin, həm də dövlətlərinin belə bir etirafını almaq istiqamətində işləməlidir ki, 1890-cı illərdən başlayaraq onların yeganə kilsəsi terrorçu fəaliyyətləri müdafiə etmişdir; onlar belə terror hərəkətlərə son qoyulacağına vəd versinlər.

11. Ermənilər elə fəaliyyət göstərməlidir ki, Ermənistanın və erməni dövlətinin yeganə bəyənilmiş kilsəsi son otuz ildən artıq müddət ərzində ASALA, JCAG və digər terrorçu təşkilatlarının dünyanın hər yerində türk diplomatlarını və amerikalı tarixçini öldürmək cəhdlərini açıq və qapalı şəkildə müdafiə etdiyinə görə təəssüf hissi keçirdiyini bəyan etsin.

12. 1919-cu ildə Osmanlılardan "ödənc" almaq istəyərkən erməni hökuməti Paris Sülh Konfransında çox uzun və emosional təqdimat keçirmişdi. Sülh Konfransı kütləvi qırğınlar haqqında sistemli hay-küylər də daxil olmaqla bütün faktları dinləyəndən sonra "yox" deyərək ermənilərə "sıfır" vermişdi. Bu hadisə uzaq 1919-cu ildə həyata keçirilmişdi. İndi ermənilər həmin faktı qəbul etməli və ictimaiyyətə bəyan etməlidir ki, 1919-cu ildəki əhvalat bir daha gündəliyə çıxarılmamalıdır.

Barışıq yalnız o vaxt baş tuta bilər ki, hər iki tərəf səmimi, düzgün və ədalətli olsun. 16 oktyabr 2001-ci ildə hüquqşünas Qriqoryan Nyu-Cersidəki erməni radio saatının qonağı idi. Bu adam əvvəllər Vaşinqtonda Amerika Erməni Assembleyasının Dövlət və Qanunçuluq işləri direktoru olmuşdu, 1992-ci ildə isə Birləşmiş MillətlərTəşkilatında Ermənistanın daimi nümayəndəliyinin sədr müavini işləyirdi. İndi isə o, Birləşmiş Ştatlarda erməni biznes şurasının sədri və Erməni Assembleyası Direktorlar Şurasının sədridir.

Hüquqşünas Qriqoryan bəyan etdi ki, Sovet İttifaqının, soyqırımın və bir sıra başqa səbəblərin ucbatından ermənilər və türklər ehtiyacolan müxtəlif taleyüklü məsələləri müzakirə etmək və aradakı fərqləri həll etmək üçün heç vaxt imkan tapmamışdır. O deyir ki, erməni baxışını qəbul etmək üçün onlar Birləşmiş Ştatlar hökumətinə lobbiçilik etmiş, erməni mövqeyinin türk hökumətinə və digər ölkələrə çatdırılmasını istəmişlər.

Bu adam necə həmin komissiyanın yaxşı üzvü ola bilər ki, eyni zamanda o, saxta soyqırımı Birləşmiş Ştatlar hökumətinin tanıması istiqamətində iş aparır? Erməni hüquqşünası bəyan etmişdir ki, Beynəlxalq Tətbiqi Ədalət Mərkəzi erməniləri və türkləri birbirindən ayıran qanuni mətləbləri aydınlaşdırmaq işini maliyyələşdirməyə hazırlaşır. O, həmin üzdəniraq barışıq komissiyasını özünün yaşadığı Nyu-York şəhərində yerləşdirmişdir. Komissiyanın Nyu-York şəhərində yerləşməsi səbəbini o, Beynəlxalq Tətbiqi Ədalət Mərkəzinin həmin şəhərdə olması ilə izah edir. Ermənilərin tələbləri əsasında türklərin hər şeyi etməli olduğuna əsaslanaraq belə bir sual verilə bilər: O necə Beynəlxalq Mərkəzdir ki, Türkiyəyə heç nə vəd etməyən bir cırtdan ölkənin birtərəfli saxta mövqeyini müdafiə edir? Əgər onlar öz çirkli əllərini türk ciblərinə soxan Ermənistanı müdafiə edirsə, onda ədaləti necə müdafiə edə bilərlər? Türklərin barışığa ehtiyacı yoxdur - onların istədiyi yalnız budur ki, qonşusu özünü "mədəni" ölkə kimi aparsın və öz terrorçu fəaliyyətinə son qoysun.

Ermənilər haqqında Qriqoryan deyir ki, "Birləşmiş Ştatlarla daimi əlaqələr - inanırıq ki, həmin əlaqələr daha da inkişaf edəcəkdir - və K Rusiya ilə daimi əlaqələr". Bu hüquqşünasın demək istədiyi budur ki, 1918-ci ildə onların cırtdan ölkəsi yaradılandan sonra Ermənistan hər iki tərəflə oyun qurmuşdur və heç nə vermədən nəsə almaq adlı bu ikibaşlı siyasət bundan sonra da davam etdiriləcəkdir. Bu cəhətə fikir verin: Erməni hökuməti iddia edir ki, onlar özlərini türklərdən müdafiə etmək üçün rusları öz ölkələrinə dəvət otmişdir. İndi isə bu Nyu-York ermənisi iddia edir ki, onların həm Birləşmiş Ştatlar, həm də Rusiya ilə işləmək imkanı vardır. Bu, eyni zamanda hər iki tərəfin adından öz ağzı ilə damşmaq imkanı erməni bacarığının daha bir klassik nümunəsidir.

Təəssüf hissi ilə demək lazımdır ki, daha nəsə qoparmaq üçün daha kimisə tapmaq kimi erməni taktikaları gələn nəsillər boyu da davam edəcəkdir. Görün Qriqoryan bu barədə nə deyir: "Kimisə öz ailəmiz hesab etməyimizə bizim hər hansı birimizin nə sözü ola bilər? Hər bir münasib məqamda mən özümü uşaqlarını haqqında düşünən görürəm; uzun müddət ərzində biz Vaşinqtonda lobbiçiliklə bağlı iş aparırıq. Mənim uşaqlarını böyüyəndə eyni strategiyanı işlədərək və eyni kərpic divarları döyəcləyədöyəcləyə eyni işləri görəcəklərmi? Və ya onlar elə bir yeni cığır açacaqlar ki, müasir əlaqələri nəzərə alaraq Türkiyə tərəfindən blokadaya alının Ermənistandakı ermənilər həmin cığırı daha münasib sayacaqlar?"

Aydındır ki, Qriqoryanın mövqeyi və uşaqlarını təlim etməsinə əsasən demək olar ki, heç nə dəyişməyəcəkdir.

Yer üzünün müsəlmanları Birləşmiş Ştatların həqiqət və ədalət bahasına Ermənistanı müdafiə etdiyini anlayır. Dünya müsəlmanları başa düşür ki, Amerika Azərbaycana xarici yardımı kəsmişdir, çünki Konqresə əli çatan erməni-amerikan lobbiçiləri Azərbaycana qeyri-qanuni embarqo qoyulmasına nail olmuşdur. Axı, Ermənistana göndərilən hərbi yardımm Azərbaycan ərazisindən daşmmasına, ölkənin liman və yollarından istifadə olunmasına Azərbaycan imtina etmişdir! Birləşmiş Ştatların belə qərar çıxararaq Azərbaycana xarici yardımı kəsməsinin bu məsələyə nə dəxli var? Əgər Meksika bizə hücum etsəydi, sonra isə hərbi ləvazimat almaq üçün Texas ştatının limanlarından istifadə etmək istəsəydi Birləşmiş Ştatlar eyni cür hərəkət etməzdimi? Hər bir ağlı başında olan adam razılaşar ki, əgər biz Meksika ilə müharibə vəziyyətində olsaydıq və Meksika hərbi ləvazimatın bizim limanlarda qəbui edib yayacaqdısa, buna Birləşmiş Ştatlar heç vəchlə icazə verməzdi.

Bu kitab Ermənistanın terrorçu fəaliyyəti ilə başlanmışdı. Kitabın eyni mövzu ilə başa çatması çox təbiidir. 5 oktyabr 2001-ci ildə BBC Azərbaycanın Qarabağla olan sərhədində yerləşən Qazax rayonundakı (Qərbi Azərbaycan) Quşçu-Ayrım kəndində oktyabrın 1-də baş vermiş faciə haqqında məlumat verdi. Kəndlilərin məlumatma görə, erməni snayperi atəş açaraq otuz üç yaşlı çoban Həmid Vəliyevi öldürmüşdür.

Arsen Teymurov 1978-ci ildə Qarabağda erməni ailəsində doğulmuşdur. Gənc yaşlarında o, Ukraynaya köçərək baptist inancına tapmmışdır. 2002-ci ilin əvvəllərində o öz anası ilə yaşamaq üçün Qarabağa qayıtmışdır. 25 fevral 2002-ci ildə o, Stepanakertdəki evində ona qonaq gəlmiş baptistlərin kiçik qrupunu qəbul etmişdir. Evdə sitayiş ayini yerinə yetirilərkən bir neçə yerli vətəndaş da dəvət edilmişdi.

Səhərisi gün, 26 fevral 2002-ci ildə yerli polis onun mənzilinə hücum çəkərək axtarış apardı və bütün dini materialları, audiokasettəri və filmləri sübut kimi götürdü. Arsen və ona qonaq gəımış bütün baptislər həbs edilərək sorğusual üçün yerli polis məntəqəsinə aparıldı. Qonaq baptistləri sonra azad etdilər, Arsen isə deportasiya sənədləri hazırlanana qədər həbsxanada saxlandı; sonra ona anadan olduğu torpağı tərk etmək əmri verildi. Onun Qarabağdan qovulmasının yeganə səbəbi isə bu idi ki, o öz baptist xristian inancını ailəsi və dostları ilə bölüşürdü.

Hər bir xristian amerikan özündən xəbər almalıdır ki, "xristian" Ermənistanı və Qarabağı nə sayaq yerdir? Xristianlar faktlara əsaslanaraq özlərindən soruşmalıdır ki, onların milyardlarla vergi dolları Ermənistana axmaqda davam etməlidirmi? Məgər Birləşmiş Ştatlar müsəlman Azərbaycanına ayrı-seçkiliklə yanaşmaqda davam etməlidir ki, nə varnə var "xristian" Ermənistanı 1.4 milyard dolları sərf edərək Birləşmiş Ştatların Konqres üzvlərini seçkilər vaxtı satın alaraq onlara təsir göstərməyə cəhd etsin?

Ermənilər hələ də öz işindədir, müsəlmanları torpaqlarından təmizləməkdə davam edirlər, bu, yalnız ona görə belədir ki, müsəlmanların Allaha inamı onlardan fərqlidir. Sərhəd boyunca snayperlər işlədərək azərbaycanlıları vahiməyə salan və onları köçməyə məcbur edən ermənilər irəli sürünə bilərlər ki, sonra bir qara qəpik də ödəmədən Azərbaycan torpaqlarını qarışbaqarış qamarlasmlar. Müsəlmanları qətlə yetirəndə, onların malqara sürülərinin axırına çıxanda olduğu kimi. Mədəni dünyanın heç bir yerində belə davranış yoxdur və Amerika bu cür terrorçu ölkəyə sədəqə verməyi dayandırmalıdır!


Стр.| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |