КАРАБАХ в ДОКУМЕНТАХ

 

 Начало | БИблиотека | Фото факты | Картинная галерея | Ссылки | Форум | ОпросПоиск в google | AZAD QARABAĞ |

ERMƏNİSTAN terrorçu "xristian" ölkənin gizlinləri

ERMƏNİSTAN

terrorçu "xristian" ölkənin gizlinləri

Samuel Uimz

Стр.| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |


GİRİŞ

Ermənilər haradan ortaya çıxmışdır? Cavab tapmaq üçün çox uzaq tarixə nəzər salmağa ehtiyac yoxdur. İndi müasir günün Ermənistanı adlanan ərazinin başlanğıc nöqtəsi qanla doludur - müsəlman qanı ilə! 1820-ci ildə çar Rusiyası özünün bir əsrlik arzüsunu - ilıq sulu limanları ələ keçirmək arzusunu yerinə yetirmək üçün imperiyanın sərhədlərini genişləndirmək cəhdlərinə başladı. Aralıq dənizinə və digər açıq dənizlərə çıxmaq üçün çar Rusiyası onun yolunu kəsən Osmanlı İmperiyasının torpaqlarının işğalına girişdi.

Rus silahlı qüvvələri işğal kampaniyasına başlamazdan əvvəl ölkədə yaşayan Osmanlı müsəlmanlarının inamını qırmaq məqsədilə xristianları səfərbər etmək üçün çar agentlərini bu ölkəyə göndərmişdi. Özləri də ortodoks xristianları olan ruslar düşünürdülər ki, qarşı tərəfdəki eyni din daşıyıcıları olan yunanlar, Balkanlarda yaşayan slavyanlar və ermənilərlə onları birliəşdirən ümumi cəhətlər vardır. Ruslar ilıq sulu limanlara sahib çıxa bilməsələr də qərb istiqamətində öz sərhədlərini genişləndirməyə nail oldular. 1820-cidən sonra gələn illərdə ruslar ermənilərə vəd etdilər ki, onlara öz ölkələrini yaratmaqda kömək göstərəcəklər. O mərhələdə Osmanlı İmperiyası özünün son tənəzzül və dağılma dövrünü yaşayırdı. Bu vəziyyəti görən xarici qüvvələr yaranmış imkandan tam səmərəsi ilə istifadə edərək dünyanın bu regionunda öz iştirakmı təmin etməyə çalışırdı. İngiltərə və Fransa da oradakı missionerlik fəaliyyətini maliyyələşdirirdi. Bütün tarix boyu olduğu kimi həmin ölkələr öz maraqlarını həyata keçirmək üçün xristianlıq pərdəsi altında din xadimlərini yerlərə göndərir, onlar isə həm Xrist üçün, həm də öz ölkələrinin ali məqsədi üçün fəaliyyət göstərirdilər. Eyni əməliyyat Osmanlı İmperiyasında da həyata keçirilməli idi.

İngilis və fransızlardan geri qalmaq istəməyən ruslar Osmanlı dövlətinin dağıdılmasında ermənilərin dayağına nail olmağı qərarlaşdırdı. Ruslar şərqi Anadoluda "Böyük Ermənistan" yaradacaqlarını vəd etdilər. Rusların vəd etdiyi torpaqlar Qara və Aralıq dənizləri arasında böyük ərazini əhatə edirdi və erməni xalqı bütün tarixi boyu bu böyüklükdə ərazini heç vaxt işğal etməmişdi. Əslində, bütün tarix boyu əsl müstəqil Ermənistan heç vaxt mövcud olmamışdır. Həqiqi "Böyük Ermənistan" heç vaxt olmamışdır! Bəlkə də üç min il qabaq hansısa balaca krallıq mövcud olub, lakin onun da ömrü uzun olmayıb.

Rusların 1800-cü illərin ortalarında bir qism erməninin beynində yaratdığı "Böyük Ermənistan"m "xülyası" bu gün də davam edir. Ermənilər rusların bu vədindən yapışdılar (ruslarda onu yerinə yetirmək istəyi olmasa da) və onu inkişaf etdirməyə başladılar. Bu gün ermənilər Qara dənizlə Aralıq dənizi arasındakı bütün torpaqların öz "tarixi vətənləri" olduğunu bəyan edirlər. Həqiqətdən bu qədər uzaqda dayanan başqa heç nə ola bilməz!

Kiçik Asiyanı Bibliya Ermənistanı adlandıran ingilislər başqa bir alov üfürüblər. Erkən 1880-cı illərdə Baş nazir olmuş Uilyam E.QIəd-stoun bu ideyanı ortaya atmaqla demişdir ki, Osmanlı İmperiyasını dağıtmaq Britaniyanın maraqlarına cavab verirdi. O, Osmanlı İmperiyasının geniş ərazisində İngiltərənin təsir dairəsində olacaq bir neçə kiçik dost dövlət yaratmaq istəyirdi. Belə kiçik dövlətlərdən biri Ermənistan adlanacaqdı. Qlədstoun Britaniya mətbuatından xahiş etmişdi ki, şərqi Anadolunu "Ermənistan" kimi təqdim etsinlər. Regionun müxtəlif guşələrində Britaniya konsulluqları açılmışdı, onların əsas tapşırığı yerli xristian əhali ilə əlaqə yaratmaq idi. İctimai rəyə təsiri öyrənmək məqsədi ilə Londonda İngilis-Erməni Dostluq Komitəsi təşkil olunmuşdu. İngiltərənin artıq "Ermənistan" adlandırdığı əraziyə çoxsaylı xristian missionerləri göndərilirdi.

1877 və 1878-ci iltərdə Osmanlı İmperiyası ilə Rusiya arasında daha bir müharibə oldu. Müharibə başa çatmağa yaxınlaşanda İstanbuldakı xristian ermənilərin patriarxı Nerses Varcabedyan rus çarından onun qoşunları tərəfindən işğal olunmuş şərqi Anadoludakı ərazini əlində saxlamağı xahiş etdi. Müharibə başa çatandan sonra erməni patriarxı rusların ali hərbi komandanı olan çar Nikolaydan şərqi Anadolu torpaqlarını Rusiyaya ilhaq etməyi və orada Bulqarıstan üçün yaradıldığı kimi erməni müxtar dövləti yaratmağa köməklik göstərməyi xahiş etdi. Əlbəttə, bu, baş tutmadı, çünki Rusiyanın əsas marağına cavab vermirdi. Bulqarıstanda əhalinin əksəri xristian idi. Osmanlı İmperiyasında isə ermənilərin sayı əhalinin ümumi sayının dörddə birindən də az idi.

Rusiyanın ermənilərə belə təsiri Britaniyanı təşvişə salırdı. İngilislər bu nəticəyə gəlmişdilər ki, Rusiya Osmanlılıardan daha böyük təhlükəyə çevriləcəkdir. Onlar başa düşdülər ki, rus təsirli "Böyük Ermənistan" Fars körfəzinə və Hind okeanına qapı olacaq və nəticədə Britaniyanın Hindistandakı məfıtəqələri təhlükə altında qalacaqdı.

Ermənilərin istəyinin əksinə olaraq Böyük Ermənistan reallığa çevrilmədi. Buna baxmayaraq, rus ordusımda xidmət edən erməni zabitləri Osmanlı erməniləri arasında təxribat toxumu səpməkdə davam edirdi. Onlara müstəqil fəaliyyət göstərərək Balkanlardakı xristianlar üçün yaradılmış analoji müstəqillik uğrunda mübarizə aparmaq tövsiyə olunurdu.

Qeyd olunmalıdır ki, 1800-cü illərdə ermənilər müasir Ermənistan, Gürcüstan, Azərbaycan, iran və şərqi Türkiyənin hər tərəfinə səpələnmişdilər. Bəzi kiçik yığımlar nəzərə alınınazsa, ermənilər hər yerdə əhalinin az qisınıni təşkil edirdilər. Ruslar Qafqaz dağlarının cənubunu ələ keçirəndən sonra onlar öz nəzarətlərinə keçmiş müsəlman əhalisini yerindən tərpətdilər. Müsəlmanlar xristianlarla əvəz edilrdi, beləliklə ruslar öz xristian dövlətlərinə itaətkar olan ərazi yaradırdılar. Bu siyasətdə əsas sima kimi xristian ermənilər çıxış edirdi və ruslar ələ keçirdikləri ərazilərdə heç bir haqq ödənmədən torpaqları onlara peşkəş edirdilər. Rusların sıxışdırıb köçürtdüyü müsəlman sahibkarların torpaqlarına ermənilər yerləşdirilirdi.

Ermənilərin böyük bir hissəsi müsəlman qanunları altında yaşamaqdan imtina edir və ruslara torpaqları azad etməyi və xristian dövlətinin bir parçasına çevirməyi təklif edirdilər. Köçürülməzdən qabaq indiki Ermənistanın yerləşdiyi İrəvan quberniyasında əhalinin əksəri müsəlmanlardan ibarət idi. Rııslar onların yerini ermənilərlə doldurmağa başladı. Bu üsulla Ermənistan indi "tarixi vətən" adlandırdığı yeri ələ keçirdi. Bu heç də ermənilərin bir çoxunun iddia etdiyi kimi Bibliyadakı Nuhun birbaşa varislərinin ərazisi deyil, rusların 1827 və 1828-ci ildə yaratdığı ərazidir!

Osmanlılarla aparılmış bütün müharibələrdə ermənilər ruslara kömək etmişlər. Bu isə xristian ermənilərlə müsəlman Osmanlılar arasında etnik nifrətin başlanğıcını qoymuşdur. Konflikt ruslar tərəfindən, onların boşaldılmış müsəlman torpaqlarına səxavətlə erməniləri yerləşdirdiyinin uğurundan yaradılmışdır. Ruslar tərəfindən zorla köçürüldükləri dövrlərdə qəfil zərbəyə tab gətirməyən müsəlmanların üçdə biri tələf olmuşdur. Bu gün heç bir erməni etiraf etməz ki, onların sahiblik etdikləri azad torpaqlar çoxsaylı müsəlmanın qətliami hesabına başa gəlmişdir.

1827 və 1878-ci illər ərzində ruslar 1.3 milyon müsəlmam zor gücünə köçürmüşdür. 1828, 1854 və 1877-ci illərdə Rusiya Osmanlılarla müharibələrə başlamışdır. Hər dəfə ruslar hücuma keçmiş, sonra isə geri çəkilməyə məcbur olmuşdur. Hər dəfə ruslar geri çəkiləndə xristian olmayanlara qarşı törətdikləri qanlı hadisələrin nəticələrindən qorxuya düşən ermənilər ruslarla birlikdə Türkiyədən qaçmışlar. Hər iki tərəfdən nifrət hissi artırdı. 1890-cı illərdə şərqi Anadoluda erməni üsyanları baş verirdi. Nəticədə çoxlu müsəlman və xristian qırıldı. 1905-ci il rus inqilabı ərzində eyni əhvalat Azərbaycanda da yenidən təkrar olundu.

I Dünya Müharibəsi başlayandan sonra xristian və müsəlmanlar arasında vətəndaş müharibəsi alovlandı. Əksərinin Rusiyada hazırlandığı erməni inqilabçıları şərqi Anadoludakı əsas şəhərləri ələ keçirmək istədilər. Onlar silahsız, əliyalm Van şəhərini tutmağa və ruslar gələnə kimi onu əldə saxlamağa nail oldular. Ermənilər şəhərdəki və yaxınlıqdakı kəndlərdəki dinc müsəlman əhalisinin böyük əksərini qırdılar. Müharibə rəsmən qurtarandan iki il sonrayadək bu cür ikitərəfli qətliamlar 1920-ci ilədək davam etdi. Çoxlu müsəlman türkü və xristian ermənisi aclıqdan və xəstəlikdən qırıldı.

Şərqi Anadoluda "rəsmi" erməni terrorçu taktikaları haqqında Avropa rəsmilərindən xeyli sübut gətiriləcəkdir. Orada nələrin baş verdiyi haqqında çoxlu qərbi diplomatik və konsulluq nümayəndələrinin (o cümlədən Amerikanın) hesabatları vardır. Onlar belə bir nəticəyə gəlmişlər ki, üsyanlar təşkil edən, müsəlmanları doğrayan və kütləvi qıranlarerməni inqilabçı cəmiyyətləri olmuşdur. Bu rəsmi nümayəndələr inanırdı ki, erməniləri həmin qırğınlara şirnikləşdirən əsas səbəblərdən biri Avropanın onların xeyrinə olan müdaxiləsi idi. Ermənilər həmişə özlərinin öldürülməsi haqqında məlumatlar göndərməyə imkan tapırdılar, lakin həqiqət belə idi ki, ermənilər özləri dinc vətəndaşları qırırdılar.

Əsrlər uzunu xristianlara dəhşətli türklər və İslam dininin eybəcərlikləri haqqında əhvalatlar söylənirdi. Bu nağılların əvvəli Səlib döyüşlərindən - guya xristian "saflığı"nın qarşısına çıxan qara müsəlmanlardan başlayır. Ən dəhşətltsi budur ki, Xristin adından hərəkət edən adamlar daha çor vəhşiliklər törədir və o dövrdə müsəlmanlardan qat-qat artıq dəhşətli cinayətlərə rəvac verirdilər. Müsəlmanlar sadəcə olaraq İsa Peyğəmbərin adından sui-istifadə nəticəsində qoşunları ilə yeni torpaqları işğal edərək öz xeyrini güdənlərdən öz torpaqlarını müdafiə edirdilər.

Etnik təmizləmə nəticəsində dünyanın Balkanlar və Qafqaz regionlarındakı ölkələr hegemon millətli ölkələrə çevrilmişdir. Bu ölkələr müharibə və inqilablar nəticəsində Osmanlı imperiyasından qopub ayrılmışdır. Başqa sözlə desək, bu ölkələr müsəlman ənənələri üzərində qurulmuşdur. Dərsliklərdə bu müsəlman itkiləri haqqında heç bir tarixi qeyd yoxdur. Bu dərsliklər xristian ermənilərin, xristian bulqarların və xristian yunanların guya müsəlmanlar tərəfindən qırılması haqqında nağıllar söyləyir. Lakin xristian xalqlarının müsəlmanları öldürməsi və qırğın törətmələri haqqında Qərb dərsliklərinin heç birində məlumat yoxdur.

Birləşmiş Ştatlardakı xristian erməni-amerikalılar son illərdə şəhərlərdə, ştatlarda və hətta milli hökumət səviyyəsində ardıcıl kam-paniya apararaq guya 1915-ci ildə təxminən 1.5 milyon xristian ermənisini soyqırım etməsi ilə bağlı olaraq müsəlman Türkiyəsini gü-nahlandırırlar. Əgər bütün bu əhvalatlar erməni-amerika xristianları tərəfindən düşünülübsə, digər xristianlar onlara qarşı çıxmalıdır. Əgərxristianlarterrorçu müharibənin haçansa başa çatmasını istəyirlərsə, onlar müsəlman dünyasına əl uzadıb Ermənistana Amerika dollarları verməyi dayandırmalıdır!


Стр.| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |