ÊÀÐÀÁÀÕ â ÄÎÊÓÌÅÍÒÀÕ

 

 Íà÷àëî | ÁÈáëèîòåêà | Ôîòî ôàêòû | Êàðòèííàÿ ãàëåðåÿ | Ññûëêè | Ôîðóì | ÎïðîñÏîèñê â google | AZAD QARABAĞ |

ERMƏNİSTAN terrorçu "xristian" ölkənin gizlinləri

ERMƏNİSTAN

terrorçu "xristian" ölkənin gizlinləri

Samuel Uimz

Ñòð.| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |


ON BEŞİNCİ FƏSİL:
ERMƏNİLƏR AMERİKADA KOLONİYA YARADIR
BRİTANİYA İSƏ DEYİR Kİ, ORADA GENOSİD OLMAMIŞDIR

III cildə yazdığı ön sözdə Hovanissyan 1988-ci il Qarabağ hərəkatından danışır. O, bəyan edir ki, "1990-cı ildə mənim - Ermənistan Respublikasının tarixçisinin - indiki Ermənistanın Milli Elmlər Akademiyası, o vaxtlar isə Sovet Ermənistanmm Elmlər Akademiyasına üzv seçilməyim həm məmnunluq, həm də ironiya idi. O hərəkətin mənası isə böyük idi". Hovanissyan davam edərək yazır ki, "çoxdilli mənbələrdən istifadə edərək və çoxşaxəli tədqiqat işləri apararaq Ermənistan Respublikasını kölgələrdən çıxarmaq və partizan streotiplərindən azad etmək mənim məqsədim idi" (1).

Sovet Rusiyasından alınınış materiallar bir yana qoyularsa, çoxdillışaxəli mənbələr fantaziyadır, reallığa münasibətlə yoxlananda isə, çoxu yalandır. Hovanissyanın dedikləri gözəl səslənir, lakin əslində isə faktlarla tutuşdurulanda onun sözləri əksər hallarda yalan və saxtadır.

Hovanissyan qeyd edir ki, "Şərq məkanında Amerikanın fəal iştirakdan imtinası və Kilikiyaya fransız marağı Ermənistanın dənizdən dənizə olan istəklərini uzaq xülyalara çevirdi" (s. 22) Əsl həqiqət burasında idi ki, "dənizdən dənizə" Böyük Ermənistan yaratmağa mane olan bir sıra əsaslı səbəb var idi - ona görə də Müttəfiqlərin heç biri bu göydən-gələnkökə və əsassız sxemi dəstəkləmədi və Müttəfiqlərin bunu 6tməməyə çox tutarlı əsasları var idi.

"Fevralın 16-da London konfransı öz onuncu iclasında ilk olaraq erməni məsələsinə toxundu. Həmin vaxt üçün artıq Millerənd Parisə qayıtmışdı». {Məhz bu cəhət göstərir ki, Müttəfiqlər bu məsələyə necə ciddi əhəmiyyət verirdilər. Bəziləri hətta arqumentləri dinləmək belə istəmədi).

Müzakirəyə rəhbərlik edən Kurzon bəyan etdi ki, erməni məsələsinin həllinin siyasi və coğrafi aspektləri vardır. Siyasi nöqteyınəzərdən Müttəfiqlər bir səslə müstəqil Ermənistanın yaradılmasına tərəf-dar idilər; onların döyüşlərinin bir səbəbi də məhz bu idi. Həmin ölkə-nin nüvəsi artıq İrəvan ətrafında muxtar Ermənistan Respublikası kimi mövcud idi və o, bu yaxınlarda Ali Şura tərəfindən tanınınışdı. Daha hansı torpağın bu ölkəyə qatılacağı isə həll edilməmiş qalır. "Bir qədərBöyük Ermənistan" və ya daha balaca ərazi (s. 23).

Müttəfiqlər I Dünya Müharibəsində bir qədər Böyük Ermənistan …. və ya müstəqil Ermənistan…. və ya hər hansı bir Ermənistan yaratmaq üçün döyüşməmişdilər! Müttəfiq ölkələr birbirinin arxasınca müharibəyə girəndə bu onların məqsədi deyildi. Hovanissyanın yu-xarıdakı hay-küyü isə boş çərənləmədir. 17 fevral 1920-ci ildə Müttəfiqlər Erməni Komissiyası yaratdılar. Hər bir Avropa ölkəsindən olan komissiya üzvlərinə erməni nümayəndə heyətinin iddialarını dinləmək tapşırıldı. Görəsən komissiya hansı vəhşi iddiaları dinləyəcəkdi?

Komissiya ermənilərdən xahiş etdi ki, onlar istədiyi torpaqların sərhədini xəritədə çəksinlər. Xətt çəkildi və Qara dəniz sahilindəki Tireboli [Tripoli] məntəqəsindən başlayıb cənuba uzanaraq Çeftkelkitə, oradan isə Xarput vilayətinin sərhədinə çatdı. Erməni nümayəndə heyətindən soruşuldu ki, "onlariddia etdikləri torpaqlara nəzarət edə bilrlərmi", Aharonyan cavab verdi ki, əgər Müttəfiqlər Polşaya göstərdikləri kömək kim'i ermənilərə də əl uzatsalar, onlar nəzarət edə bilərdilər. Kammerer məlumat verdi ki, Polşa Avropada yerləşir və oradakı vəziyyət fərqlidir. Buna baxmayaraq, Aharonyan inad etdi ki, əgər onlara silah, sursat və 50,000 adam üçün pal-paltar verilərsə və əgər onlar Müttəfiq qüvvə-

lərin prestijli bayraqlan altında vuruşarlarsa, onda erməni ordusu həmin torpaqları zəbt edə bilər (s. 27).

Ermənilər Müttəfiqlərin əlli minlik qoşunu təmin etməsini istəyirdilər. Son hesabata əsasən Ermənistanın cəmi on üç minlik qoşunu var idi, görəsən yerdə qalan əlavə otuz yeddi min əsgəri ermənilər haradan alacaqlarını düşünürdülər? Bu da fırıldaqçı terrorçu ölkənin daha bir şişirdilmiş təqdimatı! Fikir verin, bu başkəsənlər yığınının başqasının torpaqlarını qamarlamaq üçün Avropa Müttəfiqlərinin dalğalanan bayraqları altında hücuma keçməsini xahiş etmək sırtıqlığı qətiyyən - ağla sığışmır! Erməni liderləri dedilər ki, bu onlara "prestij" verəcəkdir, lakin əsl həqiqətdə isə ermənilər elə plan qurmuşdular ki, həmin bayraqlar gülləyə tutulacaq və beləliklə, ermənilər Avropa müttəfiqlərini özlərinin o cılız, çirkin müharibəsinə qatacaqdılar.

"Komissiyanın ikinci iclasında erməni liderləri bəyan etdilər ki, onların Ermənistana veriləcək Osmanlı İmperiyası torpaqlarına köçməyə hazır dayanmış 800,000 nəfər adamı vardır» (s. 29) Erməni diktatorlarının həmin əhalini haradan gətirəcəklərini "iddia etdikləri" siyahı:

• 295,000 qərbi Ermənistan qaçqını Qafqazdan

• 100,000 erməni Türkiyənin içərisindən

• 120,000 erməni Gürcüstandan

• 120,000 Azərbaycandan

• 50,000 Bessarabiya, Krım, Don və Rusiyanın digər hissələrindən

• 10,000 Şimali Qafqazdan

• 30,000 Balkan ölkələrindən

• 10,000 Misir, Sudan və Efiopiyadan

• 30,000 Qarabağdan

• 50,000 erməni-amerika kaloniyasından.

Ermənilər deyirdilər ki, hələ onlar bu siyahıya "Ərəb əyalətlərinə sə-pələnmiş minlərlə erməni qaçqınını, habelə Kilikiya, Smirna və Konstantinopoldakı bir neçə yüz min adamı" daxil etməmişlər (s. 33). Amerika şahidinin dediyi kimi, 1,549,000 erməninin ərəb ölkələrınə getməsi ümumi nəticədə 2,349,000 nəfər, üstəgəl "Kilikiya, Smirna və Konstantinopoldakı bir neçə yüz min erməni".

Həmin sual bir də verilməlidir: Hovanissyan öz kitabmm I cildinin 8-ci səhifəsində bəyan edir ki, "Türkiyədəki təxminən 2 milyon erməni Rusiya İmperiyasındakı ermənilərdən daha pis səpələnmişdir" və onların təxminən 1.5 milyon nəfəri onun soyqırım adlandırdığı hadi-sələr vaxtı türklər tərəfindən qətlə yetirilmişdir. Yaxşı, onda yeni Böyük Ermənistanda məskunlaşacaq erməni qaçqınları haradan gələcəkdilər? Məgər onlar "xortlamışdılar"? Və ya, hər şeydən əfzəli, onlar doğrudanını ölmüşdülər? Hovanissyan I Dünya Müharibəsinin ərəfəsini müzakirə edir. 4-cü səhifədə o, "1914-cü ildə Romanovlar İmperiyasında 2 milyon ermənidən». söz açır. Bu sitat Osmanlıların erməniləri öz ölkəsindən vurub çıxarması vaxtı ilə düz gəlmir. Çünki ermənilər müharibə vaxtı satqınlıq etmişdilər.

Yadınıza salın ki, sülh konfransında erməni liderləri əlli min erməninin "Amerikadakı erməni koloniyalarından" öz vətənlərinə qayıdacaqlarını demişdilər. Nə üçün erməni liderləri "Amerikalı ermənilər" koloniyası yaratmalı idilər? Bir yandan ermənilər öz müharibələrinə kömək üçün qoşun yığır, digər tərəfdən isə "Amerikalı ermənilər kaloniyası" yaradırdılar? Cavab isə belədir ki, diktatorların öz adamlarını Amerikada yerləşdirməyə ehtiyacı vardı ki, onlar pul diləməyə və Amerika qoşunlarını istəməyə lobbilik etsinlər. Amerikanlar erməni liderləri tərəfindən idarə olunurdu və bu məsələ bu gün də davam edir.

London konfransında erməni qaçqınlarının sayı ilə bağlı problemlərinə əlavə olaraq ermənilər bir faktla da üz-üzə qaldılar: həm Gürcüstan, həm də Azərbaycan komissiyaya müraciət edərək öz əraziləri və sərhədləri haqqında məsələ qaldırdı. Bu iki ölkənin istədiyi və iddia etdiyi torpaqların böyük hissəsi ermənilərin tələblərinə daxil edilmişdi.

Erməni Komissiyası 27 fevral 1920-ci ildə öz hesabatmı verdi. Komissiya müəyyən etdi ki, "güman ki, 500,000 nəfərdən çox olmay-an erməni geri qayıdacaqdır; indi mövcud olan respublikanın 1.2 milyon əhalisi ilə birlikdə ermənilərin sayı 2 milyondan da az olacaqdır» (s. 33). "Komissiya nəticə vururdu ki, əgər Ermənistan keçmiş türk ərazi-si hesabına ölkə qurmaq istəyirsə, bu, yalnız turk silahlı qüvvələrinin həmin ərazini boşaltmasından sonra həyata keçirilə bilər» (s. 34).

Ermənilərə ən ciddi zərbə isə hesabatın nəticəsindəki belə bir hissə oldu ki, "müqavilənin tətbiqi üçün 15,000 nəfərdən 20,000 nəfərədək Avropa silahlı qüvvələrinin iki və ya üç il ərazidə qalmasına ehtiyac vardır" (s. 35) Müttəfiqlər ermənilərin öz güclü ordusunu yaradaca-ğına şübhə ilə baxırdılar və "özlərinin də bu əməliyyatda iştirakına şübhə etdikləri üçün bəyan etdilər ki, bu planı həyata keçirmək üçün Ermənistan özü milli ordu yaratmalıdır; silah-sursat, pul və güman ki, könüllü zabit heyətini isə Müttəfiqlər verəcəkdi" (s. 35) Başqa sözlə desək, aydın oldu ki, öz xəyallarını gerçəkliyə çevirmək üçün bir neçə illiyə ermənilər Müttəfiqlərin qoşunlarına ehtiyac duyacaqdır, Müttəfiqlər isə sadəcə olaraq buna hazır deyildi. Üstəlik, ümum-erməni ordusu yaradacaqları haqqında ermənilərin gətirdiyi dəlillər ağla batmırdı.

Erməni liderlərinin ürəklərinə yaxın və əziz olan iki məsələ var idi: xristian dünyasından və "ödənclərdən" alınacaq sərbəst sədəqələr. Erməni liderləri Ermənistan Komissiyasına kütləvi ölüm və qırğınlar haqqında uydurduqları əhvalatları danışırdı və onların iddiaları nəzərə alınırdı. Onlar "türk hökumətinin qurbanına çevrilmiş ayriayrı fərdlərə və kommunalara yardım edilməsini konfransdan tətəb edirdilər. Bir qədər əvvəl ermənilər Osmanıl İmperiyasının onlara vurduğu ziyanı 19 milyard fransız frankı müqabilində dəyərləndirmişdilər, bu isə Rusiya Ermənistanmda 5 milyarda bərabər idi. 3 mart tarixli memorandumunda nümayəndə heyəti izah edirdi ki, həmin statistika ilkin hesablamalar əsasında aparılmışdır və dəqiqləşdirilməsinə ehtiyac vardır" (s. 57-58). Bunula da ermənilər, əgər ilk tələbləri yerinə yetirələcəkdisə, əlavə pul diləmək üçün qapını açıq saxlayırdılar.

Erməni liderləri komissiyaya deyirdilər ki, necə olur ki, "ermənilərdən çox məşəqqət çəkmiş heç bir millət yoxdur; onlar köçürülməyə, oğurlanmağa, soyulmağa, zorlanmağa və qırğına məruz qalmışlar. Dəhşətli fiziki, maddi və mənəvi məhrumiyyətlərə düçar edilməyin müqabilində konfransm türk hökumətinə yalnız yardım və kompensasiya təklif etməsi qəribə idi" (s. 58) Deməyə ehtiyac yoxdur ki, ilk olaraq Osmanlı İmperiyasında özlərinin qiyam qaldırdığını erməni lıderləri komissiyaya demədilər. Axı onların "köçürülməsinə" səbəb həmin nankorluqları olmuşdu.

Fransanın nümayəndəsi Albert Kammarer ciddi şəkildə qeyd etdi ki, türk subyektlərinin köçürülməsi münasiəbtilə qaldırdığı iddialara əsasən Türkiyə əleyhinə məsələ qaldırmağın qanuni çətinlikləri vardır. O, Türkiyənin geniş ərazisini itirməsi və dövlət əmlakının kompensasiyasız ora daşınınası məsələsinə mübahisə obyekti kimi baxırdı. Komissiya Kammererin mövqeyini müdafiə edərək, fərdi əsası olduğu üçün köçürülməni müzakirə obyektinə çevirmədi. Mar-tın 27-də qəbul etdiyi son qərarda maliyyə komissiyası "anonim şəkildə fikir yürüdərək müqavilənin maliyyə bəndlərinə azsaylıların köçürülməsi ilə bağlı heçbirxüsusi xərc aynlmasını nəzərdə tutmadı" (s. 59-60).

Sadə dillə desək, Avropa müttəfiqləri faktları saf-çürük edərək, erməni liderlərinin yalvarışlarını və köçürülmə ilə əlaqədar tələblərıni dinləyərək onların ziyanlar haqqında iddialarına sıfır dollar pul verdilər. Müttəfiqlərin qərarı ilə bağlı olaraq Hovanissyan öz sürüşkən və meylli mövqeyini fərqli surətdə izah edərək yazır ki, "Köçürülmə ilə bağlı erməni itkiləri və əzabları isə kənara süpürüldü» (s. 60). Hovanissyandan belə bir sual soruşulmalıdır ki, "Bəs erməni liderləri öz xalqını müharibə zonasından qovularaq ölkədən çıxarılmasına səbəb olmuş qiyamlara başlayanda sən nə gözləyirdin? Xəcalətli satqınlıq üçün mükafatmı?" Ermənilərin gileyli hayküyünün, yalvarışlarının və Türkiyədən qovulmasının üstündən səksən beş ildən artıq keçməsinə baxmayaraq, üstəlik də günlərini məhkəmədə keçirərək müharibələrdə uduzduqları kimi uduzmalarına baxmayaraq, bu gün də davam etməsi qəribə görünmürmü? Osmanlılar erməniləri müharibə zonasından köçürəndən səkkiz il sonra, 1923-cü ilədək Türkiyə heç müstəqil respublika da deyildi. Aşağıdakı məlumat (1) türklərin sözünün doğru və (2) ermənilərin sözünün yalan olduğunun sübutu kimi maraqlıdır.

Milli azlıqların müdafiəsi və hüquqları ilə bağlı müddəalar məğlub dövlətlərə aid sülh müqavilələrinin hamısında öz əksini tapmışdı, xüsusi müqavilələrdə isə məğlub dövlətlərin ərazilərinin digəriərinə qənimət kimi verilməsi öz əksini tapmışdı. Hər iki halda Müttəfiq dövlətlərlə ittifaqa girən hökumətlər harada anadan olmasına, millətinə, dilinə, irqinə və ya dininə fərq qoymadan öz sakinlərinin əmin-amanlığının təminatına razılıq verirdilər. Bu isə onların həyatının və azadlıqlarının tam müdafiəsi, qanuni, mülki, siyasi və iqtisadi hüquqlarının qorunması demək idi. Azlıqda qalan kommunalarmədəni, dini, xeyirxah məqsədli ictimai, tədris və siyasi birliklərin sərbəst qurulması və öz doğma dillərini işlətmək hüququ qazanırdılar (s. 60).

Bu gün Türkiyəyə gedən hər bir adam özü görə bilər ki, türklər uzun illər ərzində öz sözlərinin sahibi olmuşdur və sülh bəyənnaməsində təmin edilmiş azadlıqdan hər bir insan bəhrələnir. Ermənistanda isə öz millətinin "rəsmi" kilsəsindən başqa digər din daşıyıcıları üçün azadlıq yoxdur. Türkiyədəki kilsələrin internet saytında daha çox erməni "rəsmi" kilsəsinin siyahısı vardır, nəinki Ermənistanın özündə. Ermənistanın heç bir yerində qapısı dindarların üzünə açıq olan adi müsəlman məscidi belə yoxdur! Aydındır ki, onlar öz sözlərinə xilaf çıxmış, 1920-ci ildə imzaladıqları sülh müqaviləsini pozmuşlar. Sadəcə, əsas azadlıqlarla bağlı ermənilərin verdiyi söz yalan olmuşdur.

Bir anlığa Müttəfiqlərin araşdırdığı və onlara əsasən hərəkət etdiyi "müharibə cinayətlərinə" nəzər salın. Müttəfiqlər Osmanlı sə-nədlərinin hər birinə nəzarət edərək müəyyən nəticəyə gəlmişlər. Dörd nəfər şəxs həbsə alınınış və cəzalandırılmışdır; onların cinayətinə əsas səbəblərdən biri "müharibə əsirlərinə qarşı vəhşiliklər etmək" olmuşdur (s. 67) Bu dörd adam ölüm cəzasına məhkum edilmişdir. İstanbulu işğal edən kimi Osmanlı sənədlərinin hamısı Britaniyanın nəzarəti altında olmuşdur. Konqresdə şahidlik ifadəsi verər-kən Castin MakKarti bəyan etmişdir ki, Britaniya "ermənilərin əleyhınə təşkil edilmiş hər hansı bir soyqırımın baş verməsi haqqında fakta rast gəlmədiyini etiraf etməyə məcbur olmuşdur".

Castin MakKarti “Ölüm və Sürgün: Osmanlı müsəlmanlarının etnik təmizlənməsi”, 1821-1922 adlı kitab yazmışdır. "Şərqdə son müharibə" adlanan altıncı fəsildə professor MakKarti qeyd edir ki, bəzi Osmanlı qoşunlarının ermənilərə qarşı dəhşətli işlər görməsi doğrudur. O, bəyan edir ki, onun tədqiqatları "bəzi Osmanlı rəsmilərinin özləri ermənilərin soyulmasında, bəzən isə hətta öldürülməsində iştirak etmişlər. Osmanlı hökuməti bunu təsdiq etmiş və ermənilərin əleyhinə hərəkətlərdə iştirak etmiş çoxlu türkü ittiham etmişdir. Kamuran Gurun erməni əleyhinə hərəkətlərdə təqsirli bilınıniş 1,397 adam haqqında sənədlər tapmışdır». və s. məsələləri sübut edir.

Ermənilərin də əlləri təmiz deyildi. Terror kampaniyaları aparmasına və ermənilərin itkilərindən üç dəfə çox türk öldürülməsinə görə isə bircə erməninin belə istintaqa cəlb edilməsi haqqında heç bir məlumat yoxdur. Ermənilər türklərin onlar tərəfindən zorlanması, talanması, var-yoxdan çıxarılması və öldürülməsi haqqında bir dəfə də danışmamışlar. Hər iki tərəf birbirinə pislik etmişdir. Yeganə fərq burasındadır ki, Osmanlılar öz rəsmilərinin əməllərinin qarşısmı almağa səy göstərmiş və ermənilərin əleyhinə onların cinayət işlərinin istintaqını aparmışdır. Daha həqiqət olanı budur ki, Osmanlı dövləti erməniləri soyqırım etmək üçün heç bir təşəbbüs göstərməmişdir. Bunun tam əks tərəfi də həqiqətdir - erməni hökuməti və Erməni Kilsəsi əl altdan ya özünü görməzliyə vuraraq və/ və ya əmr edərək vaxtaşırı günahsız mülki müsəlmanların qırğınını törətmişdir.

Ermənilər bu gün də şikayətlənirlər ki, erməni xalqının qırılması üçün Türkiyə geniş miqyaslı kampaniya aparmışdır. Bəs sübut hara- g dadır? Əibəttə, Osmanlı sənədlərində heç bir əsaslı sübut olmamışdır - Britaniya həmin sənədlərin hamısına nəzarət etmiş, heç nə tapmadıqda isə Osmanlı paytaxtı İstanbulu zəbt etdiyi üç ildən artıq müddətdə saxta məlumatları yaxşı dişli daraqla darayıb düzmüşdü. Əlbəttə ki, nə Ermənistanın özündə, nə də digər bir yerdə heç bir dəlilsübut olmamışdır. Qırılıb-çatılmış ermənilərin kütləvi qəbirləri haradadır? Heç yerdə yoxdur! Əksinə, ermənilər tərəfindən qətlə yetirilmiş türk qurbanlarının şərəfinə ucaldılmış azsaylı abidələr vardır və əgər bir adam bu gün Türkiyəyə getsə, o, türklərin kütləvi qətlindən sonra dəfn edildiyi qəbristanlıqları görə bilər. Bu özü danışan müqayisə deyilmi?

Ermənistanın diktatorları üçün daha bir bəd xəbər var idi. Müttəfiqlərin Ali Şurası 18 aprel 1920-ci ildə San Remoda yığışdı. Hovanissyan gileylənir ki, "yalnız Ermənistana aid olan məsələyə görə San Remo konfransı London konfransının qərarlarından uzaqlaşdı. Lloyd Corc tərəfindən istiqamətləndirilən Ali Şura əvvəlcə müqavilədəki erməni bölməsinə əsasən silahlı qüvvələrin göndərilməsi məsu-liyyətini öz boynundan atdı, sonra isə xəcalət çəkmədən ermənilərin güman edilən sərhədlərini müəyyənləşdirmək məsələsinə qayıtdı" (s. 71)

Quldur erməni rəhbərlərinin necə dar düşüncəli olduğunu sübut edən daha bir məsələ! Müttəfiqlər başa düşürdülər ki, tamahkar ermənilərin torpaq qamarlamaq cəhdlərinə görə oraya çoxminlik əs-gərləri, Müttəfiqlərin oğullarını göndərmək nə onların borcudur, nə də vəzifəsi. Digər tərəfdən isə ermənilər dönə-dönə hiss elətdirirdilər ki, guya hamı onlara borcludur. Ermənilərin belə qeyri-realist və əsası olmayan iddiaları bu gün də davam edir.

Müttəfiqlər isə vəziyyətə aşağıdakı kimi baxırdılar:

Ermənistana münasibətdə Müttəfiqlər Amerikanın güclü istəyini bölüşürdülər - müstəqil ölkənin qurulması və indiki ehtiyacları və gələcək genişliyi üçün kifayət edəcək ərazi ilə mükafatlandınlması. Eyni zamanda onlar real vəziyyəti də nəzərdən qaçırmamalı idilər -nəzərdə tutulan ərazinin türk hərbi qüvvələrinin nəzarəti altında olması və ermənilərin Qafqazdakı qonşuları ilə düşmənçiliyi! Birləşmiş Ştatların iştirak etməyəcəyi nəzərə alınardısa, ermənilərin kömək üçün üz tutacaqları mənbələr çox kasad idi. Ona görə də ermənilərin işğal edə bilməyəcəkləri və bütün ölkənin təhlükəsizliyini qoruya bilməyəcəklərinin müqabilində belə gərginlik yaratdığına görə Müttəfiqlər onlara torpaq bağışlamaqda maraqlı deyildilər. Müttəfiqlərin hökumətləri ermənilərin maksimum iddialan müqabilində de-yil, maksimum potensialı müqabilində torpaqda yerləşməsini istəyirdilər (s. 75).

Müttəfiqlər belə bir faktı da nəzərdə saxlayırdılar ki, çoxlu yüz illiklər əprzində digərinə mənsub olmuş torpaqları Ermənistan ələ keçirəcəkdir. Belə bir şəraitdə mədəni dünyanın hər bir vətəndaşı Müttəfiqlərə minnətdar olardı. Ermənilərdən savayi "Erməni məsələsində Müttəfiqlərin peşimançılığı aprelin 20-də nahardan sonra o həddə çatdı ki, San Remodakı konfransm Ali Şurası heç adəti rəğbət və xoş arzularını bildirmədən faktiki olaraq bu məsələni kənara qoydu». Nəhayət Müttəfiqlər heç nəyin müqabilində nəsə tələb edən, yalvaran və həmişə nəsə qamarlayan erməniləri ayaqları altına saldı. Müttəfiqlər başa düşdülər ki, əgər onlar boyün əyib quldur erməniləri müdafiə etsələr, "onda gərək hərəsində təxminən 15,000 adam olan dörd diviziya Ermənistan Respublikasına bəxşiş edilmiş torpaqlara nəzarət etmək üçün həmin əraziyə göndərilsin; səkkiz diviziya isə azsaylı xalqların qorunması və türklərin tərksilah edilməsi üçün ayrılmalıdır". Müttəfiqlər Ermənistana onun istəyincə verilə biləcək qüvvələrin hesabmı yekunlaşdıranda aydın oldu ki, "bu işləri yola vermək üçün Müttəfiqlərin on doqquz diviziyasına ehtiyac yaranacaqdır, o vaxt isə cəmi səkkiz diviziya mövcud idi" (s. 79).

Britaniyanın Baş naziri Lloyd Corc şərt qoyurdu ki, yunanlar kimi ermənilər də öz döyüşlərini özləri aparmalıdır. "Əgər onlar öz sərhədlərini qorumağa qadir deyilsə, onda dünyada belə bir millətin olmasına ehtiyac yoxdur və belə vəziyyətdə heç bir Müttəfiq hökuməti onlara hətta ən adi bir batalyonla belə kömək etməməlidir.

Bu bəyanatdan sonra Lloyd Corc liderliyi ələ keçirdi, Nitti və Millerənd isə kömək məqsədilə əsgərlərlə deyil, silah-sursatla ermənilərə əl uzatmaq strategiyasına keçdilər» (s. 80). İtaliyanın Baş naziri Françesko Nitti bunu gözəl ifadə etdi: "Müttəfiqlər Ermənistana "onun öz maraqları naminə onda olmaması daha yaxşı olan nəyisə" verməməlidir. Lloyd Corc isə əlavə etdi ki, nə Birləşmiş Ştatlar, nə də digər hər hansı dövlət Müstafa Kamalın üzərınə böyük qoşun yeritməyəcək. O düşünürdü ki, "Böyük dövlətlərin müqavilələri mübahisə obyektinə çevirməsi və yeni hansı bir planı isə həyata keçirməsi düzgün deyil" (s. 83).

Azad dünya Mustafa Kamala (Atatürk) minnətdar olmalıdır ki, o, müasir Türkiyəni qurmuş millətçi qüvvələrə başçılıq etmişdir. Hər hansı adi bir adamın edə bilməyəcəyi tərzdə bu nəhəng lider kommunizmin qərbə axınını dayandırmaq üçün əlindən gələni etdi. Ermənilər kommunistlərlə əlbir olaraq münasibətlər qururdular. Bir düşünün, müasir Türkiyənin torpaqları ermənilərə verilsəydi nələr baş verərdi! Sovetlər "ilıq limanlara" çıxar və güman ki, heç vaxt süquta uğramazdı. Sovetlər hətta Suriya və Türkiyəyə hücum edə bilərdi. Gözünüzün qabağma gətirin ki, əgər Sovetlər Aralıq dənizinin şərqindəki Kiprə nəzarət etsəydi nələr baş verərdi! Şərqdə dost Suriya ölkəsi. Qərbdə Rusiya meylli Yunanıstan və güclü kommunist partiyası və ardıcılları olan İtaliya. Cənubda başqa kommunist meylli Liviya, yanında da Əlcəzair. "Domino effektini" yada salın. 1919-cu və ya 1920-ci llərdə Müttəfiqlər səhvə yol verərək tamahkar erməni ehtiyaclarını ödəsəydi tarixin gedişi dəyişəcəkdi.

Bunaunla belə, San Remoda erməni quldurları daha çox torpaq üçün yalvarırdılar. Məsələn, ermənilər deyirdilər ki, onlar "Ərzurumsuz mövcud ola bilməzlər; sərhədlər təhlükəsiz olandan sonra indi Kilikiyada yaşayan ermənilər də daxil olmaqla sürgün edilmiş çoxsaylı erməni oraya qayıdacaqdır" (s. 84) Onlar iddialarına davam edərək deyirdilər ki, "Ərzurum Ermənistanın təbii paytaxtıdır və erməni yaylasının əsas hissəsini təşkil edir. Yaşamağa qadir olan ölkə o cür qalaşəhərsiz yaşaya bilməz" (s.85).

Ermənilər deyirdilər:

Kamalın ordusu "düşünüldüyündən xeyli zəif olan" zavallı bir şeydir; azsaylı, yanac və pis təmin edilmiş! Digər tərəfdən isə ermənilərin ruslar tərəfindən hazırlanmış 25,000-dən 30,000 nəfərədək ordusu vardır. İki və ya üç aya oradakı əsgərlərin sayı 40,000-ə çatacaqdır. Onların hamısı yalnız paltar, silah-sursat, zabit və Müttəfiqlərin bayraqları altında hücuma keçmək istəyir; əgər onlara bunun təminatı verilərsə, onda erməni ordusu həmin əyaləti işğal etmək üçün bir neçə günün ərzində hücuma hazır olacaqdır. Sonra isə o, tamamilə əmin olduğunu bildirirdi ki, yuxarıda qeyd olunduğu kimi, möhkəmləndirilmiş erməni ordusu nəinki Ərzurumu zəbt etməyə, hətta digər əyalətləri də tutmağa qadir olacaqdır. Düzdür, bütün bunlar, xüsusilə Van əyalətinin işğalı ermənilər üçün müəyyən çətinliklər yaradacıqdı (s. 85).

Müttəfiqlərin öz hərbi ekspertləri hesabat verəndə bu vəhşi erməni yuxuları haqqında Müttəfiqlərə məhz bunlar deyildi. Fransız marşalı Foç qeyd etdi ki, ermənilər uzun əsrlərboyu zülmə düçaredilmiş, onların nə inzibati, nə də hərbi təşkilatları olmamışdır. Ermənilər üçün nəzərdə tutulan ərazidə dörd zəif türk diviziyası və çoxsaylı türk hərbi və inzibati mənbələri vardır. Rabitə xətlərinə nəzarət edən düşmə-nin ərazisini zəbt etmək üçün pis təmin edilmiş erməni ordusunun qələbə çalması ağlabatan edyil. Xarici kömək olmadan ermənilər Ərzurum və ya Türkiyə Ermənistanının digər hissələrinin üzərində nəzarəti ələ keçirə bilməzlər. Foç həm də xəbərdarlıq etdi ki, Müttəfiqlərin bayraqlarından və hərbi heyətindən istifadə edilməsi Müttəfiq dövlətləri arzuolunmaz hərbi müdaxiləyə sövq edə bilər (s. 86).

Ermənilər yalvarmaqda davam edirdilər: "Əgər bəyannamə Ərzurumu Ermənistana aid etssydi, onda onun üstünə öz adını qoymaq üçün Ermənistanın hüquqi əsası olardı və qanun həmin əməliyyatın yerinə yetirilməsinə hansısa stimul verərdi» (s. 86)

Britaniyalılar reallıqlar haqqında danışırdılar və Lloyd Corc bəyan etdi ki, "Müttəfiqlər praktik olmalıdır. "Konfranslardakı real təhlükə orasındadır ki, onlar illüziyalar dünyasında yaşayırlar və faktlarla üz-üzə dayanmamışlar. Konfranslar hər hansı bir qətnamə qəbuluna meyllidir və nəyisə qeyd etməklə çətinlikləri həll etdiyini düşünür». Ərzurumun statusu haqqında konfransda qərar qəbul etmək olmaz. Şəhər hərb yolu ilə götürülməlidir və orada qan töküləcəkdir. Əgər Ermənistan Ərzurumsuz mövcud ola bilmirsə, deməli o, ümumiyyətlə mövcud ola bilməz» (s. 86)

Ermənilər öz torpaq axtarışlarını davam etdirirdilər.

Mandat və sərhədlər haqqında qərarlar olmasa da, proses davam edirdı, orada ölkəni müdafiə etmək üçün xarici körnək və qaydaqanunla rəhbərlik etmək, habelə hərbi qüdrəti artırmaq məqsədi ilə maliyyə yardımı söhbətləri gedirdi. Müttəfiq dövlətlər silah və sursatla təmin etməyi qərara aldı, lakin həmin məqsədlər üçün qoşun aynlmasını bacarmayacaqlarını söylədi - Ermənistan başqa bir dövlətin köməyini təmin edərək digər sahələrə nisbətən hərbi müdafiə kimi sahələrə diqqəti artırarsa, Müttəfiqlər imkanları müqabilində təlimatçı və silah-sursatla təmin edə bilərlər. Birləşmiş Ştat-/arda və ya digər yerlərdə könüllülər korpuslannın formalaşdınlması erməni vətənpərvərliyinin əsas stimulu olacaqdır. (s. 88-89).

Birləşmiş Ştatları erməni liderlərinin balaca çirkin müharibəsinə təhrik etməyə cəhdin bir yolu bu idi. Hökumətin yox cavabmı seçməsinə amerikanlar minnətdar ola bilərlər. "Kreditə ehtiyac daha mühüm idi (Göründüyü kimi, ermənilər hər şeyin və hər kimin başında həmişə pulu ən birinci şərt kimi qoyurlar). Liqalar Şurası Liqalar Assembleyasına təklif etməyə hazırlaşırdı ki, o, Ermənistana kollektiv təminatlı borclar buraxsın, lakin bütün bü əməliyyatlar bir qədər vaxt aparacaqdı. Üstəlik, Liqanın "erməni ölkəsinin gələcəyinə rəğbəti daha səmimi və fəal olan və orada müharibə yükünün yaratdığı çətinliklərin azalacağma ümid bəsləyən" Birləşmiş Ştatlara müraciət etməyə qanuni hüququ yox idi» (s. 86).

Əsas məsələ burasında idi ki, avropalılar quldur ermənilərə bir qara qəpik də verməyə hazırlaşmırdı. Nəzərə alın ki, əgər Birləşmiş Ştatların Konqresi Millətlər Liqasına girməyə razılığını bildirsə və onun üzvünə çevrilsəydi, Liqalar Şurası Liqalar Assembleyasına Ermənistana kollektiv təminatla borclar verilməsini təklif edəcəkdi. Lakin I Dünya Müharibəsindən sonra heç bir digər ölkənin ən adi ehtiyatı da qalmadığmdan, son nəticədə ermənilər üçün "çantanı doldurmaq" Birləşmiş Ştatların boynundan asılacaqdır. Öz cibində bir qəpik də pulu olmayan Ermənistan Millətlər Liqasının təminat verdiyi Birləşmiş Ştatların ödədiyi borcları alacaqdı. 19 aprel 1920-ci ildə Müttəfiqlər nəticəyə gəldilər ki,

Parisdəki türk nümayəndə heyəti sülh müqaviləsinin şərtlərini mayın 10-dan gec olmayaraq alsınlar. O vaxtlar türk hökuməti böyük qarışıqlıq içərisində idi. Şahzadə Daməd Fərid Paşa yenidən baş vəzir olmuşdu və türk millətçilərini qeyri-müəyyən fəaliyyətdə təq-sirləndirirdi. O, millətçi yönlü Osmanlı parlamentini buraxmışdı. Lakin o, yumşaqlıq və ya barışdırıcı sülh razılaşması hesabına liberal eləmentləri sultanın ətrafına toplamaq və Mustafa Kamalın əleyhinə yönəltmək məqsədi ilə "birləşmək" siyasəti təklif etsə də, Müttəfiqlərin, xüsusilə də Britaniyanın dəstəyini qazana bilmirdi. San Remo konfransı ərzində Ali Şura ərəb əyalətlərinin, Treys və əsasən Türkiyə Ermənistanmın aynlmasını təsdiq etdi və Smirnanı türk nəzarətindən effektli surətdə araladı. Çox çətin olan maliyyə, iqtisadi və hərbi nəzarətlər isə dəyişməz qaldı.

Osmanlı parlamentinin dağılması və deputatların çoxunun Anadoluya axını Mustafa Kamala yeni qanuni orqan təşkil etmək və keçid hakimiyyəti yaratmaq üçün arzuolunan hüquqi təməl verdi. Böyük Milli Assambleya adlanan qanuni orqan 23 aprel 1920-ci ildə Anqorada (Hovanissyan Ankara deməyə cəhd edir) açıldı (s. 106).

Sultan hakimiyyəti üçün bundan daha pis zaman ola bilməzdi. "Sülh şərtləri haqqında elan Türkiyədə şok, ümidsizlik və qəzəb yaratdı. Daməd Fəridin nüfuzu sürətlə aşağı düşdü və əvvəllər onu müdafiə etmiş millətçilərin əksəri Mustafa Kamalın ağuşuna atıldı» (s. 107). Osmanlılar sülh üçün kəskin tələblərə türk qoşunlarına istinadla cavab verdilər ki, türk ordusu Osmanlı İmperiaysının sərhədləri kənarma heç vaxt çıxmamış və heç kimin ölümünə bais olmamışdır. Daməd Fərid özünütəyin hüququnu yelə vermiş, prezident Uilson və Liqanın razılaşması tərəfindən dəstəklənən prinsiplərin əleyhinə gedərək Türkiyənin [o, Osmanlı İmperiyasını nəzərdə tutur] böyük bir ərazi-sinin ondan qoparılması qorxusunu əmələ gətirir, ölkənin digər hissəsinin suverenliyi üçün də ciddi təhlükə yaradır. Bu ədalətsiz prinsiplər isə təkcə türk xalqının deyil, bütün müsəlman dünyasının ciddi narahatlığına səbəb olacaqdır (s. 109).

Bu gün ola bilsin ki, kimsə "bütün müsəlman dünyasının ciddi narahatlığına" sözlərinə təəccüblənməli olacaqdır. Çünki Ermənistanın müsəlman Azərbaycanma hücumuna kömək göstərmək və qonşunun torpaqlarının 20 faizini işğal edərək bir milyondan artıq müsəlmanı öz tarixi vətənindən silah gücünə qovmaqda Birləşmiş Ştatlar Rusiya ilə birləşmişdir. İndi təəccüblənməyə dəyər ki, neft istehsal edən ərəb müsəlman ölkələri son on il ərzində qiymətləri xeyli qaldırmışdır, çünki az qala 1 milyon müsəlman qaçqını çadır düşərgələrində yaşamağa məcbur edilmişdir?

Sülh müqaviləsinə nəzər salaq:

Etiraf edilmişdir ki, mövcud olması üçün Ermənistana müəyyən şərait yaradılmalıdır, lakin Türkiyə də həmin şəraitdən məhrum edilməməlidir. Etnik türk məntəqələrini Ermənistana mükafat kimi vermək özünü-idarə prinsipinin pozulması olar və gələcək münaqişələr üçün mənbə rolunu oynayar. Ustəlik, əgər Türkiyə Trebizonddan Ərzuruma və Bəyazitə qədər uzanan həyati nəqliyyat xətlərindən mərhum olsa, onun daxili əyalətləri ayrı düşəcək və aclıqdan əziyyət çəkəcəkdir. Erməni ölkəsinin sərhədləri 1914-cü ildəki rustürk cəbhə xəttindən qərbə tərəf artınla bilməz, lakin xüsusi konvensiya əsasında Türkiyə limanlanna çıxış üçün beynəlxalq komissiyanın rəhbərliyi altında Ermənistana təminat verilməlidir (s. 109).

İtalyanlar Osmanlıların əks təkliflərinə maraq ifadə etdilər, lakin Avropa müttəfiqlərinin digər liderlərinin hamısı "Türkiyənin "xahişlərinə" çox az dözüm göstərdilər" (s. 109). Beləliklə, tarix bizə söyləyir ki, 1919-1920-ci illərin sülh danışıqlarında Müttəfiqlərin özlərini nə qədər yekəxana və qəribə aparmasına baxmayaraq, onlar Osmanlı əhalisini parlaq hərbi komandan Mustafa Kamalın rəhbərlik etdiyi millətçilərin tərəfinə çəkdilər. Bu isə müstəqillik müharibəsini türklərin xeyrinə həll etdi və 1923-cü ildə Türkiyə Respublikasının müasir xalqının doğuluşuna şərait yaratdı. Əgər Müttəfiqlər son sultanın "xahişlərinə" müsbət cavab versəydi, tarix tamam başqa sima alacaqdı.

Yenidən heç nə vermədən nəsə xahiş etmək üçün əllərini açmış quldur erməni liderləri "müqavilənin layihəsində dəymiş ziyanların və köçkünlərin müqabilində Ermənistana kompensasiya ödənilməsinin nəzərdə tutulması üçün yalvarışına başladılar" (s.111) Müttəfiqlər ikinci dəfə yox dedilər! Ermənilər vurulmuş ziyanın Osmanlılar tərəfindən ödənməsinin sülh müqaviləsinə salınınasını iki dəfə xahiş etdilər və Müttəfiqlər iki dəfə yox dedilər!

23 iyul 2001-ci ildə Britaniyanın Ankaradakı səfirinin mətbuat üçün məlumatmda dediklərinə nəzər salın:

Həm indiki Britaniya hökuməti və həm də keçmiş uğurlu Britaniya hökumətləri 1915-1916-cı illər qırğınlanna ən dəhşətli faciə kimi baxmışdır. Biz bu hadisələrdə hər iki tərəfdən verilmiş qurbanlardan ötrü keçirilən hiss və həyəcanlan yaxşı başa düşürük. Lakin biz inanmırıq ki, həmin hadisələr "soyqırım" kimi təsnif edilə bilər, çünki "soyqırım" sözünün xüsusi mənası haqqında təsnifatı Birləşmiş Millətlər Təşkilatı 1948-ci ildə başqa yozumda vermişdir (2).

Fevraldakı parlament dinləmələrinə gəlincə, o vaxtkı xarici Respublika İdarə naziri baronessa Şkotlənd öz çıxışında Lordlar Palatasına dedi ki, "Əvvəlki Britaniya hökumətlərinin xəttini davam edən hökumət hadisələri təhlil edərək onların soyqırım haqqında 1948-ci il BMT Konvensiyasına uyğun olmadığı qəranna gəlmişdir; həmin konvensiya isə ərizə ilə dəyişiklik obyekti ola bilməz. 1915-1916-cı illərdə şərqi Anadoluda baş vermiş hadisələrin şərhi hələ də tarixçilər arasında əsl debatların obyektidir (3).

Britaniyalıların dedikləri çox məntiqli görünmürmü:

1. Hər iki tərəfdən itkilər olmuşdur. Onda nə üçün türk əzablarının üzərindən sükutla keçilir və onlar bir dəfə də olsun ermənilər tərəfindən, hətta erməni tarixçi professorları tərəfindən etiraf edilməmişdir? Məgər bu, tərəfkeşliyə əsaslanan dini-etnik ayrı-seçkilik deyilmi? Məgər bu, seçim əxlaqı deyilmi? Məgər bu, öldürülmüş milyonlarla türkün lal xatirəsinə təhqir deyilmi? İndi həmin türklər ayağa qalxıb soyqırım haqqında həyasız erməni riyakarlığmdan özlərini müdafiə edə bilmirlər.

2. Həmin hadisələr "soyqırım" kimi xarakterizə edilə bilməz. "soyqırım" termini o hadisələrdən otuz üç il sonra, yalnız 1948-ci ildə or-taya çıxmışdır. O vaxt faşist Almaniyası tərəfindən yəhudilərin kütləvi qırılmasımın dəhşətü təcrübəsi o sözü yaratmışdı və həmin ifadə-nin nə birbaşa, nə də dolayısı mənada türk-erməni vətəndaş müharibəsinə aidiyyəti yoxdur. Ermənilər bunu çox yaxşı bilir, məhz buna görə Türkiyəni beynəlxalq məhkəməyə çəkmirlər. Dörd il ərzində (1918-1922) Britaniya İstanbulu işğal altında saxlamışdır. Onların Osmanlı sənədlərinə hərtərəfli nəzarəti var idi və onları çox incəliklə saf-çürük edərək qanun məhkəmələrində işlətmək üçün "tüstüləyən silah" və ya nəsə ona oxşar bir şey axtarırdılar. Britaniya heç nə tap-madı və Malta adasında girov saxlanılaraq məhkəmələrini gözləyən Osmanlı liderlərini azadlığa buraxmağa məcbur oldu. Bununla da hər şey başa çatmalı idi. Lakin ermənilər "zavallı, aclıq çəkən ermənilər" haqqında yalan üfürən öz gəlirli təbliğat maşmlarını xristian dünyasında davam etdirdilər - əlbəttə ki, heç bir müsəlman müxalifəti ilə üzləşmədən!

3. Səlcuq İmperiyası (onuncu əsrdən on ikinci əsrədək) və Os manlı imperiyası (on üçüncü əsrdən iyirminci əsrə kimi) dövründə türk rəhbərliyi altında yüksək həyat standartlarından bəhrələnən ermənilər minillyin sonunda hətta sultan tərəfindən multidinli və multi-etnik Osmanlı imperiyasında "ən çox sadiq xalq" şərəfinə layiq görülmüşdü. 1890-1922-ci illər ərzində zorakılığa və istilaya məruz qalmış Osmanlı İmperiyasında türk idarəçiliyinin devrilməsi və müsəlman əksəriyyəti olan torpaqlarda Ermənistan yaradılması gündəmə gətirilmişdi. Təbliğat, təşviqat və terror sıra ilə həyata keçirilirir, bununla türklər intiqam almağa təhrik olunurdu. Ermənilərin planlarına görə, bütün bunlar xristian Müttəfiqləri (Britaniya, Fransa, Rusiya və başqalarını) hərbi müdaxiləyə cəlb edəcəkdi. Ermənilərə görə, Müttəfiqlər qələbə çalan kimi "dənizdən dənizə" olan torpaqların şərq hissələrini ermənilərə verəcəkdi. Erməni vəhşilikləri və müsəlman qurbanları qərb mənbələri (xristian diplomatları, missionerləri, yeni reportyorlar, hərbi agentlər və başqaları) tərəfindən tamamilə unudulmuşdur. Ta nizami erməni qoşunları müxtəlif hərbi geyimlərdə (Osmanlı ordusundan fərarilik etmiş, üstəgəl rus və fransız ordularının könüllüləri) gəlib qanlı qırğını həvəslə yerinə yetirənə qədər hərbiləşdirilmiş erməni qanqsterləri (Erməni İnqilabi Federasiyası və Hunçaklar) saysız-hesabsız müsəlman qırmışdılar. 1918-ci ildə müharibə Müttəfiqlərin qələbəsi ilə başa çatanda ermənilər öz mükafatını istədi: ziyanın ödənilməsi və Osmanlı İmperiyasından torpaq. Heç biri verilmədi. Heç fransız və ingilislər 1919-cu ilin yanvarmda işə başlayan Paris Sülh Konfransında ermənilərə yer vermək haqqında belə düşünmədilər. Onlar erməni iddialarına satılmadılar. Erməni xəyanətinin yaratdığı vətəndaş müharibəsi türklərə və ermənilərə baha başa gəldi.

Sülh Konfransı sona yaxmlaşırdı. Hovanissyan belə birfakta etirazını bildirir ki, digərlərindən fərqli olaraq Ermənistan lazımi qədər vəsait və müdafiə almamışdır. O yazır: "San Remo konfrası ərzində və onun nəticəsi olaraq Müttəfiqlərin rəhbərliyi Ermənistanla bağlı bir sira öhdəliklərindən uğurla uzaqlaşmışdır. Onlar Millətlər Liqasının və Birləşmiş Ştatlar prezidentinin təklif etdiyi sipərin arxasında gizlənərək birləşmiş respublika yaratmaq işində və sülh müqaviləsində onlara ərazilərini genişləndirmək mükafatı verilməsində ermənilərə kömək üçün heç bir hərbi qüvvə işlətməyəcəklərini bəyan etdilər» (4).


Ñòð.| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |