ÊÀÐÀÁÀÕ â ÄÎÊÓÌÅÍÒÀÕ

 

 Íà÷àëî | ÁÈáëèîòåêà | Ôîòî ôàêòû | Êàðòèííàÿ ãàëåðåÿ | Ññûëêè | Ôîðóì | ÎïðîñÏîèñê â google | AZAD QARABAĞ |

ERMƏNİSTAN terrorçu "xristian" ölkənin gizlinləri

ERMƏNİSTAN

terrorçu "xristian" ölkənin gizlinləri

Samuel Uimz

Ñòð.| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |


ON ÜÇÜNCÜ FƏSİL:
MUZDLU ERMƏNİ AGENTLƏRİ BİRLƏŞMİŞ ŞTATLARDA İCTİMAİ FİKİR FORMALAŞDIRIR
AMERİKALI ŞAHİDLƏR SÜBUT EDİRLƏR Kİ, TÜRKLƏR ERMƏNİLƏRƏ QARŞI
QIRĞIN VƏ YA GENOSİD TÖRƏTMƏMİŞDİR

Bu, belə olmalı idi, çünki erməni liderləri Birləşmiş Ştatlara o qədər çox agent göndərmiş və o qədər çox pul sərf etmişdir ki, onlar Amerikanın Ermənistana kreditlər, milyonlarla dollar və nizami qoşunlar verəcəyinə inanmışdır. Bu quldur rejiminin nə üçün belə düşündüyünə Hovanissyan cavab verməyə çalışır.

"Dünya Müharibəsinin axırmda ermənilərin əksəri Birləşmiş Ştatların oniarın azadlıq və quruculuq prosesinin qarantına çevriləcəyinə inanırdı. Bu inam Amerika ictimaiyyətinin uzunmüddətli rəğbətinə, Konqresdəki partizansayağı müdafiəyə və Uodrou Uilsonun Ermənistanın müdafiəsinin "sivilizasiyanın müqəddəs etibarı" olması haqqında möhkəm əqidəsinə əsaslanırdı. Lakin müasir amerikanlar tərəfindən müdafiə olunmasına baxmayaraq, ABŞ prezidenti Paris Sülh Konfansına möhkəm təzyiq göstərməyə qadir olmadı» (1).

"Onların azadlıq və quruculuğunun qarantı!" Hovanissyanın işlətdiyi bu kod-sözlər real dünya dilinə tərcümə ediləndə bu mənanı verir: Birləşmiş Ştatlar qoşunlarını gətirərək amerikalıları ziyana salır, ermənilərin bütün xərclərini öz üzərinə götürür və erməni liderlərinə deyilməmiş dərəcədə çox milyonlarla dollar verir ki, sadəcə bu quldurlar xəyallarında yuxu kimi yaşatdıqları dənizdən dənizə olan qon-şu torpaqlarını tutmağı reallığa çevirə bilsinlər.

Bəzi amerikalıların kömək üçün onlara təklif etdiyi yolları ermənilər bəyənmədilər. Bu təklif yaxşı nümunə idi:

Osmanlı İmperiyası üzrə məsələnin həllinin Amerika mandatı Yaxın Şərq ölkələrində zəngin təcrübəsi olan missionerlər, diplo-matlar və iş adamlarından istifadə üzərində qurulmuşdu. Çox gü-man ki, bu qrup üçün ən münasib başçı Robert Kollecinin prezidenti Kaleb F. Qeyts ola bilərdi. O, xəbərdartıq etmişdi ki, müstəqil Ermənistan ölkəsinin yaradılması siyasi və iqtisadi nöqteyınəzərdən ziyanlı olardı. Bu istiqamətdə danışıqlarhəm türkləri, həm də əvvəlki qırğınlardan sağ qalanlan ayağa qaldırmış olardı. Özünü idarə etməyə hələ hazır olmayan hər cür irqi və dini elementləri aradan götürmək çox vacibdir. Osmanlı İmperiyası üzərində Amerika nəzarəti həyata keçirilsəydi, ermənilər sağ-salamat öz yerlərinə qayıdar və şərq vilayətlərində kifayət qədərerməni yenidən yerləşdiriləndən sonra onlara "daxili qanunlar" yaratmaq dərəcəsinin təminatı verilərdi. İmperiyanın ərazi bütövlüyünü qorumaq yolunda Amerikanın nəzarətini qəbul edən Türk Uilson Liqasını K.Qeyts fəal surətdə alqışlayırdı. Hətta 1917-ci ildə türk-amerikan diplomatik əlaqələri kəsiləndən sonra da Türkiyə Robert Kollecini bağlamayaraq Amerikaya inamını ifadə etmişdi (s. 317).

Bu, təbii görünməzdi, çünki I Dünya Müharibəsi ərzində Birləşmiş Ştatlar heç vaxt Osmanlı İmperiyasına müharibə elan etməmişdi. Bu dövrdə soyuqqanlı amerikanlar tərəfindən müxtəlif üsullarla dəfələrlə somşulan sual isə belə idi: "Birləşmiş Ştatlar nə üçün qoşunlarını gətirərək hansı müddətə verilməsi bilınınəyən tərzdə erməni borclarını ödəməli, ermənilərin arzusunda olduğu Osmanlı müsəlmanlarının torpaqlarını ermənilərə verməli və onları türklərdən qorumalıdır?". Eyni zamanda muzdlu erməni agentləri Birləşmiş Ştatlarda gərgin iş apararaq amerikalıların ictimai fikrini formalaşdırırdı.

Birləşmiş Ştatlarda fəaliyyət göstərən Ermənistanın Müstəqilliyi üçün Amerika Komitəsi, Erməni Mətbuat Bürosu və Erməni Milli Biriiyi K. Qeytsin motivlərini yıxıbsürüyürdülər. Dövlət Departamenti və Sülh Konfransı yüzlərlə teleqram və bəyanat alırdı. Otuz ştat qubernatorunun imzaladığı sənədlərdən birində bütün Ermənistana dərhal müstəqillik verilməsi xahiş olunurdu. "Nyu-York Tayms" qəzeti Qeytsin təkliflərini əxlaqsızlıq adlandırdı, Rabbi Stiven S. Uays isə Osmanlı İmperiyasının saxlanması üçün Robert Kollecini danışıqlarda işlətməyi nəzərdə tutan amerikan missionerliyinə və təhsil idarəsinə təəccübünü bildirdi: "Bizim erməni xalqı qarşısında öhdəliyimizlə bir araya sığmadığına görə mən doktor Qeytsin məsləhətini qəbuledilməz sayıram. Erməni xalqı təbii olaraq doktor Qeytsə və onun kimi düşünənlərə deyə bilər ki, bu adamlar bizi öz dostlanmızdan ayırır». Türk zülmünə güzəştə getməkdənsə Robert Kollecinin qapılarını bağlamaq daha yaxşı olardı.

Amerikanın həvəsləndirici təhsilindən və qərbşünaslıqdan şərəf duyan erməni protestant liderləri Qeytsin bəyanatlanndan peşman-çılıqkeçirirdilər. İyunun 5-də Klivləndin H.Doc ofisində onunla görü-şən Erməni Yevangel Birliyinin nümayəndələri soruşurdularki, türk vəhşiliklərindən tamamilə xəbərdar olan Qeyts necə ola bilər ki, iki irqin davamlı birgəyaşayışını təklif edir? Qeyts türkləri müdafiə etdiyini və ya gələcək Ermənistan ölkəsinin mümkünlüyünə şübhələndiyini inkar etdi. Lakin o, belə bir dərin inamını ifadə etdi ki, Anadolunun yarısına olan şişirdilmiş erməni iddialan yeni qırğınlarla nəticələnəcəkdir. Yalnız bütün imperiya üzərində Amerikanın protektoratlığı nəticəsində ermənilər nəzərdə tutulan ərazidə özünüidarəyə yönəlmiş inkişafa ümid bəsləyə bilərlər. Xarici Missiyalar üzrə Amerika Sərhəd Komissartığının Ermənistanın müstəqilliyinə əngəl törətməsi faktı da erməni protestantlarının peşimançılığını artırmışdı (s. 318-319).

Amerikanın Xarici Missiyalar Palatası "həmin siyasi fəaliyyətin onun sərhədlərindən kənarda yerləşdiyini" xoş məram kimi təlqin edirdi (s. 319) Digər Amerika dini qruplarının şişirdilmiş erməni iddialarına meyl etməkdənsə, məsələyə eyni münasibət bəsləməməsi çox pis idi. Öz mövqeyində inad edən digər qüdrətli səs isə təchizat admiralı Mark L. Bristola məxsus idi. "Yaxın Şərqdə Amerika iqtisadi maraqlarının fəal müdafiəçisi kimi və Avropa qüvvələrinin ərazini tərk edərək Birləşmiş Ştatların Ermənistanda "pul kisəsi" vəzifəsində saxlanmasına ehtiyatla yanaşan admiral Bristol Osmanlı torpağının bölünməsini və Ermənistanın müstəqilliyini qətiyyətlə rədd edirdi» (s. 317-318).

Hər cür əlavə sözü kənara qoyaraq yalnız əsas faktın özünə nəzər salın: Bristol və Qeyts Osmanlı İmperiyasında fəaliyyət göstərir və öz gözləri ilə görürdülər ki, Ermənistan nə ölkə olmaq üçün, nə də daha artıq dərəcədə xalq olmaq üçün hazır deyil. 1920-ci il martın 20-də prezident Uodrou Uilson "Müttəfiqlərin kəşfiyyat missiyasının Yaxın Şərqdə təsir dairələrinə" nəzər salmasını təklif etdi (s. 322) İki nəfərin rəhbərlik etdiyinə görə bu missiya Kinq-Kreyn Komissiyası adını aldı. "Oberlin Kollecinin prezidenti Henri S. Kinq və Uilsonun sənayeçi dostu və Robert Kollecinin etibarlı nümayəndəsi Çarlz R. Kreyn» (s. 323).

Bu komissiya çoxsaylı məsələləri araşdırdı. Baxılan məsələlərdən biri Fələstində Yəhudi evi haqqında mülahizələr idi. İstanbulda xeyli vaxt sərf edən komissiya həm türk, həm də ermə- B ni nöqteyınəzərlərini dinlədi. "Türk qəzetləri siyasətçilərin bacarıqsızlığını tənqid edir və yenə də erməniləri satqınçılıqda və terrorizmdə, siyasi və iqtisadi zorakılıqda, Türkiyəni dünya xəritəsindən silmək üçün beynəlxalq meydandakı iştirakda ittiham edirdi" (s. 326).

Həm erməni, həm də türk tərəfi birbirindən fərqli münasibətlər təqdim etdi və həmişə olduğu kimi ermənilər "Qara və Aralıq dənizlərində limanları olacaq yenidən qurulmuş ölkə uğrunda mübahisələraçırdılar».(s. 323).

"….Çoxsaylı insanlara çox böyük yaxşılıq" etmək üçün "böyük nöqteyınəzəri" müzakirəyə çıxaran admiral Bristol britaniyalılara, ermənilərə və yunanlara nifrətinə son qoya bilmirdi» (s. 328).

"Uzun müddət Oberlin missioneri olmuş və Sivasda müəllim işləmiş Meri Luiz Qrəffəm qədər alovlu surətdə Ermənistanın müstəqilliyini müdafiə edən ikinci adam olmamışdır» (s. 328).

Heç şübhə ola bilməz ki, xanım Qrəffəm öz tələbələrinə sadiq olan ləyaqətli qadın idi. Lakin bütün vəziyyət haqqında onun hərtərəfli biliyi yox idi, habe-lə o, dini və siyasəti birləşdirən biznes adamı da deyildi. Kinq-Kreyn Komissiyasının qarşısında dayanan çaşmış, lakin xoş məramlı olan digər şəxs isə Marsovanda Anadolu Kollecinin prezidenti doktor Corc E. Uayt idi. Doktor Uayt bəyan edirdi ki, "türk hökumətində "insanın həyatı, qadın ləyaqəti, uşaq rifahı, sakinin varlanması və ya atanın hüquqları üçün real təminat yoxdur". Ermənistan Amerikanın himayəsi altında dərhal müstəqilliyə nail olmalıdır; məsələnin təxirə salınınası çox dəhşətli ola bilər, çünki Mustafa Kamal türkləri "qan tökməyə, talançılığa və müharibəyə" təhrik edir» (s. 329).

Doktor Uaytın bəyanatı haqqında düşünün: "Ermənistan Amerikanın himayəsi altında dərhal müstəqilliyə nail olmalıdır, çünki "Mustafa Kamal türkləri "qan tökməyə, talançılığa və müharibəyə" təhrik etdiyi üçün məsələnin təxirə salınınası çox dəhşətli ola bilər». "Savadlı" centlmenin bu bəyanatı hər hansı bir adamın haçansa etdiyi ən pis şərh kimi tarixə düşəcəkdi. Mustafa Kamal öz xalqını xilas etdi və böyük müstəqil dövlət yaratdı; doğrudan da o, iyirminci əsrin ən böyük şəxsiyyətlərindən biridir. Məqsədinə çatması və öz xalqına, xüsusilə onun kasıblar-kasıbına kömək etməsi istiqamətindəki islahatları bütün dünya üçün model ola bilər. O, azad seçilmiş parlamentin onu Atatürk - Türkiyənin Atası adlandırması şərəfinə həqiqətən layiqdir. İyirminci əsrdə heç bir başqa lider xidmətlərinə görə öz xalqı tərəfindən belə şərəf və hörmətə layiq görülməmişdir. Əsl hərbi qəhrəman olan bu Atatürk heç bir döyüşdə məğlub olmamış, "vətəndə sülh və dünyada sülh"ü müdafiə edən dövlət xadiminə çevrilmişdir.

Kinq-Kreyn Komissiyası təsis ediləndən düz beş ay sonra, avqustun 28-də öz hesabatmı çapdan buraxdı. Komissiya Fələstin, Suriya, Mesopotamiya və Osmanlı İmperiyası ilə bağlı təkliflərini verdi. Türklərlə bağlı olaraq komissiya bəyan etdi: "Yaxın Şərqə stabillik və dünyaya sülh gətirmək üçün Avropa dövlətləri Osmanlı İmperiyasını parçalamaq və istismar etmək yolundan çəkınınəlidir; Anadolu toxunulmaz şəkildə Türkiyənin tərkibində qalmalıdır.

"Erməni azlığının müsəlman çoxluğu üzərində rəhbərliyinə Kinq və Kreyn barmaqarası baxmaq istəmir, erməni ərazi iddiaları daha çox "imperialist" səciyyə daşıyır və faktların saxta şərhinə əsaslanır. Qədim dövrlərdə qısa bir zaman kəsiyindən savay Kilikiyadan Qafqaza qədər olan torpaqlar heç vaxt ermənilərə məxsus olmamışdır» (s. 331-332).

Məsələ burasındadır! Ermənistan Türkiyəsi və erməni yaylası kimi iddialarda israr etmək ermənilərin arzu dolu xəyallarının üzərində qurulmuş boş sözlərdən başqa bir şey deyildir. Ağlı başında olan hər hansı bir adam erməni hərəkətlərini müdafiə edə bilərmi? Osmanlılara qarşı əvvəlcə satqınlıq mövqeyi tutmaq və azlıqda qalan xalq olduğu üçün inqilaba başlamaq, sonra isə müsəlmanlara ağalıq etmək üçün xarici dövlətdən onu müdafiə etməyi istəyən ermənini kim müdafiə edər?

Kinq-Kreyn hesabatı davam edərək yazırdı ki, Ermənistanın torpağı olmalıdır və "ona görə də yeni ölkə Rusiya Ermənistanının əyaiətlərində və Trabzon, Ərzurum, Bitlis və Van vilayətlərinin təxminən 1916-1917-ci ildə rus qoşunlarının işğal etdiyi hissələrində hüdudlanmahdır» (s. 332) Müharibə illərində Osmanlı İmperiyası torpaqlarının rus qoşunları tərəfindən qısa müddətə işğal edilməsinin nə üçün komissiyanın sənədinə daxil olunmasını Hovanissyan şərh etmir. Ermənilərin iddia etdiyi torpaqların onlara verilməməsini nə üçün tövsiyə etdiyini də komissiya izah edirdi: "Bütün bunlar onlara xəyali deyil, real imkanlar verilməsi haqqında ermənilərin nəzərdə tutduğu əsas maraqla uyğun gəlmir. Erməni lap çox qamarlamaq və hər şeyi itirmək dahiyanə təhlükəsi deməkdir» (s. 332).

Bu, tarixin ən böyüktəsdiqlərindən biri olmalıdır. Buna baxmayaraq, erməni liderləri Amerika qoşunlarının köməyi ilə dənizdən dənizə başqasının torpağının tələbində təzyiqi davam etdirirlər. Xərci isə Amerikanın vergi verənləri ödəməlidir. Ermənistanla bağlı olaraq Amerikanın daha iki rəsmi kəşfiyyat sənədi var idi. Birinci səfər Birləşmiş Ştatların ordu kapitanı Emori Naylz və Artur Sazerland tərəfindən edilmişdi.

Naylz-Sazerland hesabatı

l Dünya Müharibəsinin axırlarında erməni liderləri bütün xristian xalqları qarşısında hay-küy qaldıraraq onların gəlməsini və erməniləri "qorxulu türkdən" xilas etməsini istəyirdi. Onların guya türklər tərəfindən qırılması və pis davranışa məruz qalması haqqında ermənilər xeyli əhvalat uydurmuşdu. Birləşmiş Ştatlar hökuməti erməni qaraqışqırığını təhqiq edərək ordu kapitanı Emori Nayls və mülki vətəndaş Artur Sazerlandi şərqi Anadoluya göndərdi. Bu iki adama vəziyyəti öyrənmək və aktual faktlar əldə etmək tapşırılmışdı. Naylz-Sazerland Hesabatı Yaxın Şərqə Kömək üzrə Amerika Komitəsinin (ACNRE, və daha çox "Yaxın Şərq Köməyi" kimi tanınan) maliyyə yardımı fəaliyyətində əsas sənədinə çevriləcəkdi.

Naylz və Sazerland regionu başdanbaşa gəzərək etnik və ya dıni aidliyindən asılı olmayaraq gördüklərini və eşitdiklərini qələmə alırdlılar. Bu iki adam türk müsəlmanlarının, habelə xristian ermənilərinin dəhşətli vəziyyəti haqqında qərar verdi. Onlar şahid oldular ki, əzab çəkənlərin böyük əksəriyyəti müsəlmanlardır. Görəsən bu hesabat nə üçün gizlədilmiş və sonrakı Amerika təh-qiqat komissiyaları tərəfindən işlənməmişdir? Nə üçün Birləşmiş Ştatların arxivlərindən həmin hesabatın natamam bir nüsxəsi bu gün tapılır? Həmin nüsxə isə "tamamilə müxtəlif mövzulara aid olan sə-nədlər arasında ustalıqla gizlədilmişdir, xoşbəxtlikdən, məhv edilməmiş, yalnız basdırılmışdır" (2).

Müşahidələrinə və qaldırdığı suallara görə MakKartinin kitabmm 252-ci səhifəsinin sonundakı qeydlər böyük maraq doğurur (3) "Harbord və Kinq-Kreyn Komissiyasının hesabatları kimi digər hesabatlar da yəqin ki, yaxşı reklam edilmişdi. Məntiqə görə, Naylz və Sazerlandin bəyanatları bütünlüklə Harbord Hesabatlarına daxil edilməli idi, lakin edilməmişdi. Adam özünü inanmaqdan saxlaya bilmir ki, onların şahidliyi hakimiyyyətdə olanların eşitmək istədiyi ilə düz gəlmirdi. General Harbord öz hesabatmda qeyd etmişdir ki, kapitan Naylz şərqi Anadoluda Harbord Komissiyasının görmədiyi ərazilərə baş çəkmiş, lakin Harbord Naylzın yazdıqları haqqında heç nə təqdim etməmişdir. Həm Harbordun, həm də Kinq-Kreynin hesabatları, əraziyə baş çəkilməsə də, Van və Bitlis kimi vilayətlərdə vəziyyəti bütün təfərrüatı ilə təsvir edir. Türk nöqteyınəzərindən və ya şahid ifadələrindən istifadəyə çox az cəhd göstərilmişdir. Əlbəttə ki, Harbord Komissiyası yalnız erməni mövqeyini şərh edirdi, ona görə də dəqiq hesabatda türklərin düşündükləri ilə oxşarlıq sırf təsadüfi xarakter daşıyırdı».

Naylz və Sazerlandin hesabat hazırlamaq üsulu sadəcə öz gördüklərini heç bir izahsız qələmə almaq idi. Onlar şərqi Anadolunun dərinliklərinə üz tutduqca öz hesabat hazırlamaq üsulunu dəyişdilər və müsəlman türklərlə xristian ermənilərə münasibətdə tipik Qərbi xristian adlanan mövqedən çıxış etməyə başladılar. Naylz və Sazerlandin tapıntılarına diqqət yetirin:

Bu geniş ərazidə [Vandan keçərək Bitlisdən Bəyazitə] bizə məlumat verildi ki, ziyan və dağıntıları ermənilər törətmişdir. Rus ordusu geri çəkiləndən sonra ölkədə işğal altında qalmış, Türkiyə Ordusu hücuma keçəndə isə müsəlmanlara məxsus olan hər şeyi ermənilər dağıtmışlar. Bundan başqa, hər bir izahatda ermənilər müsəlman əhaliyə qarşı törətdikləri qətl, zorlama, yanğın və dəhşətli vəhşiliklərdə ittiham olunurlar. Əvvəllərbiz bu söhbətlərə çox da inanmırdıq, lakin nəhayət biz onlara inanmalı olduq, çünki şahidlik tamamilə anonim aparılır və maddi dəlillərlə sübuta yetirilirdi. Məsələn, gördüyümüz kilsələrə və evlər üzərindəki naxışlara görə belə qənaətə gəldik ki, Bitlis və Van şəhəriərində yeganə salamat qalan yerlər erməni məhəllələridir, müsəlman məhəllələri isə tamamilə dağıdılmışdır. Ermənilərin olduğu deyilən kəndlər indi də yerindədir, lakin müsəlman kəndləri tamamilə dağıdılmışdır (4).

Naylz və Sazerland yekun vururdular: "Biz inanırıq ki, ermənilər türklərin ermənilər əleyhinə olduğundan daha çox cinayətlərdə gü-nahkardırlar». MakKarti qeyd edir: "Əlbəttə, fərq burasındadır ki, onlar erməni cinayətlərinin sübutlarını öz gözləri ilə görmüş, türklərinkini isə yox - ittihamm biri şahidliyə əsaslanır, digəri isə şaiyələrə. Məhz buna görə də onların faktiki olaraq nə gördükləri daha inandirıcıdır, özləri istəməsə də onlar ermənilər tərəfindən həyata keçirilmiş şeytan əməlləri haqqında hesabat vermişlər» (5).

Naylz-Sazerlandin Hesabatını oxuyandan sonra anlayırsan ki, ermənilər öz son qiyamlarına başlayandan sonra vaxtilə çiçəklənən bu ərazi necə də xarabazara çevrilmişdir. Ərazini dolaşdıqca Naylz və Sazerland görürdülər ki, taxıl zəmiləri, evlər və insan həyatları necə alt-üst edilmişdir. Türk ordusunun gəlişindən qabaq qaçıb getmiş ermənilərdən bir az sonra amerikanlar müsəlmanları görmüşlər. Xristian ermənilərinin öz qonşularının başına gətirdiklərini görmək dözülməz idi.

Türklər erməniləri Anadoludan qovandan sonra Naylz və Sazerland görürdülər ki, qaçıb gedən ermənilər yolları üstündəki bütün müsəlman şəhər və kəndlərini xarabalığa çevirmişlər. Güman ki, Naylz və Sazerlandin əldə etdiyi ən tutarlı şahidlik faktı erməni qiyamlarından qabaqkı Anadoluda yaşamış müsəlmanlar və ermənilər Anadoludan qaçıb gedəndən sonra sağ qalmış müsəlmanlar idi.

Məsələn, Van və Bitlisdə müsəlman əhalinin yalnız təxminən 10 faizi sağ qalmışdı. Demək olar ki, müsəlman ictimai binalarının və ibadət yerlərinin hamısı məhv edilmişdi. Naylz və Sazerland erməni nəzarəti altında olmuş hara baş çəkirdilərsə eyni vəziyyətlə üzləşirdilər. Bunun əksinə olaraq erməni kəndləri toxunulmaz qalmışdı.

Bu Amerika hesabatının yekununda deyilir: "….Torpağın üzərində olan maddi dəlillər bizi belə bir ümumi faktlar həqiqətinə gətirib çıxardı ki, birincisi, ermənilər xüsusi qəddarlıqla geniş mas-ştabda müsəlmanları qırmış, və ikincisi, şəhərlərə və kəndlərə dəymiş əksər dağıntı üçün məsuliyyəti ermənilər daşıyır…. Nəticədə əvvəlki əhalisinin təxminən dörddə biri sağ qalmış ölkə tamamilə dağıdılmışdır» (6).

Tarixçi Castin MakKarti nəticə vurur: "Otuz İllik Müharibə və Qara Ölüm kimi dünya tarixinə böyük qurbanlar verilmiş hadisələrdən biri də bu qırğındır. Əlbəttə, ölənlər təkcə müsəlmanlar deyildi. Ermənilərin ölüm hadisəsi də az deyildi və erməni itgilərinin üzərindən də sükutla keçmək olmaz. Lakin dünya erməni əzabları haqqında çoxdan bəri xəbərdardır. İndi isə dünyaya şərqdəki müsəlman əzabları və onun necə dəhşətli olması haqqında car çəkməyin vaxtı çatmışdır…. Təəccüblü dərəcədə çoxsaylı müsəlmanlar ya öldürülmüş, ya da aclıq və xəstəlikdən qırılmışdır» (7).

Harbordun hesabatı

Ermənistanda Amerikanın ikinci təhqiqatı da olmuşdur. "Generalmayor Ceyms G. Harbord tərəfindən başçılıq edilən Ermənistanda Amerikan Hərbi Missiyası 1919-cu ilin iyununda Henri Morgentauzun təşəbbüsü ilə yaradıldı və Türkiyə-Ermənistam qaçqınlarının geri köçürülməsi və hüquqlarının qorunması işi Harborda həvalə edildi. Xüsusilə Hübert Huver əleyhinə olduğu üçün bu təyinata maddi təminat verilmədiyindən, polkovnik U.N.Haskell köçürülmə ilə deyil, Müttəfiqlərin Baş Komissarı kimi Ermənistana kömək fəaliyyətlərinin koordinasiyası ilə məşğul olmağa başladı. Sonra Huver yeni erməni dövlətinin yaradılması ilə bağlı olaraq uğurlu köçürülmə, siyasi və iqtisadi problemlərə yönəldilmiş tədbirlərlə əlaqədar sahələrə rəhbərliyin Harborda həvalə edilməsinə razılıq verərək Morgentaunun könlünü aldı» (8).

Amerika rəsmiləri bu hərbi missiyanın çox az imkanlara malik olduğunu Müttəfiq ölkələrin aydınca dərk etməsini istəyirdi. Paris Sülh Konfransında Amerika nümayəndə heyəti xəbərdarlıq edirdi: "….Həyata keçirilməsi nəzərdə tutulan çoxsaylı rəsmi hərəkətlərdən ona görə imtina edilir ki, bu, Birləşmiş Ştatların erməni hökumətini və indi Zaqafqaziyada mövcud olan hər hansı digər hökuməti rəsmi tanıması kimi başa düşülə bilər. Ermənistandakı təxminən altmış nəfər üzvü olan Amerika Hərbi Missiyası təlim, təcrübə və ekspertiza baxımından çox diqqətlə seçilmişdir» (s. 335) Amerikalı ermənilərin dörd hərbi adamı da həmin missiyaya daxil edilmişdi.

Hərbi Missiyanın yaradılması haqqında elan verilən kimi erməni agentləri işləmək üçün Birləşmiş Ştatlara cumdular. Bu missiya geniş təbliğ edilirdi. Orada "bu missiyanın yaradılmasının Ermənistanın taleyini həll edəcəyi və əgər Amerika mandat hüququ qazanacaqdı-sa, Harbordun Ermənistanın qubernatoru olacağı haqqında şaiyələr dolaşırdı. Ermənipərəst qəzetlər də öz şəxsi qiymətləndirməsini aparırdı» (s. 334).

"Ermənistanın Müstəqilliyi Uğrunda Amerika Komitəsi bu missiyaya ən gözəl arzularını bildirərək…. ona erməni məsələsinin sürətli həllini və "müvafiq olaraq uzun müddət əzab çəkmiş ləyaqətli xalqın layiq olduğu arzusuna tamamilə çatmasını" həvalə edirdi (s. 336) Qısa tərzdə deyilmiş bu özündənmüştəbeh bəyanat əslində xarici dövlətin Amerikanın xarici siyasətinin öz eqoist maraqlarının həllinə təsir etrməsi üçün göstərdiyi cəhd idi.

Lakin ortada qərargahı İstanbulda olan admiral Bristol da var idi. Hovanissyan qeyd edir ki, "Bu missiyaya inanmamaq üçün admiral Bristolun səbəbləri tamamilə müxtəlif idi. Məqsədləri daha çox lənətlənmək deyil təriflənmək olan türk millətçilərinin hər bir hədəsini nəzərə almaq. Bristol şikayətlənirdi ki, Haskell və Harborda verilmiş səlahiyyətlər ermənilərə qeyri-adi münasibət nümayiş etdirir və beləliklə, müsəlmanlar arasında narahatlıq əmələ gətirir. O, Harbordu inandırırdı ki, vacib və dəqiq təhqiqatdan savay digər hallar üçün elanlar və ya özününümayişə ehtiyac yoxdur» (s. 337).

Tarix admiral Bristolun haqlı olduğunu sübut etmişdir. Bugünkü Türkiyə milli hərəkatın yaranışıdır. Amerika kənara çəkilsə yaxşıdır, çünki xüdpəsənd Ermənistan onları saxlamağa çalışsa da, Türk Milliyyətçiləri müstəqillik uğrunda döyüşlərdən qalib çıxmışdır. Hərbi missiya Osmanlı İmperiyasına çatanda iki hissəyə bölündü: Harbordun rəhbərliyi altında torpaq hissəsinə və bir aydan sonra Batumidə Harhardın rəhbərliyi altına keçəcək dəniz hissəsinə. "Min mildən artıq məsafəni qət etməli olan Harbordun qrupu dəmir yolundan, maşınlardan, faytonlardan və hətta atlardan istifadə edərək təxminən nəzərdə tutulmuş vaxtda mənzil başına çatdı» (s. 338).

Məhz bu hərbi missiya vaxtı Hovanissyanın çap etdiyi Amerika şahidlərinin ifadələri sübut edir ki, heç şübhəsiz, 1915-ci ildə ermənilərin birtərəfli qırılması və ya soyqırıma məruz qalması olmamışdır. Bu bəyanatın əsasında çoxsaylı amerikalıların şahidliyi dayanır. Ümumilikdə götürüləndə, onlar sübut edirlər ki, qiyama başlayandan sonra Osmanlı döyüş zonalarından köçürüləndə ermənilər sağ-salamat idilər. Əlbəttə, orada sui-istifadə halları olmuş, insanlar qətlə yetirilmişdir, lakin bu, həm türklərə, həm də ermənilərə şamil edilməlidir, bu gün ermənilərin iddia etdiyi "soyqırım" isə heç vaxt olmamışdır. Vacib şəhadətə nəzər salın:

"Konyadakı Amerikanın yardım direktoru Meri Kuşmən məlumat vermişdir ki, 1915-ci ildə yarım milyon köçkün şəhərdən keçib getmişdir və o, bir neçə yüz erməni yetimini öz qayğısı altına almışdır» (s. 338). Harbordun qrupu şimali Suriyadakı Aleppo şəhərinə yönəldi. "Aleppo qaçqınların səpələndiyi əsas nöqtə olduğu üçün Amerika konsulu Cessi B. Cəksonun şahid izahları nifrətlə dolu idi. Kilikiya katalikosu II Sakal (Xakayan), arxiyepiskop Muşağ Serokyan və yerli erməni icması üzvlərinin ifadələrinə əsaslanan Cəkson qeyd edirdi ki, cənuba köçürülmüş bir milyon erməninin təxminən 100,000 nəfəri Suriya və Mesopotamiyanın ərazisində yaşayır» (s. 339).

Konya şəhərindən keçmiş 500,000 qaçqın var idi və 1 milyon nəfərin isə Aleppodan keçdiyi göstərilir- ümumilikdə artıq 1.5 milyon yaşayan, nəfəs alan ermənidən söz gedir - daha da çox ermənidən.

"Xarput erməni yaylasında ən böyük kömək məntəqəsi idi; 3,000-dən çox yetim o vaxt tərk edilmiş Dəclə Kollecində və daha iyirmi ko-mada yerləşdirilmişdi. Doktor Henri H. Riqqz və onun köməkçiləri olan Levan Harputlyan və doktor Mikayel (Hakakyan) məlumat verirdilərki, əyalətdəki 175,000 erməninin 25,000 nəfəri yerindən tərpənməmişdir» (s. 341).

Yaxşı, 1.5 milyon üstə gəl 3,000 üstə gəl 25,000 bərabərdir 1,528,000 nəfər erməni elə buradaca hesablanır. "Xarputun cənub-qərbindəki münbit torpaqlı, meyvə bağları ilə zəngin düzənlikdəki Malatyada 12,000 ermənidən 1,000 nəfərdən bir qədər az sakinin evlərindəcə qalmasını missiya aşkara çıxardı» (s. 342).

İndi isə yaşayan və nəfəs alan ermənilərin ümumi sayı 1,528,000 nəfərdir. Əsərin I cildində Hovanissyan bəyan etmişdir ki, Osmanlı İmperiyasında bütövlükdə təxminən 2 milyon erməni var idi (baxmayaraq ki, Osmanlıların vergi hesabatları onların təxminən 1.3 milyon nəfər olduğunu göstərir, bu da öz növbəsində ermənilərin sayının 1 milyon olduğunu göstərən Avropa mənbələrinə uyğun gəlir). Döyüş zonalarında olmayan İstanbuldakı və digər şəhərlərdəki ermənilər "köçürülməmişdi". Erməni tarixçisinin öz hesablamalarına əsaslanaraq söyləmək olar ki, qırılmaq üçün 1.5 milyon erməni ümumiyyətlə ola bilməzdi. Belə çıxır ki, köçürülən hər bir adamı ermənilər soyqırım qurbanı hesab edirlər. Yerdəyişmə isə soyqırım deyildir!

Hesabatlar yığımi Bostondakı Erməni İnqilabçı Federasiyasının saxlanclarında və Ermənistanın paytaxtı İrəvandadır. Son iyirmi ildə Osmanlı hesabatları alimlərin üzünə açıqdır. Ümumi mənzərəni aydınlaşdırmaq üçün adam gərək həm çar Rusiyası və Sovet İttifaqı, həm də Britaniya, Amerika, Almaniya, Fransa, İtaliya və digər ölkələrin arxivlərindəki materialları da nəzərə alsın. Heç bir məqsəd güdmədən əldə olan sənədlərlə tanışhqdan sonra hər bir kəs aydınca görə bilər ki, dünya müharibəsində yalnız öz mövcudluğu üçün mübarizə aparan türklərə qarşı ədavətçi Osmanlı erməniləri satqınlıq və arxadan zərbə vurmaq yolunu tutanda Osmanlı İmperiyası bütün erməniləri döyüş zonalarından köçürməyə məcbur olmuşdur (Suriyaya, Şimali İraqa və Qafqaza). Hesabatlar və yazılı əmrlər göstərir ki, köçürülmə vaxtı Osmanlı liderləri erməniləri müdafiə etmək kimi çox nəcib iş aparmışdır. Buna görə də, 1915 və 1916-cı illərdə baş verənlər soyqırım adlana bilməz.

Lakin ermənilərin iddia etdiklərinin əksinə olaraq soyqırımın olmamasını sübut edən daha çox şahid ifadələri və faktlar vardır. Həmin dövrdə Osmanlı İmperiaysının vergi hesabatlarına nəzər salın - cəmi 1.3 milyon erməni! Bu faktı və mənbəni də nəzərdən qaçırmaym: ermənilərin öz "rəsmi" kilsəsi bəyan edir ki, xəyali soyqırımın baş verdiyi vaxtda Osmanlı İmperiyasında yalnız 1.1 milyon erməni yaşayırdı. Həmin dövrün dörd avropalı tarixçisi də ermənilərin ümumi sayının 1.1 və 1.4 milyon nəfər olduğunu qeyd edir. Qeyd edilir ki, Harbord "imkan düşəndə yerli varlılarla ermənilərin və digər xristianların hüzurunda görüşür, yerli irqıdini münasibət haqqında soruşur, siyasi mənsubiyyət haqqında mövqeləri aydınlaşdırır və Ermənistanın çiçəklənməsində Amerikanın marağını ön planaçəkirdi» (s. 341).

Harbord türk lideri Mustafa Kamalla uzunmüddətli görüş imkanı qazanmışdı. "Harbord ermənilərdən ötrü narahatlığını bildirəndə Kamal xristian elementlərə qarşı hər hansı kinli münasibəti inkar edərək müharibə dövrünün qırğınlarını lənətlədi, həm də qeyd etdi ki, zorakılıq "hakimiyyətə soxulmuş kiçik bir komitənin" işi olmuşdur. Digər tərəfdən Smirnada yunan zorakılığı Müttəfiqlərin donanmasının hamiliyi altında baş verirdi, "İrəvan Respublikası" isə yerli müsəlman əhalini "qanlı vəhşilik dalğasında" qırıb-çatmağa çalışır» (s. 343).

Tarix Mustafa Kamalın həqiqəti söylədiyini sübut etmişdir. Harbordun missiyası Sivasa çatanda onlar daha çox erməni qaçqınının olduğunu öyrəndilər. Harbord öyrəndi ki, on min erməni ərazidə qalmışdır və daha on min adam başqa yerlərdən gəlmişdir. Harbordun missiyası qaçqınların ümumi sayının 1,548,000 nəfərə çatdığını hesablamağa nail oldu» (s. 344) Əlavə olaraq yüz minlərlə erməninin Rusiya Ermənistanına köçürülməsini və onların bu hesaba daxil olmadığını nəzərdə saxlayın.

I cildin 295-ci səhifəsində Hovanissyan bəyan edir ki, Zaqafqaziyada (Ermənistan, Gürcüstan və Azərbaycan) məskunlaşan "500,000" erməni qaçqını var idi. Bu da Osmanhların öz ölkəsindən qovduğu ermənilərin ümumi sayı - 2,058,000 nəfər! I cildin 8-ci səhifəsində Hovanissyan bəyan edir ki, Osmanlı İmperiyasında 2 milyon erməni olmuşdur-yaxşı, onda bu günkü ermənilərin iddia etdiyi 1.5 milyon erməni necə qırıla və ya soyqırıma düçar edilə bilərdi? Erməni tarixçi aliminin öz qələmindən çıxmış sübut isə ondan ibarətdir ki, heç bir qırğın və ya soyqırım olmamışdır. Admiral Bristolun doktor Ceyms L. Bartona (Xarici Missiyalar üzrə Amerika Komissarlığı İdarəsi) yazdığı 28 mart 1921-ci il tarixli məktubundakı bəyanata nəzər salın: "Türklərin Qafqazda minlərlə ermənini qətlə yetirməsi haqqında hesabatların Birləşmiş Ştatlarda ayaq tutub yeridiyi mənə məlumdur. Belə məlumatlar o qədər çox təkrar olunur ki, nəticədə ürəyimdən qara qanlar axır. Yaxın Şərq İdarəsinin Yərroudan və bizim öz amerikan adamlarımızdan aldığı məlumatlar erməni məlumatlarının tamamilə saxta olduğunu aydın göstərir. Birləşmiş Ştatlarda belə məlumatların heç bir düzəliş verilmədən ayaq tutub yeriməsi zorakılıqdır».

Əvvəlcə baş komissar, sonra isə Amerikanın Türkiyədəki ilk səfiri təyin edilməzdən qabaq admiral Bristol dünyanın bu regionunda Birləşmiş Ştatların hərbi qüvvələrinə komandanlıq etmişdi. Doktor Bartona göndərdiyi məktubunda admiral sözünə davam edərək yazırdı: "Bizim Qars və Aleksandropoldakı adamlarımızdan və Yərrou kimi şəxslərdən aldığımız məlumatlardan əlavə mənim əlimdə öz kəşfiyyat xidmətimin hesabatları da var və mən bilirəm ki, erməni məlumatları yalandır».

"Ərzurumda amerikanlar qubernator Rəşad Paşa və XI Ordunun korpus komandiri Kazım Qarabəkir tərəfindən böyük ehtiramla qarşılandılar…. Qarabəkir gələnləri strateji cəhətdən vacib olan şəhərin qəsrinə apardı. İki binanın tör-töküntüsünü qonaqlara göstərən Qarabəkir dedi ki, rus işğalı dövründə orada ermənilər min nəfər türkü dirıdiri yandırmışdır. Qarabəkir aciacı şikayətləndi ki, erməni qəddarlığı indi də azalmamışdır; bu yaxmlarda 40,000 köməksiz müsəlman cəbhə boyu yerləşən kəndlərdəki ev-eşiyindən qovulmuşdur» (s. 345).

Və ermənilər hələ "soyqırım" şikayəti qaldırmaq istəyirlər!

Qars erməni nəzarətində olanda oraya gəlmiş Harbordun təəssüratma nəzərsalın. Erməni liderləri amerikalıları baxmaq istədikləri ərazilərə aparırdı. "Ayrılıq ərəfəsində Amerika missiyasına Qafqaz qonaqpərvərliyinə layiq ehtiramla, mahnı və rəqslərlə, sağlıqlar və çıxışlarla dolu olan ziyafət verildi, lakin Qarabəkirin etirazları haqqında yenicə xəbər tutan və Həsənqala və Xorasanda çoxlu müsəlman qaçqını görmüş Harbord üç-dörd saatlıq şadyanalığın daha dərin təhqiqata mane olduğundan şübhələndi» (s. 346).

Harbordun qrupu İrəvana çatanda "ermənilərin zənginliyi amerikalıların diqqətindən yayınınadı: "Türkiyədə müsəlman inancı ilə uzun-uzadı əlaqələrimizdən sonra xristian ermənilərinin arasında olmaq nəsə müəyyən bir rahatlıq hissi verən aydınlıq gətirdi» (s. 347). Harbord və onun hərbi missiyalı komandası İstanbuldan çıxaraq Marsel şəhərinə yollandı və mənzil başına çatandan iki gün sonra Parisdəki Amerika nümayəndə heyətinə öz hesabatmı göndərdi. Ağ Ev onu geri göndərdiyi üçün həmin hesabat heç vaxt heç kim üçün heç bir əhəmiyyət kəsb etməyəcəkdi. Yalnız 1920-ci il müzakirələri üçün Birləşmiş Ştatların Senatı həmin hesabatın ona verilməsini xahiş etdi. Hesabatın bir hissəsində qeyd olunurdu ki, "Yəhudilər kimi ermənilər də heç vaxt digər irqləri qəbul etmirlər; qan tökülməsində və qəddarlıqda onlar günahsız deyillər» (s. 357).

Amerikaya qayıdaq. Orada Birləşmiş Ştatların Senatı Paris Müqaviləsi və ölkənin Millətlər Birliyinin üzvü olub-olmaması haqqında müzakirələrə başladı. Həm Paris Müqaviləsinin, həm də Birləşmiş Ştatların Millətlər Birliyinə girməsinin əleyhdarı olan Senat rəhbərləri

….Monro Doktrinasını zəiflədən məxfi diplomatiyaya, Avropa dövlətləri ilə manipulyasiyalarına və Amerika prezidentinin neft, xammal və bazarlar ələ keçirməkdə sadəlövhlüyünə qarşı xəbərdarlıq etdilər. İngiltərə və Fransa tezliklə müqaviləni paraflayacaq və A/maniyanın Afrikadakı keçmiş müstəmləkə ölkələri və Yaxın Şərqdəki zəngin yataqlaria dolu ərazilərlə özlərini mükafatlandıracaq, maliyyə sıxıntısı və hərbi çətinlikləri olan Ermənistanın qupquru torpaqlarını isə Birləşmiş Ştatlar üçün saxlayacaqlar. Bu azmış kimi, hələ Amerika ilə müharibə vəziyyətində olmamış türklər üçün dayə rolunu oynamağı da!Birləşmiş Ştatların "üfunət iyi verən Avropada" nə işi var idü?

Senatın həm Paris Müqaviləsi, həm də Millətlər Birliyinin üzvlüyü əleyhinə çıxması indi tam müəyyənləşəndə senator Uilyam Kinq "Müttəfiqlərə və dost dövlətlərə müraciət edərək onları erməni xalqının azadlığınavə yenidən inkişafma köməklik üçün səy göstərməyə həvəsləndirmək, türkləri erməni vilayətlərini boşaltmağa məcbur etmək və öz effektli hökumətini təşkil etmək və "milli ərazilərinə" nəzarəti ələ keçirmək üçün ermənilərə silah və sursat vermək" haqqında birgə qərarı təqdim etdi» (s. 372).

Amerikadakı muzdlu erməni agentləri daha yüksək səviyyələrə dırmaşaraq bu qərarı müdafiə etmək üçün təbil çalmağa başladılar. "Ermənistanın Müstəqilliyi uğrunda Amerika Komitəsi isə Uilsonun şəxsi dostu Con Şarp Uillyamz və Senatda at oynadan Henri Kəbot Loc və Senatın Xarici Əlaqələr Komissiyası vasitəsilə əsl partizan cəhdlərini nizamlayırdı» (s. 373).

Həmin qərarı ilk müzakirə edən də Locun xarici əlaqələr yarım bölməsi olacaqdı. Bu vaxt ərzində Amerikanın İstanbuldakı baş komissarı admiral Bristol bu işlə bağlı olan bütün rəsmilərə öz nöqteyınəzərini çatdıraraq Ermənistanda və ya Osmanlı İmperiyasında Amerikanın bircə kiçik hərbi qüvvəsinin də qalmamasına çalışırdı.

Britaniyalılar, o deyirdi, Amerikanı Ermənistana girməyə vadar etməklə müsəlman dünyasını Amerikadan iyrəndirməyə cəhd göstərirdi. Lakin Avropa dövlətləri Türkiyə ilə müharibə apardıqları və hazırki vəziyyətin yaranmasında iştirak etdikləri üçün özləri hərbi əməliyyatlara son qoyulmasına nail olmalıdırlar. Əgər Birləşmiş Ştatlar oraya bircə əsgərini göndərsə belə, ən azı 150,000 başqa əsgər də onun arxasınca göndərilmək üçün hazırianmalı olacaq. Belə bir addım atmağın məsuliyyəti o qədər böyükdür ki, nə sentimentalizm, nə də hətta minlərlə erməninin aclıq çəkməsi ortaya çı-xacaq sonrakı çətinlikləri bizə unutdurmamalıdır (s. 376).

Birləşmiş Ştatlar Senatının yarımkomissiyası bu qərarı müzakirə edərkən Ermənistanın mülki nümayəndə heyəti Nyu-Yorka gəldi. "Bu dəstənin əsas vəzifəsi Amerikanın iqtisadi və siyasi köməyinə nail olmaq idi. O, həm canlı qüvvəsi, həm də texniki vərdişləri müstəqil ölkə-nin inkişafı üçün həlledici əhəmiyyət kəsb edən parçalanmış erməni-amerikalıları bir yerə toplamaq məqsədi də daşıyırdı» (s. 383).

Ermənistanın keçmiş baş naziri Hovannes Kaçaznuni bu xüsusi iqtisadi və siyasi missiyaya başçılıq edirdi. Oktyabrın 10-da o, Konqres yarımkomissiyasının qarşısında peyda olaraq sorğusuala tutuldu və yardım üçün xahiş etdi. "Kaçaznuni dedi ki, belə bir kömək yardımdan daha artıq dərəcədə kapital qoyuluşu olacaqdır: "Bizim iki qarantiyamız vardır. Onun biri budur ki, Ermənistan təbii ehtiyatları zəngin olan bir ölkədir; ikincisi isə odur ki, erməni xalqı zəhmətkeş və qənaətcildir - o öz borclarını həmişə qaytarır» (s. 383-384) Keçmiş baş nazir dediyi "böyük yalan" üçün günahkardır, çünki: (1) Ermənistanda deyiləsi zəngin təbii ehtiyatlar yoxdur və (2) Ermənistan heç bir borcunu qaytarmır. Həqiqət burasındadır ki, 1918-ci ildən başlayaraq Ermənistan Birləşmiş Ştatlar hökumətindən elə hey milyonlarla dollar pul alır, üstəgəl öz maraqlarını həyata keçirir. Ermənistan aldığı milyonlardan bir qara qəpik də geri qaytarmayıb və qaytarmaq fikrində deyil, lakin daha çox Amerika sədəqəsi qoparmaq üçün yalvarışlarını davam etdirir.

28 mart 1921-ci ildə doktor Bartona yazdığı məktubunda admiral Bristol Ermənistanın Birləşmiş Ştatlara olan borcları haqqında yazırdı: "Sizin məktubunuzdan öyrənəndə ki, Ermənistana borc pul verilməsi naminə hərəkat başlanmışdır, həqiqətən çox təəccübləndim. Biz artıq Ermənistana 50 milyon dollardan artıq vermişik və o pul itirilib. Mən belə borclar verilməməsini vaxtında təklif edirəm. Başqa bir borc verilməsi sadəcə yaxşı pulu pis işə sərf etmək olardı».

Birləşmiş Ştatlara bir missiya göndərmək erməni liderlərinə kifayət etmədi - onlar zərbəni var gücləri ilə endirməyə cəhd göstərərək bir neçə həftədən sonra mülki missiyanı hərbi missiya ilə əvəz etdilər.

"Avropada rəsmi və qeyri-rəsmi qapıların döyülməsinin"səmərəsizliyini başa düşən Ermənistan Respublikasının Paris nümayəndə heyəti general Hakop (Yakov) Baqratunini qəran Uilyamsa çatdırmaq üçün lobbi köməyi axtarmaq və mülki missiyanın fəaliyyətini ruhlandırmaq üçün Amerikaya göndərməyi qərara aldı. Baqratuninin 25 oktyabr 1919-cu ildə imzalanmış mandatmda ona Amerika hərbi yardımı istəmək, əgər icasə verilərsə erməni-amerika ekspedisiya hərbi birliyi yaratmaq və Amerika təlimatçı və texniklərini erməni ordusunun yenidən qurulması işinə cəlb etmək səlahiyyətləri verilirdi (s. 383).

Əlbəttə, belə cəhd üçün xərci Amerika vergi verənlərinin 100 faiz ödəyəcəyini erməni liderlərinin gözlədiyini Hovanissyan qeyd etməmişdir.

Hərbi missiya noyabnn 22-də Nyu-Yorkda Kaçaznuninin altı həf-tə qabaq qarşılandığı eyni həvəs və eyni hay-küylə qarşılandı: şən izdiham, təbəssümlü qəbul komitəsi, soyuqdan əsən məktəbii qızların tutduğu buketlər, dalğalanan bayraqlar, Beşinci Avenyu ilə aşağı axan avtomobil və atlılardan ibarət müşaiyət eskortu. Holland evində erməni kəşfiyyatçıları və hərbi geyimli veteranlar böyük rəqs salonuna aparan yol boyu düzülmüşdülər. Orada Baqratuni cavanları xalqın epik əcdadı Hək kimi ləyaqətlə dayanmağa və Ermənistanın yüksəkliklərdə uçan qartalı Androniklə bəhsə girməyə səslədi. Minlərlə Amerika ermənisinin illər uzunu öz doğma və sevimli adamlanndan gözlədiyi yenilik eşitmək arzusu görüşün emosional tərəfi idi (s. 386).

Bütün o erməni veteranları Nyu-Yorkda nə edirdilər? Nə üçün bu qədər çoxsaylı erməni öz "tarixi vətən'lni tərk edərək Amerikaya üz tutmuşdu? Bu yandan isə erməni diktatorları Ermənistan Respublikasını qurmaq üçün mübarizəyə səsləyirdilər. 1919-cu ildə də, 1991-2001-ci illərdə də bir milyondan artıq erməninin "tarixi vətəni" adlandırılan yeri tərk edərək Ermənistandan savay hər yerə üz tutanda da cavab eyni idi. İqtisadiyyat dəhşətli vəziyyətdə idi, hökumət isə ondan da betər!

Dekabrın 7-də Nyu-Yorkun cıdır meydanmdakı kütləvi mitinqdə Hovannes Kaçaznuni 5,000 qaçqına qədim Masis (Ararat) dağlarının uca zirvələrindən, Araqadın çiçəkli yamaclarından, Artsaq və Sunikin qala divarlarına bənzəyən dağlarından və dərin dərələrindən, Ana Arazın yaşıl sahillərindən, Sevanın büllur sularından, Ani və Dvinin adamı lərzəyə gətirən xarabalıqlarından, Eçmiadzindəki Ana Kilsədən və Hağpat, Tatev, Qandzasar monastrlarından salamlarını çatdırdı. İndi oralarda nə çar var idi, nə şah, nə də sultan: həmin müqəddəs torpaqlar bu gün bizimkidir, həmvətənlərim - sizin və mənim. Orada erməni ərazisinin başı üzərində artıq erməni bayrağı dalğalanır - eşidirsinizmi, erməni bayrağı! "Bütün əzablarına baxmayaraq ermənilər yazıq görünmək istəmirlər. Onlara yalnız müvəqqəti kömək lazımdır ki, öz hüceyrə vəziyyətində olan ölkəsini qoruya və onun ərazisini Van, Mərəş, Karin (Ərzurum) və digər tariximilli ərazilərə qədər genişləndirə bilsinlər». Biz xəcalət hissi keçirmədən bunu xahiş edirik, "çünki Dynüa Müharibəsindəki rolumuz bizim təbii ehtiyatlarımızdan və bacanğımızdan xəbəri olan qüdrətli dövlətlər, inkişaf etmiş, proqressiv xalqlar qarşısında bu məsələni qorxmadan qaldırmaq üçün bizə hüquq verir» (s. 387).

Kaçaznuni torpağın bir neçə spesifik hissəsinin adını çəkdi. Onun danışığında yeganə səhv burasında idi ki, həmin torpaqlar başqa birisinə məxsus idi. Üç min ildən artıq dövrdə ermənilərin heç bir milli torpağı olmamışdır, indi isə onlar tarixin zibil qablarından qalxaraq müftəmüsəlləm "tarixi, milli ərazilər" iddiasına düşmüşlər. Kaçaznuni bəyan etdi ki, ermənilər "yazıq görünmək istəmirlər". O, hay-küy salırdı ki, "onlara yalnız müvəqqəti kömək lazımdır»… Bir adam qəflətən soruşa bilər - bu "müvəqqəti köməyə" hələ neçə müddət ehtiyac olacaq? Artıq səksən üç ildən çox keçmişdir və ermənilər hələ də "müvəqqəti kömək" üçün əl açırlar və bunun axırı görünmür.

Eyni zamanda Baqratuni "müvəqqəti hərbi kömək" üçün dilənərək işə başlamışdı. O, müdafiə nazirinə "erməni ordusunun strukturu, gücü, ehtiyacları və potensialı haqqında hərtərəfli memorandum verərək iddia edirdi ki, əgər lazımi silah-sursatı olarsa, ermənilər keçmiş rustürk sərhədləri boyu yerləşən ərazilərini özləri işğaldan azad edə bilərlər. Və Baqratuni təklif edirdi ki, amerikalı-ermənilərin könüllülər korpusunu məşq etdirmək və Ermənistana təlimatçı və texniki məsləhətçilər vermək Birləşmiş Ştatlar üçün ciddi yük olmayacaqdır» (s. 388).

Sadə dillə deyilərsə, əvvəlcə Osmanlı İmperiyasına, sonra Gürcüstana və nəhayət Azərbaycana birbirinin dalınca müharibədə uduzan Ermənistan başa düşmüşdü ki, dördüncü müharibəni başlamaq üçün onların köməyə ehtiyacı vardır. Amerikanın Dövlət Katibi Robert Lənsinq hələ də "formal cəhətdən tanınınamış hökumətə Birləşmiş Ştatların hərbi yardım göstərə bilməməsi haqqında öz qanuni mövqeyində dayanırdı» (s. 388).

Öz doğma Ermənistanmm "rəsmi" tarixi haqqında mübahisə aparan Hovanissyan üçün bu, qəribə deyilmi? Hansı cürtarixçi Ermənistana daha bir müharibəni başlamaq üçün kömək etməyən, öz ölkəsinin fikrini ifadə edən Birləşmiş Ştatların dövlət katibini "qanuni" adlandırar? Hadisələrdən xəbərsiz olan amerikalı analar dövlət katibi Lənsinqə "qanuni" mövqeyinə görə minnətdar olmalıdırlar. Çünki Lənsinq onların oğullarının həlak olacaqları müharibəyə Amerikanın qoşulmasından imtina etmişdir. Dövlət katibi Ermənistanın rəsmən tanmmasının da əleyhinə olmuşdur, çünki bu, aşağıdakılara gətirib çıxarardı:

….Keçmiş Rus İmperiyasının parçalanmasına Amerikanın razilığı kimi. Silahlanmağa münasibətdə isə o dedi ki, ermənilər polyaklarla oxşar tutula bilməz. Polyaklara Birləşmiş Ştatlarda könüllülər legionu yaratmağa və təchiz etməyə icazə verilmişdi. Həmin icazə müharibə dövrünün qanunları əsasında verilmişdi və yalnız Birləşmiş Ştatlar Polşa hökumətini tanıyandan sonra qüvvəyə minmişdi. Nə qədərki, Lənsinq öz vəzifəsini icra edirdi o, Ermənistanın tanınmasının qarşısını alır və ABŞ prezidenti tərəfindən müdafiə olunurdu. Öz müraciətlərinə heç vaxt açıqaydın cavab ala bilməyən ermənilər isə rəsmi və qeyri-rəsmi qapılan döyməkdə davam edirdilər. Erməni peşimançılığının tezliklə genişlənən hüdudlarına Konqres də daxil oldu (s. 388).

Erməni liderlərinə hər şey gec çatırdı - onlar "yox" cavabmm qəbulundan imtina edirdilər. Onlar Polşa nümunəsini işlətdilər; lakin erməni məntiqində bir əsas məqam nəzərdən qaçırılırdı: polyaklar Birləşmiş Ştatlarda yaşayan həmvətənləri arasında könüllülərdən ibarət qoşun toplayanda Polşada müharibə atəşləri davam edirdi. Erməni-amerikalılar isə əksinə olaraq atəş səsləri kəsiləndən sonra könüllülərdən ibarət qoşun toplamaq istəyirdilər.

Amerika ermənilərinin bir qrupu filmlər və poçt kartları istehsal edərək "ianə fondlarını artırmaq üçün aclıq çəkən ermənilərin obrazını yaradırdılar. Məqsəd yaxşı olsa da, bu təcrübə ermənilərin köməksiz və ümidsiz xalq kimi şəxsi ləyaqətini alçaltmaqla bərabər, həm də Ermənistanın siyasi xəttinə müxalif qüvvələrin əlində girəvəyə çevrildi» (s. 394) Başqa sözlə desək, erməni ictimai əlaqələr kampaniyası bir əldə iki qarpız tutmaq məqsədi daşıyırdı; bir əli ilə sədəqə toplayır, o biri əli ilə güclü dövlət görüntüsü yaradırdı. Təbiıdir ki, onların kampaniyası öz başlarında partladı.

Erməni qonağının kömək üçün xahişlərinə Birləşmiş Ştatlar yal-nız ardıcıl humanitar yärdım etməklə reaksiya verdi. Ermənistanın siyasi tanınınası gündəmə çıxmadığından Hovannes Kaçazuninin özəl borclar və hökumət kreditləri almaq üçün göstərdiyi səylər də ciddi surətdə çətinləşdi. Polşa, Çexoslovakiya, Latviya, Litva, Estoniya və digər yenicə "azad edilmiş" ölkələrlə müqayisədə, məsələn, Ermənistana Birləşmiş Ştatların Ləğv Komissiyası tərəfindən 823,202 metrik ton miqdarında artıq qalmış əşyalar verildi. Beynəl-xalq birlik tərəfindən öz həllini gözləyən rəsmi tanıma hələ olmadığından, Ermənistan istər-istəməz həmin xeyriyyəçiliyi qəbul etməli oldu (s. 397).

"Xeyriyyəçiliyi qəbul etməli oldu". Xristian millətlər yaşayan dünyanın hər yerində Ermənistanın muzdlu agentləri "iş apararaq" məhz bu cür sərbəst sədəqə toplayırdılar. Yuxarıda adları çəkilmiş "yenicə azad edilmiş ölkələrin" heç biri qonşu torpaqlarını qamarlamaq istəmirdi. Aydmdır ki, Ermənistan heç bir halda Polşa, Çexoslovakiya, Latviya, Litva, Estoniya və digər yenicə azad edilmiş ölkələrlə eyni cərgədə ola bilməzdi.

Bütün bunlar aşkar olandan sonra Birləşmiş Ştatlar hökuməti Ermənistanı "rəsmi" ölkə kimi tanıyacaq və Ermənistan yenidən xüsusi inadkarlıqla sədəqə dilməyə girişəcəkdi. İndi ermənilər iddia edirdilər ki, "əgər kömək edilməzsə, üzümüzə gələn qışdan əhalinin təxminən 25 faizi sağ çıxa biləcəkdir. Birləşmiş Ştatların Taxıl Korporasiyası federal agentliyindən xahiş olundu ki, Ermənistan Respublikasından, Erməni Milli Nümayəndə Heyətindən və ya hər hansı münasib təşkilatdan edilən "yazılı iltizamların müqabilində buğda ayrılsm". Dini, mülki və qardaşlıq qruplarından, habelə ayriayrı şəxslərdən gələn yüzlərlə oxşar müraciətlər sel kmi Ağ Evə, Dövlət Departamentinə, Konqresə və Yaxın Şərqə Yardım İdarəsinə axdı» (s. 399)

Kampaniyalar yaratmaqda və spesifik hökumət idarələrini və agentliklərini hədəfə götürərək yekun qərarın çıxarılmasına təsir göstərməkdə ermənilərin muzdlu agentləri misilsiz idilər. "Öz kökəsini özünün yeməsi" deyimi erməni vəziyyətini gözəl təsvir edə bilər. Məsələ gəlib rəsmi yardım üçün dilənməyə çatanda ermənilər bir mübahisəsiz fakt ilə üzləşirlər: Ermənistan beynəlxalq səviyyədə tanınınış ölkə deyil və buna görə də Birləşmiş Ştatların Konqresi tərəfindən ona köməklik göstərilə bilməz. Hətta bütün ictimai əlaqə kam-paniyalarında Ermənistan bir yerə toplaşa bilsə də, o, Birləşmiş Ştatlar hökumətinin "rəsmi mövqeyini" dəyişə bilmirdi.

Nəhayət, erməni liderləri Birləşmiş Ştatların "rəsmi mövqeyinin" dəyişməyəcəyini görəndən sonra Amerikanın vergi ödəyənlərindən P borc götürməyə cəhd göstərdilər. "Erməni məsələsində siyasi hərəkətdən ardıcıl surətdə yayınan Uodrou Uilson yadım proqrammı dəstəklədi. Noyabrın 14-də Senat öz iclasında Versal Müqaviləsini səsə qoymazdan qabaq o, Birləşmiş Ştatların Taxıl Korporasiyasının prezidenti Culius U. Barnesə tövsiyə etdi ki, korporasiya (USGA) kredit və ya digər əməliyyatlar müqabilində Ermənistana 35,000 ton buğda və un sata bilər» (s. 401).

1920-ci ilin yanvarmda Kaçaznuni Ermənistanın adından Birləşmiş Ştatlarla müqavilə imzaladı ki, "həmin ilin iyunundan başlayaraq 5 faizlik maraq ödənişi ilə hər yarım ildə ödənsin". Xəzinənin kreditləri yalnız unu və yerli daşıma xərclərini əhatə etdiyi üçün Yaxın Şərq Yardımı (NER) gəmilərlə daşıma və sığorta qiymətləri üçün məsuliyyəti öz boynuna götürdü» (s. 402).

Nəticədə Ermənistan 16 milyonu kredit şəklində ödənən (ARA; USGA) 28 milyonluq ərzaq, 12 milyon isə nağd xeyriyyə pulu aldı (ACRNE, NER; Qızıl Xaç). Bu 16 milyon dollarlıq borcun ilk 5 faizlik ödənişinin vaxtı 1920-ci ilin iyununa düşürdü. Lakin səksən ildən ar-tıq vaxt keçmişdir, Ermənistan isə bir qara qəpik də qaytarmamışdır! Admiral Bristolun qeyd etdiyi kimi, Ermənistan könüllü surətdə Rusiyaya birləşəndən və kommunistə çevriləndən sonra ermənilər Birləşmiş Ştatlara cəmisi bir neçə ay qabaq vəd etdikləri borc ödənişlərinin hamısından imtina etdilər.

"Ermənilərin VVall Street Journalm belə bir müşahidəsini başa düşməsi üçün heç bir şərhçiyə ehtiyacları yoxdur ki, müharibədən və aclıqdan çıxmış hər bir millət öz varlığını sübut etmək üçün mövcudluğa layiq olan kişiliyini nümayiş etdirməlidir» (s. 403)

Erməni liderlərinin nümayiş etdirdiyi yeganə cəhət öz xalqlarını idarə etməyə qadir olmamasıdır. Millət formalaşdırmaq erməni mədəniyyətinin bir parçası olmamışdır. Millət yetişdirmək ermənilər üçün yad ideya olduğundan Ermənistan 1992-ci ildə Azərbaycana hücuım etməyi seçmiş və silah gücünə (Rusiyadan alınınış) Azərbaycan ərazisinin 20 faizini işğal edərək 1 milyon nəfərdən çox silahsız, mülki Azərbaycan kişisinin, qadınının və uşağının etnik təmizlənməsini aparmışdır. Erməni tayfabazlığı müasir millət yaratmaq kimi nəcib ideyaya qalib gəlmişdir.


Ñòð.| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |