ÊÀÐÀÁÀÕ â ÄÎÊÓÌÅÍÒÀÕ

 

 Íà÷àëî | ÁÈáëèîòåêà | Ôîòî ôàêòû | Êàðòèííàÿ ãàëåðåÿ | Ññûëêè | Ôîðóì | ÎïðîñÏîèñê â google | AZAD QARABAĞ |

ERMƏNİSTAN terrorçu "xristian" ölkənin gizlinləri

ERMƏNİSTAN

terrorçu "xristian" ölkənin gizlinləri

Samuel Uimz

Ñòð.| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |


ON İKİNCİ FƏSİL:
ZORAKILIQ VƏ TERROR KAMPANİYALARINI MÜDAFİƏ MƏQSƏDİLƏ ERMƏNİ BAŞÇILARI
DÜNYAMİQYASLI SİYASİ TƏŞKİLAT YARADIRLAR
"AMERİKADA ERMƏNİ MƏRKƏZİ KOMİTƏSİNİN" YARADILMASI

Dörd kitablıq seriyasının II cildinin doqquzuncu fəslini Hovaniss-yan "Partizan siyasətçilər"ə həsr etmişdir. Erməni liderlərinin əməlləri haqqında Hovanissyan qeyri-adi detallara aydınlıq gətirir. Erməni tarixçisi qiyamların ermənilərtərəfindən başlanması haqqında sübut gətirir, bu isə I Dünya Müharibəsində Osmanlıların erməniləri döyüş zonasından köçürməsi ilə nəticələnmişdi. Heç şübhəsiz, erməniləri köçürmək üçün Osmanlıların ciddi əsası var idi, çünki onlar gündüzlər özlərini ruslarla döyüşən Osmanlı ordusunun dostu kimi göstərir, gecələr isə arxada terrorçuya çevrilirdilər. Üsyanlar mərhələsinə qədəm basandan sonra öz satqın hərəkətlərini müdafiə etmək üçün erməni liderlərinin beynəlxalq təşkilat yaratmaq istiqamətində iş aparması haqqında da Hovanissyan sübut gətirir.

Erməni İnqilabçı Federasiyası yarandığı 1890-cı ildən keçən on il ərzində ümumdünya milli-siyasi təşkilata çevrildi. Mərkəzləşmiş struktur yayıldığı siyasi, ictimai və coğrafi nöqtələrdə əməliyyatlar keçirir, həm əlaqə, həm də rəhbərlik iki büro tərəfindən normal surətdə aparılırdı. 1918-ci ilədək Tiflisdə yeriəşən Şərq (Arevelyan) bürosu Rusiya İmperiyasının və İranın regional komitələrinə, bir neçə il isə Meds Hayk - dörd şərqi Osmanlı vilayəti (şəhəri) olan Trab-zon, Ərzurum, Bitlis və Van komitələrinə rəhbərlik etdi. Cenevrədəki Qərb (Arevmtyan) bürosu isəAmerika, Qərbi Avropa, Balkanlar, və Konstantinopol dirsəyindən başlayaraq Osmanlı İmperiyasının böyük hissəsindəki əməliyyatlara rəhbərlik edirdi. 1913-cü ildə altı türk-erməni vilayətində və Trabzonda muxtar region yaradılması haqqında beynəlxalq səviyyədə danışıqlar gedərkən bu partiyanın Yeddinci Qurultayı Ərzurum Erməni (Hayastan) yeni əlaqələndirici bürosunu yaratdı. Həmin əyalətlər üzrə məsuliyyət Konstantinopoldakı Qərb bürosuna ötürüldü. Bir il sonra İngiltərə Konqresi Qərb bürosunu Erməni bürosunun birhissəsinə çevirərək siyasi intibahın rəhbərliyini erməni yaylasının qəlbinə köçürtdü.

Lakin bu hərəkətlər tezliklə boşa çıxdı, çünki Türkiyənin müharibəyə qoşulması, qırğınlar və erməni əhalisinin ərazi iddialan ilə bağlı köçürülməsi azadlıq hərəkatının qarşısmı aldı. Osmanlı İmperiyasındakı daşnakçı şəbəkə çalxalandı; yüzlərlə lider və minlərlə tərəfdar öldürüldü, sağ qalanlar isə qaçaraq Suriya, Mesopatomiya, İran və Qafqaza səpələndilər (1).

Bu, faşist Almaniyası ilə kommunist Rusiyasına bənzəyir, elə deyilmi? Erməni liderlərinin iyirmi beş il ərzində hökuməti yıxmaq istiqamətində iş aparmasından sonra 1915-ci ildə bütün erməniləri döyüş zonalarından köçürən Osmanlıların haqlı olmamasına bircə nəfər adam inana bilərmi? Bu balaca diktatorlar öz terror kampaniyasını "azadlıq hərəkatı" adlandırırdı. Osmanlılar və ya istənilən ölkə isə belə vahimə taktikasını vətən xainliyi və satqınlıq adlandmrlar. Öz ölkəsini və xalqını bu cür terror kampaniyalarından xilas etmək üçün Osmanlıların hər cür qanuni hüququ var idi. Amerikan rəsmilərinin vaxtilə qeyd etdikləri kimi, ermənilər çox dəhşətli əsgərlərdir. Lakin məsələ antimüsəlman hərəkatı üçün xristian-etnik kampaniyasına çatanda ermənilərin yalan və fırıldaq ustası olması aşkara çıxdı. Həmin eybəcər sima bu gün də davam edir, çünki onların antimüsəlman kampaniyası heç nədən şübhələnməyən xristian qərbindən Ermənistana milyardlarla dollar pul gətirmişdir. O pul isə müsəlmanlar əleyhinə cılız, çirkin müharibələrə xərclənmişdir.

"Yalnız Müttəfiqlərin qələbəsi və xarabalıqlar arasından çıxmış ermənilər üçün yaranmış qəfil imkan Hai Heğapaxakan Daşnak-syütunu tamamilə məhv olmaqdan xilas etdi» (s. 255) Başqa sözlə desək, Hovanissyana görə, Müttəfiqlərin qələbəsi erməni liderləri üçün yeməyə tikə saxladı. Onların heç nəyi yox idi, ona görə də hər şeyi qazanmaq və heç nə itirmək qorxusu olmayanda onlar göydəki ayı da istəyə bilərdilər. Məhz buna görədir ki, bu cırtdan Ermənistanın korrupsiyaçı diktatorları heç nə vermədən imkan daxilində daha çox pul qoparmaq üçün özlərindən saxta, vəhşi əhvalatlar uydururlar.

1919-cu ildə diktatorların nəzarətində üç ayrıca və əlahiddə par-tiya hərəkatı var idi, onlar Ermənistanın içərisində müxtəlif siyasi istiqamət yeridirdilər. Müttəfiqlərin rəsmiləri bu hərəkatları böyük maraqla izləyirdilər. İyulda Qara dənizdəki ordunun kəşfiyyat bölməsi məlumat verdi ki, Daşnakıstan güclü daxili və xarici təzyiqləraltmdadır, bu isə qorxulu üsullara və maksimalist ideologiyaya apara bilər. Partiya daxilində olan üç qruplaşmadan öz sıralarında az qala bütün Qərbi Ermənistan üzvlərini birləşdirən ən güclüsü inqilabi sosial islahatlara üstünlük verirdi; başqa bir dəstədəki beynəlxalq sosialistlər radikal terminologiya işlətməkdə davam edirdi; orta mövqedə dayanan yaşlı ziyalılar isə inqilabi taktikanı lazımsız hesab etsələrdə, Müttəfiq hökumətlərin bəzi naziriərinin türkmeyilli hisslərinin Ermənistan probleminin qənaətbəxş həllinə mane olacağından narahatlıqlarını bildirirdilər (s. 256).

Bu da 1890-cı ildən başlayaraq erməni diktatorlarının vahimə və terrorla bağlılığı haqqında daha bir sübut! "Erməni İnqilabçı Federasiyasının (“Daşnaksutyun”) doqquzuncu qurultayı 27 sentyabr 1919-cu ildə parlament binasında öz açılış mərasiminə başladı; səhnə bayraqlarla və partiya və dövlətin birliyini əks etdirən parçalarla, ölkənin baniləri olan üçlüyün - Kristapov, Rostom və Zavariyanın şəkilləri ilə bəzədilmişdi. "Yaşasın birləşmiş və müstəqil Ermənistan" və "Sosialist İnternasionalma doğru" şüarları asılmışdı» (s. 257) Baş nazir Aleksandr Xatissyan respublikanın yaranmasını və müdafiəsini partiyanın adı ilə bağlayaraq belə bir inam ifadə etdi ki, tezliklə bütün dünya Ermənistanın müstəqillik hüququnu tanıyacaq və Qafqaza sülh gələcəkdir. Əsas məruzəçi Nikal Ağkalyan dedi ki, Müttəfiqlərin müharibəsində onların tərəfində könüllü birləşmələrimizlə iştirakımız Ermənistanı suveren dövlətlər ailəsinə birləşdirmişdir. O, əlavə etdi ki, Daşnaksütyun beynəlmiləl sərhədlər boyu erməni xalqını birləşdirdi və elə şaxələnmiş qüvvəyə çevirdi ki, xalq öz taleyi üçün həmin partiyaya minnətdar olmalıdır (s. 258).

Hovanissyanın cavabında qeydə alınınış necə cəzbedici sübutun üzərinə işıq salınınışdır! Bu diktator liderlər hətta öz xalqlarına yalan deməyə cəhd göstərmişdir. Könüllü birləşmələr - məgər bu, başqa Müttəfiqlərin qoşunlarının necə adlanmasından uzaqlaşmaq üçün əla yol deyil? Liberal sosialistlər partiyanın daxilindəki bu müxtəlif fraksiyalar arasında balans yaratmağa cəhd göstərirdi. "Fərqli mülahizələr arasında barışıq nadir hallarda baş tuturdu, lakin ambisiyalı söz pəhləvanlarının kömək üçün birbirinə müraciətləri və bütün incikliklərin aradan qaldırılması səsküysüz ötüşmürdü. Əsasən qərbi Ermənistan döyüşçülərindən ibarət olan ifrat millətçi qanadın əsib-coşması nəticəsində otuz üç punktdan ibarət olan ittihamnamə əvvəllər general Andronikin dəstəsində ştab zabiti olmuş, qurultayın nümayəndəsi olmayan Sinkat (Baroyan) tərəfindən rəyasət heyətinə təqdim edildi. Hər punkt müxtəlif qəzəb işarəsi püskürürdü» (s. 258).

Bəzi punktlar aşağıdakı kimi idi:

• 1915-ci ildə ermənilərin Muş və Bitlisi tərk etməsinin məsuliyyəti kimin üzərindədir?

• 1918-ci ildə cəbhədəki məğlubiyyət üçün?

• Partiya daxilində qan intiqamma və "mauzerizmə" dözümlülük və dövlət rəhbərliyində korrupsiya üçün?

• Hərbi qulluğa çağırışda antıdemokratik hərəkətlər üçün?

• Qərbi Ermənistanın əsgərlərinə, rəsmi şəxslərinə və qaçqınlarına qarşı ayrı-seçkilik üçün?

• Vətənə qayıdışın yubanması üçün?

• Büro üzvlərinin öz səlahiyyət hədlərini aşdığı və dağıdıcı siyasət apardığı, tanmmış qərbi ermənistanlı yoldaşların onlara çatacaq fondlardan bixəbər olduğu və məsuliyyətsiz hərəkətlərə, partiya jurnallarının münaqişəi və ziddiyyətləri dərinləşdirən məqalələr dərc etdiyi və absurd sosialist təbliğatı apararaq milli azadlıq uğrunda vətənpərvər mübarizəni dağıtdığı bir zamanda partiya nə vaxta kimi lalkar dayanacaqdır?

• Yenidən doğulmuş Ermənistan partiyanın bir fraksiyasının ata yurdudur və ya bütün erməni xalqının?

Hovanissyan bu sualları aşağıdakı kimi izah edir: "Qurultay bu və digər məsələləri həll etməyənə və həqiqəti pərdələməyə yönəlmiş yarımçıq növbətçi ölçülər götürməyənə və tiraniyanı əbədiləşdirməyənə qədər Ermənistan İnqilabçı Federasiyası öz müqəddəs missiyasını yerinə yetirə bilməyəcəkdir. Şəxsi ambisiyalar və şişirtmələrlə müşaiyət olunmasına baxmayaraq, hər halda ittihamlar çox real məsələlərə toxunurdu» (s. 259).

Ermənilərin bütün diktatorçu hərəkətlərini "özünün müqəddəs missiyası" adlandıran bu erməni tarixçi professoruna hər hansı bir erməni olmayan adam inanarmı? Heç olmazsa, o, 1890-cı ildə yaradılmış və əslində "tiraniyanı əbədiləşdirən" Erməni İnqilabçı Federasiyasını qəbul edir. Bu sosialist siyasi partiyasının yığıncağı müasir ermənilərin qəlp yolla soyqırım adlandıraraq pul qopartmaq vasitəsinə çevirdiyi 1915-ci il hadisələrinə münasibət bildirməyə də cəhd göstərmişdir:

Könüllülər hərəkatı haqqında müzakirələrdə də rasionallıq qeyd olundu. Keçmişə nəzər salınaraq 1914-cü ildə Qafqazda hərbi birləşmələrin yaradılmasının Türkiyənin köçürmə və digər tədbirlərdə tərəddüdlərinə son qoyduğu vurğulandı. Digər tərəfdən, yeni istiqamətvericilər qeyd etdilər ki, həmin hərəkat fanatik panturançılara və İktihadistlərin erməniyönümlü doktrinasına yönəldilmiş qarşısıalınınaz cavab olaraq erməni milli ideallanna müvafiq bəyanat idi və Daşnaksütyun onu nəzərə almaya bilməzdi. Böyük əksəriyyət bu son mövqeyi əsas tutaraq bəyan etdi ki, "erməni bədbəxtliklərinin birbaşa könüllülər əsas hərəkatının nəticəsi olması haqqında fikirləri qətiyyətlə rədd etmək lazımdır və əksinə, həmin hərəkata erməni xalqının tarixi özünümüdafiə epizodu və öz siyasi azadlığının çağınşı kimi münasibət bəslənməlidir (s. 259).

1890-cı ildən fəaliyyətə başlayan terrorçu təşkilat indi onların öz xeyirduası ilə Osmanlılarla döyüşən "könüllü" qoşunları adlandı. Ermənilər öz davranışlarına "özünümüdafiə" adı qoydular. Quldur diktator siyasətçilərdən daha nə gözləmək olardı ki? Onların əməllərınin əsl adı satqınlıq və xainlikdir! Hər bir siyasi yığmcaqda olduğu kimi burada da ermənilər qərarlar qəbul etdilər. 1919-cu ildə qəbul olunmuş həmin qərarlardan biri illərin üzərindən aşaraq bizə çatmış və bu gün bütün dünyada hay-küyə səbəb olmuşdur:

….Qarabağ və Zəngəzur üzrə ayrıca qərara ehtiyac vardır ki, "müstəqil və birləşmiş Ermənistanın aynlmaz sektoru" olan bu əraziyə respublikanın daimi nəzarətini təmin etsin. Osmanlı İmperiyasına qarşı Müttəfiqlərin kəskin münasibətini gözləyən qurultay Türkiyə hökuməti ilə hər hansı dipomatik əlaqələrin qurulmasına ehtiyac bilmədi; nəhayət, Koriun Xaqazyanın Milli (Nasionalist) hərəkatın doğurduğu təhlükə haqqında izahından sonra qurultay Büronu Türkiyə, Azərbaycan və Gürçüstandan gələn milli ədavətlərin qarşısını almaq üçün konkret addımlar atmağa çağırdı (s. 262).

Diktator partiyanın 1919-cu ildə Qarabağla bağlı qəbul etdiyi qərar bu gün də qüvvədədir və davam edir. Konqresin hesabatına görə (Bax: Karol Miqdalovitz. "Ermənistan-Azərbaycan münaqişəi", IB92109, 7 iyun 2001, Xarici İşlər, Müdafiə və Ticarət departamentləri), 1992-ci ildə Rusiyanın 1 milyard dollarlıq hərbi sursatının köməyi ilə Ermənistan bu əraziyə soxuldu və Azərbaycanın 20 faizini işğal edərək silah gücünə 1 milyondan artıq müsəlmanı öldürdü və doğma yurdundan didərgin saldı. Nə üçün Birləşmiş Ştatlar həm Azərbaycana işğalçı hücumu, həm də orada etnik təmizlənməni həyata keçirən Ermənistan liderlərini 1.4 milyard dollarla mükafatlandırır?

1992-ci ildən 2001-ci ilədək Birləşmiş Ştatlar hökuməti bu torpaq qamarlayan quldurlara 1.4 milyard dollardan artıq xarici yardım pulu vermişdir - adambaşma hesablansa, güman ki, dünyanın hər hansı xalqmdan daha çox! Eyni zamanda, Azərbaycan özünü müdafiə etməyə başlayanda Birləşmiş Ştatlar ona xarici yardımı xeyli azaltmışdır. Niyə? Ermənilərin Birləşmiş Ştatlardakı siyasi-iqtisadi lobbisinin ucbatından!

Erməniəlrin digər bir "əhval" problemi isə budur ki, onlar 1919-cu ildə öz qonşuları ilə diplomatik əlaqələr yaratmaqdan imtina etmişlər. Və həmin bu ermənilər özlərini yer üzünün birinci xristianları adlandırmaqda davam edirlər! Bəlkə də 1890-cı ildə Erməni İnqilabçı diktator partiyası yaranandan bəri onların Osmanlılara qarşı həyata keçirdikləri satqınlıq və xainlik ucbatmdan erməni şüuru erməniləri incidir? Onlar Osmanlılara qarşı riyakar mövqe tutanda özlərini "ermənilər" adlandıran bu diktatorlar digər hər bir adamdan xoş rəftar tələb edirdi. Onlar başqa birisinin torpaqlarına sahib çıxmaq istəyirdilər. Onlar dünyanın hər bir xristian ölkəsindən nağd pul və sədəqə diləyirdilər.

1918-ci ildən başlayaraq bütün dünyanın xristian ölkələrində ermənilərin muzdlu agentləri var idi. 1919-cu ildə onlar Türkiyə, Azərbaycan və Gürcüstan arasındakı dostluq əlaqələrinə rəxnə salmağa cəhd göstərdilər. Yeri gəldikcə oxucu xatırlayacaq ki, bu diktatorlar hirs-hikkə içində çığırbağır salaraq onların torpaq qamarlamaq cəhdlərinə xarici müdaxilə haqqında əhvalatlar uydururdular. Yox, əgər onlar bunu digər ölkələrdə edirsə, onda hər şey öz qaydasındadır.

Qurultayda daxili işlərə aid erməni qərarı da var idi.

Orada qeyd olunurdu ki, fiziki təhlükəsizliyin və əməkçi kütlələrin siyasi yetkinliyinin təmini üçün milli müstəqillik yeganə yoldur, türk-azərbaycanlı bəylərin və ağaların əks-inqilabçı ünsürləri ermənilərin məhvinə çalışır. Mədəni geriliyi və sinfi şüurunun inkişaf etmədiyi ucbatından işləyən tatar ünsürlər bəy və ağaların əllərində səfeh destruktiv alətlərə çevrilmişlər. Bu vəziyyəti aradan qaldırmaq üçün Ermənistan Şərq xalqları arasında irqlərarası harmoniya, sinfi qarşıdurma və maahfçi beynəlmiləlçilik konsepsiyalarını artırmalıdır. Erməni İnqilabçı Federasiyasının doqquzuncu qurultayı aşağıdakı addımların atılmasını lazım bildi: pariiya proqramında irəli sürülən sosial islahatları imkan dairəsində sürətlə həyata keçirmək; mənşəyindən və hansı növ müdafiə olunmasından asılı olmayaraq hər cür reaksioner və hökumət əleyhinə yönəlmiş hərəkatların kökünü kəsmək; bütün millətlərdən olan fəhlə və kəndliləri istismarçı siniflərə qarşı ümumi sinfi mübarizəyə gətirmək. (s. 262).

Lap kommunizmə bənzəyən çağırışlardır! Məgər təəccüblənməyə dəyər ki, bir neçə aydan sonra Ermənistan tutulanda erməni xristian diktatorları cınqırını da çıxarmadı? Bu sözlərin yazılmasından bir neçə ay qabaq Ermənistanın Kommunist Partiyası əhalisi 2.7 milyon olan ölkənin 1 milyon nəfərdən çoxunun imzaladığı müraciəti öz hökumətinə tədim etdi. Orada Ermənistanın yenidən Rusiyanın bir hissəsinə çevrilməsi xahiş olunurdu. Bunu da qeyd etmək lazımdır ki, son on il ərzində 1 milyondan çox erməni öz ölkəsindən getmişdir. Əgər bu axın davam edəcəksə, iyirmi beş ildən sonra bu cırtdan ölkədə bir nəfər də erməni qalmayacaqdır!

Paris Sülh Konfransında ermənilərin Müttəfiqlərdən etdiyi tələblər arasında bir əsas çatışmazlıq var idi. Ermənilər konfrans stolları arxasında bərabərhüquqlu yer tələb edirdilər. Müttəfiqlərin qarşılaşdığı yeganə problem isə kiminlə oturmağı müəyyən etmək idi, çünki Parisdə öz ölkələri adından müxtəlif tələblərlə çıxış edən iki müxtəlif erməni qrupu var idi və qrupun hər biri konfransda eyni yeri tələb edirdi.

Bü vəziyyəti Hovanissyan belə izah edir: "Parisdə iki erməni nümayəndə heyətinin iştirakı ölkənin uzun əsrlər boyu ayrılıqda mövcud olması ilə izah edilə bilsə də, buradakı ikilik qrupçuluqla bağlı idi və aradan qaldırıla bilərdi. Qərbi ermənistanlıların çoxunun müstəqillikyolunun Rusiya Ermənistanından asılı olduğunu iddia etməsi məsələni çətinləşdirirdi. Axı Türkiyə Ermənistanı təxminən yarım əsr ərzində azadlıq hərəkatının mərkəzi olmuşdu» (s. 277).

Adi dilə tərcümə olunarsa, Hovanissyan deyir ki, təxminən əlli il ərzində ermənilər Osmanlı hökumətini yıxmağa planlar cızır, fəaliyyət göstərirdi. Bu o deməkdir ki, ermənilər 1869-cu ildən başlayaraq uzun müddət sülh şəraitində yaşadıqları hökumətə qarşı satqınlıq və xainlik yolunu tutmuşdular. Bu, 1890-cı ildə diktatorların Erməni İnqilabçı Federasiyasını (“Daşnaksütyun”) dünyaya gətirməsindən iyirmi bir il əvvələ gedib çıxır.

Ermənistanda diktator hakimiyyəti qamarlamaq istəyən iki müxtəlif fraksiya var idi. Hakimiyyət uğrunda mübarizə partiyanın qurultayı ərzində də davam etdi. Son iclas noyabrın 16-na təyin edilmişdi. Həriki tərəfyaxşı bilirdi ki, razılığın əldə olunmaması son nəticədə xaricdəki biriiklərin fikir aynlığına səbəb olacaqdır, buna baxmayaraq, heç biri güzəştə getmək istəmirdi. Vahan Tekeyan bəyan etdi ki, Milli Nümayəndə Heyətinin planının xoşagəlməz surətdə qarşılanması danışıqları kəsməkdən başqa heç bir alternativ üçün yer qoymur. Qoy növbəti addımın nədən ibarət olacağına Milli Nümayəndə Heyəti qərar versin. Simon Vratziyan əsəbi tərzdə məlumat verdi ki, bu tərəfin irəli sürdüyü əks təkliflər və güzəştlər Milli Nümayəndə Heyətini qane etmədi. İclaslar azad, birləşmiş və müstəqil Ermənistan uğrunda birgə mübarizəyə heç bir maneə olmayacağını əks etdirən qarşılıqlı ümid ifadəsi ilə təxirə salındı (s. 277).

Buna baxmayaraq, bütün diktator dövlətlərdə olduğu kimi, adi sözlər bu "xristian" erməni quldurlarını razı salmazdı. Biriəşmişhökumətyaratmaqbiryana, danışıqlardaha çoxinamsızlıq və qarmaqarışıqlıq yaratdı. Noyabnn 24-də İrəvanı tərk etməzdən qabaq Tekeyan və Ter-Stepanyan açıq bəyanatla çıxış edərək öz qəzəb və ümidsizliklərini göstərdilər, eyni zamanda Milli Nümayəndə Heyətinin birlik axtarışlarının davam edəcəyinə söz verdilər. Digər tərəfdən, Vratziyan Amerikadakı daşnakçı mərkəzi komitəyə yazdı ki, sülh konfransında uğursuzluq qarşılıqlı ittihamlara səbəb olacaqdır və o öz yoldaşlanna "heç bir vəchlə iştirak etməməyə və ya fövqəladə dərəcədə ehtiyatla və səbrlə bu kampaniyada iştirak etməyi" tövsiyə edirdi. Əgər hücumlar eybəcər xarakter alacaqdısa, konfrans sənədlərinin şərhsiz dərc edilməsi ən effektli

cavab olardı. Vratziyan davam edirdi ki, ermənilərin özlərinin birtəşmiş olduqlarını dünyaya nümayiş etdirə bilməməsi xəcalətverici haldır (s. 278).

Özlərini xristian erməniləri adlandıran bu quldurlar dəstəsi "Amerikadakı Mərkəzi Komitə" vasitəsilə nə edirdilər? Ümumiyyətlə, bu komitə nə ilə məşğul idi və onların haqqını kim ödəyirdi? Ermənilərin amerikan qəbilli olmayan davranışına heç kim heç vaxt mane olmamışdır, onları necə varlarsa, elə də qəbul etmişlər - başqa xalqların torpaqlarına göz dikən və özlərini İsa Peyğəmbərin qanına bələyərək həmin torpaqları qamarlayan, xristian olmayan quldur-terrorçular kimi!

"Ermənistan daxilində fikir ayrılığı haqqında qorxu əsassız deyildi. Tekeyanın və Ter-Stepanyanın Poğos Nubara məlumat verməsindən az sonra Ramkavar mətbuatı hakimiyyətə susayan Daşnaksütyunu və Parisdəki daşnakçı məruzəçini riyakarlıqda kəskin şəkildə ittiham etdi. Üzdə birliyə çağıran daşnakçılar İrəvandakı danışıqların altına məxfi surətdə mina basdırırdılar» (s. 278). Bu, diktator hökumətin onunla münasibətdə olan hər bir kəsə, hətta öz partiya üzvlərinə qarşı riyakarlığına sübutdur.


Ñòð.| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |