ÊÀÐÀÁÀÕ â ÄÎÊÓÌÅÍÒÀÕ

 

 Íà÷àëî | ÁÈáëèîòåêà | Ôîòî ôàêòû | Êàðòèííàÿ ãàëåðåÿ | Ññûëêè | Ôîðóì | ÎïðîñÏîèñê â google | AZAD QARABAĞ |

ERMƏNİSTAN terrorçu "xristian" ölkənin gizlinləri

ERMƏNİSTAN

terrorçu "xristian" ölkənin gizlinləri

Samuel Uimz

Ñòð.| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |


ON BİRİNCİ FƏSİL:
ERMƏNİ QƏDDARLIĞI
ERMƏNİLƏR ÖZ ÖLKƏLƏRİNDƏ MÜŞƏLMANLARA KÖMƏKDƏN İMTİNA EDİR
VƏ MÜDAFİƏSİZ MÜSƏLMAN KƏNDLƏRİNƏ HÜCUM ÇƏKƏRƏK
TERRORU DAVAM ETDİRİRLƏR

"Zaqafqaziya ölkələrinin ən böyük və ən çox əhalisi olanı, həm də ən rəngarəngi Azərbaycan idi» (1). Həmişə olduğu kimi ermənilər bu qonşunun torpaqlarını daha çox qəsb etmişdir. "1919-cu ildə avropalılar və ermənilər Azərbaycan haqqında çox az bilirdi və bəzi qəzet hesabatlarında onlardan bəhs edilərkən əleyhinə danışılır, onları ya tartar, ya da tatar adlandırır, azərbaycanlıların geri qalmış müsəlman fanatikləri olduğu və türk planı əsasında erməniləri qırıb çatdıqları haqqında fikir yaradırdılar» (s. 173). Deməyə ehtiyac yoxdur ki, muzdlu erməni agentləri bu dediqodunu bütün xristian dünyasına yaymışdılar. Səhifəaltı izahlarda Hovanissyan iki erməni qonşusunun birlikdə necə gəlib xristian möv-qeyini qorumağa cəhd göstərməsi haqqında məlumat verir.

"1919-cu ilin oktyabrında Gürcüstan və Azərbaycan nümayəndə heyətləri onların məsələsində Amerikanın mövqeyini ifadə edən keçmiş Nyu-York konqresmeni Uolter M. Çəndlerin fəaliyyətini müdafiə edirdilər. Onlar erməni təbliğatı nəticəsində yaranmış pis təsiri aradan qaldırmağa çalışırdılar. Çəndler təklif etdi ki, mümkün olan hər şey edilməlidir ki, "ermənilərin düşməncəsinə apardığı fəaliyyəti neytrallaşdırılsm və iflic olsun" və Ermənistanın müstəqilliyi üçün onun bütün sərhədləri boyu Amerika nəzarətinin həyata keçirilməsində onların fikirləri üst-üstə düşdü» (s. 174).

Güman ki, bəşər tarixində elə bir ölkə olmamışdır ki, Ermənistan kimi yalnız danışmaqla bu qədər xarici yardım ala bilsin. Görəsən xristian millətlərinin ictimai fikrinə nüfuz edərək heç nəyin hesabına nəsə almaq üçün erməni liderləri nə qədər pul xərcləmişdir? "Digər tərəfdən, Hind Ordusundakı çoxlu Britaniya zabiti müsəlmanlarla yaxın təmasa girmiş, gürcü və ermənilər kimi Asiya xristianlarının müəyyən rəğbətini qazanmış, ruslara isə bel bağlamamışdı» (s. 176).

Belə zabitlərdən biri polkovnikleytenant Klaud B. Stouks idi. Hovanissyan yazır ki, "Tehranda keçmiş hərbi attaşe və Asiyada bir il xidmət etmiş zabit olan Stouks 1919-cu ilin payız tərxisindən sonra Bakıda qalmış və noyabrda Uodrop missiyasına cəlb edilənədək qeyri-rəsmi siyasi müşahidəçi kimi fəaliyyət göstərmişdir. Onun şəxsində Azərbaycan hökuməti sadiq müttəfiq tapmışdır. O inanırdı ki, azərbaycanlılar anadangəlmə antibolşevikdirlər və təhlükəli pantürkçü, panislamçı ideologiyadan uzaqlaşdırıla bilərlər, o vaxt Böyük Britaniya tərəfindən müdafiə edilən sabit milli ölkələr yaradıla bilər» (s. 176).

Hətta belə bir məsələ həqiqətə çevrilsəydi belə, erməni liderləri ona məhəl qoymayacaqdı. Ermənilər bəyan etmişdi ki, "yalnız türkləri və azərbaycanlıları birbirindən ayrı salmaqla erməni dirçəlişi təminat ala bilər» (s. 168). I Dünya Müharibəsi ərzində, 1918-ci ildə Ermənistandakı təxmınən 350,000 müsəlman ac-yalavac qaçqına çevrildi, onların üçdə biri "Osmanlı sərhədləri boyu evsiz-eşiksiz, dilənçi kökündə yaşayırdı».(s. 178).

Erməni hakimiyyəti altında olan türk əhalisinə qarşı dözülməz münasibətə arabir Azərbaycanın Xarici İşlər Nazirliyi və mətbuatı etiraz bildirirdi. Başıpozuqların törətdiyi vəhşiliklərin qarşısını almaq üçün Qərbi Ermənistanın heç nə etməməsi biryana qalsın, İrəvan hökuməti dərin ehtiyac içərisində olan müsəlmanlara məhəl qoymur, onlara ev, tibbi diqqət və iş verməkdən imtina edirdi. Pay-taxtın içərisində və ətrafında olan təxminən 15,000 ehtiyaclı adamın təxminən 2,500 nəfərindən azına gün ərzində bir qab şorba Verilirdi. Üstəlik, erməni xeyriyyə agentlikləri yaxşı bilirdi ki, xəstəliyin yıxdığı Türkiyə erməniləri Irəvanın müsəlman məhəllələrindəki baraklara doluşmuşdur və onlar yoluxaraq yerli sakinləri məhv edəcəkdir (s. 178).

Və ermənilər guya Osmanlıların soyqırım törətməsi haqqında əhvalatı uydurdular:

Avqustun 1-də Azərbaycanın İrəvandakı nümayəndəsi Xan Te-kinski 1918-ci ilin əvvəlindən 300 müsəlman kəndinin dağıdılması haqqında bəyanat verdi. Orada göstərilirdi ki, ermənilərin yeganə siyasəti kişiləri, qadınları və uşaqları kütləvi surətdə qırmaqdan ibarət idi və müsəlman əzabları elə dəhşətli idi ki, minlərlə adam Azərbaycana qaçmağa cəhdgöstərirdi. Əllərinə silah alıb erməni quldurlarına qarşı mübarizə aparanlar isə sadəcə öz həyatlarını, mülkiyyət və evlərini qorumağa çalışırdılar. Ermənilərin guya qurbanlar vermiş köməksiz xalq olması haqqında yaratdıqlan yalanı puça çıxarmaq üçün və həmin ərazidəki xalqların erməni nəzarətində olacaqları təqdirdə nələr gözlənildiyi haqqında Parisdə azərbaycanlılar da təbliğat kampaniyası aparırdılar. Avqustun 20-də Topçubaşov sülh konfransına xəbərdarlıq edirdi ki, Qafqazdakı etnik və ərazi xarakteri terror və qorxu siyasəti altında radikalcasına dəyişikliyə uğrayır. İrəvan və Qars əyalətlərində erməni təcavüzü…. müsəlman əhalisınin məhvi və özünütəyin prinsipini həyata keçirmək məqsədi daşı-yır. Məsələn, yenicə aşkara çıxmışdır ki, altı kəndin kişiləri öldürülmüş, onların qadınlan isə "erməni döyüşçülərinə" hədiyyə edilmişdir. Azərbaycan öz torpağının bir hissəsinin və adamlarının itkisi hesabına başa gələn belə vəhşiliklərə daha dözə bilməz (s. 180).

Bir fikir verin: erməni alimi müsəlmanların əleyhinə öz ölkəsinin hərəkətlərini "vəhşiliklər" adlandırır. Əgər ermənilər Xristə həqiqi inanandırlarsa, onlar gərək türkləri və ya başqa birisini üzrxahlığa dəvət etməzdən qabaq özləri öz qələtlərini düzəltsinlər. Ermənilər 1918 və 1919-cu illərdə müsəlmanların başına açdıqları dəhşətli işlərə görə üzr istəməlidirlər. Onlargərək 1992-ci ildə evlərindən və təsərrüfatlarından zorakılıqla qovulmuş 1 milyondan artıq müsəlmanın torpalarını geri qaytarsmlar.

İndi təəccüblənməyə dəyər ki, dünyanın neft istehsal edən müsəlman ölkələri son on ildə amerikanlara satdığı məhsulun qiymətini qaldırmışdır? Əgər Birləşmiş Ştatlar hökuməti "xristian" Rusiya ilə birləşərək "xristian" Ermənistana milyardlarla dollar xarici yardım edirsə və nəticə etibarı ilə Azərbaycandakı 1 milyondan artıq müsəlmanı ev-eşiyindən zorakılıqla qovan Ermənistana kömək edirsə, bəs müsəlman ölkələri nə etməlidir? Çox pis məqsədlərə xərcləndiyi sübut olunduğu üçün Amerika Ermənistana pul verməyi dayandırmalıdır!

Erməni xristianlarının müsəlmanlara qarşı soyqırım törətməsi haqqında sübutlar çoxdur. Oktyabrda məlumatlar verilmişdi ki, "Qars ərazisində əksəri qadın və uşaqlar olan 25,000 müsəlman qaçqınının vəziyyəti dəhşətli haldadır. Ermənistanın paytaxtmda daha 13,000 nəfər, paytaxt ətrafındakı kəndlərdə isə 50,000 müsəlman qaçqını erməni xristianlarının nəzarəti altında idi. Erməni xristianlarının paytaxtının cənubundakı ərazidə heç bir yaşayış vasitəsi olmayan 70,000-dən 80,000 nəfərədək müsəlman qaçqını var idi və erməni rəhbərliyi onlara hər hansı bir yardım göstərməkdən imtina edirdi» (s. 182-183).

Bugünkü dünyamızda ermənilər türkləri qətlə yetirdiyini və ya onlara qarşı soyqırım törətdiklərini danırlar. Onlar xristian dünyası qarşısında ağlayıbsıtqayıb pul diləyirlər. Buna baxmayaraq, onların öz alimi etiraf edir ki, ermənilər qətllər törətmişdir. Öz erməni müttəfiqləri ilə eyni tərəfdə vuruşmuş rusların dediklərini saf-çürük edin. Rusların ordu zabitləri ermənilərin nələr etdiyinin şahidi olmuşdur və Moskvadakı rus arxivləri həmin şahidlərin məlumatları ilə doludur. Burada yüzlərlə erməni soyqırım kampaniyasının yalnız biri haqqında danışılır.

Tarix göstərir ki, ermənilər rusların müdafiəçisi olmuşdur. On doqquzuncu əsrin birici yarısında ruslar işğal etdikləri Osmanlı torpaqlarından müsəlmanları zorakıhqla qovandan sonra ermənirus "dostluğu" başlanmışdır. Heç bir şübhə yoxdur ki, 1915-ci ildə ermənilər ruslara hərtərəfli hərbi yardım etmişdir. Onda nə üçün ermənilərin qadınları, uşaqları və yaşlıları kütləvi surətdə qətlə yetirməsi haqqında son sözü ruslar deməsin? Ermənilər terror törətmişdirmi? Bu gün Rusiyanın Moskva şəhərindəki arxivlərində bir rus ordu zabitinin üç hesabatı saxlanır. Yüzlərlə digər hesabatda olduğu kimi, bu sənədlərdə də təkcə bir ərazinin adı sadalanır: bu rus zabiti heç şübhə yeri qoymadan sübut edir ki, iyirminci əsrdə ilk soyqırımı ermənilər törətmişdir!

I Dünya Müharibəsinin başlanğıcında Osmanlı İmperiyasının torpaqlarına soxulmuş işğalçı rus ordusuna general L.Odişe Liyetze komandanlıq edirdi. Rus arxivlərindən tapılmış aşağıdakı qısa məlumatda bu generalın şahidi olduğu bir məsələdən danışılır: "11-12 mart gecələrində erməni cəlladları Ərzincan ətrafmdakı ərazilərdə müsəlmanları süngülər və baltalarla qətlə yetirdilər. Bu vəhşilər öz qurbanlarını əksərən öz məşum planları məqsədilə qazılmış xəndəklərə atırdılar. Hər xəndəyə təxminən 80 nəfər müsəlmanın nəşi atılırdı. Mənim adyutantım 200 belə xəndək saymış və cinayətlərin üstünü açmışdır».

Təkcə bu ərazidə on altı min müsəlman vahiməyə salınınış və öldürülmüşdür! Öz erməni müttəfiqləri haqqında danışan general davam edir - "Bu, dünya sivilizasiyasının əleyhinə yönəldilmiş hərəkətdir». Polkovnikleytenant Qryaznov da öz komandirlik etdiyi ərazi-sində erməni vəhşilikləri haqqında rəsmi raport yazmışdır:

Kəndlərə aparan yollara müsəlman kəndlilərinin süngüyə keçirilmiş meyitləri, kəsilmiş bədən hissələri və dağıdılıb tökülmüş daxili orqanları səpələnmişdi…. əfsus! Əsasən qadınlar və uşaqlar! Hakimlər və sahibkarlar qətlləri təşkil etmiş, erməni ordusu onu yerinə yetirmişdir. Dərin quyular qazılmış və köməksiz insanlar heyvan kimi kəsilərək birbirinin ardınca quyulara atılmışdır. Sonralar öldürülmüş müsəlmanlar da quyulara doldurulmuşdur. Quyu meyitlərlə dolandan sonra onun yanında dayanmış erməni deyirdi: "Yetmiş nəfərin meyiti, quyuya daha on meyit atıla bilər». Sonra daha on müsəlmanın meyiti parçaparça edilib quyuya atılırdı və quyu dolandan sonra üstünü torpaqla örtürdülər. Qətllərüçün məsuliyyət daşıyan erməni bir evə səksən nəfər müsəlman doldurur, sonra isə birbir onların başını kəsirdi. Ərzicahan soyqırımının ardınca ermənilər Ərzruma tərəf hərəkətə başladılar…. Erməni satqınlan yol boyunca kəndlərə hücum çəkir, kəndlərlə birlikdə bütün əhalini də məhv edirdi.

Polkovnikleytenant Tverdoxlebov Eryerum və Dəvəboynu fortlarında təminat üzrə komandir idi. O, həm də Artilleriya Alayının 2-ci qarnizonunun komandiri idi. O da bu ərazidə günahsız müsəlmanlara qarşı ermənilərin soyqırımı haqqında raport yazmışdır: "Bu günlər ərzində ermənilər qonşuluqdakı Ərzincanda zavallı türk sakinlərinə qarşı ağlagəlməz qəddarlıqla qəttlər törədirdilər; silahsız türklərin özünümüdafiə üçün heç nəyi yox idi. Yenicə cinayətlər törətmiş ermənilər türk ordusunun yaxınlaşdığını eşidən kimi Ərzrum tərəfə qaçdılar».

Ginayət törədilən səhnələri müşahidə etmiş zabitlərin də təsdiq etdiyi baş komandanın raportlarına əsasən demək olar ki, ermənilər Ərzincanda səkkiz yüzdən çox türkü doğramış, guya bununla türklər tərəfindən öldürülmüş bir başkəsən erməninin intiqamını almışlar. Türklər isə özlərini müdafiə edərkən həmin ermənini qətlə yetirmişdilər. Bu azmış kimi, ermənilər qadın və uşağa fərq qoymadan Ərzrumun qonşuluğundakı İlicənin bədbəxt Məhəmməd hümmətini də soyqırım etmişdi.

Polkovnik terrorun çoxlu fərdi hesabını da raportuna salmışdı. Bir nümunəyə nəzər salın: "Artilleriya polkunun erməni kadeti olan Qaraguedov nifrət və qəzəb qızışdırıcısı idi. Xüsusilə belə kampaniyalar üçün hazırlanmış erməni əsgərləri ilə türk evlərində qəddarlıqla axtarış aparan Qaraguedov mebel və digər ev əşyalarını da çırpışdırırdı. Digər erməni əsgərləri ilə birlikdə Qaraguedov həbs edildi. Hökumət komissarı Zetalov və onun assistentinin yanında həmin axşam hadisələr haqqında baş komandana məlumat verildi. Elə həmin gün ermənilər başqa türkləri qətlə yetirdilər və türk bazarını yandırdılar». Öz raportuna davam edən polkovnik ermənilərin əsas liderlərinin onun dustaqlarını necə azad etməsindən və bunun müqabilində onlara qaşın üstündə gözün var deyilməməsindən bəhs edir.

Osmanlı İmperiyasında erməni müttəfiqlərinin davranışı bütün rus ordusuna hədsiz nifrət oyatmışdı. Erməni qoşunlarının hərəkət etdiyi bütün yerlərdə türk məüsəlmanlarının soyqırım edilməsi haqqında rusların minlərlə raportu vardır. Ermənilər öz soyqırımlarını soyuq başla və öz zabitlərinin razılığı ilə həyata keçirirdilər? Bəli! Bu soyqırım hadisələri geniş masştabda baş veridi? Bəli!

Onda bu günkü ermənilər ulu babalarının belə nifrətəlayiq hərəkətlər etməsini hansı üzlə danırlar? Ermənilər heç vaxt baş verməmiş 1915-ci il soyqırımına görə Türkiyə hökumətinin üzr istəməsini necə tələb edə bilir? Bu günkü ermənilər heç vaxt baş verməmiş nəyinsə şərəfinə 50 milyon dollar xərcləyərək soyqırım muzeyini və Vaşinqtondakı Ağ Evdən ikicə tin aralı heykəli necə qaldırmışdır? Britaniya öz qoşunlarını çəkib aparandan az sonra Azərbaycan hökuməti "1918-ci ilin "mart günlərində" Bakıda müsəlmanların soyqırım edilməsi ilə bağlı təhqiqatlarını intensivləşdirdi və çoxlu ermənini həbsə aldı» (s. 185-186).

Ermənilər hay-küy salaraq müsəlmanların soyqırım edilməsi ilə bağlı həbsləri "irqi ayrı-seçkilik hisslərinin qızışdırılması məqsədilə düşünülmüş cəhd" adlandırdılar» (s. 186). Bu gün xristian ermənilər 1915-ci ildə olduğu güman edilən soyqırıma görə Türkiyənin üzr istəməsini tələb edirlər. Bu, Türkiyə Respublikasının qurulmasından səkkiz il əvvəl idi. Hadisələrin yönü dəyişəndə və müsəlmanları soyuqqanlıqla qətlə yetirən ermənilər həbsə almanda, onlar bunun "irqi ayrı-seçkilik hisslərinin qızışdırılması məqsədilə düşünülmüş cəhd" olduğu haqqında vay-şivən qopartdılar.

Amerika Ordusunun polkovniki Uilyam N.Haskell:

Müttəfiqlərin Ermənistanda baş komissarı Polkovnik Uilyam N. Haskell Müttəfiqlərin Ermənistanda baş ko-missarı kimi avqustda Ermənistana gəldi. Avqustun 22-də parlamentə sədrlik edən spiker Novsep Arqutyan komissar Haskellin Ermənistana gəlişini rəsmən alqışladı və təəssüf etdiyini bildirdi ki, o, müflisləşmiş və dul qadınlarta, yetimlərlə, aclıq çəkən evsiz adamlarla dolu olan bir ölkəni görməli olacaqdır. Əlbəttə, Müttəfiqlər onlara beş ərzində düşmənin əleyhinə etibartı köməklik göstərmiş erməniləri müdafiə üçün öz öhdəliklərini yerinə yetirirlər. Öz hərbi gücünün qüdrətinə arxayın olsalar da, Müttəfiqlər məğlub edilmiş düşmənlə hesabı çürütməyə tələsməmişdir. Şərq despotizminin tipik nümayəndəsi olan düşmən isə yal-nız güc qarşısında boyun əyirdi. Asan qələbədən və azsaylı olsa da, Müttəfiq qoşunlarının Ermənistana girməsindən vəcdə gələn "qara qüvvələr" gənc respublikanı yıxmaq üçün cəhdlər göstərirdi. Müttəfiqlər üçün Ermənistanın tək olmadığını və onun düşmənlərinin cəzasız qalmayacağını nümayiş etdirməyin məqamı yetişmişdi. Tarixin belə bir dövrü olmuşdur ki, "qoca dünyanın ən qədim xalqlanndan biri olan" ermənilər Qərb mədəniyyətini zənginləşdirmişdir. İndi isə gənc Ermənistan demokratiyası Qərbə, kömək, istiqamət və ədalət üçün xüsusilə Amerika demokratiyasına tərəf baxır (s. 196-197).

Bir anlığa Ermənistan parlamenti spikerinin bəyanatını əks tərəfdən saf-çürük edin:

1. "Tarixin belə bir dövrü olmuşdur ki, qoca dünyanın ən qədim xalqlarından biri olan ermənilər Qərb mədəniyyətini zənginləşdirmişdir». Görəsən neçə nəfər amerikalı yada sala bilər ki, öz qədim tari-xi ərzində bu və ya digər mənada adi erməni tərəfindən "zənginləşmişdir"? Bu günkü amerikahların öz vergi dollarlarını bu əldən düşmüşlər yığınından ibarət olan adamlara ödəməsinin qədim tarixə nə dəxli var? Özü də bu adamlar heç nəyin müqabilində get-gedə daha çox pul qoparmaq istəyirlər.

2. "Müttəfiqlər üçün Ermənistanın tək olmadığını və onun düşmənlərinin cəzasız qalmayacağını nümayiş etdirməyin məqamı yetişmişdi». Osmanlı imperiyası, Gürcüstan və ya Azərbaycanla heç vaxt müharibə aparmamış Birləşmiş Ştatlar nə üçün Ermənistandan ötrü bu xalqları cəzalandırmalı idi? Ermənistan diktatorlarının Amerikadan öz gücünü nümayiş etdirməsi tələbinin heç bir mənası yoxdur.

3. "Asan qələbədən və azsaylı olsa da, Müttəfiq qoşunlarının Ermənistana girməsindən vəcdə gələn "qara qüvvələr" gənc respublikanı yıxmaq üçün cəhdlər göstərirdi». Hər şeydən əvvəl, ermənilərin həqiqətən respublikası var idi - onlarda tamamilə Sovet İttifaqma bənzəyən diktator hökuməti mövcud idi. İkincisi, qalib Müttəfiqlər hər hansı diktatorların istəyinə görə deyil, özlərinin düzgün bildiyi əsas-da qərarlar çıxarırdılar. Üçüncüsü, müharibə başa çatandan sonra öz qoşunlarını geri qaytarmaq qərarı müttəfiq xalqların qərarı idi. Daha çox torpaq qamarlamaq məqsədilə erməni liderlərinin öz qon-şularına (xristian və ya müsəlman olmasından asılı olmayaraq) hücum əməliyyatları keçirməsi üçün Müttəfiqlər öz hərbi qüvvələrini geri qaytarmağa borclu deyildi. Dördüncüsü, Osmanlılarla münasibətin ən yaxşısını qurmaq tamamilə Müttəfiqlərin hüququ idi. Beşincisi, "qara qüvvələr" gənc respublikanı yıxmağa cəhdlər göstərirdi».

"Qara qüvvələr" - Ermənistan öz qonşusu Gürcüstana qəfildən, əsassız və xaincəsinə hücum etdi.

"Qara qüvvələr" - Ermənistan öz qonşusu Azərbaycana qəfildən, əsassız və xaincəsinə hücum etdi.

"Qara qüvvələr" - Erməni liderləri öz xalqının beş yüz ildən artıq dinc və əminamanlıq şəraitində yaşadığı Osmanlı İmperiyasında qiyamlar təşkil etdilər.

"Qara qüvvələr" - Osmanlı İmperiyasını hərbi zorakılıqla yıxmaq cəhdində erməni liderləri Rusiya qüvvələri ilə birləşdilər.

"Qara qüvvələr" - Erməni Kilsəsi üsyana, vəhşiliyə, tarrorizmə və başqa xalqların torpaqlarını tutmağa xeyirdua verir.

Erməni liderləri isə harayhəşir salır ki, "qara qüvvələr" Ermənistanı yıxmağa çalışır. "Qara qüvvələr" elə ermənilərin özü idi! Kiminsə şeytan əməlləri ilə məşğul olması və öz günah dolu əməllərini başqasının boynuna qoyması haqqında klassik nümunədir! Tarixin şahidliyinə əsaslanan həqiqət isə budur ki, xristian Gürcüstanma, müsəlman Osmanlısına və ya müsəlman Azərbaycanına hücum etməyin əslində erməni quldur yığnağı üçün fərqi olmamışdır. Bunlar başqasına məxsus olan torpaqları qamarlamaq istəyən terrorçular idi və onlar istəyirdi ki, nə qədər ki, ermənilər öz qon-şularının torpaqlarını oğurlayır, talan edir və qamarlayır Amerika və Müttəfiqlər onları müdafiə etməlidir.

Müttəfiqlərin Ermənistandakı yeni baş komissarı Ermənistan və Azərbaycan arasında sülh yaratmağa cəhd göstərəndə az müddət ərzində balaca Ermənistanın korrupsiyaçı diktatorlarının iştahı haqqında öyrəndi. Ermənistan Araz vadisinin onlara verilməsi tələbini qaldıranda komissar öyrəndi ki, Araz vadisində yaşayan müsəlmanlar erməni nəzarətindən çıxmaq üçün hər cür müvəqqəti razılığa əvvəlcədən hazırdırlar. Sentyabrın 9-da "cənub-qərbi Azərbaycan"ın nümayəndələri Haskellə məlumat verdilərki, özünütəyin prinsipləri yerinə yetirilənə və

Paris Sülh Konfransı ərazini Azərbaycanın tərkibində təsbit edənə qədər onlar Amerikanın nəzarətini məqbul hesab edə bilərlər. Müsəlmanların erməni kəndliləri ilə heç bir mübahisəsi yox idi, onlar sağ-salamat öz kəndlərinə qayıda bilərdi, lakin daşnakçı quldurların zülmünü qəbul etməkdənsə, onlar ələ silah götürüb şərəfli ölməyi üstün tutacaqdır (s. 203).

Zaman bu müsəlmanların düzgün olduğunu sübut etmişdir. Ermənistan başqasının torpaqlarını qamarladığı bütün vaxtlarda müsəlmanları qırıb çatmışdır. "Erməni quldurlarının" onların torpaqlarını və mülkiyyətini müftəmüsəlləm çırpışdırması üçün müsəlmanlar həmişə zorakılıqla öz yurdundan qovulmuşdur.

Sonralar generalqubernatorun funksiyalarını yerli müsəlman IIdertərinə izah etməyə və onların təhlükəsizliyini təmin etməyə çalışan Amerika rəsmi zabitinə deyildi ki, Şərurdərələyiz, Naxçıvan və Vedibasar Azərbaycanın aynlmaz hissələri olmuşdur və yalnız Azərbaycan qanunlan altında fəaliyyət göstərəcəkdir. Onlar amerikalı qubernatoru deyil, nümayəndəni qəbul edəcək və bütün dinlərdən olan qaçqınlara Amerika yardımını alqışlayacaqlar. Lakin başa düşülməlidir ki, "əgər bizim istəyimizin əleyhinə olaraq kimsə torpaqlarımızı Ermənistana verməyə cəhd göstərərsə, biz onu özümüzə düşmən hesab edəcəyik; biz onu əlimizdə silah olaraq qarşılayacaq və bizim düşmənlər yalnız meyitlərimizin üstündən adlayaraq evlərimizə girə bilərlər» (s. 204).

Azərbaycan torpaqlarının 20 faizini tutmaq və bir milyondan artıq müsəlmanı ev-eşiyindən qovmaq üçün Amerika Birləşmiş Ştatları Ermənistana 1.4 milyard dollardan artıq pul vermişdir. Eyni zamanda Azərbaycan öz torpaqlarını və əhalisinin ev-eşiyini qorumağa cəhd göstərdiyinə görə Amerika onlara verəsi xarici yardımı kəsmişdir. Bu, erməni quldurlarının tərəfini saxlamaqdan savay bir şey deyildir.

"Və hələ Zəngəzur və Goğtan da var idi. Dünya müharibəsindən qabaq Zəngəzur əhalisinin təxminən yarısı müsəlman, yarısı xristian idi» (s. 207) Baxın görün bu əraziləri müsəlmanlardan təmizləmək üçün ermənilər hansı işləklərdən çıxmışdır: "Müsəlman heyvandarlarının yaz və yay köçü zamanı onların əleyhinə olan erməni quldurları dəfələrlə öz xarakterlərini göstərdilər. Həkəri vadisində kiçik atlı qruplarla birləşən tərəkəmələri azərbaycanlı və türk zabitləri müşaiyət edirdi. Bu dəstələr çoxsaylı dağ cığırlarına sıxışdırılır və dönə-dönə erməni dağlılarının hücumuna məruz qalırdı» (s. 209).

Min illər ərzində müsəlman heyvandarları hər yaz və yayda öz sürülərini dağlara qaldırırdılar. İndi erməni professoru onları "köçəri" adlandırır və erməni quldurları onların varlığına son qoymaq istəyirdi. Məgər bu "öz qonşunu özün kimi sev" xristian hərəkətinə bənzəyirdimi?

Azərbaycan alayları Zəngəzur sərhəddinə yığışanda Bakıdakı qəzetlər o ərazidən olan müsəlman qaçqınların çıxılmaz vəziyyəti haqqında ağlaşırdı. Onlar hadisələri təhlil edərək yazırdılar ki, And-ronik "Paşa" və digər ermənilərin vəhşilikləri başlanandan bəri yüz yaşayış məntəqəsindən çoxu dağıdılmış və ən azı 40,000 adam ev-siz-eşiksiz qalmışdır. Heyvandarların təhlükə altında qaldığı və həm tərəkəmələrin, həm də heyvan sürülərinin bürküdən boğulan düzənliklərdə xəstəlikdən tələf olması haqda xəbərdarlıq edən Xosrov bəy Sultanov yaylaqdakı otlaqlara qalxan yollan kəsmiş "erməni quldurlanna"dərs verməküçün özhökumətinə yalvanrdı. (s. 213).

Azərbaycanlılar xristian ermənilərin terrorçu əməlləri haqqında danışmağa başladılar. Onlar danışmaya bilməzdilər. "Bakı qəzetləri erməni qəddarlığı haqqında haray çəkən başlıqlar altında yazılar verməklə qara camaatı müharibə əhvalına hazırlayır və münaqişəin həlli üçün komissiya yaratmaq haqqında İrəvanın çağırışının qarşısını aimaq məqsədi daşıyırdı» (s. 213-214).

Bu, əsl erməni üsulu idi - ordunun gücü ilə aldığının, işğal etdiyi Azərbaycan torpağının və məhv etdiyi adamların müqabilində danışıqlar stolu istəmək! Azərbaycanın cavabı birbaşa və sərrast oldu: "Ermənistan Respublikasının Xarici İşlər Nazirliyinə məlumat veririk ki, Zəngəzur mahalının özü Azərbaycan Respublikası ərazisinin bir hissəsidir və ona görə də Ermənistan hökumətinin qeyd olunan notasında qaldırılan məsələ Azərbaycan Respublikasının daxili işlərinə müdaxilə kimi qəbuledilməzdir. Azərbaycan hökuməti hansı vacib cavab tədbirlərini görəcəyi haqqında Ermənistana cavab verməyi özünə borc bilmir» (s. 215-216).

Ermənilərin belə dəhşətli hərəkətləri haqqında məlumiat verən Azərbaycan qəzetlərini hansı tarixçi alim "ağlaşırdı" sözü ilə təsvir edər? Hansı tarixçi alim belə vəhşi erməni təcavüzü haqqında xəbərlər verən Azərbaycan qəzetlərini "erməni qəddarlığı haqqında haray salan başlıqlar altında yazılar verməklə qara camaatı müharibə əhvalma hazırlayırdı». təsvirini verərdi? Azərbaycanın hərbi naziri Xosrov bəy Sultanov Zəngəzur sakinlərinə ünvanlanmış rus, türk və erməni dillərində dərc etdirdiyi vərəqədə:

"çoxsaylı kəndləri xarabazara çevirərək minlərlə günahsız adamı yer-yurdundan didərgin salan "qara qüvvələri" ittiham edir və Zən-gəzur ermənilərini özlərini vətənpərvər adlandıran, əslində isə əraziyə dağıntı və əzab gətirən elələrindən yaxa qurtarmağa səsləyirdi. Azərbaycan idarəçiliyinin ərazidə qırğınlar və quldarlıq qaydaları tətbiq edəcəyi haqqında yayılan şaiyələrin əsassız olduğu Qarabağda sübuta yetirilmişdir; indi orada insanlar istədikləri kimi əmin-amanlıqda yaşayırlar. Qarabağ kimi Zəngəzur mahalı da ərzaq və təchizat sandan Yevlax yolundan asılıdır və təcrid olunmuş şəkildə özünü saxlamağa qadirdeyil. Sultanov provakasiya yolundan uzaqlaşmaq haqqında ermənilərə xəbərdarlıq edir, əks təqdirdə onlara kömək etməyəcəyini və son nəticədə hamının İrəvana qaçacağını söyləyirdi. "Zəngəzur camaatı, fəhlələr və kəndlilər, mən sizə üz tuturam…. nümayiş etdirin ki, sizin anarxist və avantürist elementlərlə heç bir əlaqəniz yoxdur. Elə olarsa, mən sizə şəxsiyyət və əmlak toxunulmazlığı təminatı verirəm və mən həmişə sözümün sahibi olmuşam. Lakin əgər siz qanundankənar elementlərlə əlaqəyə inad göstərəcəksinizsə, sizi Azərbaycan Respublikasının qanunlanna zorla tabe etdirmək üçün mənim kifayət qədər imkanlarım vardır. Belə olarsa, töküləcək qan üçün məsuliyyət sizin üzərinizdə qalacaqdır"(s. 215-216).

Ermənilər sadəcə olaraq gec başa düşürlər. Onlar beş yüz ildən artıq müddətdə Osmanlılarla sülh şəraitində yaşayandan sonra da eyni hərəkəti etmişdilər. Onlar əsrlər ərzində sülh şəraitində yaşadıqları gürcülərlə də ey-ni hərəkəti etmişdilər. İndi isə onlar eyni səhvi təkrar edir, başqa birisinin - bu dəfə Azərbaycanın torpağını tutmaq iştahlarını ödəmək üçün insanların qanını tökməkdən çəkinmirdilər. Və müharibə başlandı: erməni qoşunları hücuma keçən kimi "Goğtan keçidini açaraq Njdenin başçılığı altında Zəngəzuru iki hissəyə ayıran Bərgüşad-Gehvadzor vadiləri boyunca olan kənlərdəki müsəlman partizanlarını və kəndlilərini qırıb-çatmağa başladı» (s. 218-219).

Xristian erməniləri adlandırılan adamların 1915-ci ildə guya müsəlmanların onları qırması haqqında dediklərini əslində özləri həyata keçirdi. 1915-ci il yalançı hay-küyü haqqında isə üstündən qırx üç il keçəndən sonra onlar "soyqırım" deyə bağırmağa başladilar. Birbaxm, xristian erməniləri müsəlman azərbaycanlılarını müharibə zonasından qovurdular. Sonra isə, özünü "xristian" adlandıran bu adamlar azərbaycanlıları yalnız ona görə qovurdular ki, onlar sadəcə müsəlman idilər və ermənilər müsəlmanların başına açdıqları terror hadisələrinin hesabmı aparmırdılar. Sadə bir sual soruşulmalıdır: Ermənilərin etdiklərini İsa Peyğəmbər də edərdimi? Əlbəttə ki, yox!

Noyabrın 16-da Oliver Uordrop Britaniya rəsmilərinə xəbər verdi ki, ermənilər "güman ki, erkən qələbəyə arxalanaraq barışığa meyllənmək istəmədilər və indi hadisələr onların əleyhinə yönəlmişdir. Tatarları dəhşətli terrora düçar edən və Azərbaycanın ictimai fikrini minlərlə müsəlmanın qaçqına çevrilməsinə yönəltmək üçün təbliğat aparan ermənilər də günahsız deyillər» (s. 219). "Admiral Bristol Konstantinopolda Haskellə şikayətlənirdi ki, Tif-lisdə Rhea və digər amerikanlar faktlarla təbliğat arasında fərq qoya bilmirlər, çünki onlar Türkiyə və Azərbaycanın Qarabağ-Zəngəzurnaxçıvanı birləşdirən torpaq körpüsü haqqında əsas planı ilə bağlı olaraq erməni xəttini qəbul etmişlər» (s. 227).

Şərurnaxçıvan müsəlmanlarının ağır vəziyyəti onların liderləri arasında fikir aynlığına səbəb oldu. Ərazidə yarımmuxtariyyət təşkil etmək üçün göndərilən azərbaycanlı zabit Səməd bəy Camalinski şikayətlənirdi ki, fars agentləri minlərlə müsəlman qaçqınını Araz çayını keçməyə təşfiq edir, əvəzində isə onlara sakitlik, kömək və torpaq vədi verirlər. O, Usubbəyovun kabinetinə müraciət edərək ərazini müdafiə etmək və əhaliyə yardım göstərmək üçün canlı qüvvə və pul göndərməyi tələb edirdi; əks təqdirdə, əgər çoxlu sayda adamlar İrana keçsəydi, ermənilər Araz vadisini yenidən işğal edər, Zəngəzura asan keçidi tutmağa nail olar və beləliklə, bütün Azərbaycanı təhlükə altına alardılar. Camalinski Azərbaycan rəsmilərinin əleyhinə gedən və diktatora çevrilmək istəyən kapitan Xəlil bəyi günahlandınrdı (s. 229-230).

Ermənilər üçün hətta əksərən mülki adamlar üzərində qazanılmış hərbi uğurun dadı rüh yüksəkliyi yaradırdı. "Bütün erməni dünyasında balaca milli ordunun şərəfinə təriflər ayaq tutub yeriyirdi; həmin ordu isə öz torpağının müdafiəsi üçün heç bir itki verməmişdi. Mülki, dini, mədəni və siyasi cəmiyyətləri təmsil edən bir komitə yaradıldı. Bu komitə əldə silah tutan adamları dekabrın 19-dan 21-dək "Ordu Günləri" kimi qeyd olunan üç gün ərzində döyüşə ruhlandırmaq məqsədi daşıyırdı» (s. 231).

"Kiçik uğur" məsələləri balacalaşdırmaqdır. "Vətəni müdafiə etmək" isə birinci dərəcəli saxta nağıldır. Görəsən, qonşu üzərinə hücumu hansı üzlə "vətəni müdafiə etmək" adlandırmaq olar? Üç gün ərzində bütün Ermənistanda toy-bayram keçirmək kütləni şən əhvalda saxlamaq planmdan başqa bir şey deyildi. Romalıların haçansa dediyi kimi, "onlara çörək və sirk verin». Əlbəttə, indi Roma yoxdur.

İndi isə ermənilər bir qara qəpik də ödəmədən öz hansısa qonşusunun torpağını qamarlayandan sonra torpağı əllərində saxlayaraq sülh danışıqlarına getmək istəyirlər. Diktator erməniəlr tərəfindən söylənmiş bu saxta nağıla nəzər salın:

Tarix boyu siyasi və coğrafi amillər Ermənistanı əzablara düçar etmişdir, lakin 1917-ci ildəki Böyük Rus İnqilabı xalqlara mədəni birliklər kimi öz sərvətlərinə sahib çıxmaq imkanı bəxş etdi. İndi öz azadlığını və müstəqilliyini tələb edən ermənilər başa düşdülər ki, bu məqsədə aparan yol öz qonşuları ilə harmonik münasıbətlərdən keçir. Zaqafqaziyada bütün millətlərin azadlığı olmadan bir respublikanın azadlığı mümkün deyildir. Erməni nümayəndə heyəti məhz bu əhvalla konfransın işinə qatılmışdır (s. 232)

Belə şeylər danışanda ermənilərin açıq alınla başqalarına baxması doğrudanını mümkündür?

Sadəcə fikirləşin, bu adam yığımı düşünürdü ki, "1917-ci ildəki Böyük Rus İnqilabı xalqlara mədəni birliklər kimi öz sərvətlərinə sahib çıxmaq imkanı bəxş etdi". Onlar hətta Sovet İmperiyasının qürubu vaxtı da səhv hesablama aparırdılar. Bu erməni liderləri qonşu qapıdakı torpağı necə qamarlamaq və işğal edilmiş torpaqlardakı etnikləri necə təmizləmək üçün baş sındırırdılar…. Öz "şeytan" əməllərinə bəşəri hüquqi don geyindirən Ermənistan güman ki, "şeytan" Sovet İmperiyasından "bəhrələnmiş" yeganə ölkədir. Tamamilə birbirinə bənzəyirlər!

"Ermənistan hökuməti ilkin konfederasiya ideyasına öz istəyini bildirsə də, əslində biganə mövqe tuturdu; belə olsaydı Azərbaycan layihəsi Dağıstandakı müsəlman dağlılarının torpaqlarını və Şimali Qafqazı özünə daxil edəcəkdi; Ermənistan dövlətinin Zaqafqaziyadan qərb tərəflərə uzanan öz tarixi və coğrafi məkanına yayılmaq istəyi Azərbaycanı əks addımlara sövq edəcəkdi» (s. 232)

Aydındır ki, erməni xristianları Zaqafqaziyada heç bir müsəlmanın qalmasını istəmirdi. Onlar bütün bu torpaqları saf saxlamaq isətyirdilər - lap Hitler öz xalqını saf saxlamaq istədiyi kimi. Bu, ardıcıl surətdə öz ərazisini genişləndirməyə cəhd göstərən, silah gücünə müsəlmanlardan qamarladıqları yeni torpaqlara sahiblik etmək və sonra isə həmin torpaqları elə xarabaya çevirmək ki, evinə qayıdan müsəlmanlar üçün heç nə qoymamaq müasir Ermənistanın dəqiq davranışıdır.

 

MÜASİR ERMƏNİSTANIN AZƏRBAYCANDA HƏYATA KEÇİRDİYİ TERRORİZMİN VƏ QƏDDARLIĞIN SÜBUTU

"Xristian" ersnilər öz hökumətlərinin və yeganə dövlət kilsəsinin xeyirduası ilə qonşusunun torpaqlarını qamarlayarkən silahsız müsəlman qadınlarını, qocalarını və uşaqlarını qırıb-çatmışdır.

xocali-1.jpg (11025 bytes) xocali-4.jpg (6727 bytes) xocali-5.jpg (10581 bytes) xocali-3.jpg (13567 bytes) xo12.jpg (11619 bytes)
           
dv26.jpg (10224 bytes) dv27.jpg (10334 bytes) xo13.jpg (13201 bytes) xo10.jpg (11169 bytes) xo1.jpg (15943 bytes)
           

daha geniş >>>


Ñòð.| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |