ÊÀÐÀÁÀÕ â ÄÎÊÓÌÅÍÒÀÕ

 

 Íà÷àëî | ÁÈáëèîòåêà | Ôîòî ôàêòû | Êàðòèííàÿ ãàëåðåÿ | Ññûëêè | Ôîðóì | ÎïðîñÏîèñê â google | AZAD QARABAĞ |

ERMƏNİSTAN terrorçu "xristian" ölkənin gizlinləri

ERMƏNİSTAN

terrorçu "xristian" ölkənin gizlinləri

Samuel Uimz

Ñòð.| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |


DOQQUZUNCU FƏSIL:
QANA SUSAMIŞ ERMƏNİ QULDURLARI
QƏDDAR ERMƏNİ REJİMİ

1919-cu ilin yayında Ermənistan daha bir müharibəyə başladı; bu dəfə qonşu Azərbaycanla. Müttəfiq ölkələrin hər birinin ermənilərin özünü idarə etməyə qadir olmamasım başa düşdüyü üçün, bunun elə bir xalqdan gəlməsi qəribə görünürdü. Hovanissyan bu dövrü "qiyamlar yayı" adlandırır (1) Bu söz birləşməsi düzgün işlədilməmişdir, çünki onun öz doğma Ermənistanı daha bir torpaq qamajlamaq üçün müharibəyə başlamışdı.

1919-cu il ərzində Azərbaycan Respublikası Qars əyalətinin hamısına və İrəvanın çox hissəsinə torpaq iddiaları qaldırırdı. Qarsı ələ keçirməyin mümkünsüzlüyünü sözsüz başa düşən Bakı hökuməti Paris Sülh Konfransının qərarlarına qədər hesab edirdi ki, müttəfiq olmayan ölkələrin hərbi qüvvələri daxil olmaqla əksəriyyətin ümumi fikrini ifadə edərək "qana həris erməni quldurları''fikri formalaşmalıdır. Azərbaycan və Osmanlı İmperiyası arasında həlledici körpü olan İrəvan quberniyasının cənub hissəsi ilə bağlı heçbirgü-zəşt ola bilməzdi. Nəsib bəy Usubbəyovun kabineti türk-azəri kəndlərində erməni siyasətinin qılınc və od olduğunu bəyan etmiş, Van və Sasunda günahsız qurbanların qanını tökərək minlərlə qadmı dul, uşağı yetim qoyan erməni quldurlarını ittiham etmişdi. Yalnız Qarabağ, Zəngəzur, Ordubad, Culfa, Naxçıvan, Şərur, Surmala və Vedibasar üzərində Azərbaycan hakimiyyəti bərqərar olandan sonra Ermənistanla əlaqələr normallaşa bilərdi (s. 63-64).

XX əsr ərzində Ermənistan 1992-ci ildə ikinci dəfə başqasının torpağını müftəmüsəlləm qopartmaq cəhdi ilə Azərbaycana təcavüz etdi. Erməni tamahkarlığının ucbatından bu ziddiyyət bu gün də davam edir. Sovet rejiminin yetmiş ildən artıq qabaq dövrü də daxil olmaqla təxminən bir əsr vaxt tarixi erməni müştəbehliyi, orta əsrlərin ekspansionist siyasəti və qonşu torpağının zəbtinə yönəlmiş iştahının azalması yolunda heç nəyi dəyişdirməmişdir.

1919-cu ildə Azərbaycandan torpaq qamarlamaq üçün ermənilər Müttəfiqlərin dəstəyini qazanmağa cəhd göstərdilər. Ermənilər bilirdi ki, göz qoydüqları torpaqları ələ keçirmək üçün onlara mütləq xarici kömək lazımdır. Onların ordusu elə miskin gündə idi ki, xarici kömək olmadan özləri bir qarış da torpaq ala bilməzdi.

Bu arada isə Naxçıvanın Müsəlman Şurası "qəddar erməni rejimi"nin müdaxiləsinə görə Paris Sülh Konfransındakı Müttəfiqlərin nümayəndələrinə etirazını bildirdi. Kinli ermənilərin "Avropa geyimi"nə bürünməsi müsəlmanların ləkələnməsinə, hətta qiyam qaldırmağa vadar edilərək onlara olan inamın itirilməsinə hesablanmışdı. Özlərini idarə etməyə bacanğı olmayan ermənilər irqi və dini ayrı olan insanlara rəhbərlik edə bilməzdilər. "Əbdül Həmidin tələbələri" kimi ermənilər öz müxalifliyinə pan-islamçılıq əleyhinə sürdükləri təbliğat arabası vasitəsilə haqq qazandınr, əhalinin bir hissəsini o birinin üzərinə qaldırırdı. Məhz buna görə də Naxçıvanın dinc sakinləri Ermənistanın rəhbərliyindən azad edilmək üçün yalvanr və müəyyən vaxt ərzində Müttəfiq dövlətlərə düşmən olmayan hərhansı müsəlman dövlətinin nəzarətində olmağı istəyirdilər (s. 65).

Ermənilər insanların ayağının altını qazımaq peşəsini yaxşı öyrənmişdilər. Məhz bu keyfiyyətlərinə görə onlar beş yüz il ərzində Osmanlı İmperiyasında dinc və əminamanlıq şəraitində yaşadıqlarına baxmayaraq, təxminən 1827-ci illərdə Osmanlı İmperiyasını işğal etmək istəyən Rusiyaya kömək üçün qoşulanda Osmanlılara xəyanət etdilər. Onlar on doqquzuncu əsrin bütün illəri ərzində ruslara köməkliyi davam etdirdilər. Özlərini "ermənilər" adlandıran bu balaca diktatorlar bandası bu gün də müharibə istəyən döyüşçü kompleksıni davam etdirir. Yeganə fərq burasındadır ki, bu "dəhşətli" döyüşçülər öz köməksiz qonşularına hücum etmək üçün başqa xalqların pulundan, canlı qüvvəsindən və silahlarından istifadə edirlər.

1919-cu ildə ermənilər Azərbaycana hücum etdilər. "Böhran dövründə Xan Tekin öz hökumətini erməni hərbi əməliyyatları haqqında məlumatlandmr və əsaslı əks tədbirlər görməyə çağırırdı. İyunun 14-də o, teleqram vurmuşdu ki, erməni qüvvələri Vedibasara yaxmlaşır və hətta "din xadimləri də öz ayinləri vaxtı əsl müqəddəs səlib döyüşü kimi Arxavedi üzərinə hücuma səsləyirdilər» (s. 68)

Bu da "rəsmi" Ermənistan kilsəsinin "müqəddəs səlib" çağırışı - bircə səbəb üzündən müsəlmanları öldürmək və ya qovmaq; onda gözəl erməni xristianları dəhşətli müsəlmanların torpaqlarını sərbəst surətdə qamarlaya bilərdilər. Ona görə də təəccüblü deyil ki, Ermənistan terrorçu hücumları ilə bütün dünyanı lərzəyə salanda "rəsmi, konstitutsiyalı Erməni Qriqorian Kilsəsi" adlanan varlıq ağzına su alıb susdu. Həmin siyasət bu gün də davam edir. 1973-cü ildən 2001-ci ilə qədər erməni terrorçuları yüzdən artıq türk hədəfinə hücum etmiş, içərisində heç nədən şübhələnməyən digərləri də olmaqla əksəri türk diplomatı olan yetmiş nəfərdən çox adamı öldürmüş, Ermənistanın "rəsmi" kilsəsindən isə adi məzəmmət də eşidilməmişdir.

Erməni terrorçularının qətlləri və bomba partlayışlarından dərhal sonra müdafiə ilə bağlı qanuni fond artırmaq kampaniyaları başlanmışdır. "Rəsmi" Ermənistan Kilsəsi bunu bilir və dəstəkləyirdi. Beyni zəhərlənmiş, öyrədilmiş və din adına nifrət cinayətləri törətməyə sövq edilən erməni gənci ilə Dünya Ticarət Mərkəzinin əkiz qəsrlərinə və Pentaqonun binasına sərnişin təyyarələrini çırpmış terrorçular arasında nə fərq var? Öz xəstə ambisiyaları ucbatından günahsız insanların qətlə yetirilməsində heç bir səhv görməyən hər ikisi beyinləri zəhərlənmiş dini fanatiklər deyilmi? Əgər biz onlardan birinə "yaxşı terrorçu", digərinə isə "pis terrorçu" kimi münasibət bəsləsək, özümüz üçün daha çox nifrətəlayiq cinayətlərin törənməsinə şərait yaratmarıq ki?

1919-cu ildə hadisə yerində olmuş bir Britaniya hərbi zabiti məlumat verirdi: "Xarici müdaxilə - Böyük Vediyə erməni qüvvələrinin hücumu bu böhranı yaratmışdır…. ermənilər faktları saxtalaşdıraraq guya silahları qeydiyyatdan keçirmək üçün cəhd göstərdiklərini, daha vacibi isə "qətllər və qırğınlar olmadan hər iki tərəfin birbirinə qarşı anadangəlmə dözümsüzlüyünü " çözməyə gəldiklərini deyirdilər» (s. 69).

"Xristian" erməni hərbi qüvvələrinin qəflətən Azərbaycana soxulması minlərlə müsəlmanı cəbhə xətti boyu qaçmağa məcbur etdi və işğalçılardan qorunmaq üçün çoxlu yaşayış məntəqələrinin sakinlərınin yaxınlıqdakı türk komandirlərinə şikayətlənməsinə səbəb oldu. Erməni talançılığı, qətlləri və zorakılığı haqqında general Qarabəkir əsəbi tərzdə polkovnik Raubinsona məlumat verir və bütün Anadoluda yayırdı. Bu diplomatik sənədlərə əsaslanan Türkiyə mətbuatı "köməksiz" və "mədəni" ermənilərin nəzarəti altına keçə biləcək torpaqlarda nələrin baş verəcəyini hamıya bəyan edirdi. Osmanlı baş qərargahı ermənilərin Zaqafqaziyada törətdiyi vəhşiliklərhaqqında ət-raflı sənədhazırlamışdı (s. 80).

1992-ci ildə Azərbaycanda etnik təmizləmə kampaniyası aparması sübut edir ki, müsəlmanları öz atababa torpaqlarından qovmaq üsulu ilə ərazidə əhalinin çoxluğuna iddia edilməsi haqqında erməni təcrübəsi bu gün də davam edir. Britaniya zabiti kapitan Prosser məlumat verirdi:

Heç şübhəsiz, ermənilərbritaniyalıların geri çəkilməsindən narahat olmuşdur, onlar Müttəfiqlərin adından ingilislərin köməyinə arxayın idilər. Ermənilərölənə qədər mübarizə aparacaqlan haqqında və s. danışırlar, lakin mənə elə gəlir ki, onların mübarizəsinin əsası bizim çıxıb getməyimizlə yox oldu. Prosser aşağıdakı təhlükəli proqnozla fikrini yekunlaşdırırdı: "İndiki məqamda Qars əyaləti ətrafında ermənilərin vəziyyətə nəzarət etməsi qətiyyən yaxşı hal deyildir….oradakı camaat düşmən əhatəsindədir və türklərin gəlişi ilə Qars çox güman ki, Ermənistanın hissəsi kimi varlığınason qoyacaqdır (s. 86).

Britaniya qüvvələri regionu tərk etməyə başlayanda ermənilər var gücləri ilə cəhdlər göstərərək onların əvəzinə Birləşmiş Ştatların gəlişinə və dənizdən dənizə dövlət qurmaq üçün başqasının torpaqlarının ABŞ-ın əli ilə alınaraq ermənilərə verilməsinə çalışırdılar. Hovanissyana görə, Amerikanın bu məsələyə müdaxilə etməməsinin ən əsas səbəbi "Konstantinopol"dakı Birləşmiş Ştatlar admiralı Mark L.Bristolun "razılaşmayan gur səsi"ni eşitməsi idi. Admiral birləşmiş erməni dövlətinin yaradılmasına, hərbi dəniz qüvvələrindəki həmkarları, dövlət idarələri, Amerika sülh nümayəndə heyətınin biznesmenlər, fınldaqçılar, missionerlər və çoxrəngli siyasətçilərlə ermənilərin hər cür əlaqəsinə qəti etirazını ifadə edirdi. Bütün azsaylılara münasibətini bildirən Bristol ümid edirdi ki, məsuliyyət daşıyan amerikanlara yenidən savad vermək, məşhur "dəhşətli türk" portretinin saxtalığını onlara aydınlaşdırmaq və türklərin şərq xristianlannın zülmündən necə əzab çəkdiklərini söyləmək lazımdır. O, Amerika nümayəndə heyətinin hərbi məsləhətçisinə etirazını bildirirdi: "Məndə heç bir şübhəyə yer qalmamışdır ki, Amerikanın Ermanistanla bağlılığı uzunmüddətli olmalıdır. Qətiyyən! Belədə Amerika özünü Yaxın Şərqin qlobal problemlərindən kənarda qoymuş olardı». Öz dərdlərinin çoxunu ermənilər özləri öz başlarına açmışdır. Və Britaniya hakim dairələrinin və Amerika missionerlərinin onların arxasında dayanması erməni liderlərini aqressiv taktikaya əl atmağa şimikləşdirmişdir. Birləşmiş Ştatlar özünü Ermənistanın daxilindəki hadisələrə qoşmamalıdır. "İngiltərə Qafqaz-da qalmağa məcbur olunmalıdır. O öz müştəbeh səbəbləri ucbatından Qafqaza girmişdi, indi də müştəbeh səbəblər üzündən oradan çıxır». Bristol türkmeyylli oldüğünü rədd edirdi. "Mən inanmıram ki, nəyəsəmeylli adamam, lakin nəyə inanıramsa o, tamam həqiqətdir, və mən həmin yolla getmək istəyir və mənimlə razılaşmayan heç kimə lənət yağdırmıram. Əgər mən türkmeylli hesab edilirəmsə, bu ona görədir ki, mən təxminən 2 milyon erməniyə arzuladığım kimi, 20 milyon müsəlmanın da müasir sivilasiyaya çatmasına kömək etməyi vacib hesab edirəm. Mən bu faktın tanınınasını və mənim də bu mövqedə dayanmağı arzuladığımı bəyan etmək istərdim (s. 90-91).

Əgər admiral Bristolun yenidənqurma görümü olmasaydı, görəsən müasir Türkiyə necə olacaqdı? Əgər olmasaydı, soyuq müharibə erasında Türkiyə kommunist Rusiyasının bir parçasına çevriləcəkdi. Türkiyə Birləşmiş Ştatların dostuna çevrilməyəcək, NATOda onun tərəfdaşı olmayacaqdı. Kim bilir ki, tarixin çarxı necə fırlanacaq, nəticədə Sovetlər Egey və Aralıq dənizlərinin "ilıq suları"na sahib çıxacaq, rusların üç əsrdən də çox hədsiz arzuladıqları Bosfor və Dardanel boğazları onların əlinə keçəcəkdi.

1923-cü ildəTürkiyədə indiki respublika qurulandan bəri müasir Türkiyə həmişə Birləşmiş Ştatların həqiqi və sadiq dostu olmuşdur. Son əlli il ərzində türklər Koreya, Körfəz, Somali, Bosniya, Kosovo və Makedoniyada amerikanlarla çiyin-çiyinə vuruşmuşdur və terrorizmə qarşı indiki müharibədə də onunla birlikdədir. Ermənilərin və onlara xidmət edən dostlarının ciddi etirazlarına baxmayaraq, admiral Bristol bu növ əlaqənin yaradılmasında çox vacib bir rol oynamışdır. Bu gün Amerika ona görə daha yaxşıdır ki, 1918-1920-ci illərdə admiral Bristol hadisələrin fövqündə dayanmışdı.

Hovanissyan admiral Bristolu "manipulasiya ustası" adlandırır (s. 91), çünki o, Bristolun istanbulda baş komissar təyin edilməsi haqqında Birləşmiş Ştatlar hökumətinin 12 avqust 1919-cu il qərarmı bəyənmir, "bu post həm hərbi qüvvələr, həm də diplomatik idarələr üzərində nəzarət hüququnu ona verdi" deyə gileylənir (s. 92).

Britaniya qüvvələri ərazini tərk etməyə başlayanda erməni liderləri az qala dəli oldular. Erimənistan parlamentində diktatorların nəzarət etdiyi yeganə partiyanın nümayəndəsi Avetik Saakyan "İrəvanın başı üstünü alan dəmir zəncirdən danışdı və xalqı hər bir sonuncu ehtiyatmı da ortaya qoymağa çağırdı. Avqustun ortalarında parlament ölkədə milli fövqəladə vəziyyət elan etdi, cəbhədəki döyüşçüləri ruhlandırmaq və kömək üçün Böyük Britaniya, Fransa, İtaliya, Birləşmiş Ştatlar, Yunanıstan, Rumıniya, İspaniya, Portuqaliya, Belçika, Hollandiya, Norveç, isveç, İran, Çin və Yaponiyanın qanunvericilik orqanlarına müraciətdən ötrü öz emissarlarını göndərdi» (s. 93)

Bu bəyanatı oxuyan adam düşünər ki, yəqin Ermənistan onu xarabazarlığa çevirmək istəyən düşmənlərin əhatəsindədir. Əsl həqiqətdə isə erməni liderləri əvvəlcə Osmanı İmperiyası ilə vətəndaş müharibəsi yaratdı və erməni xalqı öz liderlərinin tamahı və vəziyyəti düzgün qiymətləndirməməsi ucbatından dəhşətli əziyyət çəkdi. Onlar qonşu Gürcüstanla istilaçı müharibəyə başladılar və məğlub oldular. Ermənilər Azərbaycanla müharibəyə başladılar və məğlub oldular. Erməni xalqı dəhşətli insani əzabları bahasına qurbanlar verdi.

Erməni rəhbərlərinin bütün dünyaya göndərdiyi aşağıdakı böyük yalan haqqında düşünün: "Beləliklə, hətta Müttəfiqlərin qələbəsindən sonra erməni xalqının fiziki mövcudluğu üçün ermənilərin və bütün sivilizasiyanın əbədi düşməni ilə qeyri-bərabər ölümdirim döyüşünə girməkdən başqa yolu qalmamışdır». Hovanissyanın dediyi ədalətsiz, kobud və əsası olmayan sözlər! Hovanissyan erməni liderlərinin adından öz "böyük yalanmı" söyləməkdə davam edir: "Silahlanmağa çağırış əzabları ağırlaşdırsa da, aclığı və epidemiyanı çoxaltsa da, yeni yetimləryaratsa da, əhalinin kütləvi gedişinə səbəb olsa da və xalqı yorub əldən salsa da, bu, türklərin əli ilə basdırılmağa alternativ olan yeganə yoldur». Hovanissyan burada da dayanmır. O, davam edir: "Əgər indi Müttəfiqlərin minlərlə əsgərinin Konstantinopol, Trabzon, Batumi, Tiflis və Bakıda yerləşdirildiyi məqamda və onların erməni xalqını cəlladalrın əllərindən alması tamamilə asan olanda erməni xalqının qismətinə məhv edilmək düşmüşdürsə, onda bəşəriyyətin şüuruna onun əzablı hönkürtülərıni çatdırmaq və öz qismətini qarşılamaq üçün mətin iradə ilə şərəfli ölümə çatmaq yeganə yoldur» (s. 93-94)

Bu çox qəddar bəyanatdır!

Onlar müharibəni başlamışdılar və indi məğlub olurdular. Azərbaycanla müharibəni onlar başlamışdı, buna baxmayaraq türkləri günahlandıraraq "erməni xalqının cəlladları" adlandırırdılar. Erməni liderləri iddia edirdilər ki, onlar "şərəflə öləcəklər".

Şərəflə ölmək? Osmanlı İmpenraysına satqın çıxmaqla? Qonşu Gürcüstana düşmən kəsilməklə? Qonşu Azərbaycana nifrət dolu işğalçı hücuma keçməklə? Mədəni dünyada bütün bunlar hansı cür şərəf sayılır? Sualların cavabı əsrlərin içindən çıxıb gəlir - bu, şərəf deyil, satqınlıqdır, şərəfsizlikdir! Bu cür hərəkət edən adamlar xristian adlana bilməz! Gecələr döyüş xətlərinin arxasında Osmanlılara xaincəsinə hücum çəkmək, gündüzlər isə özünü beş əsrdən artıq sülh və əminamanlıqda yaşadığın Osmanlıların dostu kimi qələmə vermək şərəf deyil!

Buna baxmayaraq, "belə ümidsiz müraciətlər xaricdləki erməni nümayəndələrini və ermənipərəst cəmiyyətləri daha geniş fəaliyyətə sövq etdi. Onlar 1919-cu ilin avqustunda ölkələrin rəhbərlərinə, xarici işlər nazirlərinə və daha aşağı çinli rəsmilərə yüzlərlə məktub göndərərək erməni məsələsini bir daha qaldırmaq üçün görüş xahışi edirdilər».(s. 94) Həqiqət burasındadır ki, ermənilər pis və satqın əsgərlər olmaqla bərabər, eyni zamanda yalan ustası idilər və heç nəyin hesabına nə isə qopartmaq üçün fırıldağa əl atırdılar. Onların heç nədən xəbərsiz xristian dünyasına sırıdığı "iyirminci əsrin ilk soyqırımı" əslində "əsrin ilk şişirdilmiş yalanı" idi, çünki əzab dünyəvidir və heç kimə fərq qoymur və xristian kimi "zavallı, aclıq çəkən ermənilər" üçün isə hüdudsuzdur- onlar sadəlövh xristianları buna inandırmışdılar. Əslində isə 1915 və 1922-ci illər arasında baş vermiş dəhşətli hadisələrdə ermənidən daha çox müsəlman qırılmışdı. Nis-bətdə götürülərsə, eyni ərazidə, eyni səbəblərdən, eyni müharibədə hər erməni qurbanmm müqabilində dörd müsəlman qurban veriimişdi. Soyqırıma daha çox bu bənzəyir.

Böyük Britaniyadan sərbəst yardım, sərbəst sədəqə və sərbəst hərbi yardım almaq üçün ermənilər xüsusi cidd-cəhd göstərirdilər. Erməni rəhbərliyinin öz fərasətsizliyini "ört-basdır etmək" və "gizlətmək" üçün necə dəridənqabıqdan çıxması, özləri səhvə yol verəndə və üçüncü müharibəni də uduzduğundan qorxuya düşəndə bir başqasından da kömək tələb edəndə hansı oyunlardan necə çıxması haqqında Hovanissyan yazır:

Böyük Britaniya Zaqafqaziyada həm canlı qüvvəsi, həm də silahları olan yeganə dövlət olduğundan qaraqışqınq əsasən Londona yönəldilmişdi. Douninq Strit 10-a şikayətlər axdıqca Ümumilər Palatasındakı Ermənistanın müdafiəçiləri kabineti suallarla gülləbaran edirdi…. Kiçik Asiyadakı və Qafqazdakı türklər və tatarlar (azərbaycanlılar - Z.A.) tərəfindən ermənilər yeni qırğınlara məruz qalmışdırmı?Xristianların bu cürgenişmiqyaslı qırğınından sonra işğal-çı qoşunların ərazidən çıxarılacağı haqqında Müttəfiqlərin nümayəndələri məlumat vermişdirmi?Kürdlər, tatarlar, türklər və gürcülər Ermənistan Respublikasının paytaxtı İrəvana hücum etmişlər və ya etməyə hazırlaşırlar? Əgər belədirsə, onda son müharibədə İngiltərənin dostu olmuş ermənilərə hərhansı bir kömək göstəriləcəkmi və ya onlar taleyin ümidinə buraxılacaqlar? Hökumət Paris Sülh Konfransına get-gedə çoxalan "dünyəvi təhlükə hissi" haqqında məlumat verəcəkmi, müharibə və qırğınlar nəticəsində artıq bir milyon adam itirmiş erməniləryenə də "o çirkin və çoxsaylı qırğınlan"törətməkdə günahkar olan eyni adamların əlinəmi veriləcək? (s. 94-95).

Dəfələrlə etdikləri kimi burada da ermənilər Kiçik Asiyadakı dəhşətli müsəlman türkləri və tatarları haqqında xristian etnik kartı ilə oynayırdı. "Kiçik Asiya" onun bilərəkdən işlətdiyi digər xristian kodudur - Konstantinopol və Smirna kimi - Osmanlı İmperiyasının bir hissəsini göstərmək üçün bu, Bibliyadangəlmə ifadədir. Bibliyadan bu cür ifadələri işlətməklə o, xəbərsiz xristian oxucusu ilə dərhal ümumi zəmin yaradır və kişi və qadın oxucularını onun "güman ki, həqiqəti danışmasına" inandırır, axı, hərşeydən əvvəl "ermənilərxri-stiandır".

"Erməni rəhbərliyi müsəlman kürdlərin, tatarların, türklərin və gürcülərin Ermənistan Respublikasının paytaxtı İrəvana hücum etdiklərini və ya hücuma hazırlaşdıqları haqqında məsələ qaldırmışdılar?" Bircə dəqiqə! Bu bəyanatda nəsə səhvdir. Gürcülər müsəlman deyildi - onlar da ermənilər kimi xristian idi! Bir daha aydındır ki, həqiqət erməni liderlərinin vecinə deyildi - heç erməni professorun da! Heç nə vermədən nəsə almaq üçün nəyisə uydurmağın daha bir nümunəsi!

I Dünya Müharibəsindən sonra Müttəfiq ölkələr ordudan tərxis işlərinə başlayıb sülh haqqında düşünürdü. Ermənilərdən başqa! Erməni rəhbərliyi bu ölkələrdən müftəmüsəlləm hərbi ləvazimat almaq imkanmm yarandığını görürdü. Lakin arada balaca bir problem var idi. Müttəfiqlər öz hərbi sursatının qalıqlarını pay vermirdilər - onlar silah-sursatı çox ucuz qiymətə satırdılar.

Hovanissyan şikayətlənir ki, "Rusiyanın Ağqvardiyaçı qoşunları min tonlarla silah aldı; mallar satılanda və ya çox ucuz və əksər hallarda kreditə veriləndə bir qədər kiçik müttəfiq ölkələr və tanmmış yeni dövlətlər də hədiyyələndi. Avropadakı erməni nümayəndələri qaçqınlar və alt paltara, ayaqqabıya və qış geyiminə böyük ehtiyacı olan qoşunlar üçün yardım alacaqlarına ümid bəsləyirdi. Müttəfiqlər öz sərhədlərini hələ də müəyyənləşdirməmiş ölkələrə kredit verməyə meylli olmasalar da, ermənilər inanırdı ki, onların xüsusi vəziyyəti texnika ilə təmin olunacaqlarına təminat verir» (s. 96).

Hələ "sərhədlərini müəyyənləşdirməmiş" diktator, təcavüzkar, cırtdan ölkə üçün "texnika"! Onların rəsmi internet saytmdakı məlumata görə üç min ildən artıq müddətdə Ermənistanın öz torpaq sərhədləri olmamışdır. "Kredit" - Müttəfiqlər bilirdi ki, erməni liderləri öz köhnə pul kəsən maşınlarını var gücü ilə işlədərək pul adlandırdıqları lazımsız kağız istehsal edirlər. Ermənistanın krediti yox idi. Bu diktatorlar öz borclarını qaytarmayan "yorğun-arğın"dan başqa bir şey deyildilər.

Erməni agentləri Birləşmiş Ştatların Avropada "Amerika Ekspedi-siya Qüvvələrinin silah-sursatının qalıqlarını yerbəyer etməklə" məşğul olan Ləğvetmə Komissiyasından nəsə almağa cəhd göstərdilər. Müqavilə layihəsi hazırlandı:

hərbi geyim, yorğanlar, tibbi ləvazimat, idarə avadanlığı və ehtiyatda olanlar üçün digər materialların verilməsi haqqında. 1922-ci ildən başlayaraq ödənmək şərti ilə təxminən 4 milyon dollarlıq material. Lakin peşimançılıq dərhalgəldi…. Ermənistanın xarici agentlərinə deyildi ki, bu müqavilənin Vaşinqtonda təsdiq olunması faydalı deyil, çünki Ermənistana satılması nəzərdə tutulan mallar da daxil olmaqla Müttəfiqlərin silah-sursat qalıqlarının hamısı fransız hökumətinin sərəncamına keçir. Fransa isə artıq bəyan etmişdi ki, o yalnız "stabil nağd pula və ya dəyişilmə qabiliyyəti olan pula" silah satacaqdır (s. 96).

Baxın, ermənilər həqiqəti necə eybəcərləşdirirlər. "Ermənistana satılması nəzərdə tutulan». Heç kimə satılası mal nəzərdə tutulmamışdı. Bu, alıcıların və satıcıların bazarı idi. Fransızlar ala bilərdi, "lazımsız pulu olan, kreditsiz və öz sözünün ağası olmayan adam reputasiyası qazanmış" ermənilər isə yox. Fransızlar erməni pulunun gərəksiz kağız olduğunu bilirdi və onu qəbul etməyəcəkdi. Onların həm də erməni rəhbərliyinin öz borcunu ödəməyəcəyi haqqında ciddi əsası var idi.

1919-cu ilin yanvarında Parisdə öz işinə başlayan Müttəfiqlərin Sülh Konfransında ermənilərə yer verilməsinə imtina ediləndə erməni agentləri böyürbaşda fırlanmaqda davam edirdilər ki, bəlkə bir-iki tör-töküntü ələ keçirə bilsinlər. Bir dəfə bir erməni muzdlu agenti Ermənistandakı diktatorlara məlumat verdi ki, o, "heç bir Britaniya hökumət agentliyi" ilə rəsmi əlaqəyə girə bilməmişdir. O, sözünə davam edərək deyirdi ki, "erməni natiqinin səsini eşidən hər bir adam təngə gəlmiş və yorğur görünür" (s. 100) Məgər Britaniya bu cür taqətdən düşmüşlərə qulaq asmaqdan təngə gəlməmışdi?

"Sentyabrda hadisələr və Britaniya rəsmilərinin məktublaşması arabir belə bir fikri ifadə edirdi ki, gözlənilən qırğınlar və Türkiyə silahlı qüvvələrinin Ermənistana soxulacağı haqqında proqnozlar şişirdilmişdir» (s. 102). Aydındır ki, erməni liderlərinin özlərini uşaq kimi apararaq "çaqqal" ulaşmasını Britaniya başa düşürdü. Müharibə dövründə "Türkiyə ermənilərinin könüllü bandalarının keçdikləri müsəlman kəndlərini yandırması və Bayazit sərhəddi boyunca kəndliləri qaçqın həyatının əzabları ilə təhdid etmək" haqqında xəbərlər daxil olurdu (s. 405).

Köməksiz insanlara qarşı belə hərəkətlər terrorçuluqdan başqa bir şey deyildir. Bu cür dağıntılar İsa Peyğəmbərin adı ilə həyata keçirilirdi, çünki müsəlman xristian erməniləri "adlanan" adamlardan fərqli inanca malik idi. Britaniya siyasətçiləri erməni agentlərinin yaratdığı təzyiqi öz ölkələrində hiss etməyə başladılar. Britaniya müharibə regionundan ləyaqətlə çıxıb getmək üçün Birləşmiş Ştatları öz yerinə yerləşdirməyə cəhd göstərdi. Amerikanın İngiltərədəki səfiri Con U. Deyvis idi. Onun mövqeyi belə idi: "Avropada təxminən 100,000 nəfərlik Amerika qoşunları qalmışdır, onların əksəri evə dönmək əmri gözləyir və Qafqazda polis rolu oynayacaq qüvvələri saxlamaq çətin olacaqdır. Hər halda, Konqresin razılığınaehtiyac vardır. Deyvis inanmırdı ki, təkcə humanitar nöqteyınəzərdən Amerika xalqı Mon-ro Doktrinasının əleyhinə gedə bilər» (s 116).

Monro Doktrinasının Amerikanın xarici siyasəti üçün nə olduğuna nəzər salın: 2 dekabr 1823-cü ildə prezident Ceyms Monro Birləşmiş Ştatlar Konqresinə öz illik hesabatmı göndərdi. Bu məktub sonralar Monro Doktrinası kimi tanındı və Amerikanın xarici siyasətinnin əsasına çevrildi. Monro Doktrinası Amerikanın təsir dairəsinin fundamental surətdə müəyyənləşməsi idi. 1823-cü ildən başlayaraq Amerikanın xarici siyasəti belə olacaqdı:

1. Şimali və Cənubi Amerika Avropa dövlətləri tərəfindən işğala məruz qalmamaq üçün bağlıdır.

2. Birləşmiş Ştatlar Avropadakı müharibələrə qoşulmamalıdır.

3. Birləşmiş Ştatlar Avropanın hər hansı dövlətinin öz siyasi sistemini genişləndirmək cəhdini "bu yarımkürədə bizim sülh və əmin-amanlığımıza təhlükə" hesab edəcəkdir.

Üstündən yüz il vaxt keçəndən sonra, 1919-cu ildə korrupsiyaçı diktatorlar tərəfindən nəzarət olunan Ermənistan adlı cırtdan ölkə Amerikanın yüz illik xarici siyasətinin üzərindən qələm çəkməyi tələb edirdi. Ermənilər tələb edirdi ki, Birləşmiş Ştatlar öz əsgərlərini gətirərək onların keşiyini çəksin, ermənilərə milyon dollarlarla "yardım" versin və erməniləri qorusun - hamısı da amerikalıların həyatı və dollarları bahasına!

Erməni rəhbərlərinin adından Hovanissyan Birləşmiş Ştatların yüz ildən artıq davam edən xarici siyasətinə etirazını bildirir. Hovanissyan heç vaxt izah etmir ki, Birləşmiş Ştatlar nə üçün bu cırtdan diktatorlar bandasını müdafiə etməlidir və nə üçün Amerika heç vaxt Osmanlı İmperiyası ilə müharibəyə girməmişdir. Britaniya parlamentinin üzvləri korrupsiyaçı erməni liderlərinə ən çox münasib tərəfdaşlar olmuşdur. Lakin onların sayı o qədər az olmuşdur ki, erməniləri "müdafiə etməyi" Britaniyadan tələb edə bilməmişdir. Onlar Britaniya qoşunlarını və pulunu Ermənistana yardıma göndərməyə cəhd göstərmişdir.

"Əndryu Bonar Lou, Lord Prayvi Sil və Ümumilər Palatasının lideri bu məsələdə cavabdehlik daşıyırlar. Parlamentin hər bir üzvü Ermənistanda gözlənilən eybəcərliklərin qarşısının alınınasını istədiyınə baxmayaraq, hökumət ilk cavabdehliyi öz xalqı üçün daşıyırdı, "ümumən heç bir əlaqəmiz olmayan belə ölkələrdə qaydaqanun yaratmaq üçün" yox. Hökumət bilirdi ki, təhlükə haqqında söhbətlər şışirdilmişdir. (s. 120).

Britaniya hökuməti Qafqaz regionunda öz yerini tutmaq üçün Birləşmiş Ştatlara təzyiqi davam etdirirdi. Amerika hökuməti isə belə etməyəcəyini kəskin şəkildə bəyan edirdi. Erməniləri müdafiə etmək haqqında mandata sahib çıxmamaq üçün Amerikanın yaxşı səbəbi var idi: "…Bİrləşmiş Ştatlar nə 1856-cı il Paris Müqaviləsini, nə 1878-ci il Berlin Müqaviləsini və ya türklərin xristianlar üzərində nəzarətinə aid hər hansı bir digər beynəlxalq razılaşmanı imzalamamışdı ki, indi məsuliyyət daşıyaydı» (s. 122).

Britaniya Batumidə iki min nəfərlik qoşun saxlayaraq 15 avqust 1919-cu ildə ərazini tərk etməyə başladı. Əgər Britaniya qüvvələri ərazini tərk edərsə, xalqının qırılıb-çatılacağını barbar bağıran erməni liderləri, əlbəttə, səhv edirdi. Heç nə baş vermədi.


Ñòð.| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |