ÊÀÐÀÁÀÕ â ÄÎÊÓÌÅÍÒÀÕ

 

 Íà÷àëî | ÁÈáëèîòåêà | Ôîòî ôàêòû | Êàðòèííàÿ ãàëåðåÿ | Ññûëêè | Ôîðóì | ÎïðîñÏîèñê â google | AZAD QARABAĞ |

ERMƏNİSTAN terrorçu "xristian" ölkənin gizlinləri

ERMƏNİSTAN

terrorçu "xristian" ölkənin gizlinləri

Samuel Uimz

Ñòð.| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |


SƏKKİZİNCİ FƏSİL:
AMERİKA XEYRİYYƏÇİLİYİ TARİXİNDƏ ƏN BÖYÜK QALMAQAL

Osmanlının erməni vətəndaşlarının I Dünya Müharibəsi başlayandan sonra ruslara necə qoşulması və bu üsulla beş yüz ildən ar-tıq sülh və əminamanlıq şəraitində yaşadıqları hökuməti yıxmağa cəhd göstərməsini Hovanissyan sənədləşdirmişdir. Osmanlılar bütün erməniləri döyüş zonasından köçürdüklərinə görə cavabdeh-dir. Əslində, bütün tarix boyu özünü müdafiə etmək istəyən xalq üçün burada heç bir qeyri-adi şey yoxdur. Ən təzə nümunə 1941-ci ildə Birləşmiş Ştatların öz qərb sahilləri boyu yaşayan Amerika yaponlarını zorla öikənin içərilərinə köçürməsidir.

Öz kitabının I cildi böyu Hovanissyan belə köçürməni "qırğın" adlandırır. İndiki ermənilər daha bir addım irəli ataraq həmin köçürməni "soyqırım" adlandırırlar. Əgər amerikanlar Amerika yaponlarının köçürülməsini "özünümüdafiə" adlandırırsa, ermənilərin bu sözü qəribə görünmürmü? Kitabın II cildində Hovanissyan amerikalı şahidlərin xüsusi məlumatlarını təqdim edir. Onun 1.5 milyon və daha çox "qaçqın" adalndırdığı ermənilərin sağ-salamat Osmanlı torpaqlarını tərk etdiyini amerikanlar öz gözləri ilə görmüşdür. Bu faktın işığmda və Hovanissyanın tez-tez iddia etdiyinə əsasən I Dünya Müharibəsi ərəfəsin də Osmanlı torpaqlarında 2 milyon erməninin yaşadığını nəzərə alsaq - halbuki, həm Osmanlı, həm də Avropa mənbələrinə əsasən bu rəqəmin də şişirildiyi məlum olur - onda adamın düz gözünün içınə baxabaxa ermənilər necə iddia edə bilərlər ki, onlara qarşı qır-ğın və soyqırım hadisəsi törədilmişdir?

Hovanissyan öz II cildinin birinci fəslini erməni rəhbərliyinin birinci ili haqqında yazı ilə başlayır. O yazır: "1918-ci ilin "iyrənc xaosunun" adamı vahiməyə salan vəziyyəti azacıq sovuşmuşdu, lakin bu, şərqi (rus) Ermənistanın üzərində yeni üfüq şəfəqlərinin görüntüsünə ümid yaratmağa və həmin şüaların tezliklə qərbi (Türkiyə) Ermənistanın ayrı düşmüş əyalətlərinə də şəfəq salacağı görüntüsü yaratmağa bəs idi. 28 may yubileylərində təbliğatı aparılmış birləşmiş Ermənistan hərəkatı, tarixi Ermənistanın iki sektorunun birləşdirilməsinin bəyan edilməsi milli yeniləşməyə təkan verdi və onun bundan sonra "müstəqil siyasi varlıq kimi əbədi birlik" olduğu qənaətini yaratdı» (1)

Bu, çox yaxşı səslənir, lakin həqiqət tamamilə başqa cürdür. Kitabırı I cildində Hovanissyan həm Rusiya Ermənistanı, həm də Türkiyə Ermənistanının torpaq çırpışdırması cəhdlərindən söz açır. II cilddə isə o öz təsvirində şərqi (rus) Ermənistan və qərbi (Türkiyə) Ermənisian məfhumlarına keçir. Əvvəlki təsvirlər torpaqları Rusiyanın və Türkiyənin edir, sonrakılar isə Ermənistanın şərqindən və qərbindən söz açır.

Hovanissyan "Birləşmiş Ermənistan Hərəkatı"nı "tarixi Ermənistanın iki sektorımun birləşdirilməsi bəyanatı ilə milli yeniləşməyə nail olunduğu…. vahid müstəqil siyası varlığın əbədi yaşaması" kimi təqdim edir (s. 2). Fakt isə belədir ki, Ermənistan Respublikası adlandırılan burada ilk gündən diktatorluq hökm süriir. Ermənistanın "birləşdirilməsi hərəkatı" adlanan layihə ölkəni o dərəcədə bölmüşdür ki, hakimiyyətdə olan siyasi qrupdan başqa hər bir siyasi qrup - diktatorlar milli seçkilər adlanan prosesdə iştirakdan imtina etdi. Nəticədə isə, birpartiyalı seçkilərdən sonra diktatorlar əvvəlkindən də qat-qat artıq dərəcədə xalqdan aralı düşdü.

Adi həqiqət belədir ki, bir neçə adam əsl diktatorçu hökumət yaradır və sərbəst sədəqə (Avropa dövlətlərindən və Birləşmiş Ştatlardan), üstəiik də üzərində öz cırtadn ölkələrini qurmaq üçün kiminsə torpaqlarını (Osmanlıların və rusların) tələb edirdilər. Əgər bir nəfər nəyin düz, nəyin əyri olduğunu saf-çürük edərsə, hadisələrin nə üçün məhz o sayaq baş verdiyinə işıq salınır. Məsələn, Müttəfiqlərin Ermənistanla bağlı mövqeyinə nəzər salaraq anlamağa çalışın ki, onlar nə üçün məhz bu cür hərəkət etmişlər.

"Bir illik nominal müstəqillikdən sonra Ermənistan Respublikasının beynəlxalq statusu anlaşılmaz olaraq qalmışdı. Müharibə ərzində erməni itkilərini və sadiqliyini qəbul etsələr də, Müttəfiqlər və onlara qoşulan dövlətlər Ermənistanı formal müttəfiq kimi tanımaqdan imtina etmələrini adi texniki çətinliklə bağladılar və cna görə də bu ö!kə Paris Sülh Konfransında hüquqi tərəf kimi iştirak edə bilmədi» (s.2). Erməni rəhbərliyi I Dünya Müharibəsinin qalibləri ilə bərabərhüquqlu yer tələb edirdi. Əsas problem isə o idi ki, müharibə başa çatana kimi Ermənistan hələ ölkə deyildi. Əslində ermənilər Rusiyanın və Osmanlı İmperiyasının eninə-uzununa səpələnmiş kiçik insan qruplarından başqa bir şey deyildi. Kürdlər və ya digər kiçik insan qrupları haqqında da eyni şeyi demək olar. Əlbəttə ki, müharibəni udmuş Müttəfiq dövlətiər üçün diktatorluq və ya haradansa torpaq çırpışdırmaq fikri qətiyyən məqbul deyildi. Ermənistanı da Sülh Konfransının stolu başında oturtmağa səbəb yox idi. Belə edilsəydi, onda özünü ölkə adlandırmaq istəyən hər bir kiçik insan dəstəsi üçün qapılar açılmış olardı.

"1919-cu ilin iyununda Versal müqaviləsini imzalayandan sonra Müttəfiqlərin başçıiarı Parisi tərk edəndə onlar nə Osmanlı imperiyası ilə sülh bağlamışdılar, nə Ermənistanın mandat məsələsini həll etmişdilər, nə şərqi Anadoludakı türk diviziyalarını tərksilah etmişdilər, nə də erməni qaçqınlarının geri qaytarılmasını razılaşdırmışdılar» (s. 2)

Hətta Birləşmiş Ştatların heç vaxt Osmanlı imperiyasına müharibə elan etməməsinə baxmayaraq, ermənilər Versal müqaviləsində "Osmanlı İmperiyası ilə sülh bağlanmaması"faktına etirazmı bildirdilər. Əgər sən biri ilə heç vaxt müharibə vəziyyətində olmamısansa, sülh müqaviləsinə nə ehtiyac var? Yaxşı, Britaniya, Fransa, yunanlar və itaiyanlar müharibədə Osmanlıların üzərinə yerimişdilər. Onların hər biri Osmanlı İmperiyasını tikətikə doğramaq və onu öz aralarında bölüşmək istəyirdi. Ermənilər isə elə sadəlövh idilər ki, onlar Müttəfiqlərə meylli olduqlarını bəyan etməklə pay-püşdə nəsə qoparmaq istəyirdilər. Belə səfehlik sadəcə heç vaxt baş verməyəcəkdi və çoxminli çaşdırılmış zavallı erməni öz diktator liderlərinin səhvləri və tamahkarlığı nəticəsində öz həyatlarını qurban verdi.

"Türklərin konfransda iştirakı məsələsi təxirə salındığından vəziyyətdən səmərəli istifadə edən erməni emissarları Müttəfiqlərin rəğbətini qazanmaq üçün dəridənqabıqdan çıxır, dünyaya səpələnmiş erməni təşkilatlarını onların əli ilə…. erməniləri müdafiə etməyə çağırırdı. Qafqazdan və Anadolu sahil qəsəbələrindən qovularaq Mesopotamiya, Suriya və Misirdəki çadır düşərgələrinə səpələnmiş qaçqınlara beynəlxalq qurumlar ictimai və şəxsi xeyriyyəçilik nümayiş etdirdilər» (s. 4).

İctimai əlaqələr meydanmda öz muzdlu agentəlrinin fəaliyyəti nəticəsində başqalarından yardım və pul almaqda Ermənistan hamıdan yüksəkdə dayanırdı. Hətta ən kütləvi yardım proqramlarından sonra da erməni xalqı əziyyət çəkirdi. Nə üçün Ermənistan hökumətinə verilən pul və yardımı sadəcə hesablayan yox idi? Hovanissyanın I cilddə qeyd etdiyi kimi, hökumət səviyyəsində böyük korrupsiya hökm sürürdü.

Aşağıdakı müşahidələr Ermənistanın adi vətəndaşlarının necə dəhşətli əzab çəkdiyini göstərir: "Xəstəliyin aramsız dalğaları adamla dolu olan infeksiyalı daxmalardan bayıra püskürürdü; dəlikdeşiyindən və sınınış pəncərələrindən dondurucu küləyin və sulu qarın içəri təpildiyi pis təmin edilmiş xəstəxanalar daha çox ölüxanalara bənzəyirdi» (s. 7).

Zavallı müsəlmanların göylərə bülənd olan naləsini isə erməni standartları hesaba almır, çünki onlar xristian deyil. Məgər indiki mədəni dünyada qonşuya hücum edərək onun torpaqlarını qamarlamaq və ordunun gücü ilə təxminən milyon nəfər adamı sənin dininə yox, digər dinə aid olması ucbatmdan qaçqına çevirmək qəbuledilən hərəkətdirmi? Cavab gur və aydındır. Yox! Bu terrorizmdirmi? Bəli! Dövlət terrorizmi? Bəli! Dini və etnik təmizləmə? Bəlil İşğal? Bəli! Ermənilərin terrorçu ölkəsinin 1 milyondan çox azərbaycanlını zorla doğma yurdlarından qovması Ermənistanın məhz bu işlə məşğul olduğunu sübut edir.

Erməni liderlərinin digər problemləri də var idi: "Bu vəziyyətdə maliyyə qabiliyyətinin olmasından söhbət belə gedə bilməzdi, çünki 1919-cu ildə dövlət idarələrindəki ümumi mədaxil 30 milyon rubl olduğu halda, məxaric xərcləri milyard rublu ötmüşdü». Hovanissyan izah edir: "Mərkəzi bank sisteminin, qiymətli metallar ehtiyatının diqqətəlayiq ehtiyatları və məxaric məhsullarının olmaması ucbatından yay fəslinin başlanğıcı üçün yerli rubl rus imperial banknota nisbətən dörd dəfə ucuzlaşmışdı. Orta hesabla təxminən 100 rubl alan taleyi üzünə gülmüş əməkdaşların çoxunun ailəsi hətta satışda olan əsas ərzağı almağa da qadir deyildi» (s. 7) Hakimiyyətin tamam-kamal bilgisi altında Ermənistanda korrupsiyanın necə at oynatması inanılmazdır.

Bürokratızın rəsmiliyi ilə aşağı-yuxarı gəzişən kənd komissarlan və milis başçılarının müftəxorluğu hakimiyyətə qarşı inamsızlıq yaratsa da, hadisələr burulğanı inzibati islahatlar keçirməyə imkan I vermirdi. Keçmiş rejimin çoxlu prinsipsiz bürokratı öz vəzifəsidən ' beşəlli yapışmışdı vəyeni təyinatlar heç bir səmərə vermirdi. Bacanqsız və təcrübəsiz olan bu adamlar yerli ehtiyaclara və adətlərə qarşı kobud biganəlik göstərirdilər. Buna baxmayaraq, daxili işlər nazirliyi öz azsaylı təcrübəli personalı ilə birgə öz üzərinə qoyulmuş vəzifəni imkanı daxilində yerinə yetirdi ki, ölkədə daha kəskin anarxiya yaranmasın (s. 7-8).

Bu diktatorların necə rəhbərlik etmək haqqında təsəvvürü belə yox idi. Pul çırpışdırmaq! Onlar yalnız pulkəsən maşının qulpundan yapışmışdılar və əlbəttə, onun əvəzində qoymağa heç nələri olmadığından, həmin pullar tezliklə lazımsız kağıza çevrilirdi. İnflasiya məsuliyyətsiz hərəkətlərin təbii nəticəsi idi. Hətta "daxili işlər nazirliyi öz üzərinə qoyulmuş vəzifəni imkanı daxilində yerinə yetirirdi ki, ölkədə daha kəskin anarxiya yaranmasın" kimi üzrxahlıq olunsa belə, hökumətin yerliyataqlı bilgisinə baxmayaraq, korrupsiyaçı rəsmilərin öz vəzifəsində saxlandığı bir ölkədəki vəziyyəti hər hansı bir mədəni insan başa düşə bilərmi? Belə bir dövlətin yaranması və saxlanmasının əsasında nəsə dəhşətli səhv dayanır - elə bir dövlət sistemi ki, oradakı bütün rəsmilər şərəfsiz və korrupsiyaçıdır. Başqa bir millət, qoy lap balacası olsun, bu cür şəraitdə uğur qazana bilərmi?

Bu yeni Ermənistanın adi vətəndaşının münasibətini gözünüzün qabağına gətirin. "Kəndlilər ənənəvi olaraq inzibati idarələrə zülm agentlikləri kimi baxır, bilirdilər ki, onları görəndə ya gözə görünməməlisən, ya da aldatmağa çalışmalısan. Təbiidir ki, onlar yaşamaq üçün vacib olan mallarını ya gizlədir, ya da özləri üçün ehtiyatda saxlayır, vətəndaş kimi ödəməli olduqları vergidən yayınırdılar» (s. 9)

Adi erməni üçün Ermənistan adlı ölkənin olmasının heç bir xeyri yox idi. Əgər keçmişdə hər hansı pis hökumət olmuşdusa, indi o, yüz minlərlə insan üçün daha da betər olmuşdu. Əhalinin əksərinin həyatı daha da ağırlaşmış, yaşayış standartları çürümüşdü. Adi erməninin həyatı ona görə pisdən də pis olmuşdu ki, onların liderləri xalqı aldadaraq daha betər aclığa düçar etmişdi.

Görün adi erməni daha nə edirdi:

Hərbi xidmətdən yaymmanın kütləvi xarakter alması ölkənin sistemli bəlasına çevrilmişdi. Aqrar siniflər kişilərin beş illik xidmətindən və stabil əzablardan təngə gəlmişdi. Orduya çağırışm əsas ağırlığı kasıb-küsubun çiyninə düşürdü - onlar özlərini əsgəri xid-mətdən yayındıra bilmirdi, yerli komissarlara rüşvət vermək üçün isə əllərində bir şey yox idi. Müdafiə Nazirliyi ümumi hərbi xidmətin tətbiqi haqqında qanun yaratmağa cəhd göstəhrdi. Orada üç illik fəal əsgərlik, on beş illik ehtiyatda dayanmaq, on səkkiz-iyirmi yaşlı tələbələrə müvəqqəti möhlət nəzərdə tutulurdu. On altı yaşından tutmuş qırx üç yaşına kimi bütün kişilər öz hərbi statusu haqqında sənədləri təqdim edəndən sonra onlar işə qəbul edilə və dövlət yardımı ala bilərdi. Lakin 1919-cu ilin hərbi çağınşı tez uğur qazansa da, tezliklə məlum oldu ki, problemlər təkcə çağırışla həll olunmur. Tamamilə başını itirmiş hökumət nəhayət yenidən ölüm hökmünü və səlahiyyətli hərbi-səhra tribunallarını bərpa etdi (s.9)

Bu, müstəqil "Ermənistan Respublikası"nın mahiyyətini açan gözəl nümunədir. Dövlət rəsmiləri pul yığmaq və fırıldaqla məşğul idi. Məgər təəccüblüdür ki, Ermənistanın zavallı, kasıb gənci hətta ölüm cəzasının qorxusu altında hərbidə xidmətdən imtina edirdi? Bu cavan oğlanlar üçün Osmanlı hökumətinə sadiq qalmaq çox-çox yaxşı olardı, orada onlar öz erməni rəsmilərinin başlarına açdığı belə terrora məruz qalmazdılar.

Digər problemlər də var idi. Əsl həqiqətdə xalqın ehtiyaclarına xidmət üçün Ermənistanın heç bir nəqliyyat və əlaqə sistemi yox idi. Respublikadakı yolların yararsızlığı yayaylannda müsəlmanlarınyaylağa qalxdığı dövrdə xüsusilə nəzərə çarpır və xeyli daxili çətinliklər yaradırdı. Mətbuat məsələ qaldırırdı ki, hətta İrəvan ətrafmı da qorumağa qadir olmayan yaylaqlara köçmə sxeminin çəkilişi üçün məsuliyyəti kim daşıyır? Hələ də Osmanlı məğlubiyyətinin qorxusu altında tir-tir əsən hakimiyyət nə üçün müsəlman mərkəzlərini tərksilah edə bilmədi? Nə üçün Osmanlı ordusu onun tərəfində dayananda ağzmdan alov püskürən Zəngibasar kəndlərinə Şərurdərə ləyiz, Sürməli və Aleksandropola aparan əsas arteriyalar üzərində nəzarəti hələ də əldə saxlamaq imkanı verilib ? (s. 22).

Diktator dövlət bu suallara heç vaxt cavab vermədi.

Güya "müstəqil" Ermənistanın varlığı görüntüsünü yaratmaq üçün 1919-cu ilin yayında parlament seçkiləri keçirildi. Seçkinin keçirilməsi qaydalarını diktator rəhbərlikdə olan Erməni İnqilabçı Federasiya Partiyası hazırladığı üçün bu partiya yerlərin 90 faizini tutdu. İkinci yeri tutanın cəmi 5 faizlik səsi var idi. Düzgün hesabat aparan hansı yaxşı tarixçi belə diktator ölkəni necə Ermənistan Respublikası adlandıra bilər?

Əgər bu diktatorlar mövcud olmaq istəyirdisə, onda mütləq xarici güclü dövlətlərin yardım və köməyinə nail olmalı idilər. Səbəb çox sadə idi: Onların nə kifayət qədər siyasi, nə hərbi, nə də iqtisadi qüvvəsi var idi. Dünyanın bu regionu üçün Britaniyanın münasibəti aşağıdakı kimi idi:

Martın 6-da Yaxın Şərq məsələlərinə həsr edilmiş İnterdepartament Konfransında bu məsələ birdə müzakirə obyektinə çevriləndə Çörçill qoşunların təcili geri çağırılmasında israr etdi, çünki o, "hansı Britaniya marağının qorunduğunu döğrudan da görmürdü". Rusiyanın sərhədlərini aşmazdan qabaq bolşevizmi özbeşiyində böğ-maq məqsədinə çatmaq üçün Zaqafqaziyanın vacib nöqtə olduğunu ölkənin müdafiə naziri xüsusi vurğuladı. Heç şübhəsiz, gələcək rus hökuməti yenidən bu regiona qayıdacaqdır, indiki fasilə məqamında baş verənlər əsas problem deyil, lakin Britaniya qoşunlan o ərazidə nə qədər çox qalacaqsa, "bizim caynaqlanmız bir o qədər dərinə işləyəcəkdir" (s. 23).

Məhz bu cür də oldu. Bir neçə aydan sonra ruslar bircə güllə də atmadan Ermənistanı tutdular. Ermənilərin iddia etdikləri torpaqlarda qoşunu olan yeganə ölkə Böyük Britaniya idi və o da qoşunlarını geri çəkmək istəyirdi. Lakin "Adriatik və Aralıq dənizləri boyu torpaqlara, bu azmış kimi, uzaqdakı Qara və Xəzər dənizlərinə kimi ərazilərə italyanların iddiaları da ayaq tutub yeriyirdi. Qafqazda Britaniya qüvvələrini əvəz etmək gəlirli bazarları, neft, kömür, mis və digər vacib faydalı qazmtıların bol ehtiyatlarını ələ keçirməklə bərabər, həm də Yaxın Şərq müqaviləsinin son variantı ilə bağlı danışıqlarda italyanların mövqeyini möhkəmləndirəcəkdi» (s. 41)

Erməni liderləri anlayırdı ki, əgər onlar haçansa dənizdən dənizə torpaqlaprı qamarlamaq istəsə, gərək digər xalqın ordusunun gücündən istifadə etsinlər.

0 vaxtlar Ermənistianla bağlı bir Britaniya rəsmisi yazmışdı: "Narahatlıq doğuran məsələ odur ki, bizim xaricdəki nümayəndələr qaçqınların öz yerlərinə qaytarılması, qaydaqanun yaradılması və təhlükədə olan xristian maraqlarının qorunması məqsədi ilə hazırladıqları və həm insan, həm də pul itkisi ilə bağlı olan bütün planlarimızı qəbul etməyə hazır deyillər və əslində şərq ölkələrinin hamısının ümumi siyəsəti ilə biz birbaşa münaqişəə giririk» (s. 41).

Ermənilərin rifah naziri bir sxem düzüb-qoşmuşdu.

O, bütün dünyanı əhatə edən köçplanı təqdim etmişdi. Planın ilkin hərəkət fazasına görə İran, Qafqaz, Qara dənizin sahil regionları və Rusiyadakı ermənilər şərqi Anadoludakı əyalətlərə köçürülmə-//' idi. O, təklif edirdi ki, xaricdəki erməni kommunalannda məsul əlaqə Komıtələri təşkıl etmək üçün xüsusi departament yaradılmalı, informasiya proqramları həyata keçirilməli, varlı soydaşların əməkdaşlığına nail olunmalı və yenidən məskunlaşan hər bir ərazi üçün kənd təsərrüfatı, təminat, sağlamlıq və yenidənqurma üçün inzibati şuralar təsis olunmalıdır. Qərbi Ermənistan qaçqınları başıpozuq halda sərhədlərə doğru gedirdi və bu hərəkət hansısa təəssüfdoğurucu hadisələrə aparıb çıxara bilərdi. Hər şey hazır idi və Müttəfiqlərdən razılıq alınan kimi onun yerinə yetirilməsinə başlaya bilərdilər (s. 42).

Başqa sözlə desək, Ermənistanın diktator hökuməti Müttəfiqlərdən hərbi dəstək alan kimi bir başqasının torpaqlarını qamarlamağa hazır idi. Tarix həm də göstərir ki, ermənilərin özünə caladıqları, xəyali "tarixi vətən"ə "bütün dünyanı əhatə edən köç"ü heç vaxt olmamışdır. Sadə həqiqət isə budur ki, ermənilər öz xəyali "tarixi vətən" adladırdıqları yerlərə cəld girə bildikləri kimi, cəld də çıxıb gedirdilər. 1990-2000-ci illərdə 1 milyondan artıq erməni öz "tarixi" vətənindən qaçıb getmişdir. 1990-cı ildə Ermənistanda təxminən 3.7 milyon adam yaşayırdı. 2000-ci il üçün orada yalnız 2.7 milyon adam qalmışdı və onların əksəri imkan tapan kimi cəld çıxıb getmək istəyir.

Amerika tibb xristian missioneri doktor Usşer başqa birisinin torpağını ermənilərə vermək üçün mövcud sxemlərdən birində təkliflərini verir. O, güman edir ki, "Osmanlı hökumətinin razılığı ilə sağlam bədənli kişi qaçqınlar payız əkini zamanı şərqi vilayətlərə (şəhərlərə) qaytarılır. Əvvəlcə toxum və avadanlıqla təmin edilmiş fermerlər və texniki işçilər gedir. Sonra isə məhsul yığımına kömək üçün bir qədər yaşlı yetimlər əraziyə gətirilir; haradasa 1920-ci ildə isə qadınlar və uşaqlar gəlirlər» (s.44) Doktor Usşor həm də təklif edirdi ki, bu planı xarici dövlətlərdən biri nəzarətdə saxlamaldır.

Erməni müdafiə qrupları Usşerin təkliflərini geniş maraqla qəbul etdi, lakin Hübert Huverin həlledici dəstəyini qazana bilmədilər. Layihədəki siyasi dolaşıqlığı gözdən qaçırmayan və həmin ərazidəki özəl və missionertərin hamilik etdiyi təşkilatlara inanmayan Huver həm də Konstantinopolda Amerikanın komissan Admiral Mark L.Bristolun ifşaedici etirazlar/nı və xəbərdarlıqlarını dəfələrlə eşitmişdi. Bristoi Usşerin planını missionerlərin sadəlövhlüyü ilə Bhtaniya manipulyatorlarının Birləşmiş Ştatları dibsiz erməni yarğanına salmaq üçün çirkin kombinasiya adlandırırdı. Müsəlman əhalisinin istəyi əleyhinə olaraq köçürülmə göstərəcəkdir ki, Müttəfiqlər də Smirnanı yunanların istilası kimi eyni əməliyyata rəvac verirlər. Ermənilər qaçqın məsələlərini humanitar məqsədlərdən daha çox siyasi məqsədlər üçün qabardırlar, çünki bu məsələnin həlli Ermənistan adlı ölkəyə yeni ərazilərin təqdim edilməsi kimi mükafat olacaqdır. Birləşmiş Ştatlar başa düşməlidir ki, ingilis-erməni qəsdi bütün ərazini Müttəfiqlərin hərbi işğalı deməkdir (s. 47).

Hovanissyan xristian kartı ilə oynamaqda davam edir. Burada o, "Smirna"nın yunanlar tərəfindən işğalından danışır. Smirna min illər bundan qabaq salınınış böyük bir şəhərin kiçik bir hissəsinin adıdır, həmin şəhər isə bir neçə əsrdir ki, İzmir adlanır. Admiral Bristolun 1919-cu ildəki baxışları necə də düzgün idi! Bu gün Ermənistan vaxtilə onun dediyi kimi "dibsiz erməni yarğanı"dur. 1991-ci il illə 2001-ci il arasındakı on il ərzində Amerika hökuməti öz vətəndaşlarının vergisi hesabına bu cırtdan ölkəyə yardım kimi 1.4 milyard dollar peşkəş etmişdir. 2002-ci ildən başlayaraq bu məbləğ hər il təxminən 90 milyon dollar artacaqdır. Özəl xristian və xeyriyyə cəmiyyətləri də saysız-hesabsız milyonları qurban verirlər. Hələ bir iş də var ki, öz siyasətinə müvafiq olaraq ona qulaq asan hər kəs-dən pul diləyən Ermənistan eyni zaman kəsiyində Rusiyadan da 1 milyard dollarlıq hərbi sursat yardımı almışdır (2) Əldə etdiyi kapitalın əsas hissəsini ermənilər öz qonşusu Azərbaycana hücum üçün sərf etmişdir. Onlar qonşu respublikanın ərazisinin 20 faizini işğal etmiş, etnik təmizləmə kampaniyasında 1 milyondan artıq müsəlmanı öz atababa yerlərindən qovmuşdur - bütün xərci isə amerikan və rus vergi ödəyənləri çəkmişdir.

Son yüz il ərzində heç kimə sadiq olmayan, hər tərəfdən qapalı bu cırtdan ölkə üçün Amerika siyasətçiləri bu boyda işi niyə görürlər? Məgər son on ildə Amerikaya satılan yanacağın qiymətini qaldırmış Yaxın Şərqin müsəlman ölkələri üçün bu çox gözəl səbəb deyilmi? Məgər bu, dünyanin bütün musəlman ölkələrinin Amerikanı xoşlamaması üçün çox gözəl səbəb deyilmi? Nə üçün biz Azərbaycana yaxşı münasibət bəsləmədik?

1919-cu ilin yazında keçmiş səfir Morgentau general Harborda yazmışdı ki, "750,000 erməni faktiki olaraq Zaqafqaziyada yerləşdirilmişdir» (3). Hovanissyanın dörd cildi boyu qaçqınların sayına ehtiyacdan asılı olaraq hesabat bu cür verilmişdir - çoxsaylı qaçqınlarordusu. Onda, ermənilərin bu gün iddia etdikləri 1.5 milyon soyqırım qurbanı haradadır? Baxın, keçmiş səfir (ermənilər ondan sitat gətirməyi xoşlayırlar) 1919-cu ildə Ermənistan, Gürcüstan və Azərbaycan ərazisində 750,000 qaçqının olduğunu bəyan edir. Bu rəqəmi 1.5 milyonun üzərinə əlavə edin, üstə gəl amerikalıların şahidlik etdiyi kimi, Osmanlıların ərəb ölkələrinə göndərdikləri - nəticədə 2,250,000 qaçqın alınır. Aydmdır ki, ermənilər döyüş zonalarından köçürülmüş hər adamı hesaba salır və iddia edirlər ki, onlar əvvəlcə öldürülmüş (sonralar soyqırım kimi iddia) və sonra - onlar bu cür yaxşı xristian olduğundan - 1.5 milyon nəfəri İsa Peyğəmbər kimi zühur etmişdir. Hər şey bir yana, erməni liderləri xəyali soyqırımı "çarmıxa çəkilmə", yeni diktator ölkənin yaradılmasım isə İsa Peyğəmbər kimi "zühur etmək'lə müqayisə edirlər. Bu saxtakarlıqdır!

I Dünya Müharibəsindən sonra Avropanın dirçəlməsinə gələcək ABŞ prezidenti Hübert Huverin böyük köməkliyi tarixdə əks olunmuşdur. Lakin buna baxmayaraq, onun bir problemli ərazisi olmuşdur - Ermənistanın yerləşdiyi region. "1919-cu ilin ortaları üçün Huver Yaxın Şərqdə Amerika Yardım Komitəsinə az inanır, onu "icra və biznes keyfiyyətləri tamamilə olmayan" korrupsiya yeri hesab edirdi. Əgər faktlar haqqında ucadan danışılsaydı, bu, Amerika xeyriyyəçiliyi tarixində ən böyük hay-küyə səbəb olardı. Huver gileylənirdi ki, Qafqaz onun cidd-cəhdlərinin təsirli nəticə vermədiyi yeganə regiondur, çünki oradakı xeyriyyəçilik bütünlüklə onun əlində cəmlənməmişdir» (s. 49)

Yalnız bir məqam şərh edilməlidir: Tarix sübut etmişdir ki, Huver çox namuslu və bacarıqlı inzibatçı olmuşdur; Ermənistan isə nə namuslu idi, nə də səlahiyyətli. Məsələnin əsl həqiqəti burasında idi ki, erməni liderləri bu regiona göndərilən yardımların Huverin əlində biləşdirmiş və təşkilatlandırmışdılar, ona görə də ermənilər o əməliyyatlara rəhbərlik edən yeganə qrup kimi göndərilən bütün yardımların yeganə qəbulediciləri olmaq istəyirdilər. Məhz buna görə də bu regionla bağlı Huverin başı çox ağrıyırdı və onun gileyləndiyi Ermənistana yardım proqrammda bu qədər natəmizlik var idi.

Eyni il ərzində erməni liderləri Birləşmiş Ştatlardan kredit almaq üçün dəridənqabıqdan çıxırdılar. Huver bu təmin olunmayan gümanı məhv etdi. Amerika vergi verənlərinin ödəncinin Ermənistana vermək istəməməsinin səbəblərindən biri onun "bu cür ölçülər Birləşmiş Ştatların öz ölkəsi qarşısında məsuliyyətinin dərk olunmamasf'ndan qorxması səbəbindən idi (s. 53)

Paris komissiyasının qarşısında qoyduğu memorandumda və tövsiyələrində Huverhumanitar üsuldan başqa Ermənistanla əlaqə-nin hərhansı növünün neqativ cəhətlərini xüsusi vurğulamışdı. İyu-lun 1-də o, xəbərdaıiıq edirdiki…. Ermənistan "Avropanın iş evidir", ermənilər tabeçilikdə döyüşən olublar, ona görə də onların bir neçə nəsli özünü qorultmağa qadir olmamışdır və onlan öz yerlərinə qay-tarmaq üçün 50,000 nəfərdən 100,000 nəfərə kimi xarici qoşunlara ehtiyac olacaqdır. ƏgərBirləşmiş Ştatlar o dağılmış regionun yəhərini öz belinə qoysa, onda hər il aşağısı 100 milyon dollar pul sərf edilə bilər (s. 53).

Parisdə "dənizdən dənizə torpaq" tələb edən Ermənistanın iddialarını öyrənən Müttəfiqlər belə bir nəticəyə gəldilər ki, hətta həmin torpaqlar onlara verilsə belə, Ermənistan o cür geniş torpaqları nə tuta, nə də idarə edə bilər. Sonuncu məruzə məlumat verirdi ki, erməni məşəqqətlərini azaltmaq üçün artıq bəzi tədbirlər görülmüşdür və bütün hərbi ekspertlərin belə birbaxışı mövcuddur ki, hətta türklərin silah və sursatlan qurtarsa belə, ermənilərin onlan qovmağa gücü çatmayacaq. Erməniləri yenidən geri qaytarmaq üçün təxminən 60,000 nəfərlik xarici qoşunlara ehtiyac ' yaranacaqdır, uzun illərboyu bu məsələyə polis nəzarəti isə ən azı 300 milyon dollara başa gələcəkdir. Bütün bunlara geniş mənada insanların vəziyyətini yüngülləşdirmək cəhdi kimi baxılmalıdır. Əgər kimsə belə bir addım atarsa, həm ərazidə yaşayan qarışıq əhalilərlə, həm də başlanğıcı neçə-neçə əsr əvvələ gedən irqi antoqonizmə görə bu bütün ətraf ölkələriə daimi siyasi çətinliklər yaradacaqdır (s. 55).

Öz çətinliklə qazandığı pulunu ermənilərin yeyib-içməsinə xərcləməyən hər bir xalqa qarşı Hovanissyan tənqidi münasibət bəsləmişdir. Müttəfiqlərin ermənilərlə bağlı müzakirələri başa çatandan və erməni iddiaları ilə bağlı olaraq Amerika hərbi missiyası öz işini başa vurandan sonra o yazır:

Harbord missiyasının təkliflərinə Huver çox az maraq göstərdi. Əlbəttə, Ermənistanın "Avropanın iş evi"olması haqqında onun ifadəsi hər hansı adi bir baxışın da nəticəsində əmələ gələ bilərdi. Çoxistiqamətli hadisələr mozaikası heç də ermənilərin xeyrinə işləmirdi. İyulun 9-da onun sərəncamı ilə təyin olunmuş polkovnik Haskell nə inzibati bacarığı, nə də Zaqafqaziyadakı mürəkkəblikləri tənzimləmək üçün xarakter möhkəmliyi olmayan şəxs idi. O, impulsivliyə, özündən müştəbehliyə və tez-tez panikaya düşməyə meylli adam idi və növbəti aylarda onun bu keyfiyyətləri Harbordun möhkəm xarakteri ilə kontrast təşkil edəcəkdi (s. 56-57).

Senator Rid qeyd etmişdir ki, general Harbord Birləşmiş Ştatların Senatına bacardığı qədər münasib olan hesabat göndərmişdi ki, Senat mandat haqqında Ermənistanın xahişini təsdiq etsin (4). Prezident Uilson "Ermənistan üçün Birləşmiş Ştatların mandatı"nı qəbul etməyi Konqresdən xahiş etmişdi (5). Prezident bundan artıq nə edə bilərdi? O, erməni diktatoru deyildi ki, sadəcə mandat fərmanı verəydi.

1919-cu ilin yayında Robert Vansittard məlumat verirdi ki, "ermənilər hər tərəfdə elə çoxsaylı ölürlər ki, gələcək Ermənistan üçün tezliklə heç kim qalmayacaqdır və biz "bütün mümkün yollarla hələ sağ qalanları saxlamağın vacibliyini xüsusi qeyd etməliyik" (6).

Öz diktator liderlərinin səfehliyi nəticəsində yüz minlərlə ermənınin ölməsi faktı vardır. Özünü lider təyin etmiş adamlar Osmanlı döyüş xətlərinin arxasında terror kampaniyasına başladılar. Məhz buna görə də Osmanlılar onların hamısmı köçürtdü, lakin İstanbul, İzmir və Ədirnə, habelə beşinci erməni sütununun fəaliyyəti Osmanlıların müharibə işlərinə qorxu törətmədiyi üçün İmperiyanın qərb hissələrində yaşayan ermənilər heç yerə köçürülmədi. Çox-çox min illər ərzində müharibə aparan ölkə üçün bu bir qayda olmuşdur. Aydındır ki, faktın üstündən qırx il keçəndən sonra 1919-cu ildə baş vermiş erməni ölümlərini soyqırım kimi dünyaya sırımaq istəyirlər. Lakin ədalətli olan heç kim deyə bilməz ki, 1915, 1916, 1917, 1918, 1919,1920-ci illərdə ölən və ondan sonra kommunistlərin rejimi vax-tı ölən ermənilər xəyali türk soyqırımının birbaşa nəticəsidir.


Ñòð.| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |