ÊÀÐÀÁÀÕ â ÄÎÊÓÌÅÍÒÀÕ

 

 Íà÷àëî | ÁÈáëèîòåêà | Ôîòî ôàêòû | Êàðòèííàÿ ãàëåðåÿ | Ññûëêè | Ôîðóì | ÎïðîñÏîèñê â google | AZAD QARABAĞ |

ERMƏNİSTAN terrorçu "xristian" ölkənin gizlinləri

ERMƏNİSTAN

terrorçu "xristian" ölkənin gizlinləri

Samuel Uimz

Semyuel A. Uimz (Samuel A. Weems) Arkanzas ştatının Hazen ərazisi üzrə hüquqşünas vəkil və hakimi olmuşdur. O, Arkanzas Universitetinin Qanunçuluq fakültəsində hüquq elməlri doktoru alimlik dərəcəsi almışdır. Şəhər şurasında fəaliyyyət göstərməklə yanaşı S. Uimz Arkanzas ştatının Konstitusiyasını yenidən işləyən yüz nəfərlik müəlliflər heyətinə seçilmişdir. Çoxsaylı məqalələr müəllifi və gündəlik qəzetin köşə yazan olmuş S. Uimz həm də əsl səyyah sayıla bilər. Təkcə bu kitab üzərində işləyərkən materiallar toplamaq üçün o, London, Paris, Roma, Moskva, İstanbul və Vaşinqton şəhərlərində tədqiqat işləri aparmışdır. Ermənistan terrorçu "xristian " ölkənin gizlinləri kitabmı müəllif Ermənilərin Böyük Fırıldağı Seriyasının I cildi kimi nəzerdə tutaraq 2003-cü ilin aprelində ABŞda çap etdirmiş, lakin kitabın işıq üzü görməsindən az sonra müəmmalı şəkildə qəflətən vəfat etmişdir.


Ermənistan - terrorçü "xristian" ölkənin gizlinləri

İyirminci əsr başlayandan bəri ermənilər Birləşmiş Ştatlar və dünya xristianlarından milyardlarla dollar pul qırxmaq üçün saysız-hesabsız kampaniyalar aparmışdır. Birləşmiş Ştatlarda müsəlmanların (türklərin - Z.A.) azsaylı olması burada amerikan-erməni lobbiçilərinin əlqolunu açmışdır. Heç kəs saf-çürük etməmişdir ki, Ermənistan həqiqətən də iddia etdiyi kimi xristian ölkəsidir, ya yox. Bu kitab ermənilərin guya müstəqil və azad ölkə qurması haqqındakı iddialarını alt-üst edir. Kitabda həm də özlərini xristian hesab edən ermənilərin əsl mahiyyəti açıqlanır.

Ermənilərin fırıldaq, kələk, saxtakarlıq, təhqir, qırğınlar və terrorçuluqla dolu hərəkətlərinin uzun siyahısı bu kitabda sənədləşdirilmişdir. Bunlar elə erməni gizlinləridir ki, onlar xristian dünyasının bunu bilməsini istəmirlər, lakin onlarerməni mənbələrinə əsasən burada faş edilir.

Saxta erməni nağıllarına əsaslanaraq pul və ya digər ölkələrin əleyhinə yönəldilmiş mənasız sənədlərə səs verməzdən əwəl hər bir xristian və ictimai xadim bu kitabı oxumalıdır. Ermənilərin iddiasının əksinə olaraq Ermənistanın əleyhinə Türkiyə heç bir "soyqırım" törətməmişdir. Yalnız xristian millətlərdən rəğbət və yardım qazanmaq üçün ermənilər bu saxta nağılı uydurmuşdur.

Digər ölkələrə erməni hücumlarının həmin dövlətin rəsmi siyasəti olması haqqında kitab boyu birbaşa sübutlar gətirilmişdir. Son illərdə bütün dünya ölkələrində insanlara erməni hücumları edilmiş və qətllər törədilmişdir. Kitab müəllifinin sənədləşdirdiyi inkaredilməz həqiqət erməni mənbələrinə əsaslanır. Tamamilə aydındır ki, çoxlu xarici yardım almaq üçün əsas məqsəd kimi Ermənistan saxta "soyqırım sənayesi" yaratmışdır. Həqiqəti özü üçün aydınlaşdıran hər bir oxucu düşünməlidir ki, İsa Peyğəmbər müsəlman dünyasına qarşı edilmiş böyük səhvi düzəltmək üçün hər bir adam hansı əlavə hərəkəti etməlidir.

Ñòð.| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |


MÜNDƏRİCAT


ZORAKILIQ, YALAN VƏ SAXTAKARLIĞIN QARŞISINA BÖYÜK HƏQİQƏTLƏ

Üç ildən yuxarıdır ki, mən doğma Azərbaycanımızın nümayəndə heyətinin tərkibində Avropa Şurasında xalqımızın ən ümdə maraqlarının qorunması ilə məşğulam. Orada gedən mürəkkəb proseslərdən, debatlardan, qəbul edilmiş qərarlardan hamı bu və ya digər mənada xəbərdardır, ona görə də təfərrüata varmaq istəmirəm.

Avropa səviyyəsində müzakirəyə çıxardığımız və obyektiv çözülməsi üçün ardıcıl mübarizə apardığımız əsas taleyüklü məsələ isə Azərbaycanın zorla düçar edildiyi Qarabağ düyünüdür. Təvəzökarlıqdan kənar olsa da qeyd edim kibu nümayəndə heyətimiz bu istiqamətdə çox gərgin iş aparmış və bir sıra pozitiv nəticələrə nail olmuşdur.

Qarabağ problemi ilə bağlı müxtəlif səviyyəli müzakirələrdə üzləşdiyimiz əsas problemlərdən biri əlimizdə faktiki materialın olmaması, daha doğrusu, qıtlığı idi. Təxminən bir əsr yarımlıq müddətdə erməni tərəfi "sənədlərdən" ibarət yalan, böhtan, saxtakarlıq piramidası quraraq açıq təcavüzə keçmişdir, biz isə bu istiqamətdə heç bir planlı iş aparmamışıq. Nəticə isə acmacaqlıdır: indi dünya meydanında erməni yalanı ayaq tutub yeriyir, bizim böyük həqiqəti isə az qala heç kim bilmir.

Əziz oxucu, əlində tutduğun bu kitab həmin boşluğu doldurmaq baxımmdan misilsiz əhəmiyyət kəsb edir! Birincisi, ona görə ki, bunu hər hansı bir azərbaycanlı və ya türk alimi deyil, amerikalı Semyuel A. Uimz qələmə almışdır. İkincisi, müəllif Vaşinqton, London, Paris, Roma, İstanbul, Moskva kimi şəhərlərin arxivlərində uzmımüddətli elmi araşdırmalar apararaq əsaslı sənəd-sübutlarla danışır. Üçüncüsü və mən deyərdim ən əsaslısı isə odur ki, S.Uİmz ermənilərin öz mənbələri vəsitəsilə erməniləri ifşa etmişdir!

Bu kitabı bizə 2003-cü il aprelin axırlarında Avropa Şurasının fəaliyyət göstərdiyi Fransanın Strasburq şəhərində təqdim etdilər. Kitabın ABŞda yenicə çap edilməsi haqqında hələ biz Bakıda olarkən Azərbaycan ictimaiyyəti xəbər tutmuşdu. Hətta əsərin müəllifinin tezliklə Azərbaycana dəvət edilməsi də gündəmə gəlmişdi. Lakin çox keçməmiş Semyuel A. Uimzin vəfatı haqqında xəbər yayıldı.

Bu qiymətli kitabma ön söz yazmış müəllif erməni həyasızlığınabiganə qala bilməmişdir. Orada qeyd olunur ki, kitabın çap ediləcəyi haqda İnternet saytında reklam xarakterli çox qısa məlumat veriləndən sonra Semyuel Uimzə erməni təhdidləri başlanmışdır. Onlar dəfələrlə telefon açaraq, elektron poçtundan istifadə edərək hələ oxumadıqları (!) kitabla bağlı olaraq müəllifi ölümlə hədələmişlər. Kitab çapdan çıxandan az sonra müəllifin müəmmalı şəkildə qəflətən vəfat etməsi bir daha qarşımızdakı amansız düşmənin vəhşi xislətindən xəbər verir və hər birimizi bir daha düşünməyə vadar edir.

Çoxsaylı arxiv materialları araşdırandan sonra Azərbaycanla heç bir bağlılığı olmayan amerikalı hüquqşünastarixçi alimin həqiqətin tərəfində dayanaraq türklərin, gürcülərin və azərbaycanlıların möv-qeyini inandmcı faktlarla sübuta yetirməsi, əslində isə həyatmı bu obyektiv alim şərəfi və ləyaqətinə qurban verməsi adamda izahı çətin olan qəribə bir qürur və eyni zamanda nisgilli hisslər yaradır. Ona görə qürur hissi keçirirsən ki, Azərbaycanın həqiqəti haqqında yüksək tribunalardan danışdıqca, bu həqiqətin xəritəsi böyüdükcə o, Semyuel Uimz kimi əsl alimləri hərəkətə gətirir və xalqımızın haqq işinin tərəfdarlarının dairəsi genişlənir.

Ona görə nisgil də yaranır ki, nə Türkiyə, nə də Azərbaycan həqiqətə söykənərək ermənilərin maskasını qətiyyətlə yırtmış bu amerikalı alimə heç quruca sağ ol da deməyə macal tapmadı.

"Ermənistan - terrorçu "xristian" ölkənin gizlinləri" kitabı bir sıra məsələlərin üzərinə işıq salır. Buna əyani sübut kimi təkcə iyirmi bir fəslin adlarına nəzər salmaq kifayətdir. Amerika alimi kiçik bir zaman kəsiyini götürməmiş, maraqlı bir yolla gedərək, Qafqaz və Anadolu regionundakı tarixi prosesləri izləyərkən minilliklərin qaranlıq qatlarına enmişdir. Beş yüz ildən artıq Osmanlı Türkiyəsinin şərqi Anadolu hissəsində yerli müsəlmanlarla sülh və əminamanlıq şəraitində yaşamış ermənilərin xəyanət və satqmçılıq yolu tutması prosesi əsl tədqiqatçialim soyuqqanlığı ilə bu kitabda təqdim edilir. I Dünya Müharibəsi illərində çar Rusiyası ilə döyüşən türk əsgərlərinin arxasında ermənilər dinc və köməksiz müsəlman əhalisinə qarşı qırğınlar törətmiş, bunun təbii nəticəsi olaraq döyüş zolağında yerləşən ərazidən qovulmuşlar.

1918-ci ildə Ermənistan müstəqil ölkəyə çevrilən kimi torpaq iddiası ilə əvvəlcə Gürcüstana, sonra isə Azərbaycana təcavüz etmişdir. Hər iki müharibədə məğlub olmasına baxmayaraq, ermənilərin torpaq qəsb etmək iddiaları davam etmişdir və indi də davam edir. Dünyanın müxtəlif nöqtələrində həyata keçirdikləri terror aktları, öz ərazilərində apardıqları etnik təmizləmə, din və dövlətin birliyi, erməni kilsəsinin əslində terrorçutəcavüzkar xisləti və s. bu kitabda inandırıcı faktlarla açılır. Bütün bu məsələlər isə böyük vəsait tələb edir. S. Uimzin təbirincə desək, "bu cırtdan ölkə" gecə-gündüz silahlanaraq, ona təmənnasız bir milyard dollarlıq silah-sursat vermiş Rusiyanın, 1992-2001-ci illər ərzində ona 1.4 milyard dollar pul vermiş ABŞ-ın hesabma Qarabağı işğal edə bilmişdir.

Bu və ya digər şər qüvvəyə öz ittihamlarını ünvanlayarkən S.Uimzin qətiyyətli alim mövqeyinə heyran qalmamaq olmur. O, ilk növbədə vətəndaşı oiduğu Amerika Birləşmiş Ştatlarının Ermənistana münasibətdə tutduğu səhv mövqeyə öz ciddi etirazını bildirir. Müəllif ABŞ vətəndaşmm çətin zəhməti müqabilində dövlət büdcəsinə ödədiyi vergi vəsaitinin ardıcıl surətdə öz təcavüzkar niyyətlərini həyata keçirən terrorçu bir ölkəyə - Ermənistana sədəqə verilməsinə hədsiz təəccübünü gizlətmir. Semyuel Uimzin təhlillərindən sonra gəldiyi ən acı nəticə budur ki, I Dünya Müharibəsi illərində və ondan sonrakı mərhələdə Müttəfiqlər bayrağı altında birləşmiş Avropa ölkələri erməni xislətini aça bilmiş, onların qaraqışqırığını dinləyəndən sonra…. onlara heç nə verməmişdir. ABŞ isə erməni kələyinə keçmişdir.

Bəli, təəssüf ki, məhz o dövrdən başlayaraq ABŞ ermənilərin timsah kimi axıtdığı yalançı göz yaşlarına inanaraq Ermənistanın əsas yardımçısına çevrilmişdir. Guya Azərbaycan öz limanlarını və yollarını Ermənistanın üzünə bağlayaraq bu "əzabkeş" xalqı blokadaya almışdır deyə, ABŞ öz bədnam 907-ci qanun .maddəsi ilə Azərbaycana yardımı qadağan etmişdir. Bu münasibətlə araşdırma aparan S. Uimz öz ölkəsinin rəhbərlərindən haqlı olaraq soruşur ki, əgər Meksika ABŞ-a təcavüz etsəydi və bu məqsədlə Texas ştatının limanlarından istifadə etmək istəsəydi, görəsən Amerikanın reaksiyası necə olardı? ABŞ Meksikaya imkan verərdimi ki, yollarından istifadə edərək xaricdən verilmiş silahı daşısın və həmin silahla Amerika vətəndaşlarını qırıb-çatsın?

"Ermənistan - terrorçu "xristian" ölkənin gizlənləri" kitabının əsas məziyyətlərindən biri də müəliifin bu və ya digər fakta dönədö-nə qayıtması, həmin faktı hadisə səviyyəsinə qaldırması, o faktın yaddaşlarda möhkəm qalmasına nail olmasıdır. Semyuel Uimz həm Rusiyaya, həm də ABŞ-a dönə-dönə xatırladır ki, minlərlə tələf olmuş türkün və azərbaycanlının tökülmüş qanında, ev-eşiyindən didərgin düşmüş bir milyondan çox azərbaycanlının sınıq taleyində əsas günah məhz bu iki qüdrətli dövlətin üzərinə düşür. Azərbaycana erməni təcavüzü bu iki ölkənin xeyirduası nəticəsində mümkün olmuşdur. Erməninin saxta əhvalatlarının təsiri altına düşmüş Böyük Britaniya və Fransanın ünvanına da Amerika tarixçisinin ittihamları tutarlı faktlara əsaslanır.

I Dünya Müharibəsi dövründə və ondan sonrakı mürəkkəb zaman kəsiyində Türkiyənin mövqeyi, xüsusilə Mustafa Kamal Atatürkün uzaqgörən siyasəti S.Uimz tərəfindən çox yüksək qiymətləndirilmişdir. Cəsarətlə deyə bilərəm ki, həmin dövrdə Şərqi Anadolu və Qafqaz regionunda baş verən hadisələrin gedişinin, çar Rusiyasının hərbi-siyasi təcavüz hərəkətlərinin, bəzi səhvlərə yol versələr də ümumilikdə Müttəfiqlərin strateji uzaqgörənliyinin, ifrat erməni həyasızlığının, tökülən nahaq qanların, türklərip və azərbaycanlıların başına gətirilmiş fəlakətlərin və s. belə dəqiq mənzərəsinə bundan qabaqkı mənbələrin heç birində rast gəlınınir. Uimzin qənaətinə görə, əgər həmin mürəkkəb hadisələr burulğanmda Müstafa Kamal Atatürkün qətiyyəti, sərkərdə məharəti və onun ətrafmda birləşmiş türk milliyyətçiləri olmasaydı, bolşevik Rusiyası ermənilərin iddia etdiyi torpaqlar vasitəsilə Aralıq dənizinə çıxacaqdı. Müəllif inanır və bizi də inandırır ki, elə olardısa, həm Yaxın Şərq regionunda, həm də bütün dünyada hadisələrin necə inkişaf edəcəyini hətta düşünmək belə adamı vahiməyə salır.

Erməni muzdlu agentlərinin, lobbiçi təşkilatlarının və ermənipərəst dairələrin bütün dünya xristianlarının qapısmı döyərək bu cırtdan ölkə üçün sədəqə diləməsinin mexanizmi də bu kitabda yaxşı açılmışdır. Ən maraqlısı budur ki, xarici ölkələrdən Ermənistana axan kapital seli bir qayda olaraq bu ölkənin korrupsiyaçı və quldur rəhbərlərinin malına çevrilir, ehtiyac məngənəsində çırpman xaiq kütlələri isə "tarixi vətən"dən getməyə üstünlük verirlər. Müəllifin məlumatma görə təkcə son on ildə bir milyondan çox erməni bu terrorçu respublikanı tərk etmişdir.

Əlbəttə, "Ermənistan - terrorçu "xristian" ölkənin gizlinləri" kitabının məziyyətləri haqqında çox danışmaq olardı. Mən həmin fikirdən uzağam. Yalnız bir detalı da vurğulamaq istəyirəm: bu kitabda erməni kilsəsinə olan real alim mövqeyini və münasibətini! Həmin mövqe və münasibətdən sonra Semyuel A. Uimzin alim cəsarətinə heyrətlənməmək olmur.

Erməni millətinin mənşəyindən və erməni xristianlığının xırdalıqlarından söhbət açan Amerika alimi onların xristianlığını da şübhə altına alır. İsa Peyğəmbərin adı altında gizlənərək zorakılıq, ədavət, kin, düşmənçilik toxumu səpən, terrorçuluğun dövlət səviyyəsində himayəsinə nail olmuş və olan erməni kilsəsi ölkədəki bütün digər inancların, dini təriqət və sektaların fəaliyyətinə ciddi qadağa qoymuşdur. Ölkədə etnik təmizlənməyə fitva verən də məhz erməni kilsəsi olmuşdur. Ən maraqlısı budur ki, erməni kilsəsi hətta xristianlığın digər inanclarına belə dözümsüz münasibət bəsləyir. İndiyə kimi erməni terrorçu təşkilatlarının tökdüyü qanlara qarşı rəsmi erməni kilsəsi bir dəfə də öz etirazını bildirməmişdir. Erməni kilsəsinin əməlləri ilə xristianlıq arasında heç bir ümumi cəhətin olmamasını S. Uimz dəfələrlə qeyd etmişdir.

Əziz azərbaycanlı oxucu! Artıq həmin kitab dilimizə tərcümə olunmuşdur və onun bir nüsxəsi sənin əlindədir. Əlbəttə, belə qiymətli əsər rus, alman, fransız, ispan, çin, yapon və digər dillərdə də

çap olunsaydı lap yerinə düşərdi. Bu, Azərbaycan həqiqətinin dünya meydanmda təsdiqi üçün çox dəyərli mənbədir.

Lakin ilk növbədə bu əsər bizim özümüzə, hər bir Azərbaycan oxucusuna daha çox lazımdır. Özümüzə lazımdır ki, tariximizi yaxşı bilək, buraxdığımız səhvləri təhlil edək, həm özümüzü, həm də gələcək nəsillərimizi bir daha soyqırım və qırğın obyektinə çevirməyək.

Semyuel A. Uimz bu əsəri öz tədqiqatlar seriyasının I cildi adlandırmışdır. Lakin sonrakı cildləri qəiəmə almaq ona qismət olmadı; yuxarıda qeyd etdiyim kimi, əsər işıq üzü görəndən az sonra o, müəmmalı şəkildə qəflətən vəfat etmiş, alimin Türkiyə və Qafqaz regionu ilə bağlı olan tədqiqatları yarımçıq qalmışdır. İnanmaq istərdim ki, qədirbilən türk xalqları, xüsusilə bizim respublikamızın sakinləri bu böyük alimin əvəzsiz xidmətini layiqincə qiymətləndirəcək və onun adını həmişə əziz tutacaqdır.

Prof. Səməd SEYİDOV,
Azərbaycan Dillər Universitetinin rektoru,

Milli Məclisin Beynəlxalq münasibətlər və

parlamentlərarası əlaqələr daimi
komissiyasının sədri.


ERMƏNİSTAN: terrorçu "xristian" ölkənin gizlinləri

ÖN SÖZ

Hər bir amerikalı əbədi olaraq xatırlayacaq ki, o, 11 sentyabr 2001-ci ilin səhər çağı harada idi - həmin tarixdə terrorçular Nyu-York və Vaşinqton şəhərlərinə hücum etmişdi. Amerikalılar həm də Yaxın Şərqin bəzi hissələrindəki müsəlman dünyasında həmin hadisə münasibətilə keçirilmiş şadyanalıqlara da tamaşa etdiyini xatırlayacaq.

Əksər amerikalı belə bir sual verir: "Nə üçün müsəlmanlar Birləşmiş Ştatlara nifrət edirlər?" Təəssüf ki, müsəlman dünyasının amerikalıları xoşlamamağa yaxşı əsası vardır və bu kitab həmin səbəbin həqiqət olduğuna şəhadət verir. Kitaba "Müsəlmanların amerikanlara nə üçün nifrət bəsləməsinin bir əsaslı səbəbi" adı da qoyula bilərdi.

Əlbəttə, Birləşmiş Ştatlara heç də bütün müsəlmanlar nifrət bəsləmir. Bu kitab üzərində işimlə əlaqədar olaraq mən sentyabrın 11-də Türkiyənin İstanbul şəhərində Yeddi Etiraf Kilsəsi adlı filmi nümayiş etdirirdim (Amerikalıların çoxu bilmir ki, Bibliyadakı Kiçik Asiya müasir Türkiyədir. Xristianların çoxu bilmir ki, tarixi xristianlıq baxımından Türkiyə yer üzünün ikinci ən vacib ölkəsidir.) Əhalisinin az qala 97 faizinin müsəlman olması ilə Türkiyə unikaldır. Türkiyə həm də yer üzündə yeganə demokratik müsəlman ölkəsidir!

Yaxın Şərqin bu müasir demokratik ölkəsi 1923-cü ildə bir nəfər adamın dühası nəticəsində qurulmuşdur: Mustafa Kamal Atatürk (1881-1938)! O, nəhəng islahatlar aparmış və haqlı olaraq XX əsrdə dünya dövlətçiliyinin ən parlaq simalarından biri olmuşdur. O, sultanları ölkədən qovmuş, hökumətdə yüksək vəzifələr tutmuş müsəlman din xadimlərini vəzifədən kənarlaşdırmışdı. Qəbul edilmiş yeni konstitusiya dini dövlətdən ayırmışdı. Təhsil hamı üçün icbari hesab edilmişdi. Qadırılara seçkidə iştirak və istənilən sahədə işləmək hüququ verilmişdi. Qadınlar üçün ənənəvi müsəlman geyimi vacib sayılmırdı. Atatürkün islahatlarının uzun siyahısı elə hey davam edir.

Məhz Atatürkün 1923-cü ildəki uzaqgörənliyinin nəticəsində mən 2001-ci ilin avqust və sentyabr aylarında Türkiyədə hərəkət, söz və din azadlığının şahidi oldum. Atatürk inanırdı ki, əgər onun xalqı inkişaf edib çiçəklənmək istəyirsə, üzünü Qərbə çevirməlidir. Türkiyə bu gün Atatürk ənənlərini davam etdirir. Məhz bunun səbəbindəndir ki, bu gün bu müsəlman xalqı heç bir digər müsəlman xalqının olmayacağı qədər Amerikanın yaxın dostu və etibarlı müttəfiqidir.

Üçüncü təyyarə Vaşinqton şəhərindəki hədəfinə çırpılandan cəmi otuz dəqiqə sonra Türkiyənin baş naziri artıq milli televiziya ilə çı-xış edir və ölkə vətəndaşlarına deyirdi ki, o, artıq hərbi qüvvələri döyüşə hazır vəziyyətə gətirmişdir. O, həm də dedi ki, artıq Birləşmiş Ştatların prezidenti ilə telefon əlaqəsi saxlamış və qeyd etmişdir ki, əgər Amerika müharibə edəcəksə, onun ölkəsi də həmin müharibəyə qoşulacaqdır, çünki Türkiyə və Birləşmiş Ştatlar dost, müttəfiq və tərəfdaşdırlar. Əgər nəzərə alınsa ki, İran, İraq və Suriyanın müsəlman xalqları onunla yaxın qonşulardır, onda bu cəhət xüsusi əhəmiyyət kəsb edir. Misir, Liviya, Əlcəzair, Sudan, İordaniya, Səudiyyə Ərəbistanı, Yəmən, Oman, Pakistan, Azərbaycan və Əfqanıstan da qonşu dövlətlərdir.

Kaş hər bir amerikalı Birləşmiş Ştatlara edilmiş alçaqcasına hücuma qarşı türklərin reaksiyasını görmək üçün mənim yanımda olaydı! Taksi sürücüləri, xidmətçi kişi və qadınlar, balaca və böyük mağazaların işçiləri, hökumət adamları - heç bir istisna olmadan öz ümumi təəssüfünü bildirir və ABŞla birlikdə terrorizmlə mübarizə üçün öz hökumətlərinin gəncləri okeanın o tayına döyüşə göndərmək qətiyyətini müdafiə edirdilər.

Əhalisinin 97 faizi müsəlman olsa da, türklər Birləşmiş Ştatlara nifrət bəsləyən digər müsəlmanların mövqeyini bölüşmürlər. Ona görə də, Birləşmiş Ştatların içərisində azsaylı erməni-amerikalıların Türkiyəyə nifrət kampaniyası aparması faciədir. Bu balaca qrupun adamları təxminən otuz ştatın qanunvericilik orqanlarından Türkiyəyə hücum kimi belə bir mənasız qərar keçirə bilmişlər ki, guya 1915-ci ildə - Türkiyənin respublika elan edilməsindən səkkiz il qabaq onlara qarşı soyqırım törədilmişdir.

Amerikalı ermənilərin düzüb-qoşaraq soyqırım və soyqırım haqqında yaydıqlan uzun nağılların heç bir əsası olmaması haqqında məndə rüsvayedici faktlar vardır. Ermənilər həm türklərdən, həm də xristian amerikanlardan kalan dollar qopararaq onu cəmi 150 yaşı olan "qədim" vətənlərinin rifahına yönəltmək istəyirlər. Mənim amerikalı soydaşlarımdan cavab almaq istədiyim saul sadəcə belədir: Siz kimə inanırsınız - Osmanlı İmperiyasını sağ-salamat tərk edən erməniləri görmüş amerikalılara? Və ya 1.5 milyon ermənini öldürməkdə Osmanlı dövlətini günahlandıran ermənilərə?

Bu kitab tarixi həqiqətlərə söykənmişdir, onların çoxu erməni mənbələrindən götürülmüşdür. Kimin həqiqəti danışdığı, kiminsə öz xüdpəsənd məqsədləri naminə uzun-uzadı nağıl danışdığını aydınlaşdırmaq üçün Amerika xristianlarının özləri nəticə çıxarmağa dəvət olunur.

1992-ci ildə Erəmnistan heç bir əsası olmadan hucuma keçərək müsəlman Azərbaycanın ərazisinin 20 faizini işğal etdi. Ermənilər heç bir kompensasiya ödəmədən bir milyondan çox müsəlmanı ev-eşiyindən qovdular və onları zığlı-palçıqlı qaçqın düşərgələrindəki çadırlarda yaşamağa vadar etdilər. Ruslar Ermənistana bir milyard dollarlıq hərbi silah-sursat və avadanlıq bağışladılar. Birləşmiş Ştatlar Konqresinin hesabatına əsasən son on il ərzində ABŞ Ermənistana 1.4 milyard dollar yardım göstərmiş, eyni zamanda müsəlman Azərbaycanmm xarici yardımmı kəsməklə ayrı-seçkiliyə yol vermişdir. Çoxlu müsəlmanın amerikanlara nifrət bəsləməsinin bir səbəbi budur.

Azərbaycan dövləti erməni hücumlarından yaxa qurtarandan sonra özünü erməni terrorçularından qorumağa başladı. Konqres Azərbaycanı cəzalandırmaqla buna reaksiya verdi. Birləşmiş Ştatların lobbiləşmiş Konqresindəki erməni lobbisi Azərbaycana yardımın müxtəlif jıövlərini qadağan edən qanunlar qəbul etdi. Azərbaycana nöqsan tuttjlurdu ki, guya o, Ermənistanı blokadada saxlayır və göndərilən hərbi avadanlığın Ermənistana çatmasına mane olur. 1992-ci ildə Konqres Azadlığı Müdafiə Aktını qəbul edərək onun 907-ci maddəsiite Ermənistanı "qeyri-qanuni" blokadaya almasını aradan qaldırana qədər Azərbaycan xarici yardımm müəyyən növlərindən məhrum edildi.

Bir xalqın özünü başqasından necə müdafiə etməsini aydırılaşdırmaq üçün Birləşmiş Ştatların hüququ varmı? Əgər Yaponiyanın 1941-ci il dekabrın 7-də bizə hücumundan sonra başqa bir ölkə Birləşmiş Ştatların əleyhinə belə bir qanunvericilik aktı qəbul edərdisə, ona necə baxardıq? Onda nə üçün Birləşmiş Ştatlar Azərbaycanı cəzalandırır? Onda nə üçün bir ölkənin öz torpağını və əhalisini müdafiə etmək kimi müqəddəs hüququnu tanımır? Nə üçün Birləşmiş Ştatlar işğalçının və etnik təmizləmə aparanın tərəfini saxlayır? Biz İraqı bombalamaqla diktator Səddam Hüseyni cəzalandırmadıqını? Biz Yuqoslaviyanı bombalamaqla etnik təmizləmə aparan Slobodan Miloşeviçi cəzalandırmadıqını? Yaxşı, bəs onda indi nə üçün həm işğalçı, həm də etnik təmizləmə aparan başqa birisini mükafatlandırırıq?

Güman ki, ermənilərin özlərini yer üzünün ilk xristianları elan etməsi iddiasına və Azərbaycanın müsəlman ölkəsi olmasına görə Konqres bu qanunu qəbul etmişdir. Təəccüblənməyə dəyərmi ki, məhz həmin dövrdə yanacağın qiyməti sabit surətdə qalxmağa başladı, çünki bizim neft aldığımız Yaxın Şərq ölkələrinin əhalisi müsəlmanlardan ibarətdir! Aydmdır ki, Amerika Rusiya ilə birləşərək öz qonşusu üzərinə hücum üçün Ermənistana kömək edəndə bu İslam ölkələrinin heç birinin Birləşmiş Ştatlara gedən ixracı kəsməyə səbəbi yox idi. Xristianların dəhşətli dərəcədə səhv edərək şeytan əməli ilə məşğul olmasına baxmayaraq, müsəlmanların əleyhinə xristianlara kəmək edən Amerikanın bu nöqteyınəzəri əksər Yaxın Şərq müsəlmanlarının Amerikaya nifrətinin əsas səbəbidir.

Baxın-görün Birləşmiş Ştatlar necə və nə üçün müsəlman Azərbaycanına ayrı-seçkilik tətbiq etmişdir. 1992-ci ildə kiçik, lakin hay-küyçü erməni-amerika lobbisi Azərbaycana yardımın dayandırılması üçün qanun qəbul edilməsi haqqında Birləşmiş Ştatların Konqresi ilə danışıqlara başladı. Nə üçün? Çünki Azərbaycan öz limanlarından ermənilərin istifadəsinə, oraya hərbi avadanlıq qəbuluna və həmin avadanlığın Azərbaycan ərazisi ilə Ermənistana daşınınasına etiraz etmişdi. Erməni-amerikalılar Konqresə təsir göstərərək Azərbaycanın özünümüdafiə hərəkətini "qanunsuz embarqo" adlandırmağa nail oldular.

İndi isə, 11 sentyabrdan sonra prezident Corc U. Buş terrorizmlə mübarizədə bütün müsəlman ölkələrinin, o cümlədən Azərbaycanın ABŞ-a köməyinin təminatını qazanmaq istəyir. Bu balaca ölkəni Amerikanın müharibə cəhdləri üçün vacib edən əsas amil onun Əfqanıstana coğrafi yaxmlığıdır. Prezident Konqresdən xahiş etmişdir ki, Azərbaycana xarici yardımm kəsilməsinə dair 1992-ci il qanunu ləğv edilsin. Bunun nəticəsi olaraq erməni-amerikalılar ölkə boyu kampaniyaya başlayaraq prezident Buşun bu vacib müsəlman ölkəsini müdafiə etmək cəhdlərini əngəlləməyə çalışdılar. Erməni-amerikalılara görə, bu Ermanistana ziyan vura bilər. Sən demə, bu Birləşmiş Ştatların milli maraqlarından daha vacibdir.

Erməni-amerikalıların Prezident Buşla mübarizəsi ilə eyni vaxtda onlar Kaliforniya ştatının həbsxanasından erməni terrorçusunu azad etmək üçün iş aparırlar. Bu erməni terrorçusu 1982-ci ildə türk diplomatını qətlə yetirmişdir. Terrorçu tutulmuş, təhqiqata cəlb olunmuş, məhkəmə qarşısında dayanaraq Kaliforniya jürisi tərəfindən təqsirli bilinərək ömürlük həbs edilmişdi. Erməni-amerikalılar indi qatili geriyə - Birləşmiş Ştatların küçələrində gəzməyə çağırırdılar.

Bunu da qeyd etmək vacibdir ki, 11 sentyabr hadisələrindən sonra biz bir xalq kimi müsəlman dünyasında bacardığımız qədər yaxın dostlar tapırıq. Bu isə o deməkdir ki, hətta xristian olduğunu bəyan etsə də, Ermənistan kimi terrorçu ölkəni müdafiə etməyə dəyməz!

Özlərini ermənilər adlandıran balaca, lakin hay-küyçü qrupun siyasi təzyiqinə əsasən hərəkət etmək Konqresə başucalığı gətirmir. Erməni faktlarını yoxlamağın vaxtı çoxdan çatmışdır. 1918-ci ildən başlayaraq bu cubbulu ölkənin əsas məxarici terrorizm, əsas mədaxili isə Mtüfrdünyanın xristianlarından edilən xarici yardım olmuşdur.

Birləşmiş Ştatlarda müsəlmanların sayının azlığmdan istifadə edən ermənianırikan lobbisi burada özünü sərbəst hiss etmişdir. Heç kim özünə zəhmət verib aydınlaşdırmamışdır ki, Ermənistan özünün bəyan etdiyi kimi əsl xristian ölkəsidir, ya yox? Bu kitab, özlərinin qeyd etdikləri kimi, müstəqil və azad dövlət quran ermənilərin cəhdləri və fəaliyyətlərini tədqiq edəcəkdir. Kitabda erəminlərin özlərini xristian adlandırması istiqamətindəki xidmətləri də təhlil olunacaqdır. Doğrudanını onlar xristiandır?

Bu kitabda təhlil olunacaq faktlar aşağıdakı kimidir:

1890-cı ildə Osmanlı İmperiyasının daxilində kiçik bir erməni terrorçu bandası müsəlmanlara aid olan torpaqları və mülkiyyəti zorakıhqla ələ keçirmək üçün inqilabi hərəkata başladı. Həmin ermənilər bəyan edirdilər ki, təxminən üç min il əvvəl bu torpaqlar onların əc-dadlarına məxsus olmuşdur. Buna baxmayaraq, erməni xristianlar 1890-cı ildə öz terrorçu kampaniyalarını başlayana qədər beş yüz ildən artıq idi ki, Osmanlı müsəlmanları ilə sülh və əminamanlıq şəraitində yaşayırdılar. Güman ki, ondan təxminən min il qabaq onlar Roma qanunları altında yaşamışdı.

Ta 1914-1915-ci illərə qədər Osmanlı İmperiyasındakı bu narahatçılıq doğuran banda o qədər kiçik idi ki, türklər onlara heç məhəl də qoymürdu. Sonra Rusiyanın Osmanlı İmperiyasına qarşı işğalçı müharibəsi başladı və rus çarının ermənilərin həsrətində olduğu torpaqları onlara verəcəyinə inanan bu ermənilər elliklə ruslara meylləndilər. Rus çarının isə belə bir niyyəti yox idi!

Gündüzlər Türkiyə erməniləri özlərini Osmanlı qonşularla dost kimi aparır, gecələr isə Osmanlı hərbi qüvvələri arxasında dağıdıcı terrorçu hücumlar edirdilər. Türklərə qarşı aparılan bu terrorçu hücumlar ruslarla döyüşlərdə nəyə qadir olduğunu nümayiş etdirən türk ordusunu zəiflədirdi. Nəticədə Osmanlı hökuməti döyüş zonasının arxasındakı bütün erməniləri köçürməyə məcbur oldu. Çünki türklər hansı erməninin terrorçu olmasını, hansınınsa olmamasını aydınlaşdıra bilmirdilər. Min illər birlikdə yaşayandan sonra özlərini satqm və xain kimi aparanlara qarşı özünü müdafiə edən millətin yeganə çıxış yolu bu idi.

1941-ci il dekabrın 7-də yaponların Birləşmiş Ştatlara hücumundan sonra ABŞ hökumətinin Qərb sahillərində yaşayan yapon-amerikalıları ölkə daxilindəki müvəqqəti yerdəyişmə düşərgələrinə köçürməsi də yuxarıda deyilənə ən son nümunə ola bilər. Prezident Franklin Ruzvelt 19 fevral 1942-ci ildə imzaladığı 9006 nömrəli Xüsusi Fərmanla yapon-amerikalıların hərbi ərazilərdən köçürülməsinə göstəriş verdi. Bu fərman mümkün yapon hücumu gözlənilən Qərb sahillərindəki səlahiyyət sahiblərinə belə bir imkan verdi ki, onlar zorla da olsa, yapon-amerikalıları ölkənin içərilərindəki uzaq yerdəyişmə düşərgələrinə göndərə bilsinlər. Bu əməliyyat həm də düşmən üçün məlumat toplaya biləcək mümkün casusluğun da qarşısını aldı. Əlbəttə, yapon-amerikanlar Amerika döyüş xətlərinin arxasında ordu yaratmadılar və ya hücum edən yapon qoşunlarına qoşulmağa çalışmadılar. Bütün bunlar ABŞ dövlətinin sadəcə belə bir mümkünlıjyün "ola biləcəyi qorxusundan irəli gəlmişdi.

Osmanlıların 1915-ci ildə etdiyi də məhz belə idi. Lakin, buna baxmayaraq, həmin vəziyyətdə ermənilər Osmanlı cəbhə xəttinin arxasında terrorizmə qurşandılar. Onlar hücuma keçən düşmən ordu-larına (rus və fransız) birləşərək özlərinə məxsus hesab etdikləri Osmanlı İmperiyası ərazilərindən müsəlmanlarm, xüsusilə türklərin etnik təmizlənməsinə cəhd göstərdilər.

Kədərlisi budur ki, ondan sonra ermənilər Amerikadakı və bütündünyadakı xristianları aldatmağa başladılar. Erməni liderləri özmuzdlu agentlərini bütün xristian dünyasına göndərərək belə bir yalanı yaymağa başladılar ki, yüz minlərlə erməni xristianı vəhşi türkmüsəlmanları tərəfindən soyqırıma məruz qalmışdır.

Əsl həqiqət isə budur ki, amerikan şahidləri Osmanlı torpaqlarındakı döyüş ərazisindən çıxarılmış ermənilərin hesabmı aparmışdır. Bu günkü erməni saxtakarları soyqırıma məruz qalmış bir neçə yüz min erməninin sayını artıraraq 1.5 milyon nəfərə çatdırmışdır. II Dünya Müharibəşində fa^ıstlərin yəhudilərə qarşı törətdiklərinə dünyanın necə münästbət bəslədiyini erməniləryaxşı gördülər. Son-ra isə, hadisənin üstündən əlli yç ildən artıq vaxt keçəndən sonra ermənilər 1915-ci ildə türklərin onlara qarşı dəhşətli "soyqırım" törətdikləri haqqında aləmə car çəkməyə başladılar. Müasir Türkiyə isə 1923-cü ilədək - Osmanlılar terrorçuluq və satqınlıqlarına görə erməniləri ölkədən qovandan səkkiz il sonra hələ respublika elan olunmamışdı.

Əgər I Dünya Müharibəsində Osmanlılar öz qüvvələrini Almaniya ilə birləşdirməsəydi, erməni dövləti adlanan qurum tarixdə adi bir ləkə kimi qalacaq və itib-batacaqdı. Həmin Böyük müharibə dövründə Birləşmiş Ştatlar heç Osmanlı İmperiyasına müharibə də elan etməmişdi. Hansı müəmmalı səbəbdənsə ermənilər o vaxt da, indi də Amerikanın mövqeyini dəstəklədiyini deyir və müsəlman torpaqlarının alınıb onlara verilməsini digər müttəfiq ölkələrin borcu sayır. Məsələ təkcə bununla bitmir, ermənilər belə bir inam nümayiş etdirirlər ki, Müttəfiqlər onları öz qoşunları və pulu iiə müdafiə etməyə və də-nizdən dənizə qədər olan müsəlman torpaqlarının işğalma kəmək göstərməyə borcludurlar. Müharibəni udacaqları təqdirdə ermənilərin nəsə qazanacağına inam isə ya azdır, ya da heç yoxdur.

I Dünya Müharibəsi qurtarandan sonra diktatorların balaca bir bandası Rusiyanın münbit torpaqlararasındakı dağlıq hissəsində kiçik bir ərazini nəzarətə götürərək özünü Ermənistan Respublikası elan etdi. Ermənistan adlı yeni ölkənin həyata keçirdiyi ilk tədbirlərdən biri qonşuluqdakı xristian Gürcüstanına xaincəsinə hücum edərək torpaq ələ keçirmək cəhdlərini araya qoymaq oldu. Onda erməni terrorçu diktatorları məğlub oldular.

Bundan az sonra erməni liderləri bu dəfə müsəlman Azərbaycanına digər təəccüb doğuran hücuma cəhd göstərdilər. Erməni terrorçu diktatorları bu dəfə də uduzdular. Özlərini müdafiə etmək üçün ermənilər Müttəfiqlərdən silah və sursat almaq yalvarışına başladılar. Bu müddət ərzində ermənilərin muzdlu agentləri Müttəfiq ölkələrin hər birindən qoşun göndərməyi və qamarlamaq istədikləri müsəlman torpaqlarını onların əli ilə rahatca ələ keçirməyi xahiş edirdilər. Eyni zamanda erməni liderləri türklər üzərinə yeni hücumun planlarını cızırdılar. Bu dəfə türklər erməniləri qabaqlayaraq hücuma keçdi və Osmanlıların təxminən səkkiz yüz il sahiblik etdikləri "tarixi vətənlərini" geri götürdü.

Bütün bu müddət ərzində erməni liderləri türklərə hücum üçün məxfi planlar cızır, eyni zamanda ruslarla da üstüörtülü iş birliyinə girirdilər. Özünü müdafiə üçün bir güllə də atmayan Ermənistan Sovet İttifaqının bir hissəsinə çevrildi. 1991-ci ildə Ermənistan özünün müstəqilliyini elan etsə də, Rusiya ilə yaxınlıq əlaqələrini kəsmədi. Öz kiçik ərazisində Rusiyanın hərbi bazalarını yerləşdirməsi haqqında Ermənistanın xahişi deyilənlərə sübutdur. Həmin bazalarda rus qoşunları, habelə rusların MİQ qırıcı təyyarələri bu ölkədə yerləşdirilib və bu gün orada çoxlu yerhava raket batareyaları vardır. Bütün bunları Ermənistan özü xahiş etmişdir.

Özləri Rusiyanın cibində olan belə adamlara nə üçün Konqres milyardlarla dollar pul verməlidir? Nə üçün Rusiyanın özünə sadəcə belə bir imkan verilməsin ki, özü öz adamlarının qayğısına qalsın? Yer üzünün xristianları ermənilərin dedikləri sözlərə öz qayğılı münasibətinə son qoymalı və özləri onların həqiqiliyini yoxlamalıdır. Bu sətirlərin müəllifi olan xristian öz müstəqil yoxlamasını apararaq belə bir qənaətə gəlmişdir ki, ermənilərin internet saytlarında və ya kitablarında və məqalələrində, ermənilər tərəfindən yazılmış heç nədə həqiqət tapıla bilməz! Çoxlu müsəlman zorla ölkədən çıxarılmışdır. İndi Ermənistan yer üzünün ən qapalı xristian cəmiyyətlərindən biridir. Onun cəmisi bir "rəsmi" kilsəsi vardır. Bu kilsə dövlətin bir hissəsidir və Ermənistan konstitusiyası ona xüsusi səlahiyyət vermişdir. Bu balaca torpaqda kilsə və dövlətin ayrılığından söhbət gedə bilməz.

Ermənilərin nifrət bəsləməyi sevdikləri türklərlə bu faktı tutuşdurun. Belə bir cəhəti qeyd etmək maraqlıdır ki, Türkiyədə Ermənistanın özündə olandan çox erməni kilsəsi vardır və bir çoxundan fərqli olaraq onların internet saytları da vardır. Mən bu yaxmlarda Türkiyədə olmuşam. Özüm öz gözlərimlə şahid olmuşam ki, türklər və ermənilər burada böyük azadlfq, harmoniya və dostluq içində birlikdə yaşayır və ibadət edırtər. Bu isə Birləşmiş Ştatlarda türklər əleyhinə nifrət və qəzəb toxumu səpən erməni-amerikalıların çirkin təqdimatı və cəhdləri ilə tamamilə ziddiyyət təşkil edir. Yaxşı, bu erməni-amerikalıların belə əməlləri görəsən necə xristianlıqdır?

Məsələn, nə üçün Erməni Kilsəsi elə hey qan qurbanları sözlərini işlətməkdə davam edir? Nə üçün Erməni Kilsəsi Xristin öyrətdiyinin əksinə olaraq kütləvi əfvə inanmır? Nə üçün ermənilərin xristian liderləri açıq-aşkar mifik allahlara inam təlqin edirlər?

Ermənilərin həyata keçirdiyi fırıldağın, saxtakarlığın, təhqirin, qır-ğınların və terrorçu əməllərin uzun siyahısı bu kitabda faktlarla göstərilmişdir. Bu, erməni gizlinləridir. Bütün bunları dünya xristianlarının bilməsini onlar istəmirlər, lakin bütün bunlar erməni mənbələrində qeydə alınır və faktlaşdırılır. Bu kitabdakı məlumatlar ermənilərin özlərinin faktiki hesabatlarıdır.

Qoy hər bir xristian və hər bir ictimai rəsmi adam müasir Türkiyə əleyhinə yönəlmiş mənasız qətnamələrə səs verməzdən və ya pul ödəməzdən qabaq bu kitabı oxusun. Həmin qətnamələr başdan-ayağa ermənilərin özlərinin düzüb-qoşduğu saxta nağıllara əsaslanır və xristian dünyasından daha çox pul qoparmaq məqsədi daşıyır. Onların iddia etdikləri kimi heç bir "soyqırım" olmamışdır.

Erməni dövlətinin terorçu hücumları ölkənin rəsmi siyasəti kimi istiqamətləridirməsi haqqında birbaşa faktlar gətiriləcəkdir. Son illər ərzində dünyanın hər yerindəki xalqlara qarşı erməni terrorçu hücumları və qətlləri olmuşdur.

Mən nə azərbaycanlı deyiləm, nə gürcü, nə də türk; mən amerikanam. Mən ilk şotland əcdadı 1686-cı ildə Amerikaya gəlmiş şotland-amerikanam. Mən cənubluyam, ömrüm boyu Baptist olmuşam və Amerikaya vergi ödəyirəm. Bu kitabı Vaşinqton, Roma, Paris, London, Moskva və İstanbul şəhərlərində apardığım ardıcıl elmitədqiqat işlərinin işığı altında qələmə almışam. Ermənistarrda tədqiqat aparmaq da kömək edə bilərdi, lakin onların arxivləri ictimaiyyətin üzünə bağlanmışdır.

Türkiyənin İstanbul şəhərindəki arxivlər daha çox açıqdır və mən orada xeyli çalışmışam. Məsələnin acı gülüş doğuran cəhəti burasındadır ki, Ermənistanın paytaxtı Yerevandakı və Bostondakı Erməni İnqilabi Federasiyası öz mənbələrinin qapılarını hələ də tədqiqatçıların və ictimaiyyətin üzünə bağlı saxlayırlar. Onlar nəyi gizlədirlər? Nə üçün Ermənistan özünün Erməni İnqilabi Federasiyasının idarəsini Birləşmiş Ştatlarda saxlayır?

Vərəqləyəcəyiniz səhifələr özünü Ermənistan Respublikası adlandıran ölkənin əsas tarixçisinin qələminə əsaslanır. Tarixçinin öz sözləri və onun sadaladığı mənbələr heç bir şübhə yeri qoymadan sübut edir ki, onun sevdiyi Ermənistan saxta və təcavüzkar bir ölkədir! Kitabın səhifələrində açıqlamaların müşahidəsindən görəcəksiniz ki, bu, 1890-cı ildən başlanaraq müasir günümüzə kimi davam edən hadisələrin fakt və həqiqətini axtaran bitərəf müəllif tərəfindən qələmə alınınasıdır. Mən professional tarixçi olmadığımdan, güman ki, kitabı hazırlayarkən bəzi texniki qüsurlara yol verilmişdir. Belə səhvlər üçün məsuliyyətimi dərk edirəm. Hər halda, kitabın mətnində verilmiş faktların özü birbaşa və səmimiyyətlə danışır.

1919-cu ildə elə tanmmış amerikanlar olmuşdur ki, onlar xeyli miqdarda nəzarətsiz pul almaq üçün xristian dünyasını aldatmaq istəyən ermənilər haqqında söz açmışlar. Bir qədər başqa cür düşünən və ya onlara etiraz etmək istəyən hər hər bir amerikan üçün erməninin əks cavabı belədir: adətən belə şəxslərin hər birinə ya mənəvi, ya da fiziki hücumlar edilir.

I Dünya Müharibəsindən sonra Avropanın yenidən qurulmasına ABŞ-ın cəhdlərinə rəhbərliyi Hübert Huver edirdi. Onun cəmisi bir məğlubiyyəti olmuşdur, bu da diktator tipli Ermənistanın yaradılmasıdır. Bu gələcək Amerika prezidenti qeyd edirdi ki, erməni korrup-siyası "Amerikanın xeyirxahlıq tarixində ən böyük başağrısı olacaqdır". Ermənilər onun şəxsiyyətinə hücumla buna cavab verdilər.

Bu kitabın oxucuları müasir Ermənistanın öz sözlərindən aydın edəcəklər ki, ermənilərin çörəyi dizi üstə olmaq xarakteri bu gün də davam edir. Məsələ burasındadır ki, erməni xarakterinə görə amerikan vətəndaşları öz gəlir vergisi dollarlarını Ermənistana verməyə borcludurlar.

Ermənistanı müxtəlif ABŞ vətəndaşları tədqiq etmiş və öz müşahidələrini çap etdirmişdir. Onların hər biri erməni terror kampaniyasının obyektinə çevrilmişdir. Onların yalnız bir neçəsinə nəzər salaq:

UCLA-nın (Los-Ancelesdəki Kaliforniya Ştat Universiteti - Z.A.) professoru Stenford Şou. Ermənilər onun evinə qumbara atmış və müxtəlif üsullarla onu bir neçə dəfə vahiməyə salmışlar.

Prinston Universitetinin professoru Heat Louri əleyhinə yönəldilmiş iki illik nifrət və böhtan kampaniyasından sonra professor bu yaxmlarda Yaxın Şərq proqrammın rəhbərliyindən kənarlaşdırılmışdır.

Luisvill Universitetinin professoru Castin MakKarti hər cür xarakterli hücumlara və hədələrə məruz qalmış, nəhayət tutduğu müəllim vəzifəsindən azad edilmişdir.

Film yaradıcısı Robin Uilyams son vaxtlarda Türkiyənin Bibliya xəzinələri adlı film istehsal etmişdir. Bir neçə dəfə öz filmini nümayiş etdirməyə cəhd göstərsə də, gənc ermənilər tamaşanı pozmuşlar. Tamaşaların birində bir erməni gənci kimyəvi bomba partlayışları ilə hədələyərək binaya daxil olmuş və tamaşaçıları zorla binandan çıxarmışdır.

Bir dəfə mənim bu kitabımın çap olunacağı barədə elan veriləndən sonra mənim özüm də Amerikanın Erməni Assembleyası tərəfindən qəzəbli hücum obyektinə çevrildim. Çoxlu milyon dolları olan xüsusi maraq dairəli bu lobbi Vaşinqton şəhərində yerləşir. Onun qırx və ya əlli professional əməkdaşı vardır. Bu xüsusi maraq dairəsi olan erməni lobbi təşkilatının əsas məqsədi imkan daxilində daha çox Amerika dollarını Ermənistana yönəltməkdir. Keçən on il ərzində bu rəqəm 1.5 milyard dollara bərabər olmuşdur. Üstəlik, Amerikadakı Erməni Assembleyası Türkiyə və ya Yaxın Şərqin digər müsəlman dövlətləri üçün nəzərdə tutulan hər şeyə mane olmaq istiqamətində də iş aparır.

Nifrət kampaniyası mənə qarşı yönəldiyindən Amerikadakı Erməni Assembleyası şəxsən mənə hücum etmək üçün min dəfədən ar-tıq xəbərdarlıq göndərmişdir! Həmin xəbərdarlıqların iyirmi üçü ölümlə hədələməkdir. Belə bir məsələyə diqqət verin və erməni "xarakterini" anlamağa çalışın ki, hələ heç birinin oxumadığı kitab haqqında onlar mənə nələr yazırlar (Mən bu hədələri kitabın çapmdan əvvəl almışdım). Mənim həyatıma edilmiş aşağıdakı hədə nümunələrinə diqqət verin. Mən belə hədələri ciddi qəbul edirəm, çünki son illər ərzində ermənilər dünyanın müxtəlif ölkələrində təxminən yetmiş adamı, Birləşmiş Ştatlarda isə dörd adamı qətlə yetirmişlər.

Elektron poçt vasitəsilə mənə ermənilər tərəfindən göndərilmiş məktublardan bəziləri:

"Mən sadəcə sizə demək istəyirdim ki, dünyada ilk xristian millətini təhqir etdiyinizə görə cəhənnəm odunda yanacaqsınız. Əmin orla bilərsiniz ki, tezliklə sizin dəfn mərasiminizə gəlib zavallı meyitinizin üstünə işəyəcəyəm".

"Mən öz intiqamımı heç vaxt yaddan çıxarmayacağam, ona görə də buna hazır ol. Bütün dünyada 10000000000000-lərlə mənim kimiləri vardır. Sən gülümsəməyində ol".

"Sən vəhşi kimi ölməyə layiqsən. Bəzi ermənilər günün birində səni öldürəcək. Və sən erməni qəzəbini dadacaqsan!".

"Qeyd etmək istəyirəm ki, sənin kitabın da özün kimi səfehdir, çünki yer üzündə xristianlığı ilk olaraq qəbul etmiş Ermənistanın əleyhinə belə kitab yazmaq yer üzünün hər tərəfinə yayılmış bizləri təhqirdir və əgər səni tapa bilsəm öldürəcəyəm".

Aldığım xəbərdarlıq namələrinə cavab olaraq mən də ermənilərə suallar vermək istərdim. Mənim üçün maraqlı idi ki, onlar necə düşünürlər. Suallarımdan biri belə idi ki, aldığım ölüm hədələri ilə ermənilərin hamısı şərikdirlər? Ən tipik cavab belə oldu: "Aldığınız ölüm hədələrinə əsasən sizdə belə bir təsəvvür yaranır ki, guya ermənilər terrorçudur. Sizin xristian mədəniyyətinizi müdafiə edən bütün millət torrorçu ola bilərmi?".

Üstünlük qazanan erməni fikri belədir ki, əgər sən "erməni" mövqeyi ilə razılaşmırsansa, hər hansı bir adamın səni ölümlə hədələməsi yolveriləndir. Mədəni dünyada isə belə münasibət qəbuledilməzdir. Mən ermənilərdən xəbər aldım ki, nə üçün onların dövləti 1992-ci ildə qonşu müsəlman Azərbaycana xaincəsinə hücum etdi? Ermənilər həmin ölkənin ərazisinin 20 faizini işğal etdilər və 1 milyondan çox zavallı insanı öz ev-eşiyindən didərgin salaraq onları çadır düşərgələrində qaçqın vəziyyətində yaşamağa vadar etdilər. Bu da xristian Ermənistanın müsəlman Azərbaycana qarşı namərd hücumunu əsaslandıran tipik cavab: "Mənə söyləmə ki, ermənilərin azərilərlə döyüşü ermənilərin xristianlığını azaldır. Geriyə, tarixə nəzər sal, onda görəcəksən ki, Müqəddəs Müharibə baş vermişdir".

Faktlar belədir ki, ermənilər "Müqəddəs Müharibə" adlandırdıqları həmin qanlı hadisələri törətmək üçün ruslardan 1 milyard dollardan artıq qiyməti olan hərbi sursat və avadanlıq almışdır. Xristian Rusiya və xristian Amerika həmin "Müqəddəs Müharibə"də Ermənistanı müdafiə edirlər. Müsəlman dünyasının nədən ötrü Birləşmiş Ştatlara nifrət bəslədiyinə ə!a misaldır. Onda təəccüblənməyə dəyərmi ki, müsəlman neft ölkələri Amerikaya satdıqları yanacağın qiymətini niyə belə tez-tez qaldırır? Mən bir neçə ermənidən soruşdum ki, nə üçün Birləşmiş Ştatlar vergi ödəyənləri çətinliklə qazanılmış vergi vəsaitindən milyardlarla dolları Ermənistana verməlidir?

"Amerikalı vergi verənləri heç vaxt maraqlanmır ki, həmin pullar hara yönəldilir. Onlar tərbiyəli yaxşı uşaqlar kimi öz seçdikləri hökumətə qulaq asırlar. Heç bilirsənını Amerikanın vergi ödəyənləri Amerikanın xaricə yardımmdan nə qazanırlar? Onlar ləzzət içində inanırlar ki, yaşadıqları ölkə ehtiyac içində olanlara yardım əli uzadır. Eqoızın yaxşı sayılmır və adamın ürəyini sevinclə doldurmur. Sənin yaşadığın ölkə elə məsələlərə əl qoyur ki, sənin ağlın heç o istiqamətin həndəvərinə də çatmaz, inammın sabun köpüyünü partlatdığım üçün üzr istəyirəm. Sənin süallarının əsas cavabı budur ki, Amerika hökuməti sənin nəyisə bilməyini istəmir və sənin necə düşünməyin də onun vecinə deyil».

Başqa bir erməni yazırdı: "Məktubunuzun sonunda təklif edirsiniz ki, biz 'Amerika xalqına' minnətdar olmalıyıq. Bu öz istəklərini xalqın adından demək istəyən siyasi fahişələrin və demoqoqların sevimli üsuludur. Başqalarının dalını öpən bəzi riyakarlardan fərqli olaraq biz heç nə üçün heç kimə təşəkkür etməməliyik".

Üçüncü erməni öz ölkəsinin münasibətini belə ifadə etdi: "Amerikanın vergi pullarının nə üçün Ermənistana getdiyinə cavab vermək aydın və sadədir, çünki Ermənistan buna layiqdir. Sən doğrudan da savadsız və səfeh it küçüyüsən".

Sübut isə erməninin öz tarixçisinin qələmindən təqdim edilmişdir və orada deyilir ki, Ermənistan bir dövlət kimi 1919-cu ildə ortaya çıxmışdır. Ermənistan öz muzdlu agentlərini və minlərlə adamını Birləşmiş Ştatlara və digər xristian ölkələrinə bir əsas məqsədlə göndərmişdlir - lobbiləşmək və "qədim" vətən adlandırdıqları torpaqda məskunlaşmaq üçün yalvarıb pul istəmək. Ermənistanın "Amerika koloniyası"nda fəaliyyət bu gün də davam edir. Mənim aldığım yuxarıda sadalanmış xəbərdarlıqlara əsasən, hər bir oxucunun aydın görə bildiyi kimi, ermənilərin Birləşmiş Ştatlar haqqında Köhnə Dünyanın imperialist mövqeyi vardır. Amerika koloniyasındakı bütün mənbələri götürüb ermənilərin "qədim" vətəninə aparın, lakin Ermənistandan həmin koloniyaya heç vaxt heç nə göndərməyin.

Ermənilərin əksəri yazaraq mənə hücum edirlər ki, guya mən Türkiyə hökumətinin satın alınınış agentiyəm. Həqiqətdən bu qədər uzaq olan başqa heç nə düşünmək olmaz. Mən Amerikadakı Erməni Assembleyasına icazə verdim ki, son beş il üçün mənim bütün bank hesablarımı yoxlasınlar və əmin olsunlar ki, mən həqiqəti danışıram. Mən həm də Amerikadakı Erməni Assembleyasından xahiş etdim ki, mənə onların bank hesablarını və maliyyə hesabatlarını yoxlamağa icazə versinlər. Baxım görüm ki, mənim ödədiyim vergi pulundan Ermənistan hökuməti bu lobbi təşkilatın hesabına vəsait köçürübmü? Amerikadakı Erməni Assembleyasının cavabı sükut oldu.

Mən belə bir nəticəyə gəldim ki, ermənilər doğum günündən başlayaraq türklərə və müsəlmanlara nifrət hissi ilə tərbiyə olunur. Mənə göndərilmiş aşağıdakı namə bu nəticəyə gəlməyə vadar edir. Bu namə aldığım çoxlu hədələrin tipik nümunəsidir: "Bütün türklər itdir və yalançıdır, insanlığın ən pis nümunəsini nümayiş etdirir, onlar yer üzünün xərçəng xəstəliyidir, ən pis olanı isə budur ki, indi onlar dünya üçün həmişə olduğundan daha çox problemə çevrilmişlər".

II Dünya Müharibəsindən bəri Türkiyə Birləşmiş Ştatların həqiqi və sadiq dostu, həm də müttəfiqi olmuşdur. Türklər Koreyada, Körfəz Müharibəsində və II Dünya Müharibəsindən sonra bütün döyüşlərdə Amerika qoşunları ilə çiyin-çiyinə vuruşmuşlar. O vaxt Ermənistan harada idi? Hər dəfə əks tərəfdə. Türkiyə dünyada yeganə demokratik müsəlman dövlətidir. Yaxın Şərqin bu vacib xalqı ilə dostluğu davam etdirmək həm Birləşmiş Ştatlar, həm də bütün dünya üçün xüsusi maraq kəsb edir. Belə bir aydınlıq gətirmək istəyirəm ki, heç də bütün ermənilər pis adam deyil və bütün ermənilər terrorçu deyillər. İcazə verin bir nümunəni sizinlə bölüşüm ki, bütün ermənilərin pis olmadığını nə üçün deyirəm. Görün bir sevimli erməni xanımı mənə nə yazıb.

"Ermənilərə doğum günündən nifrət öyrədilir. Mən bilirəm ki, bu tamamilə səhvdir ki, həmin nifrət türklərə tuşlanıb. Mənim özümün çox yaxın türk dostlarım vardır və mən onları bütün qəlbimlə sevirəm. Düşünmürəm ki, bütün ermənilər haqqında nifrətedici və pis şeylər söyləmək düzgündür. Mənim türklərin əleyhinə heç nəyim yoxdyr və düşünürəm ki, türklər öz mədəniyyəti vasitəsilə dünyaya gözəl töhfələr bəxş etmişlər. Mən xristianam, eyni zamanda mən ənənəvi erməni ortodoksu deyiləm.