КАРАБАХ в ДОКУМЕНТАХ

 

 Начало | БИблиотека | Фото факты | Картинная галерея | Ссылки | Форум | ОпросПоиск в google | AZAD QARABAĞ |

Faiq Ismayilov. Tarixin faciesi: LACHIN

Tarixin Faciəsi: LAÇIN

Faiq İsmayılov


İndiki Laçın rayonu ərazisində olan memarlıq abidələrinin demək olar ki, əksəriyyət Qafqaz Albaniyası dövrünün yadigarlarıdır. Abidələrin forma və üslubu divar daşları üzərindəki yazılar və süjetli oymalar bu sahədə çalışan görkəmli alimlərimizin apardıqları bir sıra tədqiqat işləri ilə müqayisə bunu tamamilə sübut edir.

Memarlıq elmləri doktoru D.A.Axundov və fəlsəfə elmləri namizədi M.D. Axundov Qafqaz Albaniyasının stellalarında dini simvolika və dünyanın mənzərəsi adlı məqalələrində (Azərbaycan Abidələri məcmuəsi №l, 1984-cü il, səh.81) göstərirdilər ki, düzbucaqlı çərçivə içərisində cızma texnikasında qadın, guman ki, ay илаhəsi Ardivisura təsvir olunmuşdur. Göstərilən stellalar bizim eranın xristianlıqdan əvəlki dövrünə, bəlkə də daha qədim dövrə aiddir. Buna tamamilə uyğun olan belə bir stella Kosalar kəndində, Ağoğlan qəsrininin həyətində var. Yuxarıda deyilənlərə istinad edərək bu qənaətə gəlmək olar ki, bu ərazidə olan Qafqaz Albaniyası dövrü abidələrin bəlkə də bir çoxu bizim eranın xristianhqdan əvvəlki dövrlərinə aiddir. Hələlik bunun dəqiqliyini, bu ərazidə alimlərimizin gələcək araşdırmaları göstərəcəkdir.

Ağoğlan qəsrinin tikilməsi barədə bir çox maraqlı rəvayətlər var. Onlardan biri belədir: deyilənə görə, qədim zamanlarda, bu ərazidən keçən gənc bir səyyah bu yerlərin gözəl təbiətinə məftun olur və burada qəsr tikdirməyi qərara alır. O, ustalar toplayıb xalq könüllülərindən ibarət böyük bir dəstə düzəldib işə başlayır. Bu gənc çox gözəl olduğundan yerli əhali onu ağoğlan adlandırırlar. Günlərin bir günü, günorta yeməyinə toplaşan vaxt bir qaranquş (qarğa da deyirlər) aşpazın başına fırlanıb, onun camaata yemək verməsinə mane olmağa çalışır, quşun bu hərəkətinə hamı maraqla tamaşa edir, amma heç kim, heç nə başa düşmür. Birdən qaranquş özünü qaynar qazanın içinə atıb öldürür. Bundan hiddətlənən aşpaz yeməyi kənara boşaldan vaxt, qazanın içərisində bir ilan ölüsünün də olduğunu görəndə hamı heyrətdən donub qalır. Qəsrin sahibi bu xilaskar quşun ölüsünü qəsrin yanında təntənəli surətdə basdırır və qəsri Qaranquş qəsri elan edir. Lakin sonralar xalq arasında qəsri tikdirənin xeyirxahlığı şərəfinə Ağoğlan adlandırırlar.

Ağoğlan qəsri Minkənd çayının kənannda, hündür bir yerdə yerləşir, qəsrin yeganə tağbənd giriş qapisı var. Giriş qapısı elə qurulmuşdur ki, oradan at və ulaqla daxil olmaq mümkün deyil. Qəsrin mühafızə divarının sağ tərəfındə karvansara tipli bina inşa edilmişdir. Bu mühafızə divarlarından içəri tərəfdə yerləşdiyindən, mühafızə divarı bayır tərəfdən giriş qapısına qədər bu yaşayış yerini tamamlayır. Yaşayış yerinə qəsrin içəri tərəfindən giriş yolu yoxdur. Giriş və çıxış üçün buraya yalnız bayır tərəfdən qapı olub. Qəsrin həyətində (kompleksin daxilində) qəbiristanlıq yerləşir.

Bu ərazidə arxeoloji siyahısına daxil olan kurqanlar və xüsusi Qalalar daha çox maraq doğururlar. Vaxtilə süni çəkilmiş bir müdafıə xarakterli xəndək, şəhər xarabalığım iki hissəyə ayırmışdı. Yerli əhali xəndəkdən şimal tərəfə olan hissəni "Səlbir", cənub tərəfı isə "Qala" adlandırır. Hər iki hissə və bə'zən də şəhərin təkcə Qala hissəsini Govur-Qala adladırılmışdır. (Azərbaycan Abidələr məcmuəsi N°l 1984-cü il səh. 32). Məlum məsələdir ki, öz dövrünün paytaxt şəhəri olan Qəbələnin yüksək inkişafı, özünün hakim olduğu, ətraf ərazilərinin tikintilərinə də təsir etməyə bilməzdi. Bəlkə də onun təsiridir ki, Qaraçanlı kəndində "Govurqala", Quşçu kəndində "qalacıq" və "Uşaq qalası", Mirik kəndində "Qala" bu tip abidələrdəndir. İlk baxışdan bu abidələr daha çox müdafıə xarakterli tikintilərə bənzəyirlər. Bu qalaların hər birindən demək olar ki, ətraf əraziləri tamamilə müşahidə etmək mümkündür. Mirik kənd ərazisində olan Qalanın içərisində yeraltı tunel və yeraltı yaşayış məskənlərinin sirrləri hələ indiyək açılmamış qalır.

Quşçu kəndindəki "Uşaq qalası" deyilən abidə ərazisində su hovuzu üzə çıxmışdır. Buraya su çox güman ki, saxsı borularla (torpaq uçuntusu zamanı belə boru parçaları üzə çıxmışdır) "Korca bulaq" deyilən bulaqdan gətirilirmiş. Çoxdan məlumdur ki, indiki Kəlbəcər rayonu ərazisinin bir hissəsi Alban Xaçыn Knyazlığının tərkibində olmuşdur. Ora yaxın olan Laçın rayonunun ərazisində bir sıra adları Xaçen, Xaçın adıyla bağlıdır. Məsələn: Bozlu kənd ərazisində olan Xaçın daşı və s. ola bilsin ki, bir zamanlar bu yerlərin də bir hissəsinin Xaçın knyazlığı ilə əlaqəsi olmuşdur. Lakin buna baxmayaraq Ermənistanın bir sıra başbilənləri bilərəkdən bu abidələri özününküləşdirir, erməni abidələri adıyla təbliğ edirlər. Belə ki, hətta Sovetlər dövründə maşın-maşın Azərbaycanın kəndlərinə gəlir, Qafqaz Albaniyası dövrü abidələrini, daş körpüləri, milli erməni abidələri olduğu barədə təbliğat aparır, azərbaycanlıların bu yerlərdə gəlmə olduqlarım əsassız dəlillərlə sübut etməyə çalışırdılar. Hətta ildə bir dəfə bu abidələrdə bayram şənliyi keçirməyi də unutmurdular. Belə şənliklər hərdən azərbaycanlılarla qalmaqalsız da keçinmirdi. Bu xüsusilə, Ağoğlan qəsri ətrafında daha çox müşahidə olunurdu.

Demək olar ki, Laçın rayonunun kəndlərinin əksəriyyətində yaylaq yollarında, ucqarlarda, Qafqaz Albaniyası dövrünə aid müxtəlif səpkili, müxtəlif tipli memarlıq abidələri mövcüddur. Mirik kəndi ərazisində, Mirik dərəsi deyilən sahədə torpaq daşdan aşılaması zamanı yerin altından daha bir abidənin daşları üzə çıxmışdır. Daşların üzərindəki cizgi və naxışlardan, bu tikinti qalıqlarında Qafqaz Albaniyası dövrü tikintilərindən olduğu məlum olur. Bu abidələrlə yanaşı bu ərazidə bir çox türbə, məscid və s. başqa tikintilərə də təsadüf olunur. Bu yəqin ki, islam dininin əhali arasında geniş yayılması və bu dinin təbliği ilə əlaqədar olmuşdur. Laçın rayonu ərazisində bu tipli abidələrin çox az qismi dövrümüzə qədər gəlib çıxmışdır. Çünki illər boyu şəxsiyətə pərəstiş dövrünün sərt qanunları və ərazi iddiasında olan qonşu respublikanın daşnak ünsürləri tərəfindən bu abidələr daha çox dağıntılara məruz qalmışdır.

Təbiətin fiisunkar gözəlliyi ilə səslənən çox nadir sənət nümunələrindən sayılan incə zövqə cızma və qabartma üsulları ilə işlənmiş qəbirüstü abidələr, baş daşları, at və qoç fıqurları habelə stellalar, süjetli daşlar və s. bir çoxu hələ də öz forma və gözəlliyini saxlamışdır. Onların bir çoxu haqqında mötəbər mənbələrdə mütəxəsis rəyi, alim fıkirləri, söylənilmişdir. Məsələn "Elm və həyat" jurnalı (1972-ci il №7), gənclik nəşriyyatı tərəfindən buraxılmış sənətşünaslıq doktoru R.Əfəndiyevin "Daşlar danışır" kitabını və s. misal göstərmək olar. Burada Zabux kəndi yaxmğında Sümüklü qəbiristanlığı, Soltanlar (Hüsülü) və Seyidlər kənd qəbristanlıqlarındaki at və qoç fıqurlarını, Cicimli kəndi yaxınlığındaki Məlik Əjdər türbələrinin rəsmlərini və s. aid etmək olar. Lakin indiyə qədər hələ qeydə alınmamış, tətbiq olunmamış Güləbird, Malxələf, Sonasar, Malıbəy, Bozlu, Qoşasu, Zeyvə və s. kəndlərin ərazilərdə onlarla belə abidələrə rast gəlmək olar. Belə abidələrdən biri, Zeyvə kənd ərazisində yerləşən Soltanbaba türbəsinin yaxınğında oyma üsulu ilə işlənmiş süjetli bir daş daha çox maraq doğurur. Süjetdən göründüyü kimi, vəhşi bir heyvan (bəbirə daha çox oxşayır) bu yerlərin təbiətinə xas olan dağ keçisini qovur. Arxadan özünü yetirən atlı süvari çox güman ki ovçudur, Əlindəki nizə ilə bəbirə zərbə endirir, bəbir zərbədən qabaq atlıya tərəf çevrilmişdir. Qarşıda duran başqa bir piyada ovçu isə keçini yay-oxla nişan alınışdır. Bu süjeti başqa cür də yazmaq olar, atlı ovçu vəhşi heyvanları bərədə durmuş ovçuya tərəf qovur, bərəyə çatdıqda isə keçini oxla nişan alıb vurmaq istəyir. Hər iki halda bu süjet bir zamanlar yerli əhalinin ovçuluq məşğuliyyətini açıq göstərir. Belə obrazlı süjet xarakterli oymalara bu ərazinin müxtəlif yerlərində rast gəlmək olar.

Sonasar kəndində tapılmış bir daş da maraqlıdır. Bu daşın alt oturacağı yastı, üst tərəfı isə aşırımlıdır (dördkünc deyildir). Daşın qarşı tərəfində günəşin əksi verilmiş, yan tərəfdə isə iki nəfərin əksi, çox güman ki, döyüşçü və ya ovçular, yaxınlarında onlara məxsus ov və ya döyüş ləvazimatı olan xəncər, nizə ucluqları və s. verilmişdir.

Qəbirüstü abidələr içərisində baş daşları xüsusi əhəmiyyət kəsb edir. Forma və üslubca milli ornamentli baş daşları əsrlər boyu bu xüsusiyyətləri özündə qoruyub saxlamış və bu günümüzə qədər gəlib çıxmışdır. Ustad sənətkarlar, bu daşlarda matəm sükutuna bir həzinlik gətirən elə bir naxış və yazı üslubu axtarıb tapmışdılar ki, bu da öz növbəsində belə cansız quru daşlar üzərində yaradılmış bir estetik gözəllik, sanki bir məğrur həzinlikdə qovuşmuşdur.

Adətən dağları, meşələri, səfalı yaylaqları çeşməsiz, bulaqlarsız tesəvvür etmək mükün deyildir. Bu da təbiətin pozulmaz qanunlarından biridir. Təsadüf deyildir ki, ulu əcdadlarımız suyu da torpaq kimi ocaq kimi, çörək kimi müqəddəsləşdirilmiş and yeri etmişdilər. Elə indinin özündə də yeri düşəndə belə andlara tez-tez rast gəlmək olur: "O su haqqı", "O suyun mələkləri haqqı" və s. Bu müqədəslikdən irəli gələn bir hikmətdir ki, deyirlər "Su haram götürməz". Bulaq yanında həmişə e'tiramla keçərlər, adını etiramla yad edərlər. Ta qədimlərdən bu yana mənim müdrik xalqımın, ağsaqqal övladları özlərinin artıq mal dövlətlərini xalq yolunda təmənnasız xərcləməyi "Savab" iş biliblər el üçün su çəkdirib, körpü saldırıblar. Bu ənənə bu gün də davam etməkdədir. Təkcə yetmişinci illərdə rayonun Əhmədli kəndində Seyid Əmir körpüsü, Mirik kəndində Mahmud körpüsü, Qarıqşlaq kəndində Molla Teymur bulağı və s. tikilmişdir. Axırıncı adı çəkilən Teymur kişi anadan gəlmə hər iki gözü kor olmuşdur. Özü dünya işiğına möhtac olan bu qoca, özünün qayğıya möhtaclığını unudub, ürəyində el qayğısı çəkirdi. Öz şəxsi vəsaitini kəndinin fıravanlığı üçün xərcləyirdi.

Bu ərazilərdə bir qisim abidələr isə bulaq üstü abidələrdir. Yəni kənd içərilərində və ətraf yerlərində, yurd yerləri yaxınlığında (yaylaqlarda) bulaqların üstündə inşa edilmiş abidələrdir. Bu abidələr tağbənd formada olub, içinin eni 3-4 metr uzunluğu isə 6-7 metr olur. Bunun da əhəmiyəti ondan ibarətdir ki, yayda günün istisindən, payızda qışda isə yağışdan insanları qoruyur.

Bu yerlərin mürəkkəb relyefı sərt iqlimi bir çox çay keçidlərində, yolların keçilməz hissələrində körpülərin inşasına səbəb olmuşdur. Bu körpülər memarlıq baxımından maraqladırlar. Onlar əsasən birtağlı və yaxud ikitağlı körpülərdir. Bu körpülər olduca etibarlı və davamlıdırlar.

Rayonun ərazisində abidələrin qeydə alınması səthi aparılmış və ya qeydə alınan abidələrin bə'zilərinin adları qüsurla göstərilmişdir. Odur ki, mənim təqdim etdiyim siyahıda adları çəkilən abidələrin bir çoxunun dövlət qeydiyyatı olmamışdır.

Faiq İsmayılov.
1985-2002-ci ill
ər

Laçın-Bakı.

Laçın rayonu Azərbaycan Respublikasının qərbində Ermənistanla sərhəddə yerləşir. Rayonun 125 kəndi, rayon mərkəzi 60 min əhalisi 200-ə yaxın tarix mədəniyyət və memarlıq abidələri, onlarla kurqan, qala tipli arxeologiya baxımından faydalı olan abidələr, çoxlu sayda qəbirüstü abidələr, stellalar, at, qoç fıqurları, süjetli daşlar, eləcədə bu ərazi çoxlu təbii sərvətləri, qiymətli mineral suları ilə zəngin bir ərazi olmuşdur ki, 1992-ci ilin may ayının 18-dən Ermənistanın işğalı altındadır.

Bu ərazidə olan abidələrin əksəriyyəti Qafaqaz Albaniyası dövrünün yadigarlarıdır. Alimlərimizin verdiyi məlumata əsasən bu ərazidə olan Qafqaz Albaniyası dövrü abidələrinin bir çoxu bizim eranın xristianlıqdan əvvəlki dövrünə aiddir. Bu yerlərin mürəkkəb relyefı, sərt iqlimi bir çox çay keçidlərində, yolların keçilməz hissələrində körpülərin inşasına səbəb olmuşdur. Bu körpülər memarlıq baxımından maraqlıdırlar. Onlar əsasən birtağlı və yaxud ikitağlı körpülərdir. Bu körpülər olduqca etibarlı və davamlıdırlar.

Rayonun ərazisində abidələrin qeydə alınması lazımi səviyyədə aparılmamış, bir çox abidələr qeydiyyatdan kənarda qalmışdır. Hətta mənim təqdim etdiyim siyahıda adları çəkilən abidələr rayon ərazisinin 70%-ni əhatə edir.

1.Abdallar (Bəylik) kənd ərazisində: Həkəri çayı üzərində körpü XVIII - əsr, Daş qutu - dəmir dövrü. Qədim qəbiristanhq.

2. Zabux kəndi ərazisində: Sümüklü qəbiristanlığı - orta əsr, Xallanlı qəbiristanlığı - XVI əsr

3. Malıbəy kənd ərazisi: Qədim qəbiristanlıq.

4. Kosalar kənd ərazisi: Ağoğlan qəsri - IX əsr, Qədim qəbiristanlıq.

5. Soltanlar (Hüsülü) kənd ərazisi: Həmzə soltan sarayı - 1761-ci il, Soltan Əhməd sarayı - XIV əsr, Qədim qəbiristanlıq.

6. Zeyvə kənd ərazisi: Soltanbaba türbəsi, Şeyx Əhməd türbəsi, Türbə, Qədim Qəbiristanhq.

7. Qarışıqlar kənd ərazisi: Məscid. Dəmirovlu pir məbəd - XI əsr.

8. Sadınlar kənd ərazisi: Məbəd. Məbəd kəndin mərkəzində -XVII əsr.

9. Hacılar kənd ərazisi: Qədim qəbiristanlıq. Bulaq (abidə).

10. Varazqun ərazisində: Məbəd.

11. Quşçu kənd ərazisi: Uşaq qalası. Böyük bulaq - XV əsr. Korca bulaq. Sadmlar qalacığı.

12. Mirik kənd ərazisi: Qala. Məbəd - XV əsr. Məbəd (Mirik dərəsi). Kalafalıq (qədim yaşayış mərkəzi). Kərbəlayı Behbudalı bulağı.

13. Bozlu kənd ərazisi: Qəbiristanlıq. Xaçın yalı XV əsr. Xaçın daşı.

14. Əhmədli kənd ərazisi: Məbəd - XVII əsr. "Vəng" qəbiristanlığı.

15. Minkənd kənd ərazisi: Minkənd çayı üzərində ikitağlı körpü. Abadxeyir ərazisində birtağlı körpü. Məbəd - XV əsr.

16. Şeylanlı kənd ərazisi: - Birtağlı körpü.

17. Qaragöl ərazisi: Məscid. Qəbiristanlıq.

18. Hoçaz kənd ərazisi: Mağara Məbəd. Məbəd.

19. Soyuqbulaq kənd ərazisi: Bulaq (abidə). Məbəd.

20. Zabux kənd ərazisi: Körpü (1988-ci ildə dağıdılıb)

21. Güləbird kənd ərazisi: Türbə - XV əsr. Qız qəbri abidəsi. Kurqan (dəmir dövrü). "Qız qəbri" (kurqan) - dəmir dövrü. Qədim qəbiristanlıq (orta əsrlər). Sarı aşığın qəbri (Azərbaycan bayatı ustadı).

22. Cicimli kənd ərazisi: Məlik Əjdər türbəsi XIV əsr. Türbə XVII - XVIII əsr. Çoban daş (orta əsr). Qədim qəbiristanlıq (orta əsr).

23. Malxələf kənd ərazisi: Xəlifə türbəsi - XVII əsr. Qədim qəbiristanlıq. Sınıq körpü.

24. Aşağı Fərəcan kənd ərazisi: Məbəd, körpü (Fərəcan-Güləbird yolunda). Qədim qəbiristanlıq - X əsr.

25. Sus kənd ərazisi: Bulaq - XVII əsr.

26. Seyidlər kənd ərazisi: Birtağlı körpü. Qədim qəbiristanlıq. Bulaq - XVII əsr. Qədim qəbiristanlıq. Pircançay üzərində körpü.

27. Pircan kənd ərazisi: Bulaq - XVII əsr. Govur qalası - XI əsr.

28. Korcabulaq kənd ərazisi: Məbəd.

29. Ziyirik kənd ərazisi: Alyan meşəsində kurqanlar - dəmir dövrü.

30. Ərikli kənd ərazisi: Qarasaqqal türbə - XVI əsr. Araxışda türbə - XVI əsr. Qədim qəbiristanlıq.

31. Piçənis kənd ərazisi: Məbəd.

32. Şəlvə kənd ərazisi: Məbəd.

33. Qorçu kənd ərazisi: Məbəd.

Mən Laçın sakinlərinin adından YUNESKO-ya belə bir xahişlə müraciət edirəm:

Bildiyiniz kimi Azərbaycan Respublikasının ərazisinin 20%-i Ermənistan Respublikasının işğalı altındadır və bu işğal olunmuş ərazilərdə çoxlu tarix və mədəniyyət abidələri yerləşir. Laçın rayonu da bu işğal zonasındadır. Sizdən (YUNESKO nəzərdə tutulur) xahiş edirəm ki, bu kitabda göstərilən və başqa işğal olunmuş ərazilərdə yerləşən tarix və mədəniyyət abidələrini öz nəzarətinizə götürün və o unikal abidələrin erməni quldurarı tərəfındən dağıdılmasma imkan verməyin.

Faiq İsmayılov